Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   24   25   26   27   28   29   30   31   32

Şenlik deyər budur sözün əzəli

Keçibdir söhbətim meyli-məzəli, 

Əhməd üçün “yox” demədin Gözəli, 

Yaxşı deyil könül qırmaq, əzizim. 

 

Elin  adəti  üzrə  Gözəli  Əhmədə  nişanlayırlar.  Toy  ərəfəsində  Əhmədin  gözləri  tutulur. 



Gözəlin atası zorla onu başqa adama ərə verir. Əhməd mənəvi sarsıntısını, iztirablarını belə ifadə 

edir: 


 

Bundan belə qan ağlaram, 

Yar əlimdən gedər oldu. 

Sinəmin başı dağlaram, 

Bu dərd məni didər oldu. 

 

Doymadım yarın dilindən, 



Qucmadım incə belindən

Gözəlim getdi əlimdən, 

Bu, ölümdən betər oldu. 

 

Gözəl  başqası  ilə  yaşasa  da,  Əhmədi  bir  an  belə  unutmur.  Bulağa  gedəndə  yolunu 



Əhmədgilin  qapısından salır. Əhmədi  görməklə təsəlli  tapır. Gözəlin bu hərəkəti əri tərəfindən 

qısqanclıqla qarşılanır. Gözəl tənbeh olunur. 

Gözəlin qaynatası dünyagörmüş şəxs olduğundan oğlunun bu hərəkətinə görə onu danlayır: 

“Oğul, indi eşit, allah o adama zülm edib, biz niyə edək, nə olar, hər görəndə salam versin, hal-

kefini xəbər alsın” – deyir. 

Əhmədə hamı qayğı  göstərir, təsəlli  verir, ona dərdlərini unutdurmağa çalışırlar. Hətta el 

yaylağa köçəndə Əhməd yaddan çıxmır, onu da özləri ilə yaylağa aparırlar. 

Dastan öz dinləyicilərinə cismən şikəst olan şəxslərə qayğıkeş münasibət bəsləməyi təbliğ 

edir. Gözəli Əhməddən ayrı salan şəxslər el qınağına çəkilir. 

Aşıq  Şenliyin  dastan  yaradıcılığı  özünün  ideya-məzmun  xüsusiyyətləri,  mövzu 

rəngarəngliyi  baxımından  əhəmiyyətlidir.  Ustad  sənətkar  yaşadığı  dövrün  ab-havasını,  xalqın 

arzu-istəklərini, özünəməxsus bir tərzdə əks etdirməyə çalışmışdır. 

 

  

 

 

 

 

 

 

 

 

ALİMİN ARXİVİNDƏN 

 

 



 

 

 

  

 

Şirəkli Həsən 



Söylə 

Ağbabadan əsən yellər, 

Məndən yurda salam söylə. 

Qocalmışam vaxt-vədəsiz, 

Uçub bürcüm-qalam söylə. 

 

Qaraçanta üzü bəri, 



Sarıqamış dalda yeri. 

Gümrü dilimin əzbəri, 

De necədi, lalam söylə. 

 

Ağbabada o bulaqlar



Yenə də mi elə çağlar, 

Dağlar, “Həsən” deyib ağlar, 

Saç-saqqalı çalam, söylə. 

 

Mən Həsənəm, Şörəyeldən, 



Ulu yurddan, ağır eldən, 

İndilər düşmüşəm əldən, 

Qəddi artıq “dal”am, söylə. 

 

Var 

Yoldan çəkmərəm gözümü, 

Ağbabadan gələnim var. 

Həsrətimdən dağ-dağ olan, 

Dərd-sərimi bilənim var. 

 

Tanrı özü kömək etsin



Əllərim doğmaya yetsin. 


İtim hürsün, tüstüm tütsün, 

Mənim qəmdən şölənim var. 

 

Bağrına daşı bağlayan, 



Ağbaba deyib ağlayan, 

Arpaçay kimi çağlayan, 

Həsən kimi ölənim var. 

 

Var 

Qəribliyə gedən oldum, a dağlar, 

Amanatm neçə-neçə sözlü var. 

Mən getməzdim bəxtim qara gəlməsə, 

Ol Gümrüdə dərdli alagözlü var. 

 

Sevişmişdik, sərvət düşdü araya



Qız atası tamah saldı paraya, 

Dağıl dünya, işə pullar yarayar, 

Saf könülü belə yıxdı, üdü var. 

 

Yazıq Həsən öz köyündən ayrıldı, 



Gözəl günlər getdi, göyə soruldu. 

Başım üstə qəm qılıncı sıyrıldı, 

Bu ayrılıq , dağlar, mənli-sizli var. 

 

Keçdi 

Düşdü yol ağzına biçarə canım, 

Bir də bu yerlərə gəlməyim keçdi. 

Məni dərdə saldı Gümrü gözəli, 

Onunla deməyim, gülməyim keçdi. 

 

 



Əlvida söylərəm, ay uca dağlar

Əlvida, əlvida, meyvəli bağlar. 

Ürəyim kövrəlib, gözlərim ağlar, 

Boğazıma dərdin ilməyi keçdi. 

 

Dönmüşəm qəribə, düşmüşəm qışa, 



Meylim-həvəsim yox qızıl-gümüşə, 

Üzümü tutmuşam Sarıqamışa, 

Yurdumda yaşayıb ölməyim keçdi. 

 

Aşıq İsgəndər Ağbabalı 



Telli sazım 

Ay mənim, yarım-yoldaşım, 

Danış, mənim telli sazım. 

Həm qardaşım, həm sirdaşım, 




Danış, mənim telli sazım. 

 

Gözəllər məclisə gələr, 



Gah danışır, gah da gülər. 

Söz anlayıb mətləb bilər, 

Danış, mənim telli sazım. 

 

Ad-tarixin yazdırmışam, 



Qürbət eldə gəzdirmişəm. 

On iki tel düzdürmüşəm, 

Danış, mənim telli sazım. 

 

Ay İsgəndər, məclisə bax, 



Dövran edir axşam, sabah. 

Qürbət eldə məndən qabaq, 

Danış, mənim telli sazım. 

 

Bəhanədi 

Ətri tellərinin tez vurdu məni, 

Əlbət ki, vuruldum, tel bəhanədi.  

Əsdi asta bir meh, açdı üzünü, 

Zühr oldu gözəllik, yel bəhanədi. 

 

Dilim topuq vurdu, maşallah deyəm, 



Bir onu bacardım sənə baş əyəm. 

A gəlin, xoşbəxtdi sənə “can” deyən, 

Istədim gül verəm, gül bəhanədi. 

 

Yaylığın başından sürüşdü yana, 



Baxdım çox gözəlsən, bir nazlı sona. 

Rastına çıxanı salarsan qana, 

Istər inci, istər gül: “bəhanədi”. 

 

Bədənliyin göydü, donun qırmızı, 



Qaşların kamandı, zalımın qızı, 

Mehmanın olaram olsan irazı, 

Səni gördüm daha el bəhanədi. 

 

Adım İsgəndərdi, a Telli xanım, 



Səni görən vədə od tutdu canım. 

Insafsız, dərdinlə tutuşum, yanım ? 

Verməz sözüm sənə, əl bəhanədi. 

 

 

Gəlmədi 

Qaçqınlıq təpəmdən döydü mənim də




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə