QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə15/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   11   12   13   14   15   16   17   18   ...   182

 

39 


 

onların bəziləri ev heyvanlarına, həmçinin insanın sağlamlığına böyük 

ziyan vurur. 

BAKTERİYA KOLONİYASI  – böyümə  və çoxalma prosesində 

mikroorqanizmlərin qida məhsullarının torpaq səthində toplanması. 



BAKTERİYALAR (yun. Bakterion - çöp) – tərkibində çoxlu miq-

darda dezoksiribonuklein turşusu (DNT) olan birhüceyrəli 

mikroorqanizmlər qrupu (tipi) əksəriyyəti xlorofil və plastisidlərdən, 

aydın seçilən xromosomlardan və s. törəmələrdən məhrum olan primitiv 

nüvəli orqanizmlərdir. B. torpaq, hava, su hövzələri və s.-də yayılmışdır. 

Onlar aerob (oksigenli) və anaerob (oksigensiz) şəraitdə yaşayırlar. 



BAKTERİYALI GÜBRƏLƏR  – tərkibində  kənd təsərrüfatı 

bitkiləri üçün faydalı torpaq mikroorqanizmləri olan preparatlar. B.g. 

torpaqda biokimyəvi prosesləri gücləndirir və bitkilərin köklə 

qidalanmasını yaxşılaşdırır. B.g.-dən nitragin, azotbakterin və fosforo-

bakterin işlədilir. 

BALIQÇILIQ, BALIQYETİŞDİRMƏ  – təbii su hövzələrində 

balıq ehtiyatını artıran, balıqların keyfiyyətini yaxşılaşdıran və süni 

göllərdə balıq çoxaldan təsərrüfat sahəsi. Azərbaycanda bir çox balıq-

yetişdirmə müəssisəsi (Çaykənd, Çuxurqəbələ,  Əli-Bayramlı, Kürağzı 

balıqyetişdirmə zavodları  və s.) var. Bu müəssisələrdə  hər il çoxlu 

qızılbalıq, nərə balığı, çəki balığı, çapaq, suf, xəşəm, şamayı və s. balıq 

körpələri yetişdirilib Kür çayına buraxılır. 

BALIQYETİŞDİRMƏ 

PİTOMNİKİ 

– Balıq kürüsünü 

mayalandıran, inkubasiya edən və körpə balıq yetişdirərək, sonradan 

onu satlıq həcminə  qədər yetişdirmək üçün balıqçılıq göllərinə  və ya 

təbii su hövzələrinə buraxan müəssisə. məs.. Xanlar rayonunun Çaykənd 

və Qəbələ rayonunun Çuxurqəbələ zavodlarında süni surətdə çoxaldılan 

qızılbalıq körpələri Kür çayına buraxılır. 

BALL – təbii hadisələrin (zəlzələ, külək, buludluq və s.) gərginlik və 

qüvvə dərəcəsinin göstəricisi. məs., küləyin gücü 9

b

, zəlzələ 6



b

 və s. 


BALNEOLOGİYA  – mineral suların mənşəyini, fiziki-kimyəvi 

xassələrini, onlardan müalicə profilaktika məqsədi ilə istifadə etmək 

üsullarını, habelə onların orqanizmə təsirini öyrənən elm. 

BALVERƏN BİTKİLƏR – örtülütoxumlu bitkilərin böyük bir qru-

pu. Arıçılığın yem bazasıdır. Bu bitkilərdən bal arısı nektar (şirə) və 

tozcuq yığır. Azərbaycanda 4000-dən artıq balverən bitki növü vardır. 

Bunların ən əhəmiyyətlisi cökə, kəkotu, dalamaz, sarı yonca, üçyarpaq 

yonca, xaşa, günəbaxan, yemişan, armud, alma, alça, ərik, dağnanəsi, 

yarpız, xiyar, qarpız, pambıq və s.-dir. Arılar başdan-başa belə bitkilər 

əkilmiş sahənin hər ha-ından 100 kq-a qədər bal toplaya bilər. 



 

40 


 

BARXANLAR – qum səhralarında küləyin təsiri ilə relyefin hərəkət 

edən formaları. B. küləyin rejimindən asılı olaraq tirə  və  təpə 

formasında olur. Qum ekosistemlərində B. şirin suların akkumlyatorları 

hesab olunur. 



BARİFOBLAR – aşağı  təzyiqli yerlərdə yaşayan orqanizmlər 

(bitkilər, heyvanlar), yüksək dağlıq zonanın orqanizmləri. Dəniz 

səviyyəsindən yüksəkliyə qalxdıqca bitki və heyvan növlərinin sayı 

tədricən azalır. 



BAROXORLAR – toxumları öz ağırlıq qüvvəsilə düşərək yayılan 

bitkilər. 



BAROMETR  – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı  və 

metal (aneroid) B.-lər olur. Hipsotermometrlər də B.-lərə aiddir. Mayeli 

B.-lərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə 

sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir. 



BATAQLIQ – yer səthinin izafi rütubətlənərək çürüməmiş üzvi 

maddələrin toplandığı sahəsinə deyilir. B. müxtəlif yolla-sututarlarda 

suyun azalması  və quruması, yeraltı suların səthə  çıxması, çay 

daşqınlarının quru sahələri su basması  və s. yolla əmələ  gəlir. Belə 

yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi (anaerob) gedir. 

Azərbaycanda özünəməxsus qamış B.-larına Kürçayı boyu, Lənkəran və 

Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast 

gəlinir. Xəzər dənizinin qalxması ilə  əlaqədar suyun ətraf sahəni 

basması nəticəsində yeni B.-ların əmələ gəlməsi müşahidə olunur. 

BATAQLIQ LANDŞAFTI  izafi rütubətli landşaft, bura 

bataqlıqlar və onunla  təmasda olan bataqlaşmış  ərazilər daxildir. 

Əsasən tayqa, tundra, qarışıq meşələr zonasında və ekvatorial 

qurşaqlarda (Cunqli, ekvator meşələri) yayılmışdır. 



BATAQLIQ TORPAQLAR – çoxlu miqdarda çürüməmiş  və 

yarıçürümüş bitki qalığı (torf) olan, həddindən artıq rütubətli torpaqlar. 

B.t. adətən, turş, neytral, qələvi, həmçinin  şoranlı,  şorakətli, karbonatlı 

və qleyli torpaqlara bölünür. Qurutduqdan və müvafiq aqromeliorasiya 

tədbirləri görüldükdən sonra bu torpaqlardan bol məhsul yetişdirmək 

üçün istifadə edilir. B.t. respublikamızın  ərazisinin 0,38% -ni tutur. 

Lənkəran, Astara və Masallı rayonlarının düzən hissələrində, Kürboyu 

çökəkliklərində (Qarasuda) və  Dəvəçi rayonunun Ağzıbirçala gölü 

hövzəsində var. 

BATİAL ORQANİZM, DƏRİN SU ORQANİZMİ – (yun. bathus 

– dərin) göl, dəniz və okeanın daha dərinliklərində yaşayan orqanizm. 

BATİRPLANKTON – okeanın dərin sularındakı plankton, əsasən 

bakteriya populyasiyalarından, infuzorlardan, xərçəngkimilərdən, balıq 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə