189
mübarizədə burada qəhrəmancasına həlak olmuş «Mixaylo»
təxəllüsü ilə tanınan Mehdi Hüseynzadə daim hər iki xalqın
xatirələrində yaşayır.
Sloveniya xalqı bu gün də öz qəhrəmanlarını unutmur. Nova
Qoritsa şəhərində müxtəlif ictimai qurumların nüma-
yəndələrinin, xüsusilə Mehdi Hüseynzadənin silahdaşlarından
ibarət 80-ə yaxın sloveniyalının yeni yaranmış Sloveniya–
Azərbaycan Dostluq Cəmiyyətinə üzv olması xalqlarımızın bir-
birinə olan hörmətini və diqqətini nümayiş etdirir.
Azərbaycan ilə Sloveniyanın beynəlxalq və regional təşki-
latlarda – xüsusilə BMT, ATƏT, Avropa İttifaqı, Avropa
Şurasında əməkdaşlığı böyük məmnunluq doğurur. Azərbaycanın
xarici siyasətində Avropa İttifaqı və Avroatlantik strukturlarla
əlaqələr mühüm yer tutur. Azərbaycan ilə Avropa İttifaqı
arasında 2006-cı ildə imzalanmış «Enerji sahəsində strateji
tərəfdaşlıq haqqında Anlaşma Memorandumu», eləcə də bu ilin
yanvar ayında imzalanan «Cənub qaz dəhlizi haqqında Birgə
Bəyannamə» bunun bariz nümunəsidir. Regionun əsas iqtisadi
mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji
təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz
töhfəsini verməyə hazırdır.
Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya
bazarlarına çıxarılmasında maraqlıyıq və istehsal etdiyimiz
neftin və qazın Avropaya nəqli üçün irəli sürülən təşəbbüsləri
nəzərdən keçirməyə hazırıq. Azərbaycanın həyata keçirdiyi
irimiqyaslı neft-qaz layihələri bizim etibarlı tərəfdaş oldu-
ğumuzu sübut edir və bundan sonra da bütün maraqlı tərəflərlə
əməkdaşlıq etməyə imkan verir.
Yuxarıda qeyd edilənlərlə yanaşı, regionun inkişafı üçün ən
böyük təhlükə mənbəyi Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Bildiyiniz
kimi, Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 digər rayonu
20 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu,
Azərbaycanın ümumi ərazisinin təxminən 20 faizini təşkil edir.
Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti
190
nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsi, İKT, ATƏT, Avropa
Şurası, NATO və digər beynəlxalq təşkilatların qərar və
qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüquq və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, icazə verin, bu badələri Sizin
şərəfinizə, Azərbaycan ilə Sloveniya arasında səmimi dostluq
və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırım.
191
AZƏRBAYCAN–SLOVENİYA
BİZNES-FORUMUNDA İŞTİRAK
Lyublyana
10 iyun 2011-ci il
İyunun 10-da Lyublyanada Azərbaycan–Sloveniya biznes-
forumu keçirilmişdir.
Azərbaycan prezidenti İlham Əliyev və Sloveniya prezidenti
Danilo Tyurk biznes-forumda iştirak etmişlər.
Forum iştirakçıları Azərbaycanın və Sloveniyanın dövlət
başçılarını hərarətlə qarşıladılar.
Biznes-forumda hər iki ölkədən 200-ə yaxın iş adamı iştirak
etmişdir.
Forumun keçirilməsində məqsəd Azərbaycan və Sloveniya iş
adamları arasında iqtisadiyyatın müxtəlif sahələrində
əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin iqtisadi poten-
sialından yararlanaraq, ticarət dövriyyəsinin səviyyəsini artır-
maqdır.
Dövlət başçıları forumda çıxış etdilər.
Sloveniya prezidenti Danilo Tyurkun çıxışı
Hörmətli prezident İlham Əliyev, əziz dostum!
Hörmətli qonaqlar, hörmətli dostlar!
Bu gün Azərbaycan–Sloveniya biznes-forumunda çıxış
etməkdən olduqca məmnunam. Əslində, prezidentliyim döv-
ründə ikinci dəfədir ki, belə mötəbər iclasda çıxış etmək fürsəti
mənə nəsib olur.
2 il əvvəl mən bir qrup sloveniyalı iş adamı ilə Bakıya səfər
etmişdim. Bakıda işgüzar dairələrlə çox yaxşı, səmimi
görüşümüz oldu. O vaxt biz lap başlanğıcdan olduqca perspek-
tivli, yeni, mühüm təşəbbüsləri müzakirə etdik. Onlardan
192
bəziləri artıq öz bəhrəsini vermişdir. Həmin addım əslində
başlanğıc nöqtəsi oldu. İnformasiya texnologiyaları və sığorta
sahələrində əldə edilən irəliləyiş, bu yaxınlarda başlanmış su
elektrik stansiyalarının tikintisi layihəsi bizi həvəsləndirdi.
«Korona» şirkəti Azərbaycandakı tərəfdaşları ilə artıq texniki
əsaslandırma işlərinə başlamışdır.
Bu bir daha onu göstərir ki, biz tərəqqini əldə etmişik.
Həmin tərəqqi o faktla üst-üstə düşür ki, ticarət əlaqələrimizdə
də böyük irəliləyişə nail olmuşuq. Ticarətimiz artır. Ötən il bu
sahədəki artım 10 faiz olmuşdur. Bu, yaxşı haldır, çünki 2010-
cu il hələ də böhran ili idi. Ümid edirik, ötən il qlobal böhranın
son ili oldu. Həmin vaxtdan etibarən gözəçarpan artımı
müşahidə etməyə başladıq. Burada dinlədiklərimiz göstərir ki,
hər iki ölkənin şirkətləri arasında əməkdaşlıq ideyaları forumda
səsləndirilir. Bunun üçün möhkəm bünövrə vardır. Planlarımız
və ümidlərimiz böyükdür.
Bir-biri ilə əməkdaşlıq edən iki dost ölkənin – Azərbaycanın
və Sloveniyanın həm biznes, həm siyasi dairələri arasında
qurulmuş işbirliyi haqqında daha geniş mənada bir neçə kəlmə
söyləmək istəyirəm.
Biz strateji düşünməliyik və uzunmüddətli perspektivlər haq-
qında danışmalıyıq. Bu faktı da nəzərə almalıyıq – Sloveniya
Avropa İttifaqının üzvü və Azərbaycan Avropa İttifaqının tərəfdaşı
kimi, bir çox səylər göstərməlidirlər ki, Avropa İttifaqı ilə Azər-
baycan arasında münasibətlərin gələcəyi daha dəqiq formada
müəyyən edilsin. Hələ ki, bu sahədə konkret təkliflər yoxdur.
Biz Avropa İttifaqında bu haqda az bilirik və bu, Avropa
İttifaqının bütün üzvlərinə aiddir. Biz Azərbaycan haqqında bir
çox məlumatları öyrənməliyik, ölkənizdəki imkanlarla tanış
olmalıyıq. Anlamalıyıq ki, enerji və alternativ enerji mənbələri
sahəsində əməkdaşlıqdan başqa, növbəti onilliklər haqqında
düşünməliyik. Belə gələcək üçün möhkəm iqtisadi bünövrəni
inkişaf etdirməliyik. Məhz bugünkü biznes-forum da bu
məqsədlərə xidmət edir. Burada hər iki məsələ nəzərdə tutulur:
yaranan biznes imkanları və razılaşmalar, həmçinin uzun
Dostları ilə paylaş: |