QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə14/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   10   11   12   13   14   15   16   17   ...   182

 

39 


 

yaşıl kükürd bakteriyaları da fəal azot fiksatorlarıdır. 



AZOTOFİL ORQANİZM  – yalnız azotla zəngin olan torpaqda 

yaşayan bitkilər (kəndalaş, gicitkən, sirkən və s.). 



AZOTUN DÖVRANI – bu proses yağıntı vasitəsi ilə azot 

birləşmələrinin ekosistemə daxil olması ilə başlanır, torpaq 

mikroorqanizmləri ilə azot fiksə olunur və bitki tərəfindən mənimsənilir, 

sonra ekosistemin trofik kanalları vasitəsilə  hərəkət edərək redusentə 

çatdırılır. Burada nitritlər və nitratlar əmələ  gəlir. Ekosistem azotunun 

əsas hissəsi torpaqda toplanır. Buradan azot yenidən bitki orqanizminə, 

sonra isə dövranın daxili kanallarına daxil olur. Azotun bir hissəsi isə 

denitrifikasiya prosesindən sonra atmosferə daxil olur. 



AZTULLANTILI  İSTEHSAL  – az miqdar tullantılı optimal 

sənaye istehsalı. A.İ.  ətraf mühitin çirklənmədən mühafizəsinin  ən ef-

fektiv və perspektiv formasıdır. 

AYSBERQ – qütb ölkələrində buzlaqdan qopub dənizlərdə üzən iri 

buz parçaları. Ən iri A. Antarktida və Qrenlandiya buzlaqlarından əmələ 

gəlir. A. gəmilər üçün böyük təhlükə yaradır. 

AVİOYEMLƏMƏ  – Təyyarə  və ya vertolyotdan mineral və mi-

krobioloji gübrələrin səpilməsi (verilməsi). 



AVİTAMİNOZ – uzun müddət vitaminsiz və ya az vitaminli 

yeməklə qidalanma nəticəsində baş verən xəstəlik. Qidada S, V, D və 

RR vitaminlərinin çatışmazlığı skorbut, beri-beri, raxit, pellara 

xəstəliklərinə səbəb olur. Polivitaminoz (eyni vaxtda bir neçə vitaminin 

çatışmazlığı) və hipovitaminoz (qidada vitaminin normadan az olması) 

daha çox təsadüf edilir. 



AVİFAUNA – bax Ornitofauna. 

AVTOQAMİYA – 1) – öz-özünə tozlanma – eyni bir çiçəyin toz-

cuğunun həmin çiçəyin dişiciyi ağızcığına düşməsi; 2) öz-özünə maya-

lanma – bir hüceyrə daxilində əmələ gələn ilk nüvənin birləşməsi. 

AVTOGEMOREYA – bə’zi həşəratların xüsusi qorxuducu maye 

ifraz edərək özünü düşməndən qoruması (qarışqalar, parəbüzən və s.). 



AVTOMEXANOXORİYA – toxumların yayılma üsullarından bi-

ri: meyvələrin açılması ilə  əmələ  gələn təzyiq nəticəsində toxumların 

meyvədən ətrafa yayılması. 

AVTORADİOQRAFİYA, AUTORADİOQRAFİYA, 

RADİOAVTOQRAFİYA – təsdiq olunan obyektin üzərinə radioaktiv 

şüalanmaya həssas fotoemulsiya qatı çəkməklə həmin obyektdə radioak-

tiv maddələrin paylanmasını öyrənən üsul. Bu zaman obyektin 

daxilindəki radioaktiv maddələr sanki özü öz şəklini çəkir. A-dan izotop 

indikatorların tətbiq olunduğu bütün sahələrdə (fizika, texnika, biolo-



 

40 


 

giya, təbabət və s.) geniş istifadə olunur. A. ilə bitki və heyvan 

orqanizmlərinin toxumalarında təbii radioaktiv elementlərin paylanması 

öyrənilir və s. 



AVTOTROFLAR, AVTOTROF ORQANİZMLƏR  – həyat 

fəaliyyəti üçün lazım olan üzvü birləşmələrin fotosintez və hemosintez 

nəticəsində qeyri-üzvi birləşmələrindən sintez edən orqanizmlər. A. ali 

bitkilərə (parazit və saprofitlərdən başqa, yosunlar və fototrof bakteriya-

lar) aiddir. Xlorofilli ali bitki və yosunlar üzvi maddəni günəş enerjisi 

hesabına karbon qazı  və sudan, avtotrof bakteriyalar isə  bə’zi kimyəvi 

reaksiyaların enerjisi hesabına mineral birləşmələrdən sintez edir. 

Təbiətdə maddələr dövranında A.-rın rolu olduqca böyükdür. 



AVTOFERTİL BİTKİLƏR  – öz-özünə tozlanma nəticəsində 

normal toxum verən özümeyvəli bitkilər. Buğda, arpa, vələmir, darı, 

şaftalı, heyva, pomidor və s. bitkilər. 

AVTOXORLAR, AVTOXOR NÖVLƏR  – yayılması toxum və 

meyvələrinin  hər hansı bir təbii agenti vasitəsilə deyil, öz ağırlıq 

qüvvəsilə düşərək və ya qəflətən açılan meyvənin toxumlarının 

müəyyən məsafəyə (20 m radius) sıçraması ilə (məs. paxlalılar, 

ətirşahlar, bə’zi bənövşə növləri) yayılan bitkilər. 



 

41 


 

 

BAĞQORUYUCU MEŞƏ ZOLAĞI – bağların, üzümlüklərin, çay 

və sitrus plantasiyalarının kənarında və daxilində torpağı  və  kənd 

təsərrüfatı bitkilərini zərərli təbii və antropogen amillərdən qorumaq 

məqsədilə salınmış qoruyucu meşə zolağı. Belə zolaqlar küləyin təsirini 

zəiflədir, qarın sovrulmasının qarşısını alır, bağların məhsuldarlığını 

artırır. B.m.z. bağlar salınmazdan 2-3 əvvəl yaşlı ağaclardan salınır. 

BAKİRƏ MEŞƏ – bax: ilkin bitki örtüyü. 

BAKTERİAL KAĞIZ – gümüş nitratla hopdurulmuş kağız. 

BAKTERİAL TOKSİNLƏR – bakteriyaların  ətraf mühitə 

buraxdığı (eksotoksinlər) və ya mikrob hüceyrələrdə saxladığı 

(endotoksinlər) zəhərli maddələr. 

BAKTERİBENTOS – bentosun tərkibinə daxil olan mikroorqanizm 

populyasiyasının məcmusu. 



BAKTERİOFAQLAR – bakteriyaları  və digər mikroorqanizmləri 

dağıdan bakterial viruslar, faqlar. Onlar bakteriya və s. hüceyrələrin 

daxilində yaşayıb hüceyrəni əridir. 

BAKTERİOLOGİYA – mikrobiologiyanın bakteriyaları  tədqiq 

edən sahəsi. 



BAKTEROLOJİ  SİLAH, BİOLOJİ  SİLAH  – bakteriyaların 

fəaliyyətinə  əsaslanan kütləvi qırım silahı; insan, heyvan və bitkiləri 

kütləvi surətdə yoluxdurmaq və  məhv etmək vasitələrindən biri. B.s. 

təhlükəli yoluxucu xəstəliklər (vəba, taun, qarayara və s.) törədən bakte-

riya, virus və bəzi mikrobların törətdiyi zəhərlə (toksinlərlə) təsir edir. 

BAKTERİOTROFİZM – bitki kökləri və bakteriyalar arasında 

qarşılıqlı faydalı  əlaqə. Bakteriyalar bitkilər tərəfindən mənimsənilən 

müxtəlif qida maddələri, vitaminlər sintez edir (məs. kökyumrulu 

bitkilərdə, paxlalılarda). 



BAKTERİSİDLƏR – mikroorqanizmlərlə mübarizə aparmaq 

məqsədilə  işlədilən kimyəvi maddələr (etil spirti, formalin, bəzi anti-

biotiklər). Bir çox xəstəliklərin müalicəsində, sterilizəsində istifadə olu-

nur. 


BAKTERİOZ – bakteriyaların törətdiyi bitki xəstəlikləri. 

BAKTERİOZLAR – Bakteriyalar vasitəsilə bitki, heyvan və in-

sanda yayılan infeksiya xəstəlikləri. (məs. vərəm xəstəliyi insan və hey-

vanda koxa basillası vasitəsilə yayılır).  İndiyə  qədər 300-ə  qədər 

xəstəlik törədici B. təsvir olunmuşdur. Təbiətdə B. heyvan və bitki 

növlərinin populyasiyalarının sayını nizamlama rolunu oynayır. Lakin 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə