373
səhrasını əhatə edir.
Cənub yarımkürəsində Avstraliya materikinin cənub sahil zolağını və Avstraliya dağlarının qərb yamacını
əhatə edən
Avstraliya kserofit-meşə və kolluqlu-bozqır vilayəti yerləşmişdir. Cənub yarımkürəsində Kalaxari
səhrasını cənubdan əhatələyən
Cənubi Afrika vilayəti, Paraqvay və Uruqvayın rütubətli
subtropikləri ilə And
dağlarının yarımsəhraları arasında yerləşmiş
Cənubi Amerika vilayətini göstərə bilərik.
Qeyd edilən vilayətlərin torpaq örtüyündə iki torpaq zonasını göstərə bilərik: qəhvəyi və boz-qəhvəyi; hər
iki zonanın daxilində subtropik qara torpaqlar yayılmışdır.
Kserofit meşələrin qəhvəyi torpaqlarının genetik xüsusiyyətləri bir sıra tədqiqatçılar (L.İ.Prasolov,
S.A.Zaxarov, İ.P.Gerasimov, H.Ə.Əliyev, E.M.Salayev, Ş.G.Həsənov) tərəfindən öyrənilmişdir.
Qəhvəyi torpaqlar dəyişkən-rütubətli, əsasən də yayı quru və qışı rütubətli keçən
subtropik iqlim və
yuyulmayan su rejimi şəraitində formalaşmışdır. Səciyyəvi bitki örtüyü xüsusi subtropik bitkilərdən, palıd,
ardıc, püstə və s. ibarət alçaq boylu kserofit meşələrdir. Əgər bu meşələrdə həmişəyaşıl ağaclar üstünlük təşkil
edirsə, onları
makvis, yarpağı tökən bitkilər təşkil edirsə,
şiblək adlandırırlar. Bu seyrək meşələrdə həmişə taxıllı
tərkibli ot bitkiləri inkişaf etmiş olur. Torpağa daxil olan üzvi qalıqların əsas hissəsi onların hesabınadır.
Qəhvəyi torpaqlarda ilin rütubətli dövründə illitli-montmorillonitli törəmə mineralların yaranması ilə
müşahidə olunan aşınma prosesi baş verir. Bu zaman əmələ gəlmiş asan həll olan
duzlar tamamilə profildən
kənar olduğu halda kalsium və maqnezium karbonatları illüvial-karbonatlı horizont əmələ gətirir.
Qəhvəyi torpaqlarda humus horizontunun qalınlığı 40-45 sm, humusun miqdarı isə 4-7% -dir. Humusun
tərkibində humat birləşmələri üstünlük təşkil edir. Humus horizontu tünd-qəhvəyi və ya qəhvəyi rəngdədir;
onun təbiəti axıra kimi öyrənilməmişdir. Bütün qəhvəyi torpaqlar ağır gillicəlidir. Lil fraksiyaları profil boyunca
ya bərabər şəkildə paylanmış, ya da 20-40 sm-dən etibarən tədricən artır.
Torpaq profilinin ortasında lil
hissəciklərinin bu cür artımı podzollaşma və lessivaj prosesi ilə əlaqədar olmayıb, nəmliyin profil boyu bərabər
paylanması səbəbindən torpaqdaxili aşınmanın intensiv getməsi ilə bağlıdır. Qəhvəyi torpaqların
ümumi sahəsi
160 mln.ha olub, bu torpaqlar düzən və dağlıq ərazilərdə yayılmışlar.
Boz-qəhvəyi torpaqlar sərbəst tip kimi ilk dəfə A.N.Rozanov tərəfindən ayrılmışdır. Əvvəllər bu torpaqları
şabalıdı torpaqlarla eyniləşdirirdilər. Halbuki onlar şabalıdı torpaqlardan kəskin şəkildə fərqlənir.
Boz-qəhvəyi torpaqlar da qəhvəyi torpaqlar kimi dəyişkən-rütubətlənmə, lakin bir qədər quru və
yağıntıların az düşdüyü şəraitdə formalaşır. Bitki örtüyünün vegetasiya dövrü qış-yaz dövrünə təsadüf edən
kolluqlu subtropik bozqırlarla təmsil olunmuşdur. Belə ki, bu zonada qış nisbətən isti, adətən, qarsız, yay isə
sürəkli, isti və quru olur.
Maksimal yağıntılar qış vaxtı düşür və bu zaman torpaq profili tamam islanır
və asan həll olan duzlardan
yuyulur. Kalsium və maqnezium karbonatları, əksinə, torpağın bütün horizontlarında olub, bəzən aşağı qatlarda
konkresiyalar əmələ gətirir. Boz-qəhvəyi torpaqların uducu kompleksi kalsium və maqnezium ilə zəngindir,
udulmuş natriuma nadir hallarda təsadüf olunur, şorakətləşmə bu torpaqlarda adətən müşahidə olunmur.
Hazırda boz-qəhvəyi torpaqlara subtropik torpaqəmələgəlmə sırasında olan qəhvəyi torpaqlarla boz torpaq
arasında keçid torpaq kimi baxılır. Bununla da onun adı müəyyən edilir. Bu torpaqlarda humusun miqdarı
qəhvəyi torpaqlarla müqayisədə azdır (2-4%). Humus horizontunun qalınlığı da azdır (30-40 sm). Qəhvəyi
torpaqlarda olduğu kimi, lakin bir qədər zəif formada boz-qəhvəyi torpaqlarda
da ilin rütubətli mövsümündə
gilli sialit aşınması baş verir.
Bütün bu morfogenetik xüsusiyyətləri, həmçinin fərqli istilik rejimi, qış dövrünün yağıntıları və ildə iki
dəfə məhsul almaq imkanı boz-qəhvəyi torpaqları subboreal qurşağın şabalıdı torpaqlarından fərqləndirir. Boz-
qəhvəyi torpaqların düzən ərazilərdə ümumi sahəsi 270 mln.ha-dır.
Rütubətli vilayətlərə keçid ərazilər üçün səciyyəvi cəhət burada
subtropik qaratorpaqların inkişaf
etməsidir. Bu torpaqlar müxtəlif ölkələrdə müxtəlif adlar daşıyır: Mərakeşdə “tirslər”, Cənubi Amerikada “terra-
neqra”. Qara subtropik torpaqların ümumi sahəsi çox olmasa da (50 mln.ha), onların kənd təsərrüfatı əhəmiyyəti
böyükdür.
Subtropik qaratorpaqlar qələvi süxurların aşınma və çökmə məhsulları üzərində, həmçinin qrunt sularının
torpaq-qələvi elementlərlə zənginləşdiyi rayonlarda formalaşmışdır.
Bir sıra tədqiqatçılar
hesab edir ki, əksər subtropik qaratorpaqlar öz inkişafında hidromorfizm fazasını
yaşamışdır. Bununla belə bu torpaqlar avtomorf şəraitdə bazalt, trapp və hətta, qranit süxurlar üzərində də
yayılmışdır.
Humus qatında humusun toplanması, yuyulmayan su rejimi və profildə illüvial-karbonatlı qatın olması bu
torpaqları qara torpaqlara yaxınlaşdırır.
Lakin intensiv gilləşmə, torpağın tərkibində böyük miqdarda udulmuş
maqneziumun olması və torpaq profilinin kipləşməsi, həmçinin özünəməxsus istilik rejimi bu torpaqları qara
torpaqlardan əsaslı şəkildə fərqləndirir. Ona görə də bu torpaqlara xüsusi aqrotexnikanın tətbiqini tələb edən
ayrıca genetik tip kimi baxılmalıdır. Bərkimiş subtropik qara torpaqlar ilin quru dövründə kipləşmiş şəklə düşür
və profildə dərin çatlar yaranır,
ilin rütubətli dövründə, əksinə, şişir. Avstraliyanın boz-qəhvəyi torpaqları
içərisində kiçik sahələri tutan
subtropik şorakətlərə təsadüf olunur.
Əkinçilikdə qaratorpaqlardan sonra qəhvəyi və boz-qəhvəyi torpaqlardan geniş istifadə olunur. Dünyanın