Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə121/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   118   119   120   121   122   123   124   125   126

369 
 
 
 
 
Muradov Misir Əbil oğlu 
doğulub - 25.08.1926-cı il, 
Çapand kəndi; 
Ģəhid olub - 08.1993-cü il, 
Füzuli rayonu Əhmədbəyli kəndi 
 
 
 
O GÜNAHSIZ ĠDĠ... 
 
Dünyanın  qəribə  iĢləri,  ağlasığmayan  olayları  var  həyatda.  Kimisi  əcəllə 
yatağında  görüĢür,  kimisi  yolda-izdə  dəyiĢir  dünyasını.  Bir  il  qabaq  Misir  kiĢiyə 
desəydilər  ki,  ölüm  səni  elat  köçündə  yaxalayacaq,  inanmazdı.  Hələ  bir  gülüb 
deyəcəkdi  ki,  ay  saqqalı  ağarmıĢlar,  mənim  elatla,  köçlə  nə  iĢim  var  ki,  orda 
əzrayılla  üz-üzə  gəlim.  Qoca  kiĢiyəm,  əl-ayağımı  yığıb  oturmuĢam  kasıb 
komamda. Üçdə alacağım yox, beĢdə verəcəyim. Sonra da zarafatından qalmayıb 
əlavə edəcəkdi ki, arığın qoruqda nə iĢi var ki, vurub qıçını sındıralar... 
Demə tale onun üçün gizli-gizli tor qururmuĢ, bundan xəbəri yox idi Misir 
kiĢinin. 
Doxsan  üçüncü  ilin  22  avqust  gecəsi  camaatı  vahiməyə  salıb  yurd 
yerindən  qaçıranlar  iblissayağı  qəhqəhə  çəkirdilər  perik  düĢənlərin  dalınca.  Misir 
Muradov  da  diĢi-dırnağı  ilə  tikib  baĢa  gətirdiyi  ev-eĢiyini,  olan-qalanını  qoyub 
canını  götürüb  qaçırdı  o  gecə.  Beyləqan  səmtə  üz  tutan  yollar  elat  köçünə 
bənzəyirdi.  MaĢın  səsi  qoyun-quzu  mələĢməsinə,  insan  naləsi  mal-qara 
böyürtüsünə  qarıĢmıĢdı.  Ağız  deyəni,  qulaq  eĢitmirdi.  O  müdhiĢ  gecənin  dan 
üzündə  yol  yoldaĢları  qəfildən  itirdilər  onu.  Axtarmadıqları  yer,  soraqlamadıqları 
elat köçü qalmadı. Elə bil yağlı əppək olub göyə çəkilmiĢdi kiĢi. On gündən sonra 
onun meyitini xeyli uzaqlarda tapıb torpağa tapĢırdılar. Kimisi dedi Əhmədbəylinin 
yol  ayrıcında  hərbçilərlə  dolu  maĢın  vurub,  kimisi  də  düĢmən  güdazına  getdiyini 
söylədi  onun.  Hər  iki  halda  müharibə  yerindən-yurdundan  didərgin  saldı,  ahıl 
yaĢlarında qanına boyadı Misir kiĢini... 
Ağzı dualı, üzü nurlu bir insan idi o. Doğulduğu Çapand kəndində yaĢayıb 
iĢlədiyi  Mahmudlu  stansiyasında  ömrü  boyu  qarıĢqanı  da  ayaqlamamıĢdı  bu  kiĢi. 
Nəydi günahı, niyə taleyin qarğıĢına tuĢ gəldi, bilən olmadı... 
 
 
 
 


370 
 
 
 
 
Nəsibov Yolçu Bilal oğlu 
doğulub - 1940-cı il, 
Ermənistan Respublikası 
Krasnoselsk rayonu, 
Gölkənd kəndi; 
Ģəhid olub - 11.1991-ci il, 
Xocavənd rayonu, Zamzur kəndi 
 
 
BU AD ONA YARAġIRDI... 
 
Dağlar qoynunda yerləĢən Zamzur kəndi doxsan birinci ilin 15 noyabrında 
od tutub  yanırdı.  Burada  ruhlar dara  çəkilir, insan  ahları  gülləyə  tutulur,  yaralılar 
əzabla  öldürülürdü.  Yezid  qiyafəsində,  Ģümür  donundaydı  düĢmən.  Qeyrətli 
eloğullarımız  Kazım,  ġükür,  Elçin,  Akif  sübhün  gözü  açılandan  düĢmənlə  üz-üzə 
dayanıb  yaxına  buraxmırdılar  onları.  Həcər  qeyrətli  Faziləylə  MüĢgünaz 
əsgərlərimizin  yanından  uzaqlaĢmağı  ağıllarına  da  gətirmirdilər  o  gün.  Qeyri-
bərabər döyüĢdə son  nəfəslərinə kimi  vuruĢub Ģəhid olanların  cərgəsində Nəsibov 
Yolçu Bilal oğlu da var idi o gün... 
Yolçu  kiĢi  Ermənistanın  Krasnoselsk  rayonunun  Gölkənd  oymağında 
dünyaya  göz  açmıĢdı.  Səksən  səkkizinci  ilin  payızına  kimi  o  yerlərdə  yaĢamıĢdı. 
Dədə-baba  yurdundan  qovulandan  sonra  Bakıya  pənah  gətirmiĢ,  ordan  zorla 
Hadrutun  ermənilərdən  boĢaldılan  Zamzur  kəndinə  köçürülmüĢdü.  Kəndin  Yalçın 
qayaları, sərin çeĢmələri torpaq ağrısını, yurd göynərtisini az da olsa unutdurmuĢdu 
ona.  Ömür-gün  yoldaĢı  MüĢgünazla  balaları  Namiq  və  ġəlaləylə  əl-ələ  verib 
isiniĢmiĢdilər  təzə  yurd  yerlərinə.  Əlləri  əkin-biçindəydi  Yolçu  kiĢinin.  Belə  bir 
vaxtda ermənilər ikinci dəfə növrağını pozub, iĢığını həmiĢəlik söndürdülər onun. 
Polis  mayoru  Qəhrəman  Həmidovun  dediklərindən:  "Yolçu  kiĢi  əvəzsiz 
adam idi, - desəm, yanılmaram. Hər Ģeydən qabaq onun ölüm qarĢısındakı mərdliyi 
adamı valeh edir. Ġstəsəydi, o da vaxtında tərk edə bilərdi Zamzuru. Ancaq o axıra 
qədər namusunu, qeyrətini kiĢi kimi qoruyub dünyadan köçdü. Nə yaxĢı ki, balaları 
Namiq,  ġəlalə,  ömür-gün  yoldaĢı  MüĢgünaz  xanım  yaĢayırlar  həyatda.  Yolçu 
kiĢinin xatirəsini Cəbrayıllılar həmiĢə əziz tuturlar". 
Cəbrayılda  ona  Ağsaqqal  Yolçu,  Koroğlu  Yolçu  deyə  müraciət  edirdilər. 
Ölümündən  sonra  da  bu  adla  xatırlayırlar  Yolçu  Nəsibovu.  Bu  ad  qeyrətindən, 
hünərindən soraq verirdi onun. Bu ad yaraĢırdı Yolçu kiĢiyə... 
 
 


371 
 
 
 
 
Əsgərov Müzəffər Qəzənfər oğlu 
doğulub - 15.02.1952-ci il, 
Cəbrayıl rayonu Süleymanlı kəndi; 
itkin düĢüb - 15.08.1993-cü il, 
Süleymanlı kəndi 
 
 
 
 
DÜNYA YAXġILARINDIR... 
 
Müzəffər  müəllimi  yaxĢı  tanıyırdıq.  Təkcə  biz  yox,  rayonda  çoxları  onu 
yaxĢı  dost,  sözübütöv  bir  adam  kimi  qiymətləndirir,  adıyla  bağlı  iftixar  hissi 
keçirirdilər.  Onun  iri  vücudu,  əzələli  əl-qolu,  gur  danıĢıq  tərzi,  bir  sözlə,  yeriĢi-
duruĢu  indinin  özündə  də  bütün  cizgiləriylə  yadımızdadır.  Müzəffər  müəllimlə 
halal duz-çörək kəsmiĢ, neçə-neçə məclislərdə üz-üzə oturmuĢduq. Atası Qəzənfər 
müəllimlə yaxın münasibətimiz olduğundan Müzəffərin xarakterindəki xoĢa gələn 
duyumların ünvanı, riĢələri bizə məlum idi... 
Süleymanlı camaatı Müzəffərin yoxluğuna hələ də vaysınır, son nəfəsinə 
kimi  kəndi  tərk  etməyib,  qızıl  gülləyə  tuĢ  gələn  eloğlularına  Tanrıdan  imdad 
diləyirlər. 
Tanrı ona kövrək insan ürəyi, Ģir dözümü vermiĢdi. Həyatın isti-soyuğunu 
ömrünün  lap  ilk  vədələrindən  duymuĢdu.  Kənddəki  orta  məktəbin  səkkizinci 
sinfini  bitirəndən  sonra  Bakıdakı  riyaziyyat  təmayüllü  1  saylı  orta  məktəbdə 
oxumuĢdu. HüquqĢünas olmaq arzusuyla Süleymanlıdan getsə də, kəndə ədəbiyyat 
müəllimi  kimi  qayıtmıĢdı.  Bir  müddət  rayondakı  qiyabi  orta  məktəbin  direktoru 
iĢləmiĢ,  camaatla  qaynayıb-qarıĢmıĢdı.  Həmkəndliləri  fərasətini  görüb  Müzəffər 
müəllimi  özlərinə  ağsaqqal  seçmiĢdilər.  Rayon  Ġcra  Hakimiyyətinin  Süleymanlı, 
QıĢlaq,  Sur,  QuĢçular  kəndlərinə  tez-tez  baĢ  çəkir,  burada  səngərə  sığınan 
oğullarımıza  ürək-dirək  verirdi.  Əslində  camaat  Müzəffər  müəllimin  qoçaqlığına 
və  təĢkilatçılığına  görə  çətin  bir  məqamda  onu  özlərinə  baĢçı  seçmiĢdilər.  O  bu 
vəzifəni  daĢıdığı  gündən  daha  tez-tez  barıt  qoxulu  səngərlərə  üz    tutur  döyüĢ 
postlarındakı  əsgərlərin  döyüĢ  ruhunu  yüksəltmək  üçün  Ģəxsi  nümunə  göstərirdi. 
Kəndin atəĢ altında olduğu  günlərdə çoxları  məcburən isti  yuvalarını tərk etsə də, 
o, ölümün gözlərinə dik baxa-baxa yuxusuz gecələr keçirir, qrad səslərinə bələnən 
bir ömür yaĢayırdı... 
Deyirlər  cəsur  adamlar  ölümü  mərdliklə  qəbul  edir,  onun  ən  Ģərəflisini 
seçirlər.  Cəbrayıl  camaatının  yaddaĢında  ağrı-acılarıyla  yaĢayan  doxsan  üçün  16 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə