QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə12/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   8   9   10   11   12   13   14   15   ...   182

 

34 


 

orqanizmlərdən olan yaşıl bitkilər fotosintez prosesində Günəş 

enerjisindən bilavasitə istifadə edir və qeyri üzvi birləşmələrdən üzvi 

birləşmələr (karbohidratlar, amin turşuları, zülallar və s.) yaradır. 



ASSOSİASİYA  (yun. associatio - birləşmə) – fitosenozun, yaxud 

biosenozun  əsas təsnifat vahidi. Quruluşu, növ tərkibi, maddələr 

mübadiləsi, torpaq örtüyü eyni olan, həm orqanizmlərlə, həm də orqa-

nizm ilə mühit arasında qarşılıqlı  əlaqələri oxşar olan fitosenozlar bir-

liyi. A. relyef, su və torpaq şəraitinin dəyişilməsi, habelə bilavasitə (ot 

biçini, meşənin məhv edilməsi və s.) və ya dolayı  təsir (mal-qara 

otarılması) nəticəsində kökündən dəyişilə bilər.  İlkin və törəmə A.-lar 

ayırırlar. A.-lar adi hakim bitkilərə görə müəyyən edilir. A.-nın 

öyrənilməsi bitki örtüyü sahələrinin yararlılıq dərəcəsini, onların 

səmərəli istifadəsi və yaxşılaşdırılması yollarını müəyyən etməyə imkan 

verir. İri miqyaslı bitki örtüyü xəritələri çəkildikdə ayrı-ayrı A.-lar, mi-

qyas kiçildikdə isə A. birlikləri göstərilir. 



ASTMA  – nəfəsalmanı  çətinləşdirməkdə özünü göstərən 

allergiyanın variantlarından biri. 



ASTROBİOLOGİYA – Kainatda həyatın hər cür təzahür 

formalarını öyrənən elm sahəsi. A. astronomiya, biologiya və biokimya 

nailiyyətlərinə əsaslanır. Bəzi məsələləri isə insanın kosmik fəzaya fəal 

müdaxiləsi nəticəsində meydana gəlmiş kosmik biologiya və kosmik 

tibb ilə birlikdə həll edir. 

AŞI BİTKİLƏRİ – sənayedə istifadə etmək üçün tərkibində kifayət 

qədər aşı maddələri və tannidlər olan bitkilər. Tannidlər bitkilərin  ən 

mühüm biokimyəvi reaksiyalarında iştirak edir, həmçinin bitkiləri 

heyvanların yeməsinə (məhv etməsinə), bitki toxumlarında parazit 

göbələklərin və bakteriyaların inkişafına mane olur. Azərbaycanda, 

əsasən, nar qabığı, dəvədabanı kökü, sumaq yarpağı  və  şabalıdın 

qərzəyindən istifadə edilir. A.b. həm də  dərman, boyaq və yeyinti 

sənayesi üçün xammaldır. 



AŞINMA – Yer səthində və onun ən üst qatlarında süxurların fiziki, 

kimyəvi və bioloji amillərin təsirilə parçalanması və kimyəvi dəyişməsi 

prosesi. 

Fiziki A. temperaturun dəyişməsi, su, külək və bitki köklərinin təsiri 

ilə süxurların kövrəkləşməsi, mexaniki parçalanmasıdır. Kimyəvi A. 

hava, su və üzvi aləmin kimyəvi aktiv birləşmələrinin (O

2

, SO


2

  və s.) 

təsiri ilə süxurların kimyəvi dəyişməsidir. A. bitkilərin və heyvanların 

həyat fəaliyyəti nəticəsində süxurların mexaniki dağılmasına və ya 

kimyəvi dəyişilməsinə deyilir. A. relyef prosesində böyük rol oynayır. 

 



 

35 


 

ATLAS (coğrafi)  – müəyyən sistemlə  yığılıb, ümumi proqram 

əsasında albom və ya kitab şəklində  tərtib edilən coğrafiya xəritələri 

məcmuəsi. A.-dan müxtəlif sorğu və tədris məqsədi ilə istifadə olunur. 

“Dünyanın fiziki atlası” (1964), “Dünyanın kiçik atlası” (1975), 

“Azərbaycanın atlası” (1949, 1963) nəşr olunmuşdur. Azərbaycan 

respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərb. MEA akad. 

Həsən Əliyev adına Coğrafiya institutu nəşrə hazırlamışdır. 

ATMOBİONTLAR    meşə döşənəyinin üst qatında həyat sürən 

növlər, bitkilərin aşağı hisələrinə qalxma qabiliyyətinə malik olub iri 

ölçülü, tam inkişaf etmiş gözləri, nisbətən uzun çıxıntıları (antenna 

ayaqlar və hoppanma qarmağı) olur. 



ATMOSFER (yun. atmos – buxar və spharia - təbəqə) – yerin ha-

va-qaz təbəqəsi. A. başlıca olaraq azot (78%), oksigen (21%) və arqon-

dan (1%-ə  qədər) ibarətdir. Karbon qazı – 0,03%, hidrogen, helium, 

kripton, ksenon, neon və s. qazlar 0,01% təşkil edir. A.-in alt sərhədi 

qurunun səthi (okean səviyyəsi) hesab olunur, üst sərhədinin hündürlüyü 

1300 km-ə  qədərdir. Yuxarı qalxdıqca A. seyrəkləşir, təzyiqi düşür və 

tərkibi dəyişir. 

Hazırda A. beş  əsas təbəqəyə bölünür: birinci təbəqə troposferdir. 

Onun hündürlüyü qütblərdə 8-km-ə, ekvatorda 18 km-ə, Azərbaycanda 

12-14 km-ə çatır. Troposferdə hava sıxdır və bütün A. kütləsinin 

təqribən 75%-i buradadır. Troposferdən yuxarıda-stratosfer yerləşir, 

onun üst hissəsi 20-40 km hündürlükdə ozonosferi təşkil edir. 

Stratosferdən üstdə – 40-80 km arasında mezosfer, mezosferdən 

yuxarıda – 80 ilə 1000 km arasında termosfer (ionosfer) yerləşir. 

Axırıncı təbəqə ekzosfer adlanır. O, 1000 km-dən yuxarıda yerləşir. 

ATMOSFER AKUSTİKASI – akustikanın bir bölməsi; atmosferdə 

səs dalğalarının yayılmasını öyrənir və atmosferi akustik üsullarla tədqiq 

edir. A.-a-nın mühüm vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarı 

təbəqələrini tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs 

dalğalarının yayılmasını və s.-ni öyrənir. 

ATMOSFER AMİLİ  – atmosferin fiziki vəziyyəti və kimyəvi 

tərkibi ilə bağlı amil. (atmosferin seyrəkliyi, temperaturu, tərkibi, 

çirklənməsi və i.a.). 

ATMOSFER ÇÖKÜNTÜLƏRİ (YAĞINTILARI)  – buludlardan 

damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer 

səthinə  və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı 

düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. A.ç. Yer 

kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda 

yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə