QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə160/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   184

 

356


müharibələrin ekoloji aspekti tədqiq olunmamışdır, hərçənd bu problem haqqında bəzi qeydlərə rast gəlinir. 

Məsələn, eramızdan  əvvəl 512-ci ildə farslar və skiflər arasındakı müharibə zamanı  təbiətə ciddi zərərin 

vurulması göstərilir. Belə ki, skiflər fars çarı Dariyanın qoşunlarının qarşısını almaq üçün geri çəkilərkən, ilk 

dəfə «torpağın yandırılması» taktikasından istifadə edərək, bütün bitki örtüyünü və evləri yandırmışlar. 

Müharibə vaxtı bir çox flora və fauna növləri məhv edilmişdir.  

Müharibə aparılması vasitələri inkişaf etdikcə, təbiətə daha ciddi və daha geniş sahələrdə  təsir 

göstərilmişdir. Nəticədə «müharibə və ekologiya» elmi istiqaməti meydana gəldi.  

XX  əsrdə baş verən iki dünya və yüzlərlə lokal və regional müharibələrin ciddi ekoloji nəticələri ilə 

əlaqədar olaraq «genosid» məfhumu ilə yanaşı, elmi və  cəmiyyət terminologiyasına  «ekosid»  məfhumu 

(anlayışı) da meydana gəldi. Ekosid hərbi əməliyyatların bilavasitə və dolayı yolla yer üzərində eyni dərəcədə 

həyat üçün vacib sayılan orqanizmlər və cansız materiya daxil olmaqal geosistemlərə təsirini ifadə edir. 

Genosid və ekosid qarşılıqlı əlaqədədir. XX əsr yaddaşımızda yalnız texniki  tərəqqi kimi deyil, həm də 

genosid və ekosid kimi yadda qalacaqdır. Geosistemin bütün elementləri yerin inkişafı üçün eyni dərəcədə va-

cibdir, onlardan əsas komponentlərdən birinin – homo sapiens-in (insanın) məhv edilməsi və ya hazırda və 

gələcəkdə Yerin biosferinin vəziyyəti ona məhvedici təsir göstərəcəkdir. Misal gətirək: son on il ərzində hərbi 

əməliyyatların gedişində 2 mln-a qədər uşaq ölmüş, 1 mln. yetim qalmış, 5 mln. uşaq isə şikəst olmuşdur. Uşaq 

və yeniyetmələrin ölümü – əhalinin yaşama müddətinin (ömrünün) gələcəkdə hesablanmasında mühüm 

göstəricidir.  

Ekosid anlayışından başqa, müharibələrin  ətraf mühitə  mənfi təsirini ifadə etmək üçün elmi ədəbiyyatda 

həmçinin  «terrasid», «biosid», «ekoloji müharibə», «geofiziki müharibə», «meteoroloji müharibə» kimi 

məfhumlardan da istifadə olunur.  Bu terminlər arasında «ekoloji müharibə» bəlkə də prosesin mahiyyətini daha 

da tam əks etdirir. Bu termin Vyetnam müharibəsindən sonra geniş istifadə olunmağa başladı.  

Vyetnamdakı hadisələr göstərdi ki, ekoloji müharibə olduqca müxtəlif vasitələrlə aparılıb, meşə və aqroe-

koloji sistemləri məhv etmək, geniş  ərazilərdə  təsərrüfatları  və gündəlik həyat  şəraitini yox etmək məqsədi 

daşıyırdı. Ekoloji müharibə bəzən əraziləri bəhrəsiz səhralara çevirir.  



XX əsrin lokal müharibələrinin ekoloji nəticələri  

1.  Təbii sərvətlərin (ilk növbədə neft, təbii qaz, kömür, oduncaq) normativdən artıq istismarı geniş 

ərazilərin zəbt olunmasına, resurslardan səmərəsiz istifadəyə və ətraf ərazilərin çirklənməsinə səbəb olur.  



2. Minalanmış sahələr, karroziyaya uğramış texnikanın, kimyəvi maddərlərin, yanmış  məhsulların və 

yüksək toksik yanacağın qalıqları təsərrüfat sahələrinin azalmasına səbəb olur və insanın məskunlaşdığı mühitə 

zərər yetirir. Müharibənin belə nəticəsi üçün «müharibənin əks sədası» termini mövcuddur. Quruda və dənizdə – 

çoxlu miqdarda minalar, partlamamış mərmilər (o cümlədən kimyəvi maddə ilə doldurulmuş) qalmışdır. Adətən 

istifadə olunmuş döyüş sursatının 10%-i partlamamış halda qalır. Yalnız Hind-Çində 400 min ədəd partlamamış 

Amerika bombaları və 4 mln. ədəd mərmi qalmışdır. Sülh yaradıldıqdan sonra da bunun nəticəsində on minlərlə 

insanın itkisi davam edirdi. BMT-nin məlumatına görə Anqolada hər həftə bu səbəbdən 150-200 adam həyatını 

dəyişir. Minalar həmçinin nəqliyyat yollarının istifadəsini və kənd təsərrüfatı işlərinin aparlımasını çətinləşdirir. 

Kambocada ağır müharibənin nəticəsi olaraq, minalanmış sahələr 3,6 min km

2

 təşkil edir, bu isə bir sıra rayon-



larda həyat şəraitini iflic hala salır. Ekspertlərin qiymətinə əsasən ölkədə 10 mln. döyüş sursatını (əhalinin sayı 9 

mln.) zərərsizləşdirmək üçün hazırkı sürətlə bir neçə on illiklər tələb olunur. Hər ay minalanmış sahələrdə 300-ə 

qədər adam həlak olur. Ölkədə bununla əlaqədar hər 236 vətəndaşdan biri şikəst olmuşdur.  

3. Bombaların partlayışı zamanı yaranan çuxurlar (çalalar) epoziya prosesinin və bataqlıqların  əmələ 

gəlməsinə səbəb olaraq geniş ərazilər təsərrüfat dövriyyəsindən çıxır, bu çuxurlar həmçinin insan və heyvanlar-

da yoluxucu xəstəliklərin daşıyıcısı olan həşəratların inkişafı üçün mənbəyə çevrilir. Vyetnamda hərbi 

əməliyyatlar aparılan ərazilərdə 26 mln. bomba çuxurları mövcuddur.  



4. ABŞ-ın silahlı qüvvələri Vyetnamın cənubunda, həmçinin Laos və Kambocada geniş  ərazilərdə 

zəhərləyici maddələrdən istifadə etmişlər. Vyetnamda tərkibində 170 kq dioksin olan 72 min ton «eycent oranj» 

defoliantı ilə  ərazilərin tozlanması aparılmışdır. Bunun nəticəsində minlərlə yerli sakin həlak olmuş, tropik 

meşələr məhv edilmişdir. Defoliantdan istifadə nəticəsində ABŞ-ın hərbçiləri daxil olmaqla, ümumi zərər çəkən 

insanların sayı 2 mln. təşkil edir. Vyetnamda cəmi 58 min, Koreya müharibəsində 7 min, 1990-1991-ci illərdə 

fars körfəzində hərbi əməliyyatlarda 383 amerikalı həlak olmuşdur.  

Vyetnamda tropik meşələrin məhv edilməsi üçün həm də buldozerlər və xüsusi bombalardan (kütləsi 6800 

kq) istifadə edilmişdir.  



5. Böyük torpaq-qrunt kütləsinin qarışması  ərazinin biogeokimyəvi balansının dəyişməsinə  səbəb olur. 

İkinci Dünya müharibəsində 350 mln. m

3

 torpaq-qrunt qarışmışdırsa, Vyetnam müharibəsində 2 mlrd. m



3

 tor-



 

357


paq-qrunt qarışmışdır. Tədqiqatlar göstərir ki, belə transformasiya ekosistemin məhv olmasına gətirib çıxarır.  

6. Hidrotexniki qurğuların bombardman edilməsi və dağıdılması geniş miqyaslı neqativ nəticələrə  səbəb 

olur. Belə ki, Niderlandda su anbarı bəndinin hitler qoşunları tərəfindən dağıdılması, 200 min torpaq sahəsinin 

su ilə basılmasına səbəb oldu, bu isə ölkə üçün böyük faciə idi. Vyetnamda yalnız  Krasnaya çayının 

hövzəsində bəndin dağıdılması 15 mln. adam üçün təhlükə yaratdı.  



7. Meteoroloji müharibələr həmçinin Vyetnam müharibəsində də geniş tətbiq olunmuşdur, bu zaman B-52 

təyyarəsindən xırda dispers halında gümüşün və qurğuşunun yod birləşmələri və digər maddələr səpərək, ölkədə 

əlverişsiz musson yağışlarının hava mövsümünü uzatmışlar. Bu zaman çayların səviyyəsinin qalxması bəndlərin 

dağılmasına, tarlaları su basmasına, yaşayış məntəqələrinin dağılmasına səbəb olmuşdur.    



8. Bakterioloji və kimyəvi silahlardan istifadə olunması, həmçinin qeyri-qanuni hərbi-elmi kimyəvi və bi-

oloji eksperimentlərin aparılması  təhlükəlidir. Hind-Çində  əhaliyə  və ev heyvanlarına qarşı  xəstəlik törədən 

mikroorqanizmlərin tətbiqi hadisələri də olmuşdur. Hətta belə silahlar yalnız ev heyvanlarına tətbiq olunsa da

xəstəlik insanlara da yayılmışdır. Bəzi məlumatlara görə, Mancuriya ərazisində keçirilən sınaqlar nəticəsində 

1931-ci ildə 200 min insan həlak olmuşdur.  

NATO qoşunları Yuqoslaviyaya qarşı  zəifləşdirici uranlı  hərbi güllələrdən (bombalardan) istifadə 

etmişdir. NATO təxminən 100 hərbi  əməliyyat keçirərək, tərkibində 10 ton zəifləşdirilmiş uran olan 31 minə 

qədər bombadan istifadə etmişdir.  

Zəifləşdirilmiş uran radioaktiv maddə olub, kimyəvi və radioloji silahlar qrupuna aiddir. Bəzi mütəxəssislər 

göstərir ki, partlayış zamanı əmələ gələn mikrohissəciklər, ağciyərlərdə çökərək, dəri ilə təmasa girir və ya su və 

qida ilə orqanizmə daxil olaraq, alfa-hissəciklərin aktiv parçalanması hesabına xərçəng xəstəliyi törətməyə qa-

bildir.  

Fars körfəzi zonasında müharibə zamanı  zəifləşdirilmiş uranlı bombalardan istifadə edilməsi ilə  əlaqədar 

İraqın bəzi rayonlarında çoxlu saylı normadan kənar yeni doğulmuş  uşaqlar uranla aydınlaşdırılır.  İraq və 

Küveytdə tanklara qarşı zirehdeşən bombaları gücləndirmək məqsədilə  «Səhrada tufan»  əməliyyatı zamanı 

320 ton zəifləşdirilmiş urandan istifadə edilmişdir. 



9. Lokal müharibələr zamanı bir sıra mühafizə olunan təbii ərazilər hərbi əməliyyatların bir hissəsinə çevri-

lir, nəticədə onların fəaliyyəti (işi) pozulur, mədəni-tarixi abidələr məhv edilir və ya zədələnir, planetin bioloji 

və  mədəni müxtəlifliyi azalır. Bu yalnız quru üçün deyil, okeana da aiddir. Məsələn, kütləsi 100 kq-lıq 44 m 

radiusunda olan dəniz minasının partlaması zamanı faunanın bütün nümayəndələri məhv edilir.      



10. Total ekoloji deqradasiya – lokal müharibələrin ən mürəkkəb komponentlərindən hesab olunur.  

Lokal müharibələr zamanı  zəngin təbii resurslara (xüsusən neftə) malik olan sərhədyanı rayonlarda, 

dövlətlərarası çay hövzələrində, meşə və otlaq areallarında kəskin problemlər yaranır.  

Dövlətlər arasında iqtisadi okean zonalarında çoxlu problemlər yaranmışdır. Məsələn, Tayland ilə Myanma; 

Vyetnamla Malaziya; Çili, Peru ilə Ekvador; Yaponiya, Rusiya və Koreya Respublikası arasında.  

 

22.3. Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri  

Nüvə silahı (atom silahı) nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili 

enerjidən baş verən partlayış təsirli silahlara deyilir. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji 

adi partlayıcı maddədəkinə nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə  və külli miqdarda ayrılan 

enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərin (zərbə dalğası, işıq şualanması, 

nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının 

partlayışından fərqlənir.  

Nüvə silahı  ən güclü kütləvi qırğın vasitəsidir: inzibati mərkəzləri, sənaye və  hərbi obyektləri dağıtmaq, 

canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı 

insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa 

və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər.  

Xirosima və Naqasaki şəhərlərinin bombardman edilməsi  şəhərlərdə nüvə silahlarının partlayışının 

nəticələrini bilavasitə öyrənmyə imkan verir. Bu faciəli hadisələr nüvə müharibəsinin potensial fiziki, bioloji və 

sosial nəticələri müxtəlif məlumatlar  əldə etməyə imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, adı  çəkilən 

şəhərlərin hər biri yalnız bir atom partlayışına məruz qalmışdır və ora atılan bombaların gücü dünyanın bugünkü 

nüvə arsenalında toplananlardan olduqca azdır. Nəticədə hazırda 50 min vahid nüvə silahı mövcuddur, həm də 

onların hər birinin gücü Xirosimada partladılan bombanın gücündən dəfələrlə (500 dəfə) çoxdur. Nüvə 

bombasının gücü İkinci Dünya müharibəsində isttifadə olunan ən güclü bombadan 100 min dəfə güclüdür.  

Fasiləsiz olaraq daha güclü yeni silah növlərinin inkişaf etdirilməsi belə bir həyəcan sualı doğurur: əgər si-



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə