360
...Sən əsirlikdə olduğun ayların sayı artıb-çoxaldıqca atan ƏrĢad
müəllimin, anan Zoya xanımın, əmilərinin, qohum-əqrəbanın yuxusu ərĢə çəkildi.
Elə-obaya ün sala-sala səni soraqlayan doğmaların dünyanın mərhəmət iĢığına üz
tutub nicat yollarını bir-birinə caladılar. Axır ki, göydə Tanrının, yerdə isə insaflı
adamların köməyilə bəxtinə iĢıq düĢdü. Sən düĢmən caynağından qurtulub
yurdundan perik düĢmüĢ doğmalarının yanına qayıtdın...
Ġlqar, səni görən gözlər qan ağladı o gün. Əsir düĢdüyün günlərdə səni
xəyallarında yaĢadanların o gün əlləri üzlərində qaldı. Aman Allah, düĢmən nə
qədər əzazil olarmıĢ? Adama da belə iĢgəncəmi verərlər? Nə el-obanın səndə xoĢ
ovqat doğuran həlim sözləri, nə anan Zoya xanımın nəvaziĢləri, nə də ata vüsalına
sığınan körpələrinin təbəssümü düĢmən zülmündən niĢanə qalan mərəzi canından
çıxara bilmədi. Sən əsirlikdən qayıdıb gələndən az sonra ölümün ağuĢuna sığındın.
Cəbrayıl Ģəhərinin meri vəzifəsini icra etmək sənə bir də qismət olmadı...
...Ani bir ölümün ağrısına dözməyə nə var ki? Sən gor əzabı görə-görə
ölümə qovuĢdun. Sən yurd sevgisinin Ģirinliyi ilə ovuna-ovuna ĢəhidləĢdin. Sən
üçrəngli bayrağımızın əzəmətinə sığınıb tale sınağından Ģərəflə çıxdın, inam,
dəyanət, əyilməzlik rəmzi olaraq heykəlləĢdin ürəklərdə. Belə tale hər adamın
qismətinə düĢmür, Ġlqar!
Sən düĢmən qarĢısında
Dayandın bir dağ kimi,
Zirvədə dalğalandın
Üçrəngli bayraq kimi.
DüĢmən əhatəsində
Dözsən də hər çətinə,
Çoxları qibtə etdi
Sənin ləyaqətinə.
Qorxu bilməz ər kimi
Ürəkdə qaldın, Ġlqar.
Bir alınmaz qalatək
Yenilməz oldun, Ġlqar.
361
Məmmədov Məhərrəm Fehruz oğlu
doğulub - 24.08.1955-ci il,
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi;
Ģəhid olub - 24 08 1993-cü il,
Füzuli rayonu Əhmədbəyli kəndi
TƏMĠZ ADIN ĠġIĞINDA
Yeksarə xanım divardan asılan qara haĢiyəli Ģəklin qarĢısında dayanıb
ömür-gün yoldaĢının bir nöqtəyə zillənən baxıĢlarına dönə-dönə tamaĢa etdi.
Xəyallanıb-xəyallanıb Ģəkillə danıĢmağa baĢladı:
- Balalarımız Adəmin, Xəyyamın, Ulduzla Nərgizin nəmli baxıĢları məni
varımdan yox edir. Onları ovundurmaqda çətinlik çəkirəm... Amma elə bilirəm ki,
hər dəqiqə yanımızdasan. Mehriban səsin hələ də qulaqlarımdadır. Özün bu
dünyada olmasan da, təmiz adının ucalığına, saf əməllərinin iĢığına sığınıb
yaĢayırıq.
Sən gedəndən elə hey
Məni boğsa da qəhər.
Nəfəsini duyuram,
Əzizim, axĢam, səhər.
Həyatda tək deyiləm,
SığınmıĢam adına.
Balaların qızınır,
Ürəyimin oduna...
Məhərrəm hərbi xidmətdən sonra BDU-nun hüquq fakültəsini bitirmiĢdi.
Rayondakı aqrar-sənaye birliyində hüquqĢünas iĢlədiyi illərdə rayon camaatı ilə
qaynayıb-qarıĢmıĢ, yıxılanın, haqqı tapdananın tərəfində dayanmıĢdı. O, hamıya
xoĢ üzlə kömək köstərməyi, dost-tanıĢ qazanmağı bacaran adam idi. 1987-ci ildə
Zərdab rayon xalq hakimi seçiləndən sonra Məhərrəmin fəaliyyət dairəsi,
səlahiyyəti geniĢlənsə də o, yenə də öz sadəliyi ilə seçilirdi. Arabir iĢ-gücdən baĢ
tapıb kəndə qayıdanda camaat arasına çıxaraq hamı ilə görüĢür, yas yerlərinə üz
362
tutub könlü qubarlı ailələri ovundurardı. QardaĢları Tofiqin, Əbilin nəzərində
Məhərrəm adicə qardaĢ deyildi, - ata kimi yanımlı, sirdaĢ kimi ürəkdən keçəni
duyan idi. Bacısı Suğradan ötrü kəndin ayağından baĢına payı-piyada gəlib onunla
əhval tutar, bacısı uĢaqlarını öpüb-oxĢayardı. Cavan olmasına baxmayaraq üzündən
nuranilik yağırdı onun. Zərdab camaatının nəzərində Məhərrəm Simurq quĢu
timsalında idi. Tələm-tələsik hökmlər çıxarmağı səriĢtəsizlik hesab edən bu ya-
nımlı hakim həmiĢə vicdanın səsinə arxalanar, adamları islah etməyə, düz yola
qaytarmağa çalıĢardı. Cavan ailələr bəzən ayrılmaq üçün ona üz tutanda vüsal
Ģirinliyini hələ lazımınca dərk etməyən gəncləri təzədən qovuĢdurmağı ən böyük
savab hesab edirdi. Ürəyində öz-özünə deyərdi ki, "dünyada könül sındırmaqdan,
nifaq toxumu səpməkdən ağır günah yoxdur.
Hakim qərar çıxararkən gərək yüz ölçüb, bir biçsin". Mühakimə etdiyi
adamlara elə həssaslıqla yanaĢardı ki, onun hökmündən heç kəs incik qalmazdı...
ġirvan torpağında yaĢasa da, ürəyi Qarabağda, Cəbrayılın barıt qoxulu
obalarında qalmıĢdı. Doxsan üçüncü ilin əvvəllərindən baĢlayaraq tez-tez doğma
ata ocağına baĢ çəkər, imkanı dairəsində döyüĢən orduya maddi və mənəvi kömək
göstərərdi. səksəkə içərisində sabaha boylanan həmyerlilərinə üz tutub:
-Əzizlərim, - deyərdi - möhkəm olun, yadda saxlayın ki, ata ocağının
əvəzini heç nə verməz. Allah eləməmiĢ bu yerlərdən əliniz çıxsa, qərib obalarda
göz yaĢı axıtmalı olacaqsınız...
... O məĢum gündə yenidən Böyük Mərcanlıya üz tutmuĢdu. Ġstəyirdi ki,
anası Səfurəni, əlsiz-ayaqsız uĢaqları atəĢ altdan çıxarıb arxaya aparsın. Yola
düĢməzdən bir gün qabaq adəti üzrə kənddəki dəmir yol stansiyasına baĢ çəkib
həmyerliləri ilə hal-xoĢ etdi. "Ağlın nə kəsir, indi biz nə edək?" - sualı ilə ona üz
tutanlara:
-Vəziyyət elədir ki, qız-gəlini, uĢaq və qocaları burada saxlamaq ölümü
havayıdan qazanmaqdır, - dedi...
Avqustun 24-də anası Səfurəylə, yaxın qohumları Rəsul və Aminə ilə öz
Ģəxsi maĢınında yola çıxan Məhərrəm Məmmədov Əhmədbəylinin yol ayrıcından
bəridə, "Kültəpə" deyilən yerdə düĢmən "qrad"ına tuĢ gəldi. Bircə anın içərisində
od alan maĢında yanıb külə döndülər onlar...
Dünyada simurq quĢu kimi yanımlı bir insan idi Məhərrəm. Elə anadan
olduğu gündə də simurq quĢu kimi yanıb dünyasını dəyiĢdi. Ondan bizə el qeyrəti
və bir də təmiz ad qaldı...
...Bir dəfə Zərdablı bir dostumun dilindən qopan: "-Məhərrəm müəllim
heç öləsi oğul deyildi. Onu biz Cəbrayıl camaatından da çox istəyirdik..."
kəlmələrini eĢidəndə ürəyim yenidən Ģan-Ģan oldu...
...Sonralar Məhərrəm müəllimin gözünün ilk ovu olan oğul balasıyla,
Adəmlə də rastlaĢdım. Mingəçevirdəki özəl ali məktəbdə oxuyan bu cavan oğlanı
görəndə elə bil bir anlıq təsəlli tapdım. Dünyadan nakam gedən atasının arzularını
Dostları ilə paylaş: |