A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
27 may 2016-cы il № 29-32 (9035)
6
Xam neftin yükləndiyi ilk tanker
Yaponiya sahillərinə çatıb
Xam neftin ixracı ilə əlaqədar ABŞ tərəfindən tətbiq olunan qada-
ğadan 40 il sonra bu ölkəyə məxsus xam neftin yükləndiyi ilk tanker
Yaponiya sahillərinə yan alıb.
Yaponiyanın xam neftin topdan ticarəti ilə məşğul olan “Cosmo Oil”
şirkəti 2015-ci ildə ABŞ-da neft ixracına qoyulan qadağa ləğv edildikdən
sonra ilk dəfə bu ölkədən neft almaq barədə qərar qəbul edib. Neft böhra-
nı ilə bağlı qadağa 1975-ci ildə tətbiq edilmişdi.
Göyərtəsində 300 min barrel neft olan tanker Texas ştatının Hyuston
şəhərindən yola düşdükdən 50 gün sonra - mayın 10-da Mie prefektura-
sında yerləşən neft emalı zavoduna çatıb.
qeyri-qanuni balıq ovuna dair beynəlxalq
saziş iyun ayında qüvvəyə minəcək
İyunun 5-də qeyri-qanu-
ni balıq ovuna dair ilk bey-
nəlxalq saziş qüvvəyə minə-
cək.
BMT-nin Xəbərlər Mərkəzi
xəbər verir ki, bu barədə BMT-
nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatında (FAO) xatırla-
dılıb. FAO-nun baş direktoru
Joze Qratsiano da Silva deyib:
“Bu sənəd qeyri-qanuni ovçu-
luğa qarşı mübarizədə yeni dövrün başlanğıcıdır. Saziş vicdansız balıq-
çıları bazarlara çıxışdan məhrum edərək balıq sənayesinin möhkəmlən-
məsinə kömək edəcək, balıq məhsulları tədarükünün bütün mərhələləri
üçün müstəsna hüququ təmin edəcək”.
Sazişə əsasən nəzarət prosesini sadələşdirmək məqsədilə ölkələr xa-
rici gəmilər üçün müəyyən limanlar ayırmalıdır. Bu gəmilərin koman-
daları limana yan almaq üçün əvvəlcədən icazə almalı, yerli hökumət
orqanlarına balıq ovuna dair sənəd təqdim etməli, habelə bort jurnalının,
lisenziyaların, balıqovlama ləvazimatının və yükün yoxlanmasına mane
olmamalıdır.
Saziş Avropa İttifaqı, ABŞ və Norveç daxil olmaqla 29 ölkə tərəfin-
dən imzalanıb. Dünyada balıq idxalının 62 faizi, ixracının isə 49 faizi
sənədi imzalayan ölkələrin payına düşür.
Yeni Biliklərə və vərdişlərə
YiYələniBlər
Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyində növbəti beynəlxalq
treninqlər keçirilir. Amerika Gə-
miçilik Bürosu (ABS) ilə əmək-
daşlıq çərçivəsində təşkil olunan
treninqlərin başlıca məqsədi
işçilərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi və fəaliyyətin bey-
nəlxalq tələblərə uyğun qurul-
masıdır.
16-18 may tarixlərində keçirilən
birinci təlim “Tankerlərin İdarəedil-
məsi sistemi üzrə qiymətləndirmə
proqramı”nı əhatə edib. Bu proqram
ilk dəfə 2004-cü ildə Neft Şirkətlə-
rinin Beynəlxalq Dənizçilik Foru-
munda gəmi operatorlarına onların
təhlükəsizlik idarəetmə sistemləri-
nin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təqdim olunub. 12 əsas
elementdən ibarət proqram özündə sənaye keyfiyyət standartlarını bir-
ləşdirərək, tanker operatorlarının davamlı inkişaf prinsiplərini əks etdirir.
Donanmanın istismarı, dəniz üzgüçülüyünün təhlükəsizliyi,
KSƏTƏMM və insan resurslarının idarə edilməsi sahələrində çalışan
mütəxəssislər bu təlimlərdə yeni biliklərə və vərdişlərə yiyələniblər.
“Hadisələrin araşdırılması və köklü səbəblərin müəyyənləşdirilməsi”
mövzusunda ikinci təlim isə (19-20 may) qəza hallarının araşdırılması
işinə cəlb edilən menecerlər, supervayzerlər və KSƏTƏMM personalı
üçün nəzərdə tutulub. Məruzə edilməsi, qeydə alınması və araşdırılması
vacib olan qəza hallarının tədqiqatında tələb edilən əsas bilik və bacarıq-
ları aşılamaq bu kursun məqsədlərinə daxildir.
Dinləyicilər təlim zamanı qəzanın əsl səbəbini müəyyənləşdirmək
üçün dəlillərin təhlili, qəza barədə məlumat verilməsi, onun araşdırılması
və sonrakı prosedurlara və müvafiq təlimatlara riayət olunması prosesini
dərindən öyrənərək, öz peşəkar bacarıqlarını inkişaf etdiriblər.
İnteraktiv formada təşkil olunan məşğələləri ABS Akademiyasının
nümayəndəsi, kapitan Titos Giannakakis aparıb.
Azərbaycan Respublikası Dövlət Dəniz
Administrasiyasının mətbuat xidmətinin
məlumatına görə, Dövlət Dəniz Administ-
rasiyasında 16-20 may tarixlərində İspani-
yanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəs-
sislərinin iştirakı ilə təlim keçirilmişdir.
Gəmi hərəkətinin idarəetmə xidmətinin
operatorları üçün təşkil olunan təlim «Azər-
baycan Respublikasında dəniz nəqliyyatı
sahəsində məsuliyyətin artırılmasında Döv-
lət Dəniz Administrasiyasına dəstək» adlı
tvininq layihəsi çərçivəsində baş tutmuş-
dur. İspan mütəxəssisləri İnigo Landeta Bil-
bao və Antonio Padial Sayas 5 gün ərzində
təlimə qatılan iştirakçılara ətraflı biliklər
vermişdir. Mövzulara uyğun olaraq ümu-
mi istiqamətlər nəzərdən keçirilmiş, əsas
vəzifələr, məqsəd və prioritetlərə dair fikir
mübadiləsi aparılmışdır. Təlimlərin ilk gü-
nündə dənizçilik sahəsində beynəlxalq qay-
daların və konvensiyaların təkamül yoluna
nəzər yetirilmişdir.
“Dənizdə yardım göstərilməsinə dair
öhdəliklər” mövzusunda fikir mübadiləsi
aparılmışdır. Seminarın qızğın müzakirələrə
səbəb olan daha bir günü isə bütünlüklə
“Axtarış xilasetmə əməliyyatlarının plan-
laşdırılması” mövzusuna həsr edilmişdir.
Bu zaman dənizdə sağ qalma, meteorologi-
ya şərtləri və ətraf mühit, qərarların qəbulu,
prioritetlərin müəyyənləşdirilməsi, koman-
daların verilməsi, təşkilatçılıq, cavabdehlik
və s. istiqamətlərin vacib olması barədə da-
nışılmışdır. Axtarış xilasetmə əməliyyatları
planlaşdırıldıqdan sonra onun necə həyata
keçirilməsi də iştirakçılara izah edilmişdir.
Bundan başqa, “Ekoloji aspektlər”
mövzusunda da müzakirələr yer almış, ət-
raf mühit çirklənməsinin mənbələri – neft
sızmaları, təhlükəli maddələrin axıdılma-
sından yaranan fəsadlar və bununla mü-
barizə formaları haqqında fikir mübadiləsi
aparılmışdır.
Təlimin gündəliyində “Etibarlı mətbu
orqanlara məlumatın daşınması və dəqiq
məlumatların cəmiyyətə çatdırılması”, “Ət-
raf mühitin çirklənməsi zamanı fövqəladə
tədbirlərin görülməsi” və digər mövzular
da yer almışdır.
Sonda həftə ərzində əldə olunan biliklər
təkrar olaraq bir daha nəzərdən keçirilmək-
lə suallar cavablandırılmış, müzakirələr
aparılmışdır. İştirakçılara sertifikatlar veril-
mişdir.
dÖvlət dəniZ administrasiYasında gəmi
hərəkətinin idarəetmə Xidmətinin oPeratorları
üÇün təlim keÇirilmişdir
“İsrailin səsi” Dövlət ra-
diostansiyasının ən populyar
verilişlərindən biri olan “Bey-
nəlxalq saat” verilişində Ermə-
nistan-Azərbaycan sərhədində,
habelə Azərbaycanın Ermə-
nistan tərəfindən işğal edilmiş
ərazilərində baş verən hadisələr
geniş şərh edilib.
Verilişin aparıcısı Eram Serkyu-
lun suallarını “İsrailin səsi” radios-
tansiyasının daimi şərhçisi, Bakı Bey-
nəlxalq Multikulturalizm Mərkəzinin
İsrail Dövlətindəki nümayəndəliyi-
nin başçısı, beynəlxalq münasibətlər
sahəsində tanınmış ekspert Arye Qut
cavablandırıb. Arye Qut qeyd edib ki, bir
qrup xarici jurnalistlə bərabər Azərbayca-
nın Ermənistan tərəfindən işğal edilmiş sər-
hədyanı rayonlarına sonuncu səfəri zamanı
Cənubi Qafqaz regionunun dinc-yanaşı ya-
şamaq şəraitindən hələ çox uzaq olmasını
yəqin edib. İsrailli ekspert vurğulayıb: “Bu-
rada mürəkkəb və gərgin vəziyyət yaranıb.
Bəlkə də ən dəhşətlisi - burada çox güclü
hiss olunan qeyri-müəyyənlikdir. Burada
real olaraq başa düşürsən ki, atəşkəs və
sülh son dərəcə amanatabənd anlayışlardır.
Ermənistan silahlı qüvvələrinin hədəfində
olan dinc azərbaycanlı əhalinin necə əziy-
yətlər çəkməsini öz gözümlə görmüşəm.
Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermə-
nistana xəbərdarlıq edib ki, Azərbaycan
mövcud status-kvo ilə heç vaxt razılaşma-
yacaq. Ermənistanın hərbi provokasiyaları
nəticəsində Azərbaycan ordusu 2016-cı il
aprelin əvvəlində təxribatın qarşısını al-
maq və öz vətəndaşlarının təhlükəsizliyini
təmin etmək məqsədilə Ermənistan silahlı
qüvvələrinə sarsıdıcı zərbə endirib və on-
ları geri çəkilməyə məcbur edib. Bu gün
Azərbaycan Cənubi Qafqazda ən güclü və
qüdrətli ordusu olan ölkədir, bu ordu öz gü-
cünü nümayiş etdirmək üçün həqiqət anını
gözləyirdi”.
Radio verilişinin aparıcısı Ermənistanın
İsraildən Azərbaycana hərbi texnika və tex-
nologiyalar satışının dayandırılması barədə
tələblərinə Arye Qutun münasibət bildir-
məsini xahiş edib. Arye Qut deyib ki, 24 il
bundan əvvəl Azərbaycan ərazilərini işğal
etmiş ölkənin parlamentariləri tərəfindən
Odlar Yurdunu beynəlxalq hüquq norma-
larını pozmaqda ittiham etməsi tamamilə
absurddur. Arye Qut soruşur: “Ermənista-
nın ucbatından Azərbaycan 24 ildən çox-
dur ki, təcavüzdən əziyyət çəkir. Bu təca-
vüz nəticəsində Azərbaycan ərazisinin 20
faizi işğal edilib. Ermənistan bu ərazilərdə
etnik təmizləmə aparıb və bir milyondan
çox insan oradan qovulub. Məgər bunlar
insan hüquqlarının pozulması, beynəlxalq
hüququn ən adi normalarının pozulması de-
yilmi?”.
Verilişin aparıcısının İsrail-Azərbay-
can münasibətlərinin perspektivləri barədə
sualının cavabında Arye Qut qeyd edib ki,
Avrasiya ərazisində heç bir ölkənin İsraillə
Azərbaycan Respublikası qədər sıx və sə-
mimi əlaqələri yoxdur: “İsrail ilə Azərbay-
canın münasibətləri strateji tərəfdaşlıq xa-
rakteri daşıyır. İsrail Azərbaycana həmişə
böyük diqqət və səmimiyyətlə yanaşıb.
İsrail Azərbaycanın ərazi bütövlüyünə hör-
mət bəsləməsini dəfələrlə bəyan edib. İsrail
dünyada Azərbaycan neftinin əsas alıcıla-
rından biridir. Öz növbəsində, Azərbayca-
nın da kənd təsərrüfatında, hərbi sənaye-
də, telekommunikasiya sahəsində İsraildə
istehsal edilən müasir yüksək texnologi-
layara ehtiyacı var. Bu siyahını davam et-
dirmək olar. Eyni zamanda, bu ölkələrdə
təhsil, humanitar və mədəniyyət sahələrinə
aid layihələr həyata keçirilir. Rəsmi Yere-
van tərəfindən tənqid məsələsinə gəldikdə
isə deyə bilərəm ki, Azərbaycan və İsrail
öz dostlarını və tərəfdaşlarını özləri seçir,
hərbi-texniki sahədə strateji əməkdaşlı-
ğın səviyyəsini özləri müəyyən edirlər.
Bu məsələyə müdaxilə etməyə heç kəsin
haqqı yoxdur”.
Aparıcı bu münaqişənin dinc yolla
tənzimlənməsinin mümkünlüyü və Azər-
baycan tərəfindən güzəştlərin mümkün-
lüyü barədə sualına Arye Qut belə cavab
verib ki, Azərbaycan münaqişənin sülh
yolu ilə tənzimlənməsinə tərəfdar oldu-
ğunu dəfələrlə bəyan edib. Arye Qut de-
yib: “Cənubi Qafqazda daha bir erməni
dövləti ola bilməz. Ermənilər XX əsrin
əvvəlində əzəli Azərbaycan torpaqlarında
öz müqəddəratlarını təyin ediblər. Azər-
baycanın erməni xalqı ilə bağlı heç bir
problemi yoxdur və ola da bilməz, lakin bir
böyük problem var – Sarkisyanın terrorçu
rejimi ilə bağlı sivilizasiya və mədəni uçu-
rum problemi. Dünya daha susmamalı və
Ermənistanın nazı ilə oynamamalıdır. La-
kin bütün bunlara baxmayaraq Azərbaycan
Dağlıq Qarabağdakı erməni vətəndaşlara ən
yüksək muxtariyyət statusu verməyə hazır-
dır. Bu gün özünün geosiyasi və geoiqtisadi
təşəbbüsləri sayəsində Azərbaycan regio-
nun ən güclü dövlətinə və liderinə çevri-
lib, dünyanın bu strateji regionunda heç bir
siyasi, iqtisadi, yaxud nəqliyyat məsələsi
Azərbaycanın iştirakı və razılığı olmadan
həll edilə bilməz. Cənubi Qafqaz regionun-
da təcrid olunmuş Ermənistan Azərbaycan
torpaqlarını işğal etdiyinə görə Xəzərin qaz
və neft ehtiyatları ilə bağlı əsas geosiyasi
və geoiqtisadi layihələrdən kənarda qalıb.
Danılmaz faktdır ki, Ermənistan Cənubi
Qafqazda ən asılı və yoxsul ölkədir”.
İsrailli ekspert Arye Qut “İsrailin səsi”
radiostansiyasına müsahibəsini bu sözlər-
lə tamamlayıb: “Müasir Azərbaycan-İsrail
münasibətləri ümumi dəyərlərə və ortaq
tarixə əsaslanır. İki ölkə arasında mövcud
insani əlaqələr və müxtəlif dini-tolerant
cəmiyyətlərdə yaşamaq əzmi bu ölkələrin
hər ikisini zənginləşdirir. Bundan əlavə, aş-
kardır ki, Azərbaycanda yəhudilərlə müsəl-
manlar həmişə dinc yanaşı yaşayıb, bu gün
də qardaş kimi yaşayırlar, bu xalqların or-
taq tarixi və ümumi taleyi onları həmişəlik
bir-birinə bağlayıb”.
“cənuBi qafqaZda daha
Bir erməni dÖvləti ola BilməZ”