206
RUSİYA FEDERASİYASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB DMİTRİ MEDVEDEVƏ
Hörmətli Dmitri Anatolyeviç!
Petrozavodsk yaxınlığında təyyarə qəzası nəticəsində
çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sar-
sıtmışdır.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak
olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına
dərin hüznlə başsağlığı verirəm.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 iyun 2011-ci il
207
BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏR
Brüssel
21 iyun 2011-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 21-də Belçika Krallığına işgüzar səfərə gəlmişdir.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu
ilə birgə mətbuat konfransında
bəyanatlarla çıxışlar
İyunun 22-də Brüsseldə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose
Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur.
Xose Manuel Barrozu və prezident İlham Əliyev əvvəlcə
mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun
bəyanatı
Hər vaxtınız xeyir, xanımlar və cənablar!
İlk növbədə bildirmək istəyirəm ki, Azərbaycan prezidenti
İlham Əliyevi bu gün Brüsseldə salamlamaqdan böyük
məmnunluq duyuram. Mənim Bakıya səfərim xatirimdədir. Bu
səfər zamanı mən böyük qonaqpərvərliyin şahidi oldum.
Prezident Əliyev ilə çox yaxşı fikir mübadiləmiz oldu.
Bu gün Siz Brüsselə gəldiyiniz üçün çox məmnunam. Çünki
bizim çox açıq və səmərəli danışıqlarımız oldu. Bu ilin
yanvarında Bakıya səfərim zamanı müzakirə etdiyimiz müxtəlif
208
məsələləri yenidən nəzərdən keçirdik. Bu gün biz əlaqələrimizin
müxtəlif istiqamətlərində əldə etdiyimiz nailiyyətləri qeyd etdik,
o cümlədən Assosiativ razılaşmaya dair danışıqların ötən il
başlanmasını. İnanıram ki, biz bu danışıqları sürətləndirə və güclü
razılaşmanın əldə olunmasına doğru irəliləyə bilərik. Onu da deyə
bilərəm ki, bu il biz viza rejiminin sadələşdirilməsi və yenidən
qoşulma razılaşmaları ətrafında müzakirələrə başlaya bilərik. Bizim
üçün tərəfdaş ölkələrlə əməkdaşlıq «Şərq Tərəfdaşlığı» Proqramının
vacib məqsədi kimi qalmaqdadır.
Sentyabrda Varşavada keçiriləcək «Şərq Tərəfdaşlığı» sam-
mitinə hazırlıq işləri davam etdirilir. Bu gün biz son 2 il ərzində
bu tərəfdaşlığın icrasına və gələcəkdə onun gücləndirilməsinə
dair fikir mübadiləsi apardıq. Bizim qonşularla keçirilən tədbirlər
Avropanın daxili təhlükəsizliyinin və çiçəklənməsinin qonşu
ölkələrin eyni məsələləri ilə nə qədər bağlı olduğunu göstərir. Bu
səbəbdən strateji vəzifəmiz demokratiyanı gücləndirmək, həm
Şərqdə, həm Cənubda inkişafı təmin etməkdir. Bu mənada mən
siyasi
sahədə
modernləşdirilmənin,
siyasi
islahatların
aparılmasının, qanunun aliliyinə hörmət edilməsinin əlaqələrimiz
üçün nə qədər vacib olduğunu vurğuladım. İnanırıq ki, söz və
sərbəst toplaşma azadlığı xüsusi əhəmiyyət kəsb edir və onlara
əlaqələrimizin bu konteksti çərçivəsində baxılmalıdır. Mən bu
həssas, lakin vacib məsələləri açıq və səmimi şəkildə müzakirə
etdiyimiz üçün prezident İlham Əliyevə təşəkkürümü bildirmək
istəyirəm. Ümumi dəyərlərə dair bölüşdüyümüz öhdəliklər – de-
mokratiya, qanunun aliliyi, insan haqları əlaqələrimizin əsas
hissəsini təşkil edir və bu, nailiyyət üçün vacibdir.
Xanımlar və cənablar, enerji məsələsi danışıqlarımızın digər
əsas bir mövzusu idi. Bildiyiniz kimi, bu ilin yanvarında mən
prezident Əliyev ilə birgə Cənub qaz dəhlizinin yaradılmasına
dair Birgə Bəyannamə imzaladıq. Bu, enerji təchizatı və
tələbatımızın təhlükəsizliyi və şaxələndirilməsi üçün çox
vacibdir. Bu dəhliz strateji məqsədimizdir, Azərbaycan üçün
strateji məsələdir. Çünki bu, dünyanın ən iri və etibarlı Avropa
bazarına ölkənin birbaşa çıxışını təmin edəcəkdir. Bu, Avropa
209
İttifaqı üçün də strateji məsələdir. Çünki bununla biz Xəzər
hövzəsindən alternativ təchizat marşrutu əldə etməyə imkan
yaradacağıq.
Nəhayət, biz qonşu regiondakı və Cənubi Qafqazdakı vəziyyəti
də müzakirə etdik. Mən vurğuladım ki, Avropa İttifaqı Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəkləyir.
«Əsas prinsiplər» adlandırılan razılaşmanın yekunlaşdırılması üçün
əlavə səylərin göstərilməsinin vaxtıdır. Münaqişənin həlli
istiqamətində danışıqlar iki gündən sonra davam etdiriləcəkdir.
Ümid edirəm ki, hər iki tərəf irəliyə doğru gedə biləcəkdir. Öncə
qeyd etdiyim kimi, status-kvo bir variant deyildir.
Cənab Prezident, Brüsselə gəldiyiniz üçün Sizə dərin min-
nətdarlığımı bildirirəm. Avropa İttifaqı ilə Azərbaycanın daha
da yaxınlaşması üçün əməkdaşlığımızı davam etdirəcəyimizə
ümid edirəm. Düşünürəm ki, ötən ay Azərbaycanın
«Eurovision» mahnı müsabiqəsindəki parlaq qələbəsi bu isti-
qamətdə ilk addım oldu. Əksər avropalıların bu Avropa müsabi-
qəsində Azərbaycana səs verməsi faktı Avropanın Azərbaycana
dair nə qədər səmimi olduğunu nümayiş etdirdi. Bilirəm ki, bir
ildən sonra bu mötəbər beynəlxalq tədbir ölkənizdə
keçiriləcəkdir. Əminəm ki, Siz bu fürsətdən istifadə edərək
ölkənizin modernləşməyə və Avropanın ümumi dəyərlərinə nə
qədər sadiq olduğunu nümayiş etdirəcəksiniz.
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı
Təşəkkür edirəm, cənab Sədr!
Xanımlar və cənablar!
İlk növbədə cənab Sədrə məni Brüsselə dəvət etdiyinə və
fəal dialoqumuzu davam etdirmək imkanına görə minnət-
darlığımı bildirirəm. Bizim görüşlərimiz Avropa təsisatları ilə
Azərbaycanın əlaqələrinin gələcək inkişafı üçün çox vacibdir.
Təbriklərinizə görə minnətdarlığımı bildirirəm və burada,
Avropanın mərkəzində dünyanın ən mötəbər musiqi
yarışmasında avropalıların gənc müğənnilərimizə qələbəni bəxş