193
müddət ərzində bizi lazımi möhkəm əməkdaşlığa doğru
aparacaq strategiya.
Sloveniya Avropa İttifaqının üzvləri arasında elə bir ölkə
olacaq ki, Siz ona etibarlı dost və maraqları təmin edən tərəf
kimi arxalana bilərsiniz. Zənnimcə, Avropa İttifaqının hər bir
tərəfdaş ölkəsi lazımi şəkildə qavranılmalıdır və onunla
əməkdaşlıq düşünülmüş formada olmalıdır. Əvvəlcədən
müəyyən edilmiş modelləri tələsik həyata keçirmək olmaz. Biz
yeni modellər üzərində işləməliyik. Ümid edirəm ki, bu biznes-
forum irəliyə doğru addımların atılmasında uğurlu olacaq və
səmimiyyətlə sizdən nəticələr gözləyirəm. Mən isə öz
növbəmdə Sizə söz verirəm ki, biz Sloveniyada əldə etdiyiniz
nəticələri çox diqqətlə öyrənəcəyik. Uzunmüddətli və möhkəm
çərçivənin reallığa çevrilməsi üçün əlimizdən gələni etməyə
çalışacağıq.
Diqqətinizə görə çox sağ olun. Sizə işinizdə böyük uğurlar
arzulayıram.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Hörmətli cənab Prezident!
Xanımlar və cənablar, əziz dostlar!
Əvvəlcə, cənab Prezident, gözəl ölkənizə səfər etmək üçün
dəvətinizə və göstərdiyiniz qonaqpərvərliyə görə bir daha
təşəkkürümü bildirirəm. Əslində mən ikinci dəfədir ki, Sizin
gözəl ölkənizə səfər edirəm və bir çox dəyişiklikləri görürəm.
Bu münasibətlə sizin hökumətinizi və Lyublyana Şəhər Şurasını
aparılmış bir çox abadlıq və şəhər infrastrukturu işlərinə görə
təbrik etmək istəyirəm.
Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Biz
əsl dost və tərəfdaşıq. Bu tərəfdaşlığın yaxşı tarixi və çox
perspektivli gələcəyi vardır. Çox şadam ki, biznes dairələrinin
iqtisadi əlaqələrin gücləndirilməsinə istiqamətlənmiş birgə
səyləri ölkələrimizin – Sloveniya ilə Azərbaycan arasında
tərəfdaşlığın gülcəndirilməsinə yönəlmiş siyasi kursuna
uyğundur. Siyasi münasibətlərimiz çox yaxşıdır. Biz ölkələri-
194
miz arasında yüksək səviyyədə və nazirliklər səviyyəsində
mütəmadi qaydada məsləhətləşmələr prosesini davam etdiririk.
Bizim həmçinin biznes təmaslarının da inkişaf etdirilməsi üçün
yaxşı potensialımız vardır. Hesab edirəm ki, bu gün keçirilən
biznes-forum sayəsində nəinki ideyalar, həmçinin praktiki
nəticələr əldə olunacaqdır.
Biz xarici sərmayədarlara açıq ölkəyik və uzun illər ərzində
bu istiqamətdə apardığımız siyasət çox müsbət olub. Son 15 il
ərzində iqtisadiyyatımıza təxminən 100 milyard ABŞ dolları
məbləğində sərmayə yatırılmışdır və onların əksər hissəsi qeyri-
enerji sektoruna yönəldilmişdir. Mən bunu ona görə deyirəm ki,
Azərbaycan neft ölkəsidir, neft, qaz hasilatçısı və ixracatçısıdır.
Ölkəmiz bu baxımdan cəlbedicidir. Lakin məqsədimiz
iqtisadiyyatı şaxələndirməkdir, Azərbaycanda güclü qeyri-enerji
sektorunun və davamlı iqtisadiyyatın yaradılmasıdır.
Hesab edirəm ki, son bir neçə il ərzində iqtisadi inkişaf,
liberallaşdırma və biznesin aparılması sahəsində ölkəmizin gös-
təriciləri məqsədlərimizi aydın şəkildə göstərir. Hətta iqtisadi
böhran ilə yadda qalan ən çətin 2008–2009-cu illərdə iqti-
sadiyyatımız yenə də 14 faiz artmışdır. Həmin il neftin qiyməti
4-5 dəfə aşağı düşmüşdür. Ümumiyyətlə, son 7 il ərzində ÜDM
3 dəfə artıb, yoxsulluq səviyyəsi 5 dəfə – 49 faizdən 9,1 faizə
qədər azalmışdır. İşsizliyin səviyyəsi 6 faiz olmuşdur.
İnfrastruktura qoyulan sərmayələr və özəl sektora verilən dəstək
hazırkı durumu yaratmışdır ki, iqtisadiyyatımız artıq enerji
amilindən o qədər də asılı deyildir. Bizim üçün gələcək iqtisadi
inkişaf qeyri-enerji sektorunun inkişafı deməkdir, çünki enerji
sektorunda bütün əsas hədəflərimizə nail olmuşuq.
Bizim 7 ixrac neft və qaz boru kəmərindən ibarət şaxə-
ləndirilmiş şəbəkəmiz vardır. Enerji resurslarımızı müxtəlif
istiqamətlərdə ixrac edirik. Avropa İttifaqı ilə gündəliyimizdə
olan mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir.
Azərbaycan Avropa bazarlarında enerji təhlükəsizliyinin təmin
edilməsində öz rolunu oynayır. Bu ilin əvvəlində Avropa
İttifaqı ilə Azərbaycan arasında Cənub qaz dəhlizi haqqında
195
mühüm bəyannamə imzalanmışdır. Hazırda fəal və səmərəli iş
aparan müvafiq işçi qrupu formalaşdırılmışdır. Ümidvaram ki,
gələn illər ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında
enerji əməkdaşlığı sahəsində bir çox digər mühüm addımlar
atılacaqdır. Bu bizim üçün imkanlar açır ki, maliyyə
resurslarımızı formalaşdıraq, onları yenidən iqtisadiyyata,
təhsilə, sosial infrastruktura və prioritet sahələrə sərmayə kimi
yönəldək. Buna görə daxili prioritetlərimizin gündəliyində
enerji sektoru böyük rol oynamır. Xüsusən xarici iqtisadi və
siyasi münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Ölkə
daxilində əsas diqqət yetirdiyimiz sahə iqtisadiyyatın davamlı
inkişafıdır.
Kənd təsərrüfatı və aqrar məhsulların emalı sahəsində yaxşı
potensialımız vardır. Turizm sahəsini də qeyd etməliyik.
Hazırda biz beynəlxalq turizm istirahət zonaları yaradırıq. Biz
bu sahədə yaxşı təcrübəsi olan Sloveniya şirkətlərini ölkəmizdə
həmin mühüm layihələrdə iştirak etmək üçün dəvət edirik.
Yalnız bu il Bakıda və rayonlarda yeni müasir infrastruktura
malik beşulduzlu 6 mehmanxana açılacaqdır. İnformasiya
texnologiyaları sahəsi bizim üçün prioritetlərdən biridir.
Kosmos sənayesini də inkişaf etdirməyə başlamışıq. Sloveniya
şirkətləri ilə apardığımız əməkdaşlığın bir sahəsi də məhz
informasiya texnologiyaları sektorudur. Əslində, bu sahədəki
əməkdaşlıq Bakıda prezident Tyurkun iştirakı ilə keçirilmiş
birinci biznes-forumda qeyd edilmişdir, biz də həmin təşəbbüsə
dəstək verdik.
Azərbaycanda informasiya texnologiyalarının inkişafı çox
sürətlə gedir. Biz bu sektora böyük diqqət yetiririk. Hazırda
ölkə əhalisinin 50 faizi internetdən istifadə edir. Gələn illər
ərzində bu sektor bizim üçün daxili iqtisadi prioritetlərimizdə
çox mühüm rol oynayacaqdır. İqtisadiyyatın şaxələndirilməsi
sərmayələrin cəlb edilməsi deməkdir. Xarici sərmayələrin cəlb
edilməsində yaxşı təcrübəmiz vardır. Bizim çox təfərrüatlı
dövlət sərmayə proqramımız vardır və bu proqram əsasən
infrastruktur layihələrini əhatə edir. Hər il biz infrastrukturun
Dostları ilə paylaş: |