Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   109   110   111   112   113   114   115   116   ...   126

344 
 
Sənin  faciəli  ölümün  təpədən-dırnağacan  yandırırdı  bizi,  Oruc  müəllim. 
Allah  günahsız  bəndələrinə  bunca  zülm  etməz.  Sənin  ölümün  haqdan  gələn  ölüm 
deyildi. O qanlı-qadalı günlərdə Tanrı səni belə ölümlə "mükafatlandırmazdı". Sən 
iblisin-Ģeytanın kirinə keçdin, qatil  gülləsinə tuĢ gəldin o vaxt. Bəlkə də baĢqaları 
kimi doğma ocağını vaxtında tərk etsəydin, altı balanı gözüyaĢlı qoymazdın. Ancaq 
sən  düĢmən  qabağından  qaçmağı  ağlına  belə  sığıĢdırmadın.  Balyand  kəndi  sənin 
üçün  səngər  idi,  qala  idi.  Üç  il  idi  ki,  buraya  sığınıb  səhəri  diri  gözlü  açırdın. 
Topdağıtmaz qayaları yenilməz qala sanırdın burada. Haradan biləydin ki, bir gün 
xəyanətin  məkrli  əlləri  bu  qalanın  qapılarını  düĢmənin  üzünə  taybatay  açacaq. 
Sənin kimi yurdsevər adamlar düĢmən gülləsinə hədəf olacaq burada... 
Sən  gözəl  bir  insan  idin,  Oruc  müəllim.  Üz-gözündən  təbəssüm  yağırdı 
dünyamıza.  Ən  çətin  anlarda  belə  dözümünü,  təmkinini  itirmirdin.  Həyatda  hər 
Ģeyi zəhmətin sayəsində əldə etmiĢdin. Əllərin həmiĢə qabar-qabar, cadar-cadar idi. 
sən  o  əllərinlə  ailənin  toxluq  dünyasını  qurar,  övladlarının  taleyinə  bəxtəvərlik  
gətirər,  gecə-gündüz  əlləĢib-vuruĢar, yorulmaq bilməzdin... 
1957-ci  ildə  APĠ-ni  bitirib  ali  təhsil  almıĢdın,  kimya-biologiya  müəllimi 
idin. 
Beyləqan  rayonundakı  3  saylı  sovxozda  iĢlədiyin  üç  il  ərzində  sadə 
sənətinlə  çoxlarının  məhəbbətini  qazanmıĢdın.  Orada  indi  də  səni  yaxĢı 
xatırlayırlar... 
AltmıĢıncı  illərdə  əvvəlcə  Böyük  Mərcanlıda  və  sonra  Soltanlı  kəndində 
məktəblilərin sevimlisi olmuĢdun. Hər iki kəndin camaatı indinin özündə də adını 
əzizləyir, ölümünə yanıb heyfsilənir... 
1975-ci  ildən  həyatını  doğma  kəndinizdəki  orta  məktəblə  bağlamıĢdın. 
Balyand kəndində sən rayonun böyük təcrübəli, ixtisasının əsl ustası olan adlı-sanlı 
bir müəllim, tədbirli, təmkinli bir ziyalı idin. Burada camaatın ümid yeri idin, Oruc 
müəllim.  UĢaqdan-böyüyə  hamı  adını  ehtiramla  anır,  xeyir-Ģər  məclislərində 
ağlına, düĢüncənə söykənirdilər... 
Bir az gec ailə qursan da Tanrı sənə altı yanımlı övlad bəxĢ etmiĢdi. Qızın 
ġəlalə  N.  Tusi  adına  APU-nun  kimya-biologiya  fakültəsini  bitirəndə  ruhun 
sevinmiĢdi.  Ölüm  macal  versəydi  qalan  övladlarını  da  boya-baĢa  çatdırıb  ömrünü 
rahatlıqla baĢa vurasıydın... 
Ancaq  sən  dünyamızdan  nisgilli  getdin.  Sağlığında  Balyanddan  o  üzdəki 
dağlara sığınan əsgərlərimizə tez-tez baĢ çəkib onlara ürək-dirək verərdin. Ġndi el-
oba balalarına təsəlli verib, onları ovundurmağa çalıĢır... 
 
 
 
Sən  belə  ölümə  layiq  deyildin.  Oruc  müəllim.  Sən  həmiĢə  qəlbimizdə 
həzin bir xatirə kimi qalıb yaĢayacaqsan. Tanrı ruhunu Ģad etsin... 
 
 
 
 


345 
 
Qarayev Allahyar Ġsrafil oğlu 
 
SUYA QƏRQ OLAN OĞLAN 
 
Qarayev Allahyar Ġsrafil oğlu Böyük Mərcanlı kəndində anadan olmuĢdu. 
Mərcanlı  camaatı  onu  sakit,  üzüyola  bir  oğlan  kimi  tanıyırdı.  Halal  bir  əkinçiyə 
bənzəyən  Allahyar  bahardan  qıĢa  qədər  torpaqla,  zəhmətlə  nəfəs  alırdı.  Ağsaqqal 
sözünü,  ağbirçək  ehtiramını  həmiĢə  uca  tutar,  həmyaĢıdları  arasında  ağlıyla, 
fərasətiylə seçilərdi. Ailəyə, iki körpə balasına elə bağlanmıĢdı ki, onlardan üç-beĢ 
gün ayrı yaĢamağı təsəvvürünə belə gətirmirdi... 
Sən  demə  hələ  görəcəkli  günləri  qabaqdaymıĢ  onun.  Arazboyu  ellərimiz 
düĢməndən  yaxa  qurtarmaq  üçün  Ġran  səmtə  üz  tutanda  qəfil  ölüm  Allahyarın 
yaxasından yapıĢdı. Arazın gur sularında qərq olan Allahyarın meyitini otuz səkkiz 
gündən  sonra  tapıb  torpağa  tapĢırdılar.  Son  sədası,  ünü  Arazın  bulanıq  sularına 
qarıĢsa  da,  namərd  gülləsinə  tuĢ  gələnlərin  sırasında  əbədi  olaraq  yaĢamaq  haqqı 
qazandı  Allahyar.  Ġnnən  belə  Araz  yada  düĢəndə  Allahyarı  da  xatırlayacaq,  ona 
ürəkdən "torpağın nurlu olsun" deyəcəyik. 
 
 
 
 
 
 
Quliyev Əkbər Məhəmməd oğlu 
doğulub - 1935-ci il, 
Cəbrayıl rayonu Horovlu kəndi; 
Ģəhid olub - 23.10.1993-cü il, 
Füzuli rayonu Arayatlı kəndi 
 
 
 
 
 
ĠLAHĠ ATA SEVGĠSĠ 
 
Cavid  Əkbər  müəllimin  dizinin  taqəti,  ürəyinin  odu-gözü  idi.  Həyatda 
oğlundan  ötrü  hər  əzaba,  məĢəqqətə  dözmüĢdü  o.  Cavid  Milli  Orduda  xidmət 
edəndə ciyərparasına tez-tez baĢ çəkib onun dayandığı döyüĢ postlarına üz tuturdu 
Əkbər  müəllim.  Cavid  atasını  ölüm  kabusu  dolaĢan  yerlərdən  uzaqlaĢdırmağa 
çalıĢırdısa da, müvəffəq ola bilmirdi buna. O, belə vaxtlarda atasını dilə tutub: 


346 
 
-Onsuz  da  mən  odun  içərisindəyəm.  Evdə  iki  xəstə  uĢağın  var.  YaxĢısı 
budur  ki,  onların  qeydinə  qal.  Anamı  dərd  onsuz  da  üzür.  Sən  onların  yanına 
qayıtsan evimizdən nigaran qalmaram,- deyirdi. 
Əkbər müəllim oğlunun həyəcanını duyub anlasa da fikrindən daĢınmırdı 
yenə: 
-Vallah,  Cavid,  özümlə,  sənə  bağlı  ürəyimlə  bacara  bilmirəm.  Mənə  elə 
gəlir ki, yanından uzaqlaĢsam sənə xətər toxunacaq... 
DüĢmən əlinə  keçən  Cəbrayıl torpaqlarının son harayını ata-bala birlikdə 
eĢitdilər  o  payız.  Araz  boyunda  qopan  hərb  qasırğası  onları  ayırdı  bir-birindən. 
Cavid düĢmən mərmiləri altda təntiyib səmti itirən əsgərlərimizlə birlikdə Arazın o 
üzünə adladı. QarıĢıqlıqda oğlunu itirən ata "Cavid" -deyə  nalə çəkib Horadizdən 
Beyləqana  uzanan  yollarda  aradı  onu.  Füzulinin  Arayatlı  kəndi  ətrafında  Əkbər 
müəllimin ürəyində sızıldayan "oğul" kəlməsi gülləyə tuĢ gəldi. Ata oğuldan, oğul 
atadan xəbərsiz köçdülər dünyadan. Əkbər müəllim oğlundan ötrü canından keçdi, 
Cavid  Vətən  yolunda  Ģəhid  oldu.  Ata  məhəbbəti,  oğul  istəyi  bir  cüt  qoĢa  qəbirdə 
əbədiyyətə söykəndi. Bu ilahi sevgiyə göylərin özü də qibtə ilə baxır indi... 
 
 
 
 
 
 
Quliyev Əli Surxay oğlu 
doğulub - 1926-cı il, 
Cəbrayıl rayonu Dağtumas kəndi; 
Ģəhid olub - 25.08.1993-cü il, 
Cəbrayıl rayonu Dağtumas kəndi 
 
 
 
 
QƏRĠBLĠKDƏ QALAN MƏZAR 
 
Ömrünün  ahıl  çağlarında  sinəsi  düĢmən  gülləsi  ilə  parçalandı  Əli 
müəllimin. Onun yurd sevgisi ilə döyünən ürəyi bircə anın içərisində didim-didim 
oldu.  O,  neçə-neçə  insana  arxa,  həyan  olmuĢdu  həyatda.  Təlatümlü,  qovğalı  bir 
ömür yaĢamıĢdı, tale sınağa çəkmiĢdi onu hər yerdə... 
Dörd  yaĢı  olanda  atası  Surxay  kiĢini  bolĢeviklər  gedər-gəlməzə  yola 
salmıĢdılar.  Əmisi  Məhəmməd  kiĢinin  himayəsində  dirçəlib  ayaq  üstə  qalxmıĢdı 
Əli müəllim... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə