Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   24   25   26   27   28   29   30   31   32

Dastan  maraqlı  süjet  –  bir-birini  qarşılıqlı  məhəbbətlə  sevən  və  bu  sevgiyə  mane  olan 

qüvvələrin mübarizəsi əsasında qurulmuşdur. Aşıq Şenlik ailənin qarşılıqlı, azad sevgi əsasında 

qurulması  ideyasını  təbliğ  edərək  göstərmişdir  ki,  bu  sevgiyə  heç  bir  qara  qüvvə  mane  ola 

bilməz. Dastanda təsvir olunan Xəlil ağa varlı sinfin nümayəndəsidir. Məhəmməd Xəlil ağanın 

sürülərini  otarır.  O,  təmiz  bir  məhəbbətlə  Xəlil  ağanın  qızı  Güldənəni  sevir.  Güldənə  də 

Məhəmmədin sevgisinə qarşı laqeyd deyil. Bir vaxt Xəlil ağa bundan xəbər tutub hirslənir. Xəlil 

ağa  öz  sinfinin  nümayəndəsi  olduğundan  tabeliyində  olanlara  bir  növ  yuxarıdan  aşağı  baxır, 

Məhəmmədi  tənbeh  etmək  istəyir.  “Özünə  çörək  tapmır,  mənim  qızımı  istəyir”  –  deyir.  Bir 

müddətdən sonra Rəsul ağa adlı birisi Güldənəyə elçi göndərir. Rəsul ağa Xəlil ağa ilə eyni sinfi 

təbiətə malikdir. Odur ki, Güldənənin şəxsi rəyi soruşulmadan Rəsyaq ağaya nişanlanır. Güldənə 

rəfiqəsi Səlbi xanımla Məhəmmədə öz hüquqsuzluğunu, onunla hesablaşmadıqlarını əks etdirən 

məktub göndərir. Məktubda Güldənənin Məhəmmədə olan sevgisi, bu sevgiyə ömrü boyu sadiq 

qalacağı təbii lirik boyalarla ifadə olunmuşdur: 

 

Güldənə bu dərdə dözməz, 



Fələk belə yazı yazmaz, 

Sənsiz bu dünyada gəzməz

Qoy axtarsın ata məni. 

Məktubu  alan  Məhəmməd  çox  kədərlənir.  Onu  ata-anasının  olmaması,  kimsəsizliyi  daha 

da sarsıdır. Lakin Güldənəyə olan ülvi məhəbbət ona mənəvi qüvvət verir. O da öz eşqində sadiq 

və dönməzdir: 

 

Ala gözlü mənim yarım, 



Atmaq olmaz oda səni. 

Sənsən mənim intizarım, 

Necə verim yada səni. 

 

Atam yoxdu elçi gedə, 



Anam yoxdu sinə didə

Hər yaramaz gədə-güdə, 

Əl atıban tuta səni. 

 

Güldənə Rəsul ağanı sevmir. O, atasına, yaşadığı cəmiyyətin eybəcər adətlərinə qarşı etiraz 



əlaməti olaraq özünü Ərdahan çayına atır. 

 

Güldənə xanımı eyləmə ibrət, 



Atamla anamı bulmasın cənnət, 

Çəksin həsrətimi oğlan Məhəmməd

Salsın dildən-dilə sorağa məni. 

 

Güldənənin  aqibətini  –  özünü  çaya  atmasını  eşidən  Məhəmməd  çox  sarsılır.  Qəlbində 



onların  ailə  səadətinə  mane  olan  qüvvələrə  qarşı  nifrət  hissi  baş  qaldırır.  O,  “yardan  ziyadə” 

yaşamaq istəmir. Güldənəni xilas etmək üçün Ərdahan çayına doğru axışan camaata müraciətlə 

deyir: 

 

Yar yanına gedən əziz qardaşlar, 




Verin yar yolunda sadağa məni. 

İstəməm yaşamaq yardan ziyadə, 

Verin yar yolunda sadağa məni. 

 

Xoşbəxtlikdən Güldənə xilas edilir. Elin qeyrətli oğlu Kərəm hadisənin səbəbini öyrənib, 



iki gəncin bir-birinə qovuşmasına kömək edir. Dastanda Kərəm epizodik surət olsa da, daha çox 

yadda qalır. O, qeyrət,  ədalət nümunəsi kimi  oxucu rəğbəti qazanır. Kərəm  surəti bizə bir növ 

M.Füzulinin  “Leyli  və  Məcnun”  poemasındakı  Nofəl  surətini  xatırladır.  Nofəl  də  Məcnuna 

kömək etmək istəyir. Lakin sevgi məsələsinə gəldikdə, dövrün hakim feodal qayda-qanunlarına 

qarşı  onun  qılıncı  kütləşir.  Kərəm  isə  elin  içərisindən  çıxmış,  xalqın  dərd-sərinə  yanan  el 

qəhrəmanıdır.  Onun  mübariz  silahı  Nofəl  kimi  küt  deyil,  daha  kəsərlidir.  Artıq  XIX  əsrin 

sonunda  xalq  özünün  inkişafında  elə  bir  mərhələyə  çatmışdır  ki,  dövrün  hakim  qayda-

qanunlarına  qarşı  kəskin  etiraz  səsləri  ucalırdı.  El-obanın  Kərəm  kimi  mərd,  mübariz  oğulları 

xalqın  azadlığı,  mənəvi  əsarətdən  xilası  uğrunda  mübarizə  aparırdılar.  Onlar  xalq  arasında 

yeniliyi təbliğ etməklə, qədim adət-ənənələrimizin qorunub saxlanmasını tövsiyə edirdilər. 

Bu  baxımdan  Kərəm  ailənin  qarşılıqlı  sevgi  əsasında  qurulmasına  zidd  olan  qüvvələrə 

imkan vermir. O, Güldənə və Məhəmmədin rəyini öyrənir. “Güldənənin əlini Məhəmmədin əlinə 

verib öz evinə gətirir. Üç gün toy eyləyir”. 

Dastanın sonunda Xəlil ağa el tənəsinə məruz qalır. “İnsan da balasına düşmən olarmı?” – 

deyə ona tənə edirlər. O, elin nifrətini  qazanır.  Dastan  yaradıcılığında həmişə xalqın arzusuna, 

ədalətə, humanizmə qarşı çaxan qüvvələr elin qınağına çəkilir. Dastanda Xəlil ağaya qarşı olan el 

nifrəti belə ifadə olunur: 

 

Fələk bu Xəlilin başından vursun, 



Kor olsun gözləri, ürəyi dursun, 

Xar olsun dünyada, el-oba gülsün, 

Hər kim görsə divanlarda söyləsin. 

 

“Əhməd  və  Gözəl”  dastanı  Aşıq  Şenliyin  canlı  həyat  müşahidələrinin  bədii  təsviri  kimi 



meydana  gəlmişdir.  Aşıq  həmişə  ünsiyyətdə  olduğu  insanlara  doğru  yol  göstərmişdir,  el 

ağsaqqalı kimi hörmət-izzət sahibi olmuşdur. Dastan nisbətən kiçik süjet xəttinə malik olsa da, 

oxucu və dinləyiciyə aşıladığı fikir baxımından diqqətəlayiqdir. Maraqlıdır ki, Aşıq Şenliyin özü 

müdrik şəxs kimi dastan iştirakçılarından biridir. 

Dastan bir-birini qarşılıqlı məhəbbətlə sevən Əhməd və Gözəlin sevgi macəraları üzərində 

qurulmuşdur. Dastan qəhrəmanlarının hər ikisi öz sadəliyi, zəhmətsevərliyi ilə diqqəti cəlb edir. 

Aşıq  Şenlik  zəhmətkeş  xalqa  rəğbət  və  məhəbbətinin  ifadəsi  kimi  bu  dastanın  da 

mövzusunu xalq həyatından götürmüşdür. Dastanda xalqımızın ən qədim adəti-elçilik mərasimi 

də  öz  əksini  tapmışdır.  Əhmədin  anası  kasıb  olduğundan  Aşıq  Şenliyi  Gözəli  almaq  üçün  elçi 

aparır. Gözəlin atası tərəfindən səmimi qarşılanan Aşıq Şenlik əsas mətləbi söyləyir: 

 

Bir oğlan ki bir gözəli sevəndə



Yaxşı deyil könül qırmaq, əzizim. 

 

Canı dildən ona ilqar verəndə, 



Yaxşı deyil könül qırmaq, əzizim. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə