QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə9/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   5   6   7   8   9   10   11   12   ...   182

 

25 


 

qabiliyyətini artırır, bitkinin inkişafını  və kök əmələ  gətirməsini 

sürətləndirir. Bundan ötrü toxum A.-lə dərmanlanır, yaxud bitkilərə an-

tibiotik məhlullar çilənir, ya da onların gövdəsinə A. yeridilir. 



ANTİDOTLAR zəhərlənmə zamanı istifadə edilən dərmanlar. 

ANTİOKSİDANTLAR  – Orqanizmin qocalmasına  şərait yaradan 

oksidləşmə prosesini zəiflədən və qarşısını alan kimyəvi maddələr. (toko-

ferollar, ionollar və s.). 

ANTİSEPTİKLƏR – xəstəliktörədən mikroorqanizmləri məhv 

etmək və ya onların çoxalmasının qarşısını almaq üçün kimyəvi 

maddələr. Tibbdə A. dəriyə, yaraya və s.-yə infeksiya keçməsinin 

qarşısını almaq üçün işlədilir. A-in bir qismindən (karbol turşusu, kre-

zol, lizol, formalin, xloramin, xlorlu əhəng və s.) binaları dizinfeksiya 

etmək üçün istifadə olunur. Tibbdə  işlədilən A-ə pantosid, yodoform, 

hidrogen-peroksid, kalium- permanqanat, bor turşusu, natrium-hidrokar-

bonat, nişatır spirti, gümüş-nitrat, protarqol, Burov mayesi, spirt, riva-

nol, bəzi antibiotiklər (qramisidin, mikrosid), fitonsidlər və s. aiddir. 

ANTİtSİKLON – atmosfer havasının yüksək təzyiqə malik olan 

sahəsi; A-nun mərkəzindəki  ən yüksək təzyiq kənarlara doğru azalır. 

Ayrı-ayrı A-nun mövcudluq dövrü bir neçə sutka və ya həftə davam edə 

bilər.  Şimal yarımkürəsində A-nun sürəti 30 km/saata, cənub 

yarımkürəsində isə 40 km/saata çatır. 

ANTİSİKLON AXINI – dairəvi dəniz axını: şimal yarımkürəsində 

saat  əqrəbi istiqamətində, cənub yarımkürəsində isə  əksinə olur. A.a. 

dünya okeanının bioloji məhsuldarlığına müəyyən təsir göstərir (adətən 

burada o, olduqca aşağıdır). 



ANTOFİLLƏR  (yun. anthos - çiçək)  Bitki çiçəkliyində 

məskunlaşaraq, onun ləçəkləri, erkəkcikləri və nektarı (nektarofaqlar) 

ilə qidalanan heyvanat aləmi, xüsusilə də həşəratlar. 

ANTOFİTLƏR – çiçək əmələ gətirən bitkilər; çiçəkli bitkilər. 

ANTOQONİSTLƏR – rəqabət  şəraitində yaşayan orqanizmlərdən 

bir növün fərdləri digər növün fərdlərinin həyat fəaliyyətini sıxışdırır 

(ləngidir). 

ANTOQONİZM  – orqanizmlərin bir-birilə barışmaz, kəskin 

mübarizəsi, bu zaman növün biri digərinin boy və inkişafını zəiflədir və 

ya tamamilə dayandırır. 

ANTROBİOSENOZ  (yun. anthropos - insan) – insanın təsərrüfat 

fəaliyyətinin altında olan biosenoz. 



ANTROPİK (ANTROPOGEN) AMİLLƏR  – təbii mühitə insan 

fəaliyyətinin təsiri amilləri. A.a. mənfi və müsbət ola bilər. 



ANTROFİLLƏR – insana yaxınlıqda (təmasda) yaşayan heyvanlar. 


 

26 


 

Məs. ev sərçəsi, ev siçanı və s. 



ANTROFİTLƏR – insanın düşünülməmiş və ya şüurlu olaraq təsiri 

ilə fitosenozlarda və ya aqrosenozlarda tez-tez rast gəlinən antropofil 

bitkilər, həm də insan tərəfindən becərilən bitkilər daxildir. Antrofitlərə: 

1) bu və ya digər dərəcədə insan tərəfindən pozulmuş (otarma biçin, 

ağacların kəsilməsi nəticəsində) fitosenozlarda və aqrosenozlarda 

inkişaf edən yerli alaq otları: 2) insan tərəfindən təbii bitki örtüyünün 

məhv edildiyi yerdə, məs. herikdə və zibillikdə qısa müddətli prosenoz-

lar yaradan yerli ruderal növlər (rudefitlər). 3) yerli becərilən bitki 

növləri; 4) pozulmuş fitosenozlara insanın kənardan gətirib düşünmədən 

daxil edildiyi növlər; 5) Kənardan gətirilib aqrosenoz kimi becərilən 

(introduksiya edilən) növlər (aqrofitlər); 6) yabanılaşmış mədəni bitkilər 

(erqaziofitlər); 7) iqlimləşdirməyə uyğunlaşmayan kənar növlər (efeme-

rofitlər) aiddir. 

ANTROPOFOBLAR  – hədsiz otarmaya, biçinə  və s. tab 

gətirməyən bitki və heyvanlar. 



ANTROPODİNAMİK DƏYİŞİLMƏLƏR VƏ YA 

SUKSESSİYALAR – insanın düşünülməmiş (şüursuz olaraq) və ya şü-

urlu surətdə (hər hansı bir məqsədlə) təsiri ilə biosenozların dəyişilməsi. 

Bu dəyişilmə endodinamik (məs. təbii çəmənə gübrə verməklə) xarakter 

daşıya bilər. (Sukaçev). İnsan tərəfindən aqrosenozların dəyişilməsi ciddi, 

laborogen, texnogen və rekreasiya dəyişilmələri ilə nisbətən zəif nizam-

lanır. 


ANTROPOGEN ÇİRKLƏNMƏ  – insanın təsərrüfat fəaliyyəti 

nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə  və 

intensivliyinə bilavasitə  və vasitəli təsir göstərir. Məs. hidrotikintilər 

aparmaq, yol örtüyü salmaq yolu ilə və s. 



ANTROPOGEN DÖVR, KAYNOZEYİN ÜÇÜNCÜ DÖVRÜ – 

neogendən sonra başlayıb hazırda da davam edir; pleystosen və holoseni 

əhatə edir. A.d. həm də dördüncü dövr adlanır. A.d.-ün uzunluğu 

müxtəlif sxemlərə görə 0,6-3,5 mln il təşkil edir. A.d. şüurlu insanın 

meydana gəlməsi dövrüdür. Dövrün adı da elə onunla bağlıdır. 

ANTROPOGEN EROZİYA  – insanların düzgün olmayan 

təsərrüfat fəaliyyəti (meylli yamacların başdan-başa  şumlanması, 

meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, 

müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi. 



ANTROPOGEN LANDŞAFT  – insan cəmiyyəti fəaliyyətinin 

nəticəsində  kəskin dəyişilmiş  və ya yeniləşdirilmiş landşaft. Təbii 

landşaftın aqrosenozlarla, yaşayış  məntəqələri ilə, texniki və  nəqliyyat 

qurğuları ilə əvəz olunması. 




 

27 


 

ANTROPOGEN MADDƏLƏR  – sferi mühitinə insan fəaliyyəti 

nəticəsində daxil edilən kimyəvi birləşmələr qrupu. 



ANTROPOGEN MÜHİT – canlı orqanizmləri əhatə edən və insan 

tərəfindən dəyişdirilən ətraf mühit. 



ANTROPOGEN POPULYASİYALAR  – insan tərəfindən intro-

duksiya nəticəsində yaranan populyasiyalar, onların çoxalması, 

yayılması. 

ANTROPOGEN RELYEF – qurunun insan fəaliyyəti nəticəsində 

dəyişilmiş  və ya yaradılmış relyefi. İki cür A.r. ayrılır: kortəbii A.r. 

(yarğan, uçqun, hərəkət edən qumlar və s.) və istiqamət verilmiş A.r. 

(yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.) 



ANTROPOGEN SEYRƏLMƏ  – Ayrı-ayrı bitki və ya heyvanın 

sıxlığının insan fəaliyyəti nəticəsində seyrəlməsi. 



ANTROPOGEN SƏHRALAR  – insanın təbiətə bilavasitə  və 

vasitəli təsiri nəticəsində yaranan səhralar. A.s-ın sahəsi getdikcə artır 

və 10 mln. km

2

-ə çatmışdır. (qurunun 7%-ni təşkil edir). Dünyanın bü-



tün səhralarının antropogen mənşəli olması haqda fikir yürüdülür. 

ANTROPOGEN SİSTEMİ (DÖVR) (yun. anthropos – insan və 

genos - doğum)  – stratiqrafik şkalanın son sistemi və Yerin geoloji 

tarixində indiyədək davam edən axırıncı dövr. 700 min – 1mln. – 2,5 -

3,5 mln. il bundan əvvəl başlanmışdır. A.s. alt Pleystosen, Orta Pleysto-

sen, Üst Pleystosen və Holosenə bölünür. Azərbaycan  ərazisində A.s. 

çöküntüləri Samur və Astara çayları arasındakı (Abşeron y.a. daxil ol-

maqla) bütün Xəzəryanı sahədə, Qobustanda, Kür-Araz düzənliyi və 

onu əhatə edən sahələrdə, Bakı arxipelaqında geniş yer tutur. 

İnsanın əmələ gəlməsi və formalaşması A.s. ilə əlaqədardır. 



ANTROPOGEN STRES – 1) İnsan fəaliyyətinin təsiri altında (o 

cümlədən narahat etməsi) heyvanlarda baş verən distres. 2) Həyat mühi-

tinin ümumi fonunun (məs. kəndli üçün şəhər mühiti), başqa adamın 

yersiz hərəkətinin (kobudluğu,  ədəbsizliyi, yemək vaxtı  ağzını 

marçıldatmaq və s.), bir yerə  həddindən çox adamların toplaşmasının 

təsiri altında insanda psixi gərginliyin yaranması. 



ANTROPOGEN TƏZYİQ (TƏSİR)  – insanın, onu əhatə edən 

ətraf mühitə bilavasitə və vasitəli təsiri. 



ANTROPOGEN YÜK – insanın və onun təsərrüfatının təbiətə  və 

onun ayrı-ayrı komponentlərinə bilavasitə və vasitəli təsir dərəcəsi. 



ANTROPOXORİYA – insanın özü bilmədən bitki (antropoxor) 

toxumunu bir yerdən başqa yerə yayması. Bəzən insanın bilərəkdən 

yaydığı mədəni bitkilər də A.-ya aid edilir. 

ANTROPOLOGİYA  – insan, onun mənşəyi, təkamülü, 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə