20
(V.M.Fridland), torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinin prinsip və metodlarının
işlənməsi;
Sibir və Uzaq Şərq torpaqlarının, müttəfiq respublikaların torpaqlarının öyrənilməsi sahəsində regional
tədqiqatların inkişafı;
tropik və subtropik qurşaqların torpaq örtüyünün öyrənilməsində sovet alimlərinin geniş iştirakı və bu
ərazilərin torpaqlarının genezisi, coğrafiyası və səciyyəsinə həsr edilmiş monoqrafiyaların yazılması
(M.A.Qlazovskaya, S.V.Zonn və b.).
Bu mərhələdə torpaqlardan səmərəli istifadə edilməsində, meliorasiya məqsədlərindən ötrü düzgün
qiymətləndirilməsində, gübrələrdən səmərəli istifadədə, eroziya ilə mübarizə və torpaqların mühafizəsi
məsələlərində torpaqşünaslığın rolu xeyli artmışdır. Bu mərhələnin digər əlamətdar cəhəti torpaqşünaslığın
müxtəlif
istiqamətlərində, ilk növbədə torpaq xəritəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın ilk müsbət
nəticələrinin (FAO-YUNESKO-nun sifarişi ilə dünyanın torpaq xəritəsinin tərtib edilməsi) ortaya çıxmasıdır.
10. Torpaqşünaslığın ən müasir inkişaf və beynəlxalq əməkdaşlıq mərhələsi. Sovet İttifaqı dağıldıqdan
sonra müstəqil respublikalarda, o cümlədən rus və sovet torpaqşünaslıq məktəbləri ilə çox sıx bağlı olan
Azərbaycanda torpaqşünaslıq elmi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu haqda növbəti fəsildə daha
ətraflı məlumat veriləcək.
Bu dövrün əlamətdar xüsusiyyəti torpaqşünaslıq sahəsində beynəlxalq əməkdaşlığın daha da güclənməsi,
dünya üzrə torpaqların vahid təsnifat, diaqnostika və nomenklaturasının yaradılması sahəsində beynəlxalq
koordinasiyanın yaranması olmuşdur.
II FƏSİL. AZƏRBAYCANDA TORPAQŞÜNASLIQ ELMİNİN İNKİŞAF TARİXİ
*
Azərbaycanda torpaqşünaslıq elminin inkişafını bir neçə dövrə ayırmaq mümkündür:
1.Həsən bəy Zərdabinin fəaliyyəti ilə bağlı mərhələ. Azərbaycanda torpaqşünaslıq elminin inkişafında
birinci mərhələ maarifçi və təbiətşünas alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. H.Zərdabi torpaqşünaslıq
haqqında elmi fikirlərini “Əkinçi” qəzetində, “Torpaq, su və külək” və s. nəşrlərində çap etdirmişdir. Onun
torpaqşünaslıqla bağlı fikirləri genetik torpaqşünaslığın baniləri V.V.Dokuçayev, N.Sibirtsev və başqalarının
müddəaları ilə demək olar ki, üst-üstə düşür.
Beləliklə, H.Zərdabi Azərbaycanın ilk torpaqşünasıdır,
torpaqlarımız haqqında ilk elmi məlumatlar ona məxsusdur. H.Zərdabinini torpaqşünaslıq haqqında axtarışları
X.Həsənov (1972), Ş.Həsənov (2006) tərəfindən araşdırılmışdır.
Həsən bəy Zərdabinin torpaq haqqında fikirləri əsasən dağ süxurlarının aşınmasından, torpaqəmələgətirən
amillərdən, torpağın münbitliyindən, münbitliyin bərpasından (torpağın qranulometrik tərkibinin dəyişdirilməsi,
meliorasiya, eroziyaya qarşı mübarizə və s. tədbirlərdən) ibarətdir. H.Zərdabinin torpaqşünaslıqla bağlı
araşdırmalarında məqsəd bu elmin nəzəri məsələlərini, torpaqların genezisini işləyib hazırlamaq olmamışdır.
Məqsəd əkinçilik mədəniyyətini yüksəltmək, torpaq sərvətlərindən səmərəli istifadə etmək idi. Bununla bərabər,
H.Zərdabinin
torpağa aid əsərlərində, elmin o zamankı inkişaf səviyyəsində bəzi yeniliklər də öz əksini
tapmışdır.
2. XIX əsrin sonu – XX əsrin əvvəlləri (1875-1920). Bu dövrdə - 1889-1890-cı illərdə Kovalskinin, 1890-cı
ildə P.S.Kossoviçin, 1898-ci ildə V.V.Dokuçayevin, 1911-1914-cü illərdə S.Zaxarovun, V.Romanovun və
J.Kamenskinin apardıqları tədqiqatlarda Azərbaycan torpaqları haqqında ilkin də olsa müəyyən fikirlər
olmuşdur.
V.V.Dokuçayev 1898-ci ildə Zaqafqaziyada və o cümlədən Azərbaycanda olmuş, torpaqlar haqqında
ümumi məlumatlar verməklə, şaquli torpaq qurşaqlarının mövcudluğunu göstərmişdir.
1911-1914-cü illərdə S.Zaxarov, V.Romanov və J. Kamenski Mil və Şirvan düzlərində relyef, torpaqların
şorlaşması, qrunt suyunun səviyyəsi ilə əlaqədar torpaq müxtəliflikləri haqqında fikir irəli sürmüşlər.
3. XX əsrin 20-45-ci illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılmasına qədərki dövr).
Sovet İttifaqının tərkibinə daxil edildikdən sonra Azərbaycanda ilk növbədə elmi tədqiqat işləri aparan kadrlara
ehtiyac duyulurdu. 1920-ci ildə Azərbaycan Politexnik İnstitutu nəzdində Kənd Təsərrüfatı fakultəsi
və onun
tərkibində Torpaqşünaslıq kafedrası təşkil olunur. Azərbaycanın torpaq örtüyünü öyrənən ilk tədqiqat özəkləri
torpaqşünaslıq kafedrasında, Muğan təcrübə stansiyasında (Cəfərxan) və respublikanın təbii sərvətlərini öyrənən
cəmiyyətin tərkibində işə başlayır (1920-1924). Kafedranın rəhbəri professor V.Smirnov-Loginovun rəhbərliyi
və bilavasitə iştirakı ilə Abşeron yarımadasının, Kiçik Qafqaz dağlarının cənub-şərq ətəklərinin torpaqları tədqiq
edilərək xəritələşdirilir.
1925-ci ildə Azərbaycanda torpaq-coğrafi tədqiqatlara başlanılır. Respublikanın rayonlaşdırılması ilə
məşğul olan komissiyanın tapşırığı ilə professor S.Zaxarovun rəhbərliyi altında ekspedisiya işə başlayır. 1926-cı
ildə akademik V.Vilyams Muğan və Lənkəranın düzən hissəsini gəzərək suvarmanın və subtropik bitkilərin
inkişafı haqqında əməli təkliflər verir. Bu zaman, 1926-1930-cu illərdə professor V.Smirnov-Loginov Qobustan
və Xızı rayonlarının torpaqlarında böyük miqyaslı tədqiqatlar aparır.
*
Bu bölmə hazırlanarkən M.P.Babayevin (2004) materiallarından istifadə edilmişdir.
21
1930-1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Torpaqşünaslıq kafedrası tərəfindən
M.Ələsgərbəyli və Ə.Qasımovun simasında ilk azərbaycanlı torpaqşünaslar hazırlanır. Onlar torpaqlarımızın
tədqiqi və kadr hazırlığında uzun illər xeyli səmərəli iş görürlər. Həmin dövrdə kənd təsərrüfatının güclü inkişafı
ilə əlaqədar xüsusi kənd təsərrüfatı elmi idarələri
təşkil edilir, torpaqşünas və aqrokimyaçı kadrlara ehtiyac artır.
Bu tələbi ödəmək məqsədilə Zaqafqaziya Pambıqçılıq İnstitutunun pambıqçılıq fakultəsi nəzdində xüsusi şöbə
açılır. 1933-1937-ci illər ərzində dörd buraxılış torpaqşünas və aqrokimyaçı hazırlanır.
1932-ci ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda təşkil olunan aqrotorpaqşünaslıq şöbəsi
respublika torpaqlarını öyrənməyə başlayır. Bu işlərə kənardan dəvət edilmiş professor V.Akimsev, torpaqşünas
alim N.Bekareviç və L.Qorodetskidən başqa AKTİ torpaqşünaslıq kafedrasının işçiləri M.Əsgərbəyli,
Ə.Qasımov və AKTİ-nin yeni bitirmiş gənc torpaqşünaslardan M.Ağamirov, Ə.Zeynalov, M.Rəhimov, N.Məm-
mədov və başqaları cəlb edilir.
1934-cü ildə Lenin adına UİKTEA Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun Azərbaycan filialı təşkil
edilir. Burada da respublika torpaqlarının tədqiqi və gübrələrlə aparılan işlər davam etdirilərək, Lənkəran
(1934), Ağdaş (1935), Qazax (1936), Quba-Xaçmaz (1937) rayonlarının orta miqyaslı torpaq xəritələri tərtib
edilir. Bu tədqiqatlarda L.Aleksandrovski, K.Ələkbərov, Ə.Zeynalov, B.Ağayev, M.Salayev, M.Səfiyev,
K.Teymurov və başqaları içtirak edirlər.
SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi geologiya bölməsi nəzdində, 1933-cü
ildə torpaqşünaslıq seksiyasının və 1934-cü ilin iyulundan etibarən sərbəst torpaqşünaslıq
bölməsinin təşkili
torpaqşünaslıq elminin Azərbaycanda inkişafı üçün təşkilat bazası oldu.
İlk illərdən başlayaraq, bölmə yeni torpaqların istifadəyə verilməsi problemi ilə yaxından məşğul olmağa
başlamışdır. Bölmə Boğaz düzündə, Cənubi-Şərqi Şirvanda ilkin torpaq tədqiqatı aparmış, Cənubi-Şərqi
Şirvanın Küryanı zonasının (1934-35), Yevlax rayonunun (1935), Lənkəran və Muğanın torpaqlarını daha dəqiq
xəritələşdirmişdir. 1935-ci ildə Bölmə torpaq kimyası laboratoriyası təşkil etdi ki, bu da aparılan işlərin geniş-
ləndirilməsinə imkan yaratdı. Laboratoriyada şorakətlərin kimyəvi meliorasiyası (Ə.Qasımov və T.Tahirov),
elektrik cərəyanlarının torpağa və süxurəmələgətirici minerallara təsiri (V.Smirnov-Loginov və A.Sidorov), su
buxarının torpaqda kondensasiyası, torpağın şorlaşma dərəcəsinin bitki örtüyünün xüsusiyyətinə təsiri kimi
məsələlər üzərində iş aparılırdı.
Bölmənin işində Lənkəran vilayəti torpaqlarının öyrənilməsi xüsusi yer tuturdu.
Bu torpaqlara həsr
olunmuş ümumiləşdirici əsərdən (V.Smirnov-Loginov) başqa, vilayətin sarı torpaqlarının fiziki-kimyəvi
xassələri də dərindən öyrənilmişdi (B.Filosov, 1936). Alazan-Əyriçay hövzəsi torpaqlarının iri miqyaslı
xəritələşdirilməsi və aqrokimyəvi xüsusiyyətlərinin öyrənilıməsi (R.Kovalyov 1938-1941) çay əkini üçün yeni
yararlı torpaqları aşkara çıxarmağa həsr edilmişdi.
1936-cı ildən başlayaraq bölmə azərbaycanlılardan yeni yüksək ixtisaslı kadrlar hazırlamaq işinə başlayır.
Bu işdə V.Smirnov-Loginovun hazırladığı ilk aspirantlar (E.Şərifov, B.Ağayev, K.Ələkbərov, Ə.Zeynalov)
1940-43-cü illərdə elmlər namizədi adı almaq üçün dissertasiyalar müdafiə edirlər.
1937-ci ildən başlayaraq bölmə quru subtropik iqlim rayonları torpaqlarını tədqiq etmək üçün xüsusi
ekspedisiya təşkil edir. Bu ekspedisiya Şirvan düzünün, Pirsaat hövzəsinin və Böyük Qafqazın bu hövzəyə
yaxın ətəklərinin torpaqlarını tədqiq edərək, buradakı torpaqların şorlaşmasında palçıq vulkanlarının roluna
aydınlıq gətirir (H.Əliyev,
B.Klopotovski). Bölmə 1939-cu ildən başlayaraq Azərbaycan torpaqlarının
şorlaşmasına aid ədəbiyyatı və materialları yekunlaşdıraraq, torpaqların şorlaşma
dərəcələri və duz tərkibini
göstərən ilk xəritələri tərtib edir (V.Volobuyev).
1931-1941-ci illərdə Samur-Dəvəçi kanalı zonası torpaqlarının kimyəvi və fiziki-kimyəvi xassələri
(M.Salayev, K.Ələkbərov) və Şimali Muğan torpaqlarının fiziki xassələrinin tədqiqi (B.Ağayev) işləri suvarılan
sahələrin öyrənilməsinə həsr edilmişdi. Samur-Dəvəçi Suvarma Kanalının tikintisi ilə əlaqədar olaraq 1940-cı
ildə Samur-Dəvəçi düzənliyində iri miqyaslı torpaq tədqiqatına başlanılır. Çoxsaylı çöl və laboratoriya
materiallarına əsasən 1:10000, 1:25000 miqyaslı torpaq, şorlaşma, torpaq-meliorativ rayonlaşma xəritələri tərtib
edilir və eroziyaya qarşı mübarizə tədbirləri təklif olunur (M.Salayev).
1940-41-ci illərdə Bölmə Kiçik Qafqazda yerləşmiş bir sıra rayonların torpaqlarını öyrənməklə məşğul
olmuşdur (B.Klopotovski, M.Salayev, Ə.Zeynalov). 1940-cı il üçün Bölmənin tərkibində üç seksiya – torpaq
eroziyası, torpaq kimyası və torpaq fizikası seksiyaları yaradılmışdı.
4. XX əsrin 45-90-cı illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyəti dövrü). 1945-ci ildə
Azərbaycan SSR Elmlər Akademiyasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılması ilə
torpaqşünaslıq elminin inkişafında yeni mərhələ başlayır. İnstitut Böyük və Kiçik Qafqazda, Kür-Araz
ovalığında torpaqların tədqiqatı işlərini davam etdirir (H.Əliyev, K.Ələkbərov).
Ölkədə kənd təsərrüfatının inkişafı ilə əlaqədar V.Kovdanın rəhbərliyi altında Kür-Araz ekspedisiyası
Salyan, Muğan,
Cənub-Şərqi Şirvan, Gəncə-Qazax və Mil düzlərində torpaq-geomorfoloji (V.Yeqorov,
Y.Lebedev), torpaqların su-fiziki və fiziki-kimyəvi xassələri (S.Dolqov, N.Qorbunov), torpaq-meliorativ
rayonlaşdırılması (A.Rozanov, N.Kandorskaya) sahəsində tədqiqatlar aparılmışdır.
Azərbaycan hökumətinin tapşırığı ilə 1952-ci ildə torpaqşünaslıq və Aqrokimya İnstitutunun metodiki