QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə161/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   184

 

358


lahlardan istifadə edilsə, nələr baş verər? Aydındır, belə bir addımın atılması 1945-ci ildəki illə müqayisə olun-

mayan ağır nəticələrə  gətirib çıxarar. Bu, hələ indiyə  kimi  yaddan  çıxmayan Xirosima və Naqasaki 

hadisələrindən prinsipcə tamamilə  fərqli olacaqdır. Nüvə bombardmanı zamanı  şəhərlərdə baş verən nəhəng 

yanğınlardan yaranan tüstünün nəticəsi olaraq Yerdə havanın və iqlimin qlobal dəyişməsi istisna edilmir.  

Tədqiqatlar göstərir ki, iri miqyaslı müharibə başlayarsa, dünyanın böyük şəhərlərinin bombardmanı 

zamanı, Yerin geniş ərazilərini həftələrlə, aylarla duman, toran bürüyəcək. Günəş şüaları yanğınlar zamanı his 

hissəciklərindən ibarət olan möhtəşəm buludlardan keçə bilməyəcək.  Ən ağır vəziyyət  Şimal yarımkürəsində 

yaranacaq, burada atmosferin çirklənməsi daha güclü olacaqdır. Bir sıra regionlarda orta temperatur bir neçə 

10

0

C aşağı düşəcək, yəni suyun donma nöqtəsindən də  aşağı olacaqdır. Belə  vəziyyət hərbi  əməliyyatlar 



qurtardıqdan sonra bir neçə həftə, hətta bir neçə ay qala bilər. İqlimin pozulması, hətta bilavasitə müharibədə 

iştirak etməyən ölkələrdə də, bir neçə il keçdikdən sonra təsirini göstərəcəkdir. Dünyanın bir sıra rayonlarında 

yağıntıların azalması da istisna edilmir.  

Temperaturun və atmosfer yağıntılarının dəyişməsi tropik rayonlarda və  cənub yarımkürəsində  (Şimal 

yarımkürəsi ilə müqayisədə az dərəcədə) müşahidə oluna bilər. Tropik və subtropik rayonlarda da xeyli 

soyuqlaşmanın baş verməsi istisna edilmir.  

Fəlakətlər dünya kənd təsərrüfatından və  əsas ekosistemlərdən (meşə, bozqır, dəniz sahələri) də yan 

keçməyəcək. Bitki və heyvan populyasiyaları adi halda nisbətən tez və dramatik dəyişilən  şəraitə düşəcəklər. 

Məhsulun toplanması kəskin iqlim dəyişkənliyi ilə yanaşı, həm də enerji, texnika, gübrələrlə təmin olunmasında 

fasilələr, pozuntularla əlaqədar çətin ki, mümkün olsun. Bu həm müharibə aparılan, həm də neytral ölkələrdə 

qlobal  ərzaq krizisinə  səbəb olacaqdır.  İstehsalın  əsas sisteminin və  ərzaq məhsullarının paylanmasının 

dağıdılması Yer əhalisinin sayının xeyli azalmasına gətirib çıxaracaqdır.  

Mümkün iqlim dəyişmələrindən başqa, irimiqyaslı nüvə  zərbələri nəticəsində baş verən yanğınlar, 

partlayışlar, radioaktiv yağıntıların düşməsi geniş əraziləri xarabazarlığa çevirəcəkdir. Digər nəticələr arasında 

enerji təchizatı sisteminin sıradan çıxması; Yer üzərində  həyatı Günəşin təhlükəli ultrabənövşəyi  şüalarından 

mühafizə edən ozon qatının nazilməsi; intensiv lokal radioaktiv yağmurlar və atmosferin uzunmüddətli qlobal 

çirklənməsi; çoxlu miqdarda yaranan toksik maddələr və qazlarla suyun və havanın zəhərnəlməsini göstərmək 

olar.  


Beləliklə,  nüvə konflikti Yer üzərində olduqca ciddi iqlim və digər ekoloji dəyişkənliklərə  səbəb 

olacaqdır. Qeyd etmək lazımdır ki, hətta ən orta qiymətlə – nüvə konfliktlərinin dünya kənd təsərrüfatı və 

təbii ekosistemlərə, nəticədə isə bəşəriyyətin özünə təsiri son dərəcə təhlükəlidir.        

Nüvə konfliktinin iqlim effektləri  

Əgər dünyanın iri şəhərləri, xüsusilə qazıntı yanacağı növləri ilə  işləyən enerji təchizatı sistemləri nüvə 

zərbələrinə məruz qalarsa, iqlimin qlobal pozulması qaçılmazdır. Tam ehtimal etmək olar ki, irimiqyaslı nüvə 

konflikti zamanı şəhərlərin və ətrafındakı hərbi və sənaye obyektlərinin bombardman edilməsi nəticəsində Şimal 

yarımkürəsinin baş sənaye rayonları xarabazara çevriləcəkdir.  

Nüvə partlayışının bilavasitə təsiri ionlaşdırıcı radiasiya, zərbə dalğası və istilik şüalanması ilə əlaqədardır. 

Bunlar dərhal insanların həlak olmasına və iri şəhər böyüklüyündə bir ərazinin fəlakətli dağılması ilə nəticələnir. 

Bundan başqa, nüvə partlayışları şəhərlərdə hökmən möhtəşəm yanğınlara səbəb olar və güclü tüstü cərəyanları 

atmosferə külli miqdarda his (qrum) aparar.  

Nüvə partlayışları Yerin səthindən havaya çoxlu miqdarda toz, müxtəlif qırıntı materialları, torpaq qaldırır. 

Atmosferdə radiasiya tozunun mövcudluğu yaxın regionlarda, həm də bütün planetdə radioaktiv yağıntıların 

düşməsinə gətirib çıxaracaqdır. Toz hissəcikləri atmosferin yuxarı qatlarına qalxaraq ciddi iqlim pozuntularına 

səbəb olacaqdır.  

Nüvə partlayışlarının təsirilə, Şimal yarımkürəsinin iri şəhərlərində yerləşən alışqan (tezalışan) materialların 

dördə biri alışarsa, hesablamalara əsasən havaya təxminən 50-150 mln. ton hissəciklər düşəcək, onun da 30 mln. 

tonunun tərkibində karbon olan çox qara maddə günəş şüalarını effektiv udmağa qadirdir. His hissəcikdəri ilə ən 

çox doymuş tüstü neft, benzin, qara neft, həmçinin neft-kimya məhsulları- plastmass, rezin, asfaltın yanması 

zamanı əmələ gəlir.  

Meşə, bozqır və açıq sahələrdə baş verən yanğınlar nəticəsində əmələ gələn tüstünün tərkibində his az olur, 

odur ki, onun iqlimə təsiri «sənaye» tüstüsü ilə müqayisədə ehtmal ki, ikinci dərəcəli hesab olunur.   

Güclü yanğınlar zamanı tüstü qalxan (yüksələn) hava axınları ilə aparıldığından, hissəciklər troposferin 10-

15 km-lik qatına və hətta strotosferə qalxa bilər.  

Bir çox halda tüstü cərəyanları aşağıda yerləşən tufanlı buludlar tərəfindən saxlanıla bilər. Xirosima və Na-

qasaki üzərindəki belə buludlar qalxan tüstüləri udaraq saxlamış, bunun nəticəsində tərkibində su ilə bərabər his, 




 

359


toz, kül olan «qara leysan» düşməyə başlamış, bu, atom bombardmanlarından sonra bir neçə saat ərzində davam 

etmişdir. Son vaxtlar aparılan tədqiqatlar nəticəsində güman edilir ki, yağıntılarla birlikdə bir neçə saat və ya bir 

neçə gün ərzində, atom bombardmanı zamanı baş verən yanğınlar nəticəsində  əmələ  gələn hissəciklərin 30-

50%-i yerə düşür.  

Qeyd edildiyi kimi, tərkibində his olan tüstü günəş işığı tərəfindən intensiv udulur. Hisin sıx buludları çox 

yüksəklikdə, planetin atmosferində qarışaraq günəş enerjisinin böyük miqdarını «tutub saxlayaraq» şüalanma 

yolunda keçilməz sədd yaradır. Bu, atmosferin yuxarı qatlarının qızmasına, əksinə, aşağı qatlarının soyumasına 

səbəb olur. Əgər Şimal yarımkürəsinin orta dairələri rayonlarında 30 mln. ton hiss tozlanarsa, Yer səthinə çatan 

günəş  işığının miqdarı 90%-dən az olmayaraq azalacaqdır.  Əvvəlcə his hissəcikləri nəhəng yastı «kökələr» 

halında toplaşaraq, küləklə uzaq məsafələrə aparılır. Sonra isə ehtimal ki, hava kəskin dəyişərək qısamüddətli 

güclü soyuqlaşma baş verir.  

Nüvə parlayışından bir neçə gün ərzində atmosfer prosesləri nəticəsində  səmanın təmizlənməsini ehtimal 

etməyə əsas yoxdur. Yəqin ki, bir neçə sutkadan sonra troposferin yuxarı qatları stabilləşir və Günəş histərkibli 

buludları qızdırır. Bunun nəticəsində his hissəcikləri bir qədər də yuxarı qalxır və oradan artıq yağışlar vasitəsilə 

«yuyula» bilmir.  

Bir neçə gün ərzində tüstü buludları  və his hissəcikləri bir kontinentdən  Şimali Amerika, Avropa və 

Asiyanın böyük hissəsini örtə bilər.  

Nüvə partlayışının digər nəticələri  

1.  Nüvə partlayışı zamanı  əmələ  gələn  azot oksidləri atmosferə qalxaraq, ozon qatının azalmasına 

(nazilməsinə) səbəb ola bilər. Hesablamalara əsasən ozon qatı altı ay, hətta il ərzində Şimal yarımkürəsində 20-

30% azala bilər. Qısa müddətlərdə «ozon deşikləri» də yarana bilər və burada ozon qatının qalınlığı «normanın» 

30%-ni təşkil edər. Açıq havada təhlükəli ultrabənövşəyi şüalanmanın intensivliyini artırar, hərçənd bir neçə ay 

ərzində atmosferin tüstülənməsi ona maneə (sədd) ola bilər. Lakin hisin atmosferə daxil olması da bilavasitə və 

ya havanın temperaturunun dəyişməsi və atmosfer sirkulyasiyası nəticəsində ozon qatının dağılmasına səbəb ola 

bilər.  

2. Nüvə  zərbəsindən sonra atmosferə külli miqdarda kimyəvi maddələr, o cümlədən karbon oksidləri, 

müxtəlif karbohidrogenlər, azot və kükürd oksidləri, sulfat turşusu, ağır metallar və bir sıra digər toksiki 

maddələr düşərək, ətraf mühitin çirklənməsinə səbəb olacaqdır. Bu maddələr bilavasitə və dolayı yollarla insana 

və bütün canlı orqanizmlərə böyük ziyan yetirəcəkdir, həm də onun təsiri illərlə davam edə bilər. Bu və ya digər 

faktorlardan asılı olaraq yağış sularının turşuluğu xeyli artacaq, yalnız bir ayda çirklənmiş sənaye rayonlarında 

onun mövcud səviyyəsini 10 dəfə artıracaqdır.  

Yer səthini ay ərzində «turşulu dumanlar» bürüyəcəkdir Yavaş-yavaş davam edən (alovsuz) yanğınların 

mənbələri havada toksiki qarışıqlar əmələ gətirib insan sağlamlığı üçün təhlükəlidir.  



3. Artıq  əsas nüvə  zərbələrinin ilk günlərində partlayış yerlərində intensiv lokal radioaktiv yağıntılar 

düşəcək. Müharibə aparan dövlətlərin geniş  ərazilərinə letal (öldürücü) dozada qamma-şüalanma düşəcəkdir. 

Xüsusi sığınacaqlar olmadıqda bir qədər az intensivli qlobal radioaktiv yağıntılar uzun zaman ərzində xərçəng 

və digər təhlükəli xəstəliklərin yayılmasına səbəb olacaqdır. Radioaktiv hissəciklər orqanizmə qida, su və hava 

(nəfəs aldıqda) ilə daxil olacaqdır. Nüvə bombardmanında salamat qalan insanlarda radiasiya daha çox hiss 

olunacaqdır – əvvəla onların sağlamlığı digər zərərli təsirlərdən və ətraf mühit şəraitinin pisləşməsi nəticəsində 

pozulacaq, ikincisi isə onlara tibbi yardım minimuma enəcəkdir.  

Cənub yarımkürəsində lokal radioaktiv yağıntılar, yalnız nüvə partlayışları olan yerlərdən bir neçə yüz ki-

lometrlik məsafədə  təhlükəli ola bilər, yüksək dozalı radioaktivlikli qlobal yağıntıların isə nisbətən az olması 

ehtimal edilir.  



4. Əgər nüvə silahlarının partlayışları atmosferin yuxarı qatlarında baş verərsə, Yerin böyük əraziləri güclü 

elektromaqnit şüalanması təsiri altında qalacaqdır, bu isə rabitə, energetik və elektron sistemlərinin işini pozar

yaxud tamamilə  sıradan çıxara bilər. Müharibənin başlanan vaxtında bunların itirilməsi təşviş  və  hərcmərclik 

yaradacaqdır, bu vaxt isə nüvə silahlarının istifadəsi haqqında məsul qərarlar qəbul edilməsi vacibdir.  



 

Bioloji tədqiqatların nəticələri 

1.  İrimiqyaslı nüvə müharibəsinin yaratdığı iqlim və digər təsirlərə qarşı  həm təbii ekosistemlər, həm də 

kənd təsərrüfatı strukturu olduqca həssasdır. Nüvə silahlarının bilavasitə  təsirindən qaçqın düşən milyardlarla 

insan müharibədən sonra olduqca ağır vəziyyətə düşəcəkdir. Hər  şeydən  əvvəl məhsulun məhv olması, 

beynəlxalq  ərzaq ticarətinin pozulması, enerji sistemlərinin dağılması, həmçinin  ərzaq ehtiyatının tükənməsi 

nəticəsində aclıq hökm sürəcəkdir.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə