A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
27 may 2016-cы il № 29-32 (9035)
4
həmsədr müasir ipək Yolundan yazıb
ABŞ Konqresində Azərbay-
can üzrə işçi qrupunun həmsəd-
ri Stiv Koen nüfuzlu “USNews”
qəzetində dərc etdirdiyi məqalə-
də bu ölkənin rəsmi dairələrini
Qafqaz və Mərkəzi Asiyadan
keçməklə, Avropa ilə Asiya ara-
sında müasir “İpək yolu”nu təmin
edəcək Trans-Xəzər Şərq-Qərb
nəqliyyat və tranzit dəhlizinin
inşasına fəal dəstək verməyə ça-
ğırıb. Yazıda konqresmen Azər-
baycan, Gürcüstan, Qazaxıstan
və Türkiyənin regional ticarət və tranzit daşımalarının inkişaf etdirilməsi məqsə-
dilə səylərini birləşdirdiyi və bunun gələcəkdə regionu biznes və yatırımlar üçün
cəlbedici məkana çevirəcəyi qeyd olunub.
Stiv Koen, həmçinin ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq, ölkəmizin
Birləşmiş Ştatların etibarlı tərəfdaşı olduğunu bildirib. O, iki ölkə arasında möv-
cud çoxşaxəli əməkdaşlıqdan söhbət açıb.
Bu məqalə Qərb dairələrində müasir “İpək yolu”, xüsusilə “Trans-Xəzər
Şərq-Qərb nəqliyyat və tranzit dəhlizinə artan marağın növbəti nümayişidir. Xa-
tırlatmaq lazımdır ki, bir neçə həftə əvvəl – aprelin 28-29-da Vaşinqtonda ABŞ-
ın tanınmış elm və təhsil müəssisələrindən olan Cons Hopkins Universitetində
Azərbaycan tərəfinin təşəbbüsü, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı
səfirlikləri ilə birgə Trans-Xəzər dəhlizinə həsr olunmuş geniş konfrans təşkil
edilib.
nəqliyyat üzrə işçi qrupun 11-ci iclası keçirilib
Ukrayna paytaxtında, GUAM-ın
Katibliyində nəqliyyat üzrə işçi qrupun
11-ci iclası keçirilib.
GUAM-ın Kiyevdəki qərargahının
mətbuat xidmətindən verilən məlumata
görə, iclasda Təşkilatın üzvü olan dövlət-
lərin və Katibliyin nümayəndə heyətləri
iştirak edib.
Tərəflər Azərbaycan, Gürcüstan, Qa-
zaxıstanın nəqliyyat şirkətləri tərəfindən
Transxəzər beynəlxalq nəqliyyat marş-
rutunun və onun əlaqələndirmə komitəsinin yaradılması ilə əlaqədar GUAM-ın
nəqliyyat dəhlizinin yeni imkanları barədə informasiya mübadiləsi aparıblar.
İclas iştirakçıları 2015-ci il noyabrın 19-da Kiyev şəhərində keçirilmiş xüsusi
“GUAM-Tranzit-2” konfransının qərarlarının həyata keçirilməsi ilə əlaqədar
məsələləri müzakirə ediblər. Tərəflər Beynəlxalq Nəqliyyat Həftəsi çərçivəsində
mayın 31-də Odessada keçiriləcək GUAM iştirakçıları olan dövlətlərdə nəqliy-
yatın inkişafına cavabdeh olan idarə rəhbərlərinin görüşünə hazırlıq məsələlərini
də müzakirə ediblər. İclasda GUAM iştirakçıları olan dövlətlərdə nəqliyyatın in-
kişafına görə cavabdeh olan idarələrin rəhbərlərinin Odessa Bəyannaməsinin və
GUAM nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılmasına dair Tədbirlər Planının
layihələri razılaşdırılıb və bəyənilib.
Ölkəmizin Birləşmiş Millətlər
Təşkilatının ixtisaslaşmış agentliyi
olan Beynəlxalq Dəniz Təşkilatına üzv
olduğu 1995-ci il tarixindən etibarən
dəniz nəqliyyatı sahəsində qoşulduğu
20-dən çox beynəlxalq konvensiya
və protokollardan irəli gələrək bu
sahəyə dair tələblərin təmin olunması
qanunvericiliklə müəyyən olunmuş
səlahiyyətlər çərçivəsində Azərbaycan
Respublikasının Dövlət Dəniz Admi-
nistrasiyası tərəfindən həyata keçirilir.
“Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının yaradılması
haqqında” Azərbaycan Respublikası Pre-
zidentinin 6 fevral 2006-cı il tarixli 1271
nömrəli Sərəncamında Azərbaycan Res-
publikasında dəniz gəmiçiliyi sahəsində
aparılan siyasətin, habelə Birləşmiş Millət-
lər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı
və digər dəniz təşkilatları ilə əməkdaşlığın,
Azərbaycan Respublikasının tərəfdar çıx-
dığı beynəlxalq dəniz konvensiyalarının
icrasına nəzarətin həyata keçirilməsi səla-
hiyyətlərinin Azərbaycan Respublikasının
Dövlət Dəniz Administrasiyasına tapşırıl-
ması məsələsi öz əksini tapmışdır.
Azərbaycan Respublikasının 22 aprel
1997-ci il tarixli, 276-IQ nömrəli Qanun-
la qoşulduğu “Dənizçilərin hazırlanma-
sına, onlara diplom verilməsinə və növbə
çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq
Konvensiya”nın tələblərinin tətbiqi məqsə-
di ilə Dövlət Dəniz Administrasiyası tərə-
findən məqsədyönlü işlər görülmüşdür və
bu proses ciddi nəzarətdə saxlanılır.
Dövlət Dəniz Administrasiyası gəmi-
çilik sahəsində fəaliyyət göstərən müəs-
sisələr, təşkilatlar və Azərbaycanın Dövlət
bayrağı altında üzən gəmilər tərəfindən bu
Konvensiyanın tələblərinin yerinə yetiril-
məsinə nəzarət işini həyata keçirərək mü-
vafiq sahədə böyük uğurların qazanılması-
nı təmin etmişdir.
Belə ki, Dövlət Dəniz Administrasiyası
tərəfindən məhz bu məqsədlə dəniz nəq-
liyyatı sahəsi üzrə tədris proqramları təs-
diq edilmiş, Təlim-Tədris Mərkəzlərinin
maddi-texniki bazası əhəmiyyətli dərəcədə
gücləndirilmiş, yeni Təlim-Tədris Mərkəz-
lərinin yaradılması üçün münbit şərait
formalaşdırılmış, eləcə də Konvensiyanın
əhatə etdiyi məsələlər üzrə qəbul edilmiş
normativ hüquqi aktlar Beynəlxalq Dəniz
Təşkilatına təqdim edilmişdir.
Məlumat üçün qeyd edilməlidir ki,
“Dənizçilərin hazırlanmasına, onlara dip-
lom verilməsinə və növbə çəkməyə dair
1978-ci il tarixli Beynəlxalq Konvensiya”-
nın qüvvəyə mindiyi hər bir üzv dövlət ən
azı beş ildə bir dəfə adıçəkilən Konvensi-
yanın tələblərinin tətbiqi üzrə müstəqil qiy-
mətləndirmədən keçməlidir.
Bununla əlaqədar olaraq dənizçilərin
hazırlanması, onların bilik, bacarıq və sə-
riştəliliyinin qiymətləndirilməsi, eləcə də
sertifikatlandırılması sisteminin tətbiqi
üzrə Dövlət Dəniz Administrasiyasının
fəaliyyəti Beynəlxalq Dəniz Təşkilatının
mütəxəssisləri tərəfindən yoxlanılmışdır.
Keçirilmiş yoxlamanın nəticəsi, elə-
cə də Beynəlxalq Dəniz Təşkilatına təq-
dim edilmiş sənədlər ətraflı şəkildə təhlil
edildikdən sonra ölkəmizdə dənizçilərin
hazırlanması sahəsində həyata keçirilən
fəaliyyətin qeyd edilən Konvensiyanın
tələblərinə uyğun olması barədə Bey-
nəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükə-
sizliyi Komitəsinin cari ilin 11-20 may
tarixlərində London şəhərində keçirilmiş
96-cı sessiyasında adıçəkilən Təşkilat tərə-
findən qərar qəbul edilmişdir.
Məhz bu səmərəli və effektiv fəaliyyə-
tin göstəricisi olaraq Azərbaycan Respubli-
kasının Beynəlxalq Dəniz Təşkilatının “Ağ
siyahısı”nda olması kimi sevindirici və
qürurverici hal Dövlət Dəniz Administra-
siyası tərəfindən verilmiş diplom və serti-
fikatların bütün dəniz dövlətləri tərəfindən
tanınması deməkdir.
aZərBaYcanda dəniZÇilərin haZırlanması və
sertifikatlandırılması Prosesi BeYnəlXalq dəniZ
təşkilatının YoXlamasından uĞurla keÇmişdir
Beynəlxalq dəniz təşkilatı dənizdə
təhlükəsizliyin yüksək səviyyədə təmin
edilməsi ilə bağlı tövsiyələr hazırlayıb
Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının nümayəndə
heyəti Birləşmiş Millətlər Təşkilatının
ixtisaslaşmış agentliyi olan, Azərbaycan
Respublikasının 1995-ci ildən üzvü oldu-
ğu Beynəlxalq Dəniz Təşkilatının (IMo)
London şəhərində yerləşən baş qərarga-
hında keçirilmiş Dəniz Təhlükəsizliyi Ko-
mitəsinin 96-cı sessiyasında iştirak edib.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmə-
tindən bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim qurumun
dünyada dəniz üzgüçülüyünün təhlükəsiziliyinin təmin edilməsində mühüm ro-
lunu qeyd edib, dəniz mühitinin mühafizəsi, dənizdə təhlükəsizliyin yüksək sə-
viyyədə təmin edilməsi, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən
dəniz quldurluğu hallarının qarşısının alınması məqsədilə müvafiq tövsiyələrin
hazırlandığını sessiya iştirakçılarının diqqətinə çatdırıb..
Kitak Lim, həmçinin gələcəkdə dəniz qəzalarının qarşısının alınması məqsə-
dilə üzv dövlətlər tərəfindən baş vermiş dəniz qəzaları barədə məlumatların ət-
raflı şəkildə Beynəlxalq Dəniz Təşkilatının Qlobal inteqrasiya edilmiş gəmiçiliyə
dair məlumat sisteminə daxil edilməsinin vacibliyini xüsusilə qeyd edib.
Sessiya zamanı 2016-cı il üçün “Dənizçilik dünya üçün əvəzedilməzdir” şüa-
rı altında “Dünya Dənizçilik Günü”nə həsr olunacaq tədbirin 29 sentyabrda Bey-
nəlxalq Dəniz Təşkilatının baş qərargahında, paralel tədbirin isə noyabr ayında
Türkiyədə keçiriləcəyi barədə məlumat verilib.
Eyni zamanda sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Bey-
nəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilmə-
sinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Dəniz yolları ilə təh-
lükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”yə, “Neft tankerlərinin və
qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proq-
ramı haqqında Beynəlxalq Məcəllə”yə, eləcə də dəniz nəqliyyatı sahəsi ilə bağlı
bir sıra digər mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.
Bununla yanaşı, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən
edilməsi, dəniz ətraf mühitinin qorunması, dənizdə təhlükəsizliyin təmin olun-
ması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi,
Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərdə qəbul edilmiş standartların tətbiqi-
nin və nəzarət mexanizminin gücləndirilməsi barədə sessiya iştirakçıları arasında
ümumi müzakirələr aparılıb.
Sessiyada, həmçinin Beynəlxalq Təsnifat Cəmiyyəti Assosiasiyasının 12 üz-
vünün təqdim etdiyi audit hesabatların üzv dövlətlər tərəfindən nəzərə alınması
qeyd edilib və Türkiyə Respublikasının “Beynəlxalq dəniz gəmiçiliyinin asan-
laşdırılması haqqında Konvensiya”nı ratifikasiya etməsi barədə məlumat verilib.
Sessiya müddətində Dövlət Dəniz Administrasiyasının mütəxəssislərindən
ibarət nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya
qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşləri keçi-
rilib, fikir mübadiləsi aparılıb.
Dünyanın 171 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Dəniz
Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir
sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.
Mayın 18-də “Xankəndi” yeni su-
altı tikinti gəmisi (STG) Bakı Gəmiqa-
yırma Zavodunun yanalma körpüsün-
də suya endirilib.
BP-nin Bakı ofisinin mətbuat xid-
mətindən bildirilib ki, bu gəmi məxsusi
olaraq nəhəng “Şahdəniz Mərhələ 2” iş-
lənmə layihəsinin sualtı qurğularını qu-
raşdırmaq üçün layihələndirilib və inşa
edilib.
Bundan əvvəl gəminin iki iri gövdə
seksiyası təhlükəsiz şəkildə Sinqapur-
dan Bakıya gətirilib və Bakı Gəmiqayır-
ma Zavodunda inşası başa çatmış burun
hissəsi ilə uğurla birləşdirilib. Gəminin
tikintisi hazırda 80 faiz başa çatıb. Bütöv-
lükdə isə gəminin inşası 2017-ci ilin ap-
rel ayında “Şahdəniz Mərhələ 2” layihəsi
üzrə sualtı quraşdırma işlərinin başlana-
cağı vaxtadək hazır olmaq üçün plan üzrə
irəliləyir. O vaxtadək “Xankəndi” qalan
tikinti işlərinin başa çatması və istismar
sınaqlarının aparılması üçün gəmiqayır-
ma zavodunun yanalma körpüsündə qa-
lacaq.
“Xankəndi” gəmisinin Bakı Gəmiqa-
yırma Zavodunun yanalma körpüsündə
suya endirilməsi “Şahdəniz Mərhələ 2”
layihəsi tərəfindən atılmış mühüm bir ad-
dımdır. Şahdəniz konsorsiumu “Xankən-
di” gəmisinin inşasında iştirakından qürur
duyur, çünki bu gəmi təkcə Azərbayca-
nın deyil, bütövlükdə Xəzərin gəmiçilik
tarixində yeni bir eranın başlanğıcıdır.
Xəzər dənizindəki neft və qaz donanma-
sının yeni texnologiyalı ən müasir gəmisi
olacaq “Xankəndi” suyun dərinliyi 550
metrədək olan hissələrdə Xəzərdə ilk dəfə
dünya səviyyəli sualtı qurğular inşa etmək
üçün layihələndirilmişdir. Gəminin inşası
tamamlandıqdan və istismar sınaqları bit-
dikdən sonra “Xankəndi” Şahdəniz yatağı
sahəsinə aparılacaq və orada Mərhələ 2
işlənməsi layihəsi üçün sualtı quraşdırma
işlərinə başlayacaq”, - deyə BP-nin Azər-
baycan, Gürcüstan və Türkiyə üzrə regio-
nal prezidenti Qordon Birrell vurğulayıb.
“Xankəndi” gəmisi 2017–2027-ci illər
arasında 11 il ərzində “Şahdəniz Mərhələ
2” layihəsinin sualtı quraşdırma işlərində
istifadə ediləcək. 378 milyon dollar dəyə-
rində olan “Xankəndi” DNV GL-in (Nor-
veç və Almaniya) təsnifat nəzarəti altında
tikilmiş unikal bir gəmidir. Onun uzunlu-
ğu 155 metr, eni 32 metr, əsas göyərtəsi
isə 13 metrdir. Gəminin 2,5 metr hündür-
lüyündə böyük dalğalarda (Hs) fəaliyyət
göstərə bilmək üçün dinamik mövqelən-
dirmə sistemi, 600 metrədək sualtı əmə-
liyyatlar aparmaq üçün 900 metrik ton-
luq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc
kapsulu sistemi, iki ədəd məsafədən idarə
olunan aparatı, möhkəmləndirilmiş ava-
danlıq endirmə şaxtası, 6 ədəd 4,4 meqa-
vat və 2 ədəd 3,2meqavat gücündə gene-
ratoru olan iki mühərrik bölməsi olacaq.
Onun ümumi çəkisi 17 min 600 tondur və
suya oturumu 6,5 metr olmaqla daşıma
gücü 5 min metrik ton təşkil edəcək.
Yeni tikilmiş “Xankəndi” gəmisi Bakı
gəmiqaYırma Zavodunda suYa endiriliB