210
etdiklərinə görə azərbaycanlıların onlara nə qədər minnətdar
olduqlarını bildirmək istəyirəm. Bu, Azərbaycanda sevincli və
qürurlu bir gün idi. Bəlkə də ən önəmlisi o idi ki, bu, avropalıların,
Avropa cəmiyyətinin, Avropanın müxtəlif hissələrindən olan
insanların ölkəmizə, mədəniyyətimizə münasibəti idi. Hesab edirəm
ki, bizim üçün bu vacib qələbə bir-birimizə nə qədər yaxın olduğu-
muzu bir daha nümayiş etdirdi.
Bu gün Brüsseldə ikitərəfli gündəliyimizin mühüm məsə-
lələrini müzakirə edərkən biz nə qədər yaxın olduğumuzu bir
daha görürük. Üzərində birgə işlədiyimiz sənədlər imzalandıq-
dan sonra Avropa təsisatları ilə Azərbaycan arasında əlaqələrin
daha da yaxınlaşmasına gətirib çıxaracaqdır. Əlaqələrimizin çox
geniş gündəliyi vardır. Təbii ki, siyasi dialoq, modernləşdirmə
siyasəti və Azərbaycanda demokratik islahatlar daim
danışıqlarımızın
bir
hissəsidir.
Biz
Azərbaycanda
demokratikləşdirmə prosesinin davam etdirilməsinə, qanunun
aliliyinin və bütün demokratik azadlıqların təmin edilməsinə
sadiqik. Azərbaycan müstəqillik dövründə çox böyük səylər
göstərmiş və ölkədə demokratikləşdirmə prosesində uğurlara imza
atmışdır. Avropanın ən inkişaf etmiş ölkələrinin ən gözəl təcrübəsi,
təbii ki, bizə iqtisadi islahatlara söykənən siyasi islahatları davam
etdirmək üçün yeni imkanlar açır. Son illər Azərbaycanın iqtisadi
göstəriciləri çox böyük təsir bağışlayır. Biz artıq iqtisadiyyatımızı
şaxələndirməyə və sahibkarlığa dəstək verməyə nail ola bilmişik.
Bu gün ümumi daxili məhsulun 80 faizdən çoxu özəl sektorun
payına düşür. Bu onu göstərir ki, iqtisadi sahədə aparılan liberal
islahatlar bu nəticəyə gətirib çıxarır. Təbii ki, siyasi islahatlar
olmadan iqtisadi sahə qaneedici ola bilməz. Biz bu islahatlar
prosesini irəliyə doğru aparırıq. Əminəm ki, Avropa təsisatları ilə
sıx əlaqələr bizə bu istiqamətlərdə daha çox uğur qazanmağa
kömək edəcəkdir.
Bu gün biz cənab Sədrin qeyd etdiyi kimi, regional təh-
lükəsizlik məsələlərini də müzakirə etdik. Bizim üçün ən
önəmlisi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-
nin həllidir. Ərazilərimizin işğalına son qoymaq istəyirik.
211
Cənab Barrozunun bu gün səsləndirdiyi bəyanatlar bizi daha da
ürəkləndirir və bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədr
ölkələrinin – ABŞ, Rusiya və Fransa rəhbərlərinin bəyanatları
status-kvonun qəbuledilməz olduğunu göstərir. Status-kvo
dəyişilməlidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
ərazi bütövlüyü bərpa olunmalıdır. Əsas prinsiplərin qəbul
edilməsi və danışıqlar prosesi zamanı səmimi münasibətin
göstərilməsi münaqişənin tezliklə həll olunmasına gətirib
çıxaracaqdır. 20 ildir ki, torpaqlarımız işğal altındadır. Biz
istəyirik ki, insanlarımız öz doğma torpaqlarına qayıda bilsinlər.
Enerji təhlükəsizliyi daim əlaqələrimizin gündəliyində duran
məsələdir. Cənab Barrozunun bu ilin yanvarında Bakı
səfərindən sonra biz bu istiqamətdə daha sürətlə irəliyə doğru
gedirik. Səfərdən əvvəl də bizim yaxşı ünsiyyətimiz olub. Lakin
səfər və Cənub qaz dəhlizi ilə bağlı imzalanan Birgə
Bəyannamə bu məsələdə böyük bir təməl daşı idi.
Cənab Barrozunun Bakıya səfəri zamanı Avropa İttifaqı ilə
Azərbaycan arasında birgə işçi qrupu yaradılmışdır. Bu qrup
səmərəli fəaliyyət göstərir və mühüm məsələləri müzakirə edir.
Biz Cənub qaz dəhlizini dəstəkləyirik və ümid edirəm ki, ilin
sonunadək bütün tranzit ölkələr və potensial istehlakçılarla
danışıqlar yekunlaşacaq ki, bu nəhəng qaz layihəsinin icrasına
start verilsin. Bu layihə Avropa istehlakçıları üçün alternativ və
etibarlı bir təchizat marşrutu olacaqdır. Bizim külli miqdarda
qaz ehtiyatlarımız vardır. Bu bizə və istehlakçılarımıza 100
ildən artıq bir müddətə kifayətdir. Bu gün biz bu istiqamətdə
vacib qərarların verilməsi ərəfəsindəyik.
Mən bir daha Sizə, cənab Sədr, göstərdiyiniz qonaqpər-
vərliyə görə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə
edərək Sizi bir daha gələcəkdə ölkəmizə dəvət etmək istəyirəm.
Avropalılara ən xoş arzularımı çatdırıram. Çıxışımın əvvəlində
toxunduğum məsələyə qayıtmaq istərdim. «Eurovision» mahnı
müsabiqəsindəki dəstəyə görə bütün avropalılara təşəkkürümü
bildirirəm.
212
* * *
Sonra jurnalistlərin sualları cavablandırıldı.
N ə s i b M u x t a r o v (Azərbaycan Televiziyası): Sualım
prezident Əliyevə və cənab Barrozuyadır. Bugünkü görüş
zamanı viza rejiminin sadələşdirilməsi məsələlərini
müzakirə etmisinizmi?
İ l h a m Ə l i y e v: Bəli, müzakirə olundu və cənab Sədr bu
haqda artıq dedi. Ümid edirik ki, bu məsələ ilə bağlı aparılan
danışıqlar bir sıra kateqoriyalardan olan Azərbaycan vətəndaş-
larının Avropa ölkələrinə daha asan çıxış əldə etməsinə gətirib
çıxaracaqdır. Yeri gəlmişkən, Avropa İttifaqına üzv ölkələrlə çox
fəal ikitərəfli əlaqələrimiz vardır və təbii ki, Azərbaycan vətən-
daşlarının Avropa ölkələrinə asanlıqla səyahət etmək imkanı da
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxınlaşmasına
səbəb olacaqdır.
X o s e M a n u e l B a r r o z u: Cənab Prezident dediyi
kimi, bu məsələ müzakirə olundu və hazırda komissiya
razılaşma üçün danışıqların əsaslanması üzərində çalışır. Həmin
razılaşmanın sentyabrın əvvəllərində qəbul edilməsi gözlənilir.
İnanıram ki, bu qərar Avropa İttifaqı ilə Azərbaycanı indikindən
də daha yaxın edəcəkdir.
R i ç a r d Y o z y e k (Avropa radiosu): Sualım
prezident Əliyevədir. Cənab Prezident, Ermənistandan olan
həmkarınız bu gün Avropa Şurasına müraciət edərək bəyan
etmişdir ki, Azərbaycanda ermənifobiyanın artması və
Azərbaycanın Madrid prinsiplərinə müəmmalı yanaşması
iki gün sonra Kazanda keçiriləcək görüşdə problem yarada
bilər. Bu məsələ ilə bağlı mövqenizi bilmək maraqlı olardı.
İ l h a m Ə l i y e v: Mən bu barədə eşitməmişdim. Bunu
sizdən eşidirəm. Əgər belə deyilibsə, çox təəssüf. Xocalı şə-
hərində dinc azərbaycanlılara qarşı hərbi əməliyyatlarda şəxsən
iştirak edən bir şəxs Azərbaycanda ermənifobiyadan danışırsa,
bu çox gülməlidir. Azərbaycanlılar təcavüzün qurbanlarıdır.
Torpaqlarımız işğal altındadır. Ermənistan azərbaycanlılara
qarşı etnik təmizləmə siyasətini yürüdür, 700 min azərbaycanlı