QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə9/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   184

 

22

Azərbaycanda meşəaltı torpaqların bonitirovkası F.L.Piriyevanın (1984) tədqiqatlarında öz əksini tapmışdır. 



Müəllif Böyük Qafqazın meşə sahələrinin ekoloji səciyyəsini vermiş, meşələrdən səmərəli istifadənin yollarını 

göstərmişdir.  



Ə.Ə.Mikayılov (1986) Şirvan düzünün meliorasiya olunmuş suvarılan torpaqlarında aparlığı tədqiqatlarında 

əvvəlki tədqiqatçıların suvarılan torpaqlar üçün təklif etdyii qiymət meyarlarından və  təshih  əmsallarından 

istifadə etməklə kifayətlənməmiş, yeni qiymət göstəriciləri təklif etmişdir. Müəllif meliorasiya edilmiş torpaq-

larda taxıl və pambıq bitkilərinin məhsuldarlığı ilə sahənin hamarlığı arasındakı əlaqəni müəyyən edərək, bun-

dan qiymətləndirmədə təshih əmasalı kimi istifadə etmişdir.  

S.Z.Məmmədova (1989) ilk dəfə respublikamızda çayaltı sarı dağ meşə, sarı-podzollu, sarı-podzollu-qleyli 

torpaqların aqroekoloji münbitlik modellərini işləmişdir. Müəllif çay bitkisinin ekoloji tələblərini nəzəra almaq-

la münbitliyi formalaşdıran amiləri yeddi blokda (aqroekologiya, torpaq tərkibi və xassələri, torpaq rejimi, tor-

paq onurğasızları, biometriya, qiymət, aqromeliorasiya) qruplaşdırmış, bu göstəricilərin optimal parametrlərdən 

tərəddüdünü müəyyən etmiş, münbitliyin yüksəldilməsi yollarını göstərmişdir. 

F.D.Ayvazov  (1989) Acınohur düzündə otlaqaltı torpaqların bioloji məhsuldarlığını  tədqiq etmiş, qiymət 

meyarlarından və təshih əmsallarından istifadə etməklə onların balla ifadə edilmiş qiymətini tapmış, Acınohur 

qış otlaqlarının plastika metodu əsasında torpaq örtüyü strukturunu və bonitet kartoqramını (1:500000) tərtib 

etmişdir.  



S.R.Tağıyev (1991) Böyük Qafqazın şimal-şərq yamacında meşəaltı torpaqları qiymətləndirərkən, ənənəvi 

qiymət meyarları ilə yanaşı, torpağın qranulometrmik tərkibindən də qiymət meyarı kimi istifadə etmişdir. 

Tədqiqatlar nəticəsində Böyük Qafqazın şimal-şərq yamacının meşəaltı torpaqlarının bonitet şkalası, 1:200000 

miqyasında bonitet kartoqramı tərtib edilmişdir. 



M.M.Əsgərova (1990) Qarabağ düzü torpaqlarının kompleks aqronomik qiymətləndirilməsi və pambıq 

bitkisinin ekoloji tələbi əsasında ərazi torpaqları münbitliyinin konseptual modellərini işləmişdir.  



H.M.Hacıyev  (1990) Mil düzü ərazisinin torpaq örtüyü strukturunu (TÖS) tədqiq etmiş, elementar torpaq 

areallarının  əmələ  gətirdiyi birləşmələri plastika metodundan istifadə etməklə  xəritələşdirmişdir (1:200000, 

1:100000, 1:10000, 1:5000).  

A.B.Cəfərov (1991) Lənkəran vilayətinin  şimal hissəsində taxılaltı torpaqların aqroekoloji münbitlik 

modellərini işləmiş, 1:50000 miqyasında plastika metodu əsasında torpaq-bonitet kartoqramını tərtib etmişdir.  



L.C.Qasımov (1992) Lənkəran vilayətində subtropik bitkiləraltı (limon, portağal, naringi) torpaqların 

yüksək münbitlik modelini işləmiş, bu bitkilərin məhsuldarlığına və münbitliyin səviyyəsinə  təsir göstərən 

amillərin səciyyəsini vermiş, onları idarə olunma dərəcəsindən asılı olaraq münbitlik modellərinin blokları 

daxilində qruplaşdırmışdır. Müəllif rütubətli subtropik ərazinin 1:50000 miqyasında plastika metodu əsasında 

torpaq xəritəsini tərtib etmiş, subtropik bitkiləraltı torpaqların münbitlik göstəricilərinin optimallaşdırılması 

üçün kompleks aqrotexniki və meliorativ tədbirlər sistemi təklif etmişdir.  



Ş.İ.İsgəndərov (1992) tərəfindən Böyük Qafqazın cənub-şərq yamacı torpaq örtüyü strukturunun plastika 

metodu ilə 1:200000 miqyasında xəritəsi tərtib edilmişdir.  



S.A.Hacıyev (1992) Naxçıvan Muxtar Respublikası ərazisində qış otlaq sahələrinin torpaqları münbitliyinin 

ekoloji modellərini qurmuşdur. Müəllif bu torpaqların bonitet şkalasını  və kartoqramını (1:100000) da tərtib 

etmiş, otlaqların yaxşılaşdırılması üçün kompleks tədbirlər sistemi irəli sürmüşdür.   

S.B.Rəcəbova (1994) Abşeron yarımadası daxilində zeytuna yararlı torpaqların geniş bonitet şkalasını tərtib 

etmiş, Zığ zeytunçuluq təsərrüfatının 1:10000 miqyasında ekoloji qiymət xəritəsini hazırlamışdır.  



A.H.Babayev (1995) respublikada ilk dəfə olaraq torpaq münbitliyinin riyazi modellərini işləmişdir. 

M.M.Yusifova (2000) tərəfindən Arazboyu üzümaltı torpaqların ekoloji rayonlar üzrə bonitet balları 

hesablanmış, 1:100000 miqyaslı ekoloji qiymət xəritələri tərtib edilmişdir.  



V.A.Quliyev (2000) Azərbaycanın  şimal-şərq  əkinçilik zonasının 1:100000 miqyasında torpaq, torpaq-

kadastr rayonlaşdırılması xəritələrini hazırlamış, bonitet və aqroistehsalat qruplaşdırılması kartoqramlarını tərtib 

etmişdir.   

M.Ə.Bayramov (2002) Ceyrançöl qış otlaq torpaqlarının torpaq-ekoloji rayonlaşdırılması  xəritəsini tərtib 

etmiş, torpaqların bonitet və aqroistehsalat göstəricilərini xəritə (1:100000) üzərində yerəşdirmişdir.  



N.K.Mikayılov (2003) tərəfindən Kür-Araz düzündə  ağır gilli şoranların və  şoran-şorakətlərin meliorativ 

yaxşılaşdırılması məqsədilə kimyəvi meliorantlar  tətbiq etməklə yuma işləri aparılmışdır. Meliorantlar aparılmış 

sahələrdə torpaqların fiziki, fiziki-kimyəvi və su-fiziki xassələri xeyli yaxşılaşmış, yumadan sonra sahələr müxtəlif 

kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuşdur (düyü, pambıq, arpa, yemlik noxud, taxıl, yonca və b.).  




 

23

A.İ.İsmayılov (2003) tərəfindən Azərbaycanda ilk dəfə olaraq torpaq informatikasının konseptual elmi 

əsasları  işlənib hazırlanmış, torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla araşdırılmasını  təmin 

edən informasiya sistemi yaradılmış, torpaq ekoloji sisteminin əsas informativ göstəricilərinə  əsaslanan 

məlumatların təsvir dili və müvafiq klassikatorlar tərtib olunmuş və torpaq təsnifatının informasiya bazası təşkil 

olunmuş, torpaqda gedən proseslərin təbiətini nəzərə almaqla torpaqların münbitlik modellərinin qurulmasının 

yeni üsulu təklif olunmuşdur.  

N.A.İsmayılova (2003) Böyük Qafqazın cənub-şərq yamacı meşəaltı torpaqların bonitirovkasını aparmışdır. 

Tədqiqatlar nəticəsində ekoloji rayonların ekoloji qiymət xəritəsi (1:100000) tərtib edilmişdir.  



N.Ə.Sultanova (2004) Abşeronun tərəvəzaltı (pomidor) boz-qonur torpaqlarının torpaq-ekoloji 

xüsusiyyətlərini tədqiq etmiş, ilk dəfə olaraq 1:5000 miqyasında pilot təsərrüfatda münbitlik amillərinin 

səciyyəsi əsasında torpaqların ekoloji qiymət xəritəsini tərtib etmiş, kontur qiymətləndirmə metodundan istifadə 

etməklə həmin miqyasda torpaqların bonitet şkalasını qurmuş, aqroistehsalat qruplaşdırılmasını aparmışdır. 

Azərbaycanda ekoloji problemlərdən biri hesab olunan torpaq eroziyası  və sel hadisələri haqqında 

fikirlərə yalnız XIX əsrin sonlarında rast gəlmək olar. N.S.Nikitin (1866) İlisu dərəsi haqqındakı oçerkində 

yazırdı ki, Qax rayonunda Kürmükçayın bulanıq suları suayrıcından başlayır və çay oradan çoxlu eroziya 

məhsulları gətirərək İlisu kəndindən aşağıda çökdürür. D.Karqanov 1875-ci ildə yazırdı ki, güclü yağışdan sonra 

Zaqatalanın  şəhər divarının dağılmasını, N.İ.Statkovski isə Salavat aşırımından Hərbi Axtı yolunun salınması 

zamanı (1846-cı ildə) Şinçaydan güclü sel keçdiyini göstərmişdir.  

H.B.Zərdabi (1876-1877) yazırdı ki, meşələrin intensiv qırılması iqlimi dəyişdirir və torpaq güclü 

yuyulmağa məruz qalır, bu zaman çaylar bulanıq axır. Elə həmin dövrdə Zərdabi Abşeron yarımadasında şimal 

küləyinin təsirilə hərəkət edən qumların zərəri haqqında göstərirdi və küləyə qarşı bu şəraitdə yaxşı bitən əncir 

və narın əkilməsini tövsiyə edirdi.  

1935-ci ildə N.İ.Sitkovski Balakənçayda sel hadisələrini tədqiq edir. 1937-ci ildə B.A.Klopotovski Pir-

saatçay hövzəsində  və 1939-cu ildə Xanlar rayonunun dağlıq hissəsində eroztya prosesinin intensivliyi və 

coğrafi yayılmasını öyrənmişdir.  

1945-ci ildən başlayaraq torpaq eroziyası üzrə tədqiqat işləri Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqro-

kimya  İnstitutunda müntəzəm olaraq aparılmışdır. 1950-ci ildə Torpaq-Eroziya Stansiyası yaradılır. 

K.Ə.Ələkbərovun, sonralar isə X.M.Mustafayevin başçılığı ilə respublikanın regionlarında, ayrı-ayrı çay 

hövzələrində torpaq eroziyasının coğrafi yayılması, müxtəlif dərəcədə eroziyaya uğramış sahələrin 

müəyyənləşdirilməsi həyata keçirilir. Bu istiqamətdə marşrut, stasionar və yarımstasionar  şəraitdə aparılan 

tədqiqatların nəticəsində ayrı-ayrı rayonlar üzrə torpaq-eroziya xəritələri tərtib edilir, eroziyaya uğramış 

torpaqların münbitliyini artırmaq və eroziyaya qarşı mübarizə tədbirlərinin elmi əsasları hazırlanır. Bu iş böyük 

erozionist ordusu tərəfindən yerinə yetirilir. Onlardan X.M.Mustafayev, A.İ.İzyumov, Q.Q. Həsənov, 

Q.S.Rəhimov, X.Q.Seyidova, Ə.A.İbrahimov, M.Y.Xəlilov, N.Ə.Əsədov, B.K.Şakuri, Ş.Q.Hüseynov, S.M. Nu-

rullayev, Ş.A.Ağayev, Q.A.Qiyasi və bir sıra başqalarını göstərmək olar.  

Eroziya ilə bağlı sel hadisələri erozionistlərlə (Mustafayev X., Ələkbərov K.) yanaşı, respublikamızda 

əsasən Coğrafiya  İnstitutunun tədqiqatçıları (S.H.Rüstəmov, B.Ə.Budaqov,  İ.E.Mərdanov, B.T.Nəzirova, 

Əyyubov A.C., Quluzadə V.A., Babaxanov N.A., Nəbiyev X.L., Məmmədov D.X. və b.) və digər təşkilatlar 

(İbadzadə Y., Leontyev L.N., Roşin N.İ., Sitkovski N.İ. və b.) tərəfindən öyrənilmişdir. Bu tədqiqatçılar öz 

əsərlərində respublikamızın ayrı-ayrı regionlarında və çay hövzələrində sel hadisələrinin yaranma səbəbləri, 

onun iqtisadi nəticələri və sellərə qarşı mübarizə tədbirləri haqqında geniş məlumatlar verir.  

Respublikamızda təbii fəlakətlərin, o cümlədən, sellərin və daşqınların tədqiqi tarixi, iqtisadi və sosial-

coğrafi öyrənilməsi N.A.Babaxanov və N.Ə.Paşayevin «Təbii fəlakətlərin iqtisadi və sosial-coğarfi 

öyrənilməsi» əsərində (2004) ətraflı şərh olunmuşdur.  



 

 

Flora və bitki örtüyü sahəsi    

Azərbaycanda flora və bitki örtüyünün öyrənilməsi o qədər də qədim tarixə malik deyildir.  

İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Ayrı-ayrı təbiətşünaslar Qafqazın 

çətin relyef şəraitində yerləşən və  hələ öyrənilməyən zəngin təbiətinə  səyahət etmişlər. XVIII əsrdə  və XIX 

əsrin  əvvəllərində  təbiətşünaslar bitki örtüyü ilə yanaşı, təbiət elminin digər sahələrini-geologiyanı, 

mineralogiyanı, xüsusilə zoologiyanı öyrənməyə başlamışlar.  

XVIII  əsrin sonunda Küldenştatd və Pallas Qafqaz regionu üzrə  zəngin floristik material toplamışlar. 

X.X.Steven Qafqazın, o cümlədən Azərbaycanın bir sıra meşəli rayonlarında olmuşdur. O, 1805-ci ildə Qax-




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə