Qiyməti 50 qəpik 27 may 2016-cı IL №29-32 (9035)



Yüklə 21,68 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix22.07.2018
ölçüsü21,68 Mb.
#58100
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


27 may 2016-cы il   № 29-32 (9035)

3

1917-ci ilin fevralında “xalq-

lar həbsxanası” çar Rusiyasında 

baş verən burjua-demokratik 

inqilabının qələbəsindən sonra 

Zaqafqaziyada siyasi proseslər 

özünəməxsus inkişaf yolu ilə cərə-

yan edir. Əsrlərlə ömür sürmüş 

mütləqiyyət quruluşu devrilir. 

Zaqafqaziyadan Dövlət Duması-

na seçilmiş deputatlardan ibarət 

Xüsusi Komitə, noyabrda isə 

Zaqafqaziya Komissariatı yaradı-

lır. Bolşeviklərin oktyabr çevrili-

şindən - Böyük oktyabr Sosialist 

İnqilabından sonra, 1918-ci fevra-

lın 14-də həmin deputatlar Tiflisdə 

toplaşırlar və Zaqafqaziyada ali 

hakimiyyət orqanı olan Zaqafqa-

ziya Seymini yaradırlar. Lakin 

faktiki heç bir iş görə bilmədiyi 

üçün 1918-ci il may ayının 25-də 

Zaqafqaziya Seyminin son iclası 

keçirilir. Gürcüstan Zaqafqaziya 

Seymindən çıxaraq may ayının 

26-da öz dövlət müstəqilliyini elan 

edir.

Seymin  süqutundan  sonra 

–  mayın  27-də Azərbaycanın  is-

tiqlaliyyətini  elan  etmək  və  ilk 

milli  hökuməti  yaratmaq  üçün 

müsəlman nümayəndələr Tiflisdə 

toplaşırlar.  Mayın  28-də  Qafqaz 

canişininin iqamətgahında doktor 

Həsən  bəy Ağayevin  sədrliyi  ilə 

Azərbaycanın  Milli  İslam  Şurası 

dövlət  müstəqilliyinin  elan  olun-

ması  haqqında  İstiqlal  Bəyən-

naməsi  qəbul  edir.  Bitərəf  Fətəli 

xan Xoyski başda olmaqla, Azər-

baycan Xalq Cümhuriyyətinin ilk 

müvəqqəti hökuməti yaradılır.

Beləliklə, 28 may 1918-ci ildə 

Şərqdə  ilk  demokratik  dövlət  – 

Azərbaycan  Xalq  Cümhuriyyə-

ti  tarix  səhnəsinə  qədəm  qoyur. 

Azərbaycan  Xalq  Cümhuriyyəti 

çox  mürəkkəb  şəraitdə  fəaliy-

yətə  başlayır.  Xalq  Cümhuriyyə-

ti  nə  səbəbə  məhz  Tiflisdə  elan 

edilmişdi?  Bakıda  Şaumyanın 

rəhbərliyi  ilə  erməni  millətçiləri 

1918-ci ilin martında azərbaycan-

lılara  qarşı  əsl  soyqırımı  həyata 

keçirmişdilər.  Bakıda,  Şamaxıda 

və  Qubada  50  min  azərbaycanlı 

– qoca, uşaq, qadın, xəstə süngü-

dən keçirilərək qətlə yetirilmişdir. 

Yalnız  1918-ci  il  iyunun  16-da 

Azərbaycan  Milli  İslam  Şurası 

və müvəqqəti hökuməti Tiflisdən 

Gəncəyə  köçür.  Qızğın  döyüşlər 

nəticəsində  1918-ci  il  sentyabrın 

15-də Nuru paşanın komandan ol-

duğu Qafqaz İslam ordusu Bakını 

erməni  bolşevik  işğalçılardan  tə-

mizləyərək  azad  edir.  Sentyabrın 

17-də  milli  hökumət  Gəncədən 

Bakıya köçür və Bakı Azərbaycan 

Xalq  Cümhuriyyətinin  paytaxtı 

elan olunur.

Çox  təəssüf  ki,  sovet  dönə-

mində Azərbaycan Xalq Cümhu-

riyyətinin  fəaliyyətinin,  həyata 

keçirdiyi  tədbirlərin  öyrənilmə-

sinə  qadağa  qoyulmuş,  o  dövrün 

hadisələrinin  mahiyyəti  qəsdən 

təhrif olunmuşdu. 

1920-ci  il  aprelin  28-də  So-

vet  Rusiyası  Azərbaycanı  işğal 

edəndən sonra – 29 apreldə Azər-

baycan  SSR  İnqilab  Komitəsi 

“İnqilab  Komitəsini  təşkil  etmək 

haqqında”  qərar  qəbul  etmişdi. 

Həmin  qərarın  məzmununun  öy-

rənilməsi  göstərir  ki,  bu  sənəd 

normativ  hüquqi  aktdan  daha 

çox şüar dolu bəyənatı xatırladır. 

Qərarın  5-ci  abzasında  göstəri-

lirdi:  “Azərbaycan  SSR  İnqilab 

Komitəsi  Azəraycan  zəhmetkeş 

kütlələrinin  vəkaləti  ilə  özünə 

həvalə  edilən  böyük  vəzifələrin 

biləvasitə  icrasına  indidən  başla-

yır”. Əslində, bu sənəd Azərbay-

can SSR İnqilab Komitəsinin özü- 

özünü yaratması və zəhmətkeşlə-

rin  adından  fəaliyyətə  başlaması 

barədə həyasız bir bəyanat idi.

Həmin qərarın 1-ci abzasında 

göstərilirdi:  “Ölkəmizin  müqəd-

daratı  həll  edildiyi  qorxunc  və 

əzəmətli  saatlarda  Sizə,  Azər-

baycanın  bütün  zəhmətkeşlə-

rinə  müraciət  edirik. Azərbaycan 

inqilabçı  proletariatı  və  qabaqcıl 

kəndliləri bizə tam etimad etmiş, 

ölkədə  bütün  hakimiyyəti  bizə 

tapşırmışlar”.  Sual  olunur:  hansı 

aktla, hansı qərarla, bir sözlə, han-

sı sənədlə?!

Sovet tarixində 28 may 1918-

ci  ildə  Zaqafqaziya  Seyminə 

Azərbaycandan seçilmiş deputat-

ların daxil olduğu Milli İslam Şu-

rasının  Azərbaycanın  müstəqilli-

yini “elan etməsi” kinayə ilə qeyd 

edildiyi  halda,  heç  kim  tərəfin-

dən seçilməmiş Azərbaycan SSR 

İnqilab Komitəsinin elan edilməsi 

faktının isə üstündən sükutla ke-

çilmiş  və  hüquqi  əsası  olmayan 

bu  orqanın  yaradılmasına  haqq 

qazandırılmışdır.

Azərbaycan  Xalq  Cümhu-

riyyətinin  fəaliyyətinə  dair  arxiv 

sənədlərinin təhlilindən aydın olur 

ki, parlamentin açılışı 1918-ci ilin 

dekabrın 3-nə təyin olunsa da, ilk 

iclas dekabrın 7-də baş tutur. Hə-

min  gün  gündüz  böyük  xeyriy-

yəçi  H.Z.  Tağıyevin  Nikolayev 

küçəsində  (indiki  İstiqlal  küçəsi) 

yerləşən keçmiş qızlar məktəbinin 

binasında müsəlman Şərqində ilk 

parlamentin birinci iclası təntənə-

li  şəraitdə  açılır.  Əlimərdan  bəy 

Topçubaşov  parlamentin  sədri, 

doktor Həsənbəy Ağayev isə səd-

rin  birinci  müavini  seçilirlər.  Ə. 

Topçubaşov bu vaxt İstanbulda ol-

duğu üçün parlamentə H. Ağayev 

sədrlik edir. 1919-cu ilin yanvarın-

da Ə. Topçubaşov Paris sülh kon-

fransında Azərbaycan nümayəndə 

heyətinin  başçısı  təyin  olunaraq, 

Parisə gedir. O, hətta 1920-ci ilin 

yanvarında  yenidən  parlament 

sədri  seçilirsə  də,  bu  quruma  bir 

gün belə rəhbərlik etməmişdi.

Azərbaycan  Xalq  Cümhuriy-

yətinin  parlamenti  özünün  həya-

tiliyini  və  yüksək  işgüzarlıq  qa-

biliyyətini sübut etdi. O, göstərdi 

ki,  Azərbaycan  xalqı  həqiqətən 

parlament  idarəçiliyi  səviyyəsinə 

yüksəlmişdir. O vaxt Azərbaycan 

Cümhuriyyəti  bütün  müsəlman 

Şərqində yeganə parlamentli res-

publika idi.

Özünün  17  aylıq  fəaliyyəti 

dövründə Azərbaycan Xalq Cüm-

huriyyəti parlamentinin 145 iclası 

keçirilmişdi. Son iclas 1920-ci il 

aprelin  27-də  olmuşdur.  Fəaliy-

yəti  dövründə Azərbaycan  Cüm-

huriyyəti  parlamentinin  müza-

kirəsinə  270-dən  yuxarı  qanun 

layihəsi çıxarılmışdı ki, onlardan 

da 230-a yaxın təsdiq edilmişdi.

Azərbaycan  Xalq  Cümhuriy-

yətinin 28 may 1918-ci il tarixdə 

qəbul  etdiyi  ilk  normativ  hüquqi 

akt  o  zamankı  Zaqafqaziya  Sey-

minin Azərbaycandan olan depu-

tatları  Həsən  bəy Ağayev,  Fətəli 

xan Xoyski, Mehdi bəy Hacınski, 

Xəlil bəy Xasməmmədov və qey-

rilərinin,  cəmi  25  nəfərin  (katib 

Mustafa  Mahmudov)  daxil  oldu-

ğu Azərbaycan Milli İslam Şurası 

tərəfindən  qəbul  edilən Azərbay-

canın İstiqlal Bəyannaməsi idi.

Bəyannamədə  göstərilirdi  ki, 

bu  gündən  etibarən  Azərbaycan 

xalqları suveren hüquqlara malik-

dirlər, Şərqi və Cənubi Zaqafqazi-

yadan ibarət olan Azərbaycan tam 

hüquqlu müstəqil dövlətdir.

Azərbaycan  Xalq  Cümhuriy-

yətinin hökuməti 9 noyabr 1918-

ci il tarixdə milli bayraq haqqında 

qərar  qəbul  etmiş,  həmin  qərarla 

yaşıl, qırmızı və mavi rənglərdən, 

ağ aypara və səkkizbucaqlı ulduz-

dan  ibarət  milli  bayrağın  təsviri 

təsdiq  edilmişdi.  “Bakı  Dövlət 

Universitetinin  nizamnaməsinin 

təsdiq  edilməsi  haqqında”  Azər-

baycan  Xalq  Cümhuriyyəti  par-

lamentinin  29  aprel  1919-cu  il 

tarixli qərarı Azərbaycan tarixinin 

sonrakı  mərhələlərində  də  Azər-

baycanın elminin və tədrisinin in-

kişafında müstəsna rol oynamışdı. 

Ümummilli  lider  Heydər  Əliyev 

bu hadisəni belə qiymətləndirmiş-

dir:  “Əsrin  əvvəlindən  bu  günə 

kimi Azərbaycan elminə və maa-

rifinə çıraq tutan universitetimizin 

yaradılması  xalqımızın  tarixində 

ən əlamətdar hadisədir”.

Azərbaycan  Xalq  Cümhu-

riyyəti  nisbətən  qısa  müddət  ya-

şamasına  baxmayaraq  əhalinin 

maariflənməsi işinə xüsusi diqqət 

yetirmişdir.

Dövlət hakimiyyətinin bölgü-

sü  prinsipi  baxımından  nisbətən 

yeni yaradılmış Azərbaycan Xalq 

Cümhuriyyətinin  Məclisi-Müəs-

sisan  ilə  bağlı  normativ  hüquqi 

akt  qəbul  etməsinin  xüsusi  əhə-

miyyəti  vardı.  Təsadüfi  deyil  ki, 

parlament  21  iyul  1919-cu  il  ta-

rixdə  “Azərbaycan  Respublikası 

Məclisi-Müəssisana seçki haqqın-

da əsasnamə” qəbul etmişdi.

Ümummilli lider Heydər Əli-

yevin  imzaladığı  26  mart  1998-

ci  il  tarixli  “Azərbaycanlıların 

soyqırımı  haqqında”  fərmanda 

göstərilirdi:  “Azərbaycan  Xalq 

Cümhuriyyəti  yarandıqdan  son-

ra  1918-ci  ilin  mart  hadisələrinə 

xüsusi  diqqət  yetirmişdir”. Azər-

baycan  Xalq  Cümhuriyyəti  Na-

zirlər Şurası 1918-ci il iyulun 15-

də bu faciənin təhqiqi məqsədilə 

fövqalədə istintaq komissiyasının 

yaradılması haqqında qərar qəbul 

etmişdi. Komissiya mart soyqırı-

mını, ilkin mərhələdə Şamaxıdakı 

vəhşilikləri,  İrəvan  quberniyası 

ərazisində ermənilərin törətdiklə-

ri  ağır  cinayətləri  araşdırmışdır. 

Dünya ictimaiyyətinə bu həqiqət-

ləri  çatdırmaq  üçün  Xarici  İşlər 

Nazirliyi  nəzdində  xüsusi  qurum 

yaradılmışdı.  1919-1920-ci  illər 

mart ayının 31-i Azərbaycan Xalq 

Cümhuriyyəti  tərəfindən  Ümum-

milli  Matəm  Günü  kimi  qeyd 

edilmişdi.  Əslində  bu,  azərbay-

canlılara qarşı yürüdülən soyqırı-

mı və bir əsrdən artıq davam edən 

torpaqlarımızın  işğalı  proseslə-

rinə tarixdə ilk dəfə siyasi qiymət 

vermək cəhdi idi.

Sovet  siyasi  dövlət  və  hüquq 

tarixində,  ümumiyyətlə,  ictimai 

elmlərə  dair  ədəbiyyatda  Azər-

baycan  Xalq  Cümhuriyyətinin 

fəaliyyətinin,  həmin  dövrün  ha-

disə  və  proseslərinin  mahiyyəti-

nin  saxtalaşdırılması  və  mahiy-

yətinin təhrif edilməsi yeganə hal 

olmamışdır.

1920-ci  il  aprelin  27-28-də 

Sovet Rusiyası beynəlxalq hüquq 

normalarını kobudcasına pozaraq, 

müharibə elan etmədən öz silahlı 

qüvvələrinin hissələrini Azərbay-

cana yeritdi, suveren Azərbaycan 

Respublikasının  ərazisini  işğal 

etdi,  qanuni  seçilmiş  hakimiyyət 

orqanlarını  zorakılıqla  devirdi. 

Azərbaycan  zorla  sovetləşdirildi, 

xalqın  çox  böyük  qurbanlar  ba-

hasına qazandığı müstəqilliyə son 

qoyuldu.

Azərbaycan  Xalq  Cümhu-

riyyəti  gərgin  və  mürəkkəb  isti-

mai-siyasi  şəraitdə  cəmi  23  ay 

fəaliyyət  göstərsə  də,  nəsillərin 

yaddaşında  tariximizin  ən  parlaq 

səhifələrindən  biri  kimi  qaldı. 

AXC  demokratik  dövlət  qurucu-

luğu,  iqtisadiyyat,  mədəniyyət, 

təhsil,  səhiyyə,  hərbi  quruculuq 

sahələrində atdığı mühüm addım-

ları başa çatdıra bilməsə də, onun 

qısa  müddətdə  həyata  keçirdiyi 

tədbirlər  tarixdə  silinməz  iz  bu-

raxdı,  milli  dövlətçilik  ənənələ-

rimizin  bərpası  işində  böyük  rol 

oynadı.

İ. ABBASoV

28  maY  resPuBlika  günüdür

Ölkəmizdə səfərdə 

olarkən Avropa Parlamen-

tinin müdafiə və təhlükə-

sizlik alt komitəsinin sədri, 

Polşanın sabiq xarici işlər 

naziri xanım Anna Fotiqa 

həmyerlisi, Azərbaycan Xalq 

Cümhuriyyəti dövründə milli 

ordu sıralarında xidmət edən, 

general-leytenant Məmməd 

bəy (Matsey) Sulkeviçin xa-

tirəsini ehtiramla yad edib.

Müdafiə  Nazirliyinin  mət-

buat  xidmətindən  bildiriblər  ki,  

A.Fotiqa Azərbaycan Hərbi Dəniz  

Qüvvələrinin  katerində  Böyük 

Zirə adası yaxınlığında hərbi xa-

dimin  xatirəsinə  ehtiram  əlaməti 

olaraq Xəzər dənizinin suları üzə-

rinə güllər səpələyib.

Polşa tatarlarından olan Məm-

məd  bəy  Sulkeviç  1919-cu  ilin 

martında Azərbaycan Ordusunun 

baş  qərargah  rəisi  təyin  edilib. 

O,  1920-ci  ilin  aprel  işğalından 

sonra bolşeviklər tərəfindən həbs 

olunub  və  ölüm  cəzasına  məh-

kum edilərək həmin ilin iyulunda 

güllələnib.

Mərasimdən  sonra  təəssürat-

larını bölüşən Avropa Parlamenti-

nin üzvü bildirib: “Biz ölkələrimi-

zin tarixinə hörmətlə, ənənələrinə, 

mədəniyyətinə ehtiramla yanaşa-

raq onları təbliğ etməklə qarşılıqlı 

surətdə  gələcəyimiz  üçün  zəmin 

hazırlayır,  gənclərimizin  tərbiyə-

sinə,  dövlətlərimizin  inkişafına, 

xalqlarımızın  tərəqqisinə  şərait 

yaradırıq.

Mənim ulu babamla bir yerdə 

rus-yapon müharibəsində vuruşan 

general  Sulkeviçin  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  ordusun-

da  xidmət  edərkən  qoşun  his-

sələrinin  formalaşdırılmasında, 

ordunun  döyüş  hazırlığının  tək-

milləşdirilməsində,  uğurlu  hərbi 

əməliyyatların 

keçirilməsində 

böyük xidmətləri olub. Məmməd 

bəy  Sulkeviçin  xatirəsi  Polşada 

da  əziz  tutulur.  Mənim  seçicilə-

rim arasında da çoxlu Polşa tatar-

ları var”.

Ölkəmizə  səfərləri  çərçivə-

sində  bir  sıra  səmərəli  görüşlər 

keçirdiyini  vurğulayan  xanım 

Anna  Fotiqa  söhbətlər  zamanı 

Ermənistan-Azərbaycan,  Dağ-

lıq  Qarabağ  münaqişəsinin  bey-

nəlxalq hüququn normalarına və 

prinsiplərinə  uyğun  həlli  üçün 

Avropa  qurumlarının  səylərinin 

birləşdirilməsinin və gücləndiril-

məsinin vacibliyinin vurğulandı-

ğını  qeyd  edərək  deyib:  “Mənə 

qoşunların  təmas  xəttində  baş 

verən  son  hadisələr,  Ermənistan 

silahlı qüvvələri tərəfindən törə-

dilən  təxribatlar,  Azərbaycanın 

mülki  əhalisinə  və  obyektlərinə 

qarşı ağır silahlar vasitəsilə edil-

miş  hücumlar  barədə  də  ətraflı 

məlumat  verilib.  Bu,  yolveril-

məzdir.  Polşa  hər  zaman  dost 

və  etibarlı  müttəfiq  olan  Azər-

baycanın  ərazi  bütövlüyünü 

dəstəkləyir.  Mən  öz  tərəfimdən 

azərbaycanlı  qaçqın  və  məcburi 

köçkünlərin  məsələsini  hər  za-

man  parlament  və  digər  səviy-

yələrdə  qaldırıram  və  bundan 

sonra da qaldıracağam.

Azərbaycan Avropanın  enerji 

təminatı  baxımından  vacib  olan 

Cənubi  Qafqaz  regionunun  in-

kişafı  və  təhlükəsizliyinin  təmin 

edilməsində  mühüm  rol  oynayır. 

Biz  buna  böyük  önəm  veririk. 

Azərbaycanın  hərbi  və  müda-

fiə  qabiliyyəti  çox  güclüdür.  Biz 

Azərbaycanın  beynəlxalq  terro-

rizmə qarşı mübarizədə səylərini 

də  çox  yüksək  qiymətləndiririk. 

Sizin  ölkənizdən  mən  həmişə 

olduğu  kimi  bu  dəfə  də  çox  xoş 

təəssüratlarla ayrılıram”.

aZərBaYcan Xalq cümhuriYYəti 

generalının Xatirəsini Yad ediB

müstəqil aZərBaYcan resPuBlikası aZərBaYcan  

Xalq cümhuriYYətinin varisidir

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb 

ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər 

xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyətindən, siyasi və dini mənsubiyyətindən, cinsin-

dən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəy-

yən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan 

olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət 

quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azər-

baycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.

Heydər ƏLİYEV,

Ümummilli lider

Əfsuslar  olsun  ki, Azərbaycan  Xalq  Cüm-

huriyyətinin ömrü uzun olmadı. İki ildən son-

ra respublika müəyyən səbəblər üzündən süqut 

etdi.  Azərbaycan  xalqı  və  Azərbaycan  dövləti 

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə 

həmişə böyük hörmətlə yanaşmışdır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti



Yüklə 21,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə