Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə122/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   118   119   120   121   122   123   124   125   126

372 
 
avqustunda  qeybə  çəkildi  Müzəffər  müəllim.  Həmin  gün  kəndin  ətrafında  gedən 
qanlı döyüĢlərdə ağır yaralanan bu igid oğlanın sonrakı taleyindən kimsənin xəbəri 
olmadı. 
Bədir  ana  oğlunun  yoxluğuna  hələ  də  inana  bilmir.  Umeyla  xanım  bürc 
timsallı  ərinin  nə  vaxtsa  geri  dönəcəyinə  hələ  də  ümidini  itirməyib.  Etibar  və 
Bəxtiyar  atalarının  adına  tapınıb  onun  yolunu  həsrətlə  gözləyirlər.  Qəzənfər 
müəllim  oğlu  Zəfərlə  birlikdə  Müzəffər  müəllimdən  bir  soraq  eĢitmək  ümidiylə 
neçə-neçə  ünvana  üz  tutub.  Biz  özümüz  də  dost  bilib  adını  həsrətlə  andığımız 
Müzəffərin  sağ-salamat  geri  qayıtmasına  Tanrıdan  iltimas  diləyirik.  Dünya 
yaxĢılarındır,  -  deyən  müdriklərimizin  bu  hikmətli  kəlmələrindən  Müzəffərin  də 
adı üzərinə iĢıq düĢür. O öz mərdliyi və yenilməzliyi ilə ölməzliyə getdi. Belələrini 
nə ulu Tanrı, nə də el-oba yaddan çıxarmaz. Elə onu tanıyanlara və ailə üzvlərinə 
təsəlli verən də budur... 
P. S. Kitab çapa hazırlanarkən Müzəffər müəllimin doğmaları ilə bir daha 
əlaqə  saxladıq.  Onlar  pəhləvan  cüssəli  övladlarından  əllərini  üzə  bilməsələr  də, 
qəlblərindən  boylanan  gümanlarına  deyəsən  xəfif  bir  duman  çökməkdədir.  Elə 
buna  görə  də  Müzəffər  müəllim  barədə  yazdığımız  yazını  kənara  qoymağa,  adını 
itginlərin  cərkəsinə  daxil  etməyə  əlimiz  var  gəlmədi.  Qoy  Müzəffər  müəllimin, 
varsa, özü, yoxsa, ruhu bizi bağıĢlasın... 
 
 
 
Seyidəliyeva Göyçə Xəlil qızı 
(1931-24.10.1993) 
 
 
 
Məmmədova Təranə Ġsmayıl qızı 
(15.04.1974-24.10.1993) 
 
 
 
Məmmədova Tamilə Fərmayıl qızı 
(1970-24.10.1993) 
 
 
 
 
 
 


373 
 
 
 
 
 
Məmmədov Mübariz Fərmayıl oğlu 
(1980-24.10.1993) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məmmədov Seyidəli Ġsmayıl oğlu 
(12.11.1982-24.10.1993) 
 
 
 
 
 
 
 
 
 
 
 
Seyidəliyev Faiq Fazil oğlu 
(27.09.1986-24.10.1993) 
 
 
 
 
 
 
 


374 
 
NƏNƏ QƏRĠB SORAQLAYIR 
 
- Nənə, su istəyirəm, suu... 
- Bizi evimizə apar, Göyçə nənə, burda üĢüyürük... 
- Hardasan, ataaaa, gəl, bizi düĢmənin əlindən qurtar... 
- Mən anamı istəyirəm, ay Allah, o harda qalıb... 
- Yaralarım incidir nənə, mənə, kömək elə... 
Göyçə  nənə  torpaq  üstə  qıvrılan  beĢ  körpə  nəvəsinin  naləsini  eĢitsə  də 
yerindən  tərpənə  bilmirdi  o  gün.  DüĢmən  gülləsi  ahıl  çağında  qanına  qəltan 
eləmiĢdi  onu.  Ġstəyirdi  Tamiləyə  Arazdan  bir  ovuc  su  gətirsin,  barmaqları 
açılmırdı,  Mübarizi  bağrına  basmaq  arzusu  ilə  alıĢıb-yanırdı,  qolları  sözünə 
baxmırdı. Seyidəlini, Təranəni ovundurmaq üçün dili söz tutmurdu nənənin. Yeddi 
yaĢlı  Faiqi  nəfəsi  ilə  qızdırsın  deyə  yaxına  can  atırdı,  ayaqları  açılmırdı.  Aman 
Allah, bu necə dərd idi, nənə körpələrin harayını eĢitsə də, əl uzada bilmirdi onlara. 
Yaralarından  qan  sızırdı  Göyçə  nənənin.  Anlar  ötüb  keçdikcə  dünya  gözlərində 
zülmətə  dönürdü  elə  bil.  Bircə  ovus  Vətən  torpağı,  bircə  qarıĢ  gor  evi  istəyirdi 
Göyçə  nənə.  Arazın  bircə  addımlığında  qanına  bələnən  beĢ  nəvəsindən  ötrü 
iynəynən  gor  qazmağa  hazır  idi,  Ancaq  nə  bu  iynəni  tutan  əli,  nə  də  gücü,  taqəti 
var idi... 
Balalarını  səma  altda  qoyub  ölə  bilmirdi  Göyçə  nənə.  DüĢmən  əlində 
qalan  doğma  ocağına  üzünü  tutub  haray  çəksə  də  Lələ  təpəsindən  atılan  qradlar 
çilik-çilik eləməkdəydi səsini... 
Dağların  dibi  ilə  qıvrıla-qıvrıla  axan  Arazın  da  elə  bil  dili  lal  olmuĢdu  o 
gün. Arazda hünər nə gəzirdi ki, sahilləri aĢıb nənənin harayına yetirsin özünü. O 
da canının harayındaydı. DüĢmən güllələri onun da sinəsini parça-parça eləmiĢdi o 
payız günü... 
Göyçə nənə sonuncu gücünü toplayıb təzədən dağa-daĢa ün saldı: 
- Ġsmayıl, Təranən, Seyidəlin qan içindədir, köməyə gəl... 
- Fərmayıl, düĢmən Tamiləni, Mübarizi qanına bələyib, hardasan... 
- Anan qurban, ay Fazil, Faiq balan son nəfəsindədir, özünü yetir. 
- Nənə, atamı çağırma, o gəlsə düĢmən əlinə keçəcək... 
-  Bəs,  baĢıma  haranın  külünü  töküm,  ay  bala?  Bəs,  bizə  kim  qəbir 
qazacaq? 
- Qəbir nəyimizə gərəkdir, nənə, biz hələ ölmək istəmirik... 
- Su istəyirəm, nənə, ciyərim od tutub yanır... 
- Mən də istəyirəm... 
- Mən də... 
- Mən dəə... 
O  müdhiĢ  payız  günündə  Göyçə  nənə  nəvələrinin  səsinə  bürünə-bürünə 
dünyanın quzey üzünə  tərəf  yol  getməkdə  idi.  Arazın qırağındakı  yaĢıl bir talada 
balıq kimi çapalayan nəvələrinə kömək soraqlayırdı nənə... 


375 
 
BeĢ  körpə  nəvəsinin  tükürpədən  harayı  Göyçə  nənənin  ruhuna  qısılıb 
əbədi bir rahatlığa, ölüm yuxusuna bürünməkdə idi... 
- Bizi Mərcanlıya, evimizə apar, burda üĢüyürük nənə... 
- Ay Allah, günahı nə idi bu tifillərin, biz kimə neyləmiĢdik, axı... 
Tanrının  haqq  qapısına  qədər  ucalan  bu  nalə  budaqdan  asılıb  qalan 
sonuncu  payız  yarpağı  kimi  əsib  titrəməkdədir  hələ  də.  Doxsan  üçün  payızından 
Göyçə  nənənin  çarmıxa  çəkilən  yaralı  ruhu  dünyamıza  qarğıĢ,  nifrin 
yağdırmaqdadır.  Milyon  illərdən  bəri  özünün  ümman  səbrinə  söykənən  ulu 
Tanrının bu müsibətdən xəbəri oldumu görən? Ömrünün ahıl çağlarında ağ birçək-
lərinə  qan  çilənən  Göyçə  ananın  qiyamət  gününə  kimi  eĢidiləcək  naləsi  zaman-
zaman  səslənəcək  hələ.  Bu  dərdli  ana  günahsız  nəvələrinin  əllərindən  yapıĢıb 
nigaran ruhu ilə haqq divanı soraqlayacaq və dilində, dodağında göyərən bir ağı ilə 
Tanrıya üz tutacaq həmiĢə: 
 
Balıqçıyam torum yox,  
Ocağımda qorum yox.  
Yurdum, yuvam dağılıb – 
Kəfənim yox, gorum yox... 
 
 
 
 
 
Təhməzova Qönçə Səfəralı qızı 
doğulub - 1928-ci il,  
Cəbrayıl rayonu Yuxarı Məzrə kəndi
Ģəhid olub - 18.08.1993-cü il,  
Cəbrayıl rayonu, Yuxarı Məzrə kəndi 
 
 
AĞ SAÇLARIN HARAYI 
 
Yuxarı Məzrə camaatı Allah adamı kimi tanıyırdılar Qönçə ananı. Tapdıq 
kiĢi  müharibə  əlili  olduğundan  ağır  bir  külfətin  qayğıları  üstünə  düĢmüĢdü  illər 
uzunu.  Qızları  GülĢən,  Həlimə,  Püstə,  Salatın,  oğlanları  Xeyrulla,  Müzəffər 
böyüyəndən  sonra  təzə-təzə  rahat  nəfəs  alırdı.  Erməni  quldurları  yurdumuza  diĢ 
qıcıdanda  Yuxarı  Məzrənin  də  növrağı  pozuldu.  Hadrutun  sərhəd  kəndləri  ilə 
qonĢu  olan  kənd  camaatı  silaha  sarılıb  əsgərlərimizlə  birlikdə  gecə-gündüz  ayaq 
üstə idilər. 
Qönçə ana ulu dağların zirvəsini səngər edib, yurdu qoruyan bu oğulların 
hünəri sayəsində tərk etməmiĢdi ev-eĢiyini. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə