202
birgə səyləri nəticəsində faşizm kimi bəla üzərində hamımız
birlikdə qələbə qazanmışıq. Qəhrəmanlarımızın əziz xatirəsi
xalqlarımızın qəlbində daim yaşayır və bugünkü mərasim bu
sözlərin ən gözəl təsdiqidir.
İkinci dünya müharibəsində 600 min Azərbaycan vətəndaşı
döyüşmüşdür. Onların yarısı – 300 mini həlak olmuş, müharibədən
qayıtmamışdır. Müharibə zamanı sovet ordusunun yanacağının 90
faizini Azərbaycan neftçiləri təmin etmişlər.
Bu gün Sloveniya–Azərbaycan əlaqələrinin inkişafında çox
əlamətdar bir gündür. Bu əlaqələrin gələcək inkişafı üçün bu
gün yeni imkanlar açılır. Bizi çox gözəl dostluq əlaqələri
bağlayır. Bizim qarşılıqlı iqtisadi təşəbbüslərimiz müzakirə
edilir. Əməkdaşlığımızın perspektivləri haqqında aramızda fikir
ayrılığı yoxdur.
Qəhrəmanlarımıza, onların xatirəsinə olan hörmət və xoş
münasibət əlaqələrimizi daha da gücləndirir. Sloveniya dövlə-
tinə, şəxsən Sloveniya Respublikasının Prezidentinə bu xoş
münasibətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Sizi əmin etmək istəyirəm ki, Azərbaycan tərəfi də öz
növbəsində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini
əsirgəməyəcəkdir.
Mənim Sloveniyaya rəsmi səfərim bu gün burada başa çatır.
İkigünlük səfər çox məhsuldar olmuşdur. Mən səfərin
nəticələrini çox yüksək qiymətləndirirəm. Bir daha məni Slo-
veniyaya dəvət etdiyiniz üçün, mənə və nümayəndə heyətinə
göstərdiyiniz səmimi qonaqpərvərliyə görə sizin hamınıza
minnətdarlığımı bildirmək istəyirəm.
Çıxışımın sonunda Mehdi Hüseynzadənin büstü önündə
demək istəyirəm: Yaşasın Sloveniya–Azərbaycan dostluğu!
* * *
Sonra Azərbaycan və Sloveniya prezidentləri Mehdi Hü-
seynzadənin memorial muzeyinin açılışında iştirak etdilər.
203
Dövlət başçıları xatirə lövhəsinin üzərindən örtüyü gö-
türdülər.
Prezident İlham Əliyev və prezident Danilo Tyurk muzeylə
tanış oldular.
Məlumat verildi ki, xalqımızın qəhrəmanlıq tarixində mühüm
yeri olan Mehdi Hüseynzadənin memorial muzeyindəki bütün
eksponatlar onun adı ilə bağlıdır. Burada qəhrəmanın keçdiyi
döyüş yolu bütün təfərrüatları ilə əks olunmuşdur. O dövrə aid
fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri
qiymətli eksponatlar bu muzeyə gələnlərdə Mixaylonun
qəhrəmanlığı haqqında dolğun təəssürat yaradır.
Muzeydə Mixaylonun abidəsi qoyulmuşdur. Vaxtilə ona
məxsus olan döyüş sursatları, şəxsi əşyalar da muzeydə nü-
mayiş etdirilir. Mehdi Hüseynzadə haqqında çəkilmiş «Uzaq
sahillərdə» filmindən fotolar buraya gələnlərə xalqımızın igid
oğlunun xatirəsinin hər zaman soydaşlarımızın qəlbində
yaşadığını bir daha nümayiş etdirir. Bir sözlə, memorial
muzeyin yaradılması bu torpaqların faşizm təhlükəsindən azad
olunması yolunda öz canından keçmiş Mehdi Hüseynzadənin
xatirəsinə həm Azərbaycan, həm də Sloveniya hökumətlərinin
ehtiramını göstərir.
Azərbaycan prezidenti İlham Əliyev və Sloveniya prezidenti
DaniloTyurk muzeyin Xatirə kitabına ürək sözlərini yazdılar.
Mərasimdə iştirak edən yerli sakinlər dövlət başçıları ilə
söhbətlərində bir daha vurğuladılar ki, Mehdi Hüseynzadənin
əziz xatirəsi hər zaman onların qəlbində yaşayacaqdır.
Prezidentlər İlham Əliyev və Danilo Tyurk Mehdi Hüseyn-
zadənin büstü önündə xatirə şəkli çəkdirdilər.
Səfər başa çatdı
İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri başa
çatmışdır.
205
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ
ZATİ-ALİLƏRİ
CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Hörmətli cənab Baş nazir, əziz qardaşım!
12 iyun 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinə
keçirilən seçkilərdə rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Par-
tiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik
edirəm. Heç şübhə yoxdur ki, bu qələbə hakimiyyətdə olduğunuz
illər ərzində gördüyünüz işlərin nəticəsi, xalq tərəfindən
fəaliyyətinizə verilən yüksək qiymətdir.
Azərbaycanla Türkiyə arasında əlaqələr dərin tarixi köklər
üzərində qurulub və strateji tərəfdaşlıq münasibətləridir. Bu
çoxşaxəli münasibətlər siyasi, iqtisadi, enerji, mədəni,
humanitar və digər sahələrdə ildən-ilə daha da güclənir və
inkişaf edir. Beynəlxalq aləmdə ölkələrimizin daim bir-birini
dəstəkləməsi mühüm əhəmiyyət daşıyır və böyük məmnunluq
doğurur.
İnanıram ki, Azərbaycanla Türkiyənin dost, qardaş və
strateji tərəfdaş münasibətləri xalqlarımızın rifahı naminə
bundan sonra da genişlənəcək və dərinləşəcəkdir. Fürsətdən
istifadə edərək, gələcək əməkdaşlıq imkanlarını birlikdə nəzər-
dən keçirərək daha da inkişaf etdirmək üçün Sizi münasib
bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm.
Hörmətli cənab Baş nazir, əziz qardaşım, Sizi bir daha təbrik
edir, Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər, dost və qardaş
Türkiyə xalqına daim firavanlıq və tərəqqi arzulayıram.
Dərin hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 iyun 2011-ci il