196
inkişaf etdirilməsinə kifayət qədər maliyyə resursları ayırırıq.
Mən Sloveniya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət
edirəm. Bugünkü biznes-forumun bir hissəsi Azərbaycandakı
konkret biznes sərmayə layihələrinin təqdim edilməsinə həsr
olunubdur və yekun hesabat hazırlanıb. Orada bütün zəruri
məlumatlar verilib.
Hesab edirəm ki, hökumətimiz tərəfindən maliyyələş-
diriləcək layihələri də bilmək maraqlı olardı. Həmin layihələrdə
Sloveniya şirkətləri podratçı kimi iştirak edə bilər. Onlar böyük
sahələri əhatə edir: yolların, elektrik stansiyalarının tikilməsi,
içməli suyun təmin edilməsi, kanalizasiya xətlərinin çəkilməsi,
xəstəxanaların və məktəblərin inşası. Həmin layihələr
həyatımızın bütün sahələrini əhatə edir. Məqsədimiz ən vacib
infrastruktur və sosial infrastruktur layihələrini ikinci inkişaf
proqramımızın başa çatdığı vaxtda, yəni 2013-cü ildə həyata
keçirməkdən ibarətdir. Gələcəkdə isə ölkənin inkişafı və
Azərbaycanda iqtisadiyyatın davamlı artımı növbəti iqtisadi
islahatlarımızda əldə edəcəyimiz uğurlardan asılı olacaqdır. Bu
gün iqtisadiyyatda liberallaşdırma səviyyəsi çox yüksəkdir.
Hər iki ölkə bu il müstəqilliyin iyirminci ildönümünü qeyd
edəcəkdir. Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxt bazar
iqtisadiyyatının ÜDM-dəki payı sıfır faiz idi. İndi isə
Azərbaycanda ÜDM-in 80 faizdən çoxu özəl sektorda təmin
edilir. Həmçinin nəzərə almalıyıq ki, ÜDM-i təşkil edən əsas
mənbələr və enerji infrastrukturu dövlət nəzarəti altındadır. Bu
o deməkdir ki, özəlləşdirmə, liberallaşdırma prosesi, yerli və
xarici biznes dairələri üçün yaxşı şəraitin yaradılması işi düzgün
istiqamətdə gedir.
Sloveniya bizim üçün bu regionda dost ölkə və mühüm
tərəfdaşdır. Avropa İttifaqının üzvü kimi, Sloveniyanın bizim
regionda rolu və mövqeyi hər zaman müsbət olub. Bizim üzv
dövlətlərlə ikitərəfli qaydada çox gözəl münasibətlərimiz vardır.
Hesab edirəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında
münasibətlərin belə bir mühüm inkişaf mərhələsində ən vacib
məsələ qarşımızda qoyduğumuz hədəfləri və məqsədləri müəyyən
197
etmək, onlara nail olmaq üçün yol xəritəsini hazırlamaq, qarşılıqlı
maraq və hörmətə əsaslanan əsl tərəfdaşlıq münasibətlərini
qurmaqdır. Bu baxımdan bu proses uğurla davam edəcəkdir.
Regionlarımızın bir-birinə daha da yaxın olması üçün
göstərdiyi səylərə görə biz Sloveniya tərəfinə və prezident
Tyurka olduqca minnətdarıq. Biz Avropa İttifaqı ilə qonşuyuq
və tərəfdaşıq. Tərəfdaşlığımız artacaq, siyasi münasibətlər
inkişaf edəcək və enerji təhlükəsizliyi məsələləri – mən
nitqimin əvvəlində bunu qeyd etdim – daha möhkəm rol
oynayacaq, çünki bizim resurslarımız vardır. Avropaya
alternativ mənbə lazımdır. Biz artıq müəyyən mənada böyük
daşıma infrastrukturuna malikik və bu imkanlar daha da
artırılmalı və genişləndirilməlidir.
Cənab Prezident və hörmətli dostlar, mən sizin hamınıza
bizə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Mən dünən keçirilmiş danışıqların nəti-
cələrindən və bu gün imzalanmış sənədlərdən məmnunluğumu
bildirirəm. Səfərim davam edir. Əminəm ki, səfər və onun
nəticələri münasibətlərimizin gələcək inkişafında mühüm rol
oynayacaqdır.
Çox sağ olun.
* * *
Sonra dövlət başçıları Azərbaycan və Sloveniya şirkətlərini
təmsil edən iş adamları ilə görüşdülər.
Sloveniyanın biznes dairələrinin nümayəndələri Azərbaycan
prezidenti İlham Əliyev ilə söhbətlərində ölkəmizdə baş verən
iqtisadi inkişaf prosesləri, biznes və sərmayə mühiti barədə
ətraflı məlumat aldılar.
198
SLOVENİYANIN BAŞ NAZİRİ
BORUT PAHOR İLƏ GÖRÜŞ
Lyublyana
10 iyun 2011-ci il
İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Sloveniya Respublikasına rəsmi səfəri çərçi-
vəsində bu ölkənin Baş naziri Borut Pahor ilə görüşmüşdür.
Dövlətimizin başçısını Baş nazir Borut Pahor qarşıladı.
Görüşdə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin
inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibət-
lərimizin Azərbaycan–Avropa İttifaqı çərçivəsində önəmi
vurğulandı.
Prezident İlham Əliyevin Sloveniyaya səfərinin ölkələrimiz
arasında iqtisadiyyatın konkret sahələrinin perspektivlərinin
nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığının qeyd
edildiyi görüşdə Azərbaycan–Sloveniya biznes-forumunun əhə-
miyyəti vurğulandı.