185
LYUBLYANA ŞƏHƏR MERİYASINDA GÖRÜŞ
Lyublyana
9 iyun 2011-ci il
Azərbaycan prezidenti İlham Əliyev Sloveniyaya rəsmi
səfəri çərçivəsində iyunun 9-da Lyublyana şəhər meriyasında
olmuşdur.
Dövlətimizin başçısını meriyanın qarşısında Lyublyananın
meri Zoran Yankoviç qarşıladı.
Zoran Yankoviç prezident İlham Əliyevi salamlayaraq 7 il
əvvəl iş adamı qismində Bakıda olduğunu məmnunluqla
xatırlatdı. O, Bakı ilə Lyublyana arasında əməkdaşlığın daha
da inkişafı üçün çalışacağını bildirdi.
Azərbaycanı «Eurovision–2011» mahnı müsabiqəsində qa-
zandığı qələbəyə görə təbrik edən Lyublyana şəhərinin meri
gələn il Sloveniyanın bir çox incəsənət adamının Azərbaycana
səfər edəcəyini qeyd etdi.
Dövlətimizin başçısı Lyublyana şəhərinin inkişafı ilə bağlı
görülən işləri yüksək qiymətləndirdiyini bildirdi.
Prezident İlham Əliyev son bir neçə il ərzində Lyublyananın
daha da müasirləşdiyini, abadlaşdığını və çox gözəl Avropa
şəhərinə çevrildiyini vurğuladı.
İ l h a m Ə l i y e v: Mən görürəm ki, həm şəhər rəhbərliyi,
həm də sakinlər öz şəhərlərinə çox böyük məhəbbətlə yanaşırlar.
Burada abadlıq, quruculuq və bərpa işləri böyük zövqlə aparılmışdır.
Bütövlükdə Sloveniya–Azərbaycan əlaqələrinin inkişafı üçün bu
gün çox əlamətdar bir gündür. Bu gün keçirdiyim görüşlər,
apardığım danışıqlar və sabah keçiriləcək tədbirlər ölkələrimizi bir-
birinə daha da yaxınlaşdıracaqdır. Bizim siyasi əlaqələrimiz çox
yüksək səviyyədədir və bu əlaqələrimiz gündən-günə güclənir.
186
Sabah keçiriləcək birgə biznes-forum iqtisadi sahədə də əlaqələrin
inkişafı üçün çox təsirli olacaqdır. Çünki qarşılıqlı maraq çox
böyükdür və birgə iş görmək üçün bütün imkanlar vardır.
Parlamentlərarası əlaqələr də yaxşı səviyyədədir. Mən burada köhnə
dostumu görməkdən çox məmnunam. Biz Strasburqda birlikdə
işləmişik və çox yaxşı günlərimiz, yaxşı söhbətlərimiz olub.
Azərbaycan artıq 10 ildir ki, Avropa Şurasının üzvüdür. Amma
görüşlərimizin baş tutduğu o vaxt biz Avropa Şurasına təzə üzv
olmuşduq və bizim üçün hər şey orada təzə idi. Biz istəyirdik ki,
tezliklə Avropa Şurasına inteqrasiya edək, öz yerimizi tutaq və
cənab Yankoviç də bizə çox kömək göstərmişdi.
«Eurovision–2011» mahnı müsabiqəsində Azərbaycan
gənclərinin qazandıqları qələbə münasibətilə təbrikinizə görə
təşəkkür edirəm. Bir ildən sonra sloveniyalı qonaqları qəbul
etməyə hazırıq, o cümlədən sizi, cənab mer. Amma ümid edi-
rəm ki, siz ondan əvvəl Bakıya gələcəksiniz və biz əlaqələrimizi
davam etdirəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür
edirəm.
Dövlətimizin başçısı meriyanın Xatirə kitabına ürək sözlərini
yazdı.
187
ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ ZİYAFƏT
9 iyun 2011-ci il
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri çərçivə-
sində prezident Danilo Tyurkun adından dövlətimizin başçısının
şərəfinə rəsmi ziyafət verilmişdir.
Dövlət başçıları ziyafətdə çıxış etdilər.
Sloveniya prezidenti Danilo Tyurkun çıxışı
Cənab Prezident, bu mühüm səfəriniz çərçivəsində imza-
lanan mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığa
dair sazişlər əlaqələrimizin inkişafı üçün yeni imkanlar
yaradacaq. Ölkələrimizin şirkətləri enerji, informasiya, ətraf
mühit texnologiyası, mühəndis işi və əczaçılıq sahələrində
təmaslar qurub, Azərbaycanda kiçik su elektrik stansiyalarının
tikintisində Sloveniya şirkətləri ilə əməkdaşlığa dair plan
qüvvəyə minib. Bunlar hamısı gələcək əməkdaşlığımızın
genişlənməsinə xidmət edəcək.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
gəlincə, mən bu məsələnin həllinə yönəlmiş dialoqunuz sahəsin-
dəki irəliləyişi və səylərinizi alqışlayıram. Danışıqlarda irəli-
ləyişin hər bir əlamətini və bu sahədə vəziyyətin yaxşılaşdı-
rılması məqsədi ilə atılan hər bir addımı görməkdən məm-
nunam. Dovildə mayın 26-da «Böyük səkkizlik» ölkələrinin
sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentlərinin –
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin
bəyanatını alqışlayıram. Həmin bəyanatda onlar məsələnin sülh
yolu ilə həlli üçün prinsiplər üzərində razılığa çağırmışlar.
Ümid edirəm ki, iyunda Kazanda keçiriləcək üçtərəfli görüşdə
188
razılıq əldə olunacaqdır. Biz, demək olar ki, eyni fikirdəyik –
nizamlanmaya yönəlmiş səylər status-kvonun daimi olmasının
qarşısını almaq üçün sürətləndirilməlidir. Bu məsələnin həlli
digər münaqişələrin həllinə də müsbət təsir göstərə bilər.
Avropa İttifaqının üzvü kimi, Sloveniya bu təşkilat ilə
Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün fəal
çalışır. Avropa İttifaqı Azərbaycanı mühüm tərəfdaş hesab edir
və Azərbaycan ilə daha fəal münasibətlər qurmaq arzusundadır.
Buna görə Avropa İttifaqı Azərbaycanı özünə daha da
yaxınlaşdırmaq məqsədi ilə yeni siyasət və proqramlar
formalaşdırır. Bu baxımdan mən «Şərq Tərəfdaşlığı» layihəsini
qeyd etmək istəyirəm. Sloveniya bu proqramın həyata
keçirilməsində fəal iştirak edir.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz
qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı
bildirirəm. Gözəl ölkənizi ikinci dəfə ziyarət etməyimdən çox
məmnunam.
Bu gün əlaqələrimizin yeni mərhələsində ölkələrimiz
arasında sənaye, energetika, nəqliyyat, informasiya texnolo-
giyaları, turizm, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə
əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Etiraf etmək lazımdır ki, iqtisadi münasibətlərimizin
göstəriciləri ölkələrimizin potensialına cavab vermir. İki ölkə
arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi arzu
olunan səviyyədə deyildir. İnanıram ki, səfərim zamanı
keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi və müza-
kirələr ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə
yüksəlməsinə təkan verəcəkdir.
Azərbaycan və Sloveniya xalqları çətin günlərdə bir-birinə
dayaq olmuşlar. İkinci dünya müharibəsi illərində faşizmə qarşı
Dostları ilə paylaş: |