Qiyməti 50 qəpik 27 may 2016-cı IL №29-32 (9035)



Yüklə 21,68 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix22.07.2018
ölçüsü21,68 Mb.
#58100
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


27 may 2016-cы il   № 29-32 (9035)

6

Xam neftin yükləndiyi ilk tanker 

Yaponiya sahillərinə çatıb

Xam neftin ixracı ilə əlaqədar ABŞ tərəfindən tətbiq olunan qada-

ğadan 40 il sonra bu ölkəyə məxsus xam neftin yükləndiyi ilk tanker 

Yaponiya sahillərinə yan alıb.

Yaponiyanın xam neftin topdan ticarəti ilə məşğul olan “Cosmo Oil” 

şirkəti 2015-ci ildə ABŞ-da neft ixracına qoyulan qadağa ləğv edildikdən 

sonra ilk dəfə bu ölkədən neft almaq barədə qərar qəbul edib. Neft böhra-

nı ilə bağlı qadağa 1975-ci ildə tətbiq edilmişdi.

Göyərtəsində 300 min barrel neft olan tanker Texas ştatının Hyuston 

şəhərindən yola düşdükdən 50 gün sonra - mayın 10-da  Mie prefektura-

sında yerləşən neft emalı zavoduna çatıb.



qeyri-qanuni balıq ovuna dair beynəlxalq 

saziş iyun ayında qüvvəyə minəcək

İyunun 5-də qeyri-qanu-

ni balıq ovuna dair ilk bey-

nəlxalq saziş qüvvəyə minə-

cək.

BMT-nin Xəbərlər Mərkəzi 

xəbər verir ki, bu barədə BMT-

nin Ərzaq və Kənd Təsərrüfatı 

Təşkilatında  (FAO)  xatırla-

dılıb.  FAO-nun  baş  direktoru 

Joze Qratsiano da Silva deyib: 

“Bu  sənəd  qeyri-qanuni  ovçu-

luğa qarşı mübarizədə yeni dövrün başlanğıcıdır. Saziş vicdansız balıq-

çıları bazarlara çıxışdan məhrum edərək balıq sənayesinin möhkəmlən-

məsinə kömək edəcək, balıq məhsulları tədarükünün bütün mərhələləri 

üçün müstəsna hüququ təmin edəcək”.

Sazişə əsasən nəzarət prosesini sadələşdirmək məqsədilə ölkələr xa-

rici gəmilər üçün müəyyən limanlar ayırmalıdır. Bu gəmilərin koman-

daları limana yan almaq üçün əvvəlcədən icazə almalı, yerli hökumət 

orqanlarına balıq ovuna dair sənəd təqdim etməli, habelə bort jurnalının, 

lisenziyaların, balıqovlama ləvazimatının və yükün yoxlanmasına mane 

olmamalıdır.

Saziş Avropa İttifaqı, ABŞ və Norveç daxil olmaqla 29 ölkə tərəfin-

dən imzalanıb. Dünyada balıq idxalının 62 faizi, ixracının isə 49 faizi 

sənədi imzalayan ölkələrin payına düşür.

Yeni Biliklərə və vərdişlərə 

YiYələniBlər

Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyində növbəti beynəlxalq 

treninqlər keçirilir. Amerika Gə-

miçilik Bürosu (ABS) ilə əmək-

daşlıq çərçivəsində təşkil olunan 

treninqlərin başlıca məqsədi 

işçilərin peşəkarlıq səviyyəsinin 

yüksəldilməsi və fəaliyyətin bey-

nəlxalq tələblərə uyğun qurul-

masıdır.

16-18 may tarixlərində keçirilən 

birinci təlim “Tankerlərin İdarəedil-

məsi  sistemi  üzrə  qiymətləndirmə 

proqramı”nı əhatə edib. Bu proqram 

ilk dəfə 2004-cü ildə Neft Şirkətlə-

rinin  Beynəlxalq  Dənizçilik  Foru-

munda  gəmi  operatorlarına  onların 

təhlükəsizlik  idarəetmə  sistemləri-

nin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təqdim olunub. 12 əsas 

elementdən  ibarət  proqram  özündə  sənaye  keyfiyyət  standartlarını  bir-

ləşdirərək, tanker operatorlarının davamlı inkişaf prinsiplərini əks etdirir.

Donanmanın  istismarı,  dəniz  üzgüçülüyünün  təhlükəsizliyi, 

KSƏTƏMM  və  insan  resurslarının  idarə  edilməsi  sahələrində  çalışan 

mütəxəssislər bu təlimlərdə yeni biliklərə və vərdişlərə yiyələniblər.

“Hadisələrin araşdırılması və köklü səbəblərin müəyyənləşdirilməsi” 

mövzusunda ikinci təlim isə (19-20 may) qəza hallarının araşdırılması 

işinə  cəlb  edilən  menecerlər,  supervayzerlər  və  KSƏTƏMM  personalı 

üçün nəzərdə tutulub. Məruzə edilməsi, qeydə alınması və araşdırılması 

vacib olan qəza hallarının tədqiqatında tələb edilən əsas bilik və bacarıq-

ları aşılamaq bu kursun məqsədlərinə daxildir.  

Dinləyicilər  təlim  zamanı  qəzanın  əsl  səbəbini  müəyyənləşdirmək 

üçün dəlillərin təhlili, qəza barədə məlumat verilməsi, onun araşdırılması 

və sonrakı prosedurlara və müvafiq təlimatlara riayət olunması prosesini 

dərindən öyrənərək, öz peşəkar bacarıqlarını inkişaf etdiriblər.

İnteraktiv  formada  təşkil  olunan  məşğələləri ABS Akademiyasının 

nümayəndəsi, kapitan Titos Giannakakis aparıb.

Azərbaycan Respublikası Dövlət Dəniz 

Administrasiyasının  mətbuat  xidmətinin 

məlumatına görə, Dövlət Dəniz Administ-

rasiyasında 16-20 may tarixlərində İspani-

yanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəs-

sislərinin  iştirakı  ilə  təlim  keçirilmişdir. 

Gəmi  hərəkətinin  idarəetmə  xidmətinin 

operatorları üçün təşkil olunan təlim «Azər-

baycan  Respublikasında  dəniz  nəqliyyatı 

sahəsində məsuliyyətin artırılmasında Döv-

lət  Dəniz Administrasiyasına  dəstək»  adlı 

tvininq  layihəsi  çərçivəsində  baş  tutmuş-

dur. İspan mütəxəssisləri İnigo Landeta Bil-

bao və Antonio Padial Sayas 5 gün ərzində 

təlimə  qatılan  iştirakçılara  ətraflı  biliklər 

vermişdir.  Mövzulara  uyğun  olaraq  ümu-

mi  istiqamətlər  nəzərdən  keçirilmiş,  əsas 

vəzifələr, məqsəd və prioritetlərə dair fikir 

mübadiləsi aparılmışdır. Təlimlərin ilk gü-

nündə dənizçilik sahəsində beynəlxalq qay-

daların və konvensiyaların təkamül yoluna  

nəzər yetirilmişdir.

“Dənizdə  yardım  göstərilməsinə  dair 

öhdəliklər”  mövzusunda  fikir  mübadiləsi 

aparılmışdır. Seminarın qızğın müzakirələrə 

səbəb  olan  daha  bir  günü  isə  bütünlüklə 

“Axtarış  xilasetmə  əməliyyatlarının  plan-

laşdırılması”  mövzusuna  həsr  edilmişdir. 

Bu zaman dənizdə sağ qalma, meteorologi-

ya şərtləri və ətraf mühit, qərarların qəbulu, 

prioritetlərin müəyyənləşdirilməsi, koman-

daların verilməsi, təşkilatçılıq, cavabdehlik 

və s. istiqamətlərin vacib olması barədə da-

nışılmışdır. Axtarış xilasetmə əməliyyatları 

planlaşdırıldıqdan sonra onun necə həyata 

keçirilməsi də iştirakçılara izah edilmişdir.

Bundan  başqa,  “Ekoloji  aspektlər” 

mövzusunda da müzakirələr yer almış, ət-

raf mühit çirklənməsinin mənbələri – neft 

sızmaları,  təhlükəli  maddələrin  axıdılma-

sından  yaranan  fəsadlar  və  bununla  mü-

barizə formaları haqqında fikir mübadiləsi 

aparılmışdır.

Təlimin  gündəliyində  “Etibarlı  mətbu 

orqanlara  məlumatın  daşınması  və  dəqiq 

məlumatların cəmiyyətə çatdırılması”, “Ət-

raf  mühitin  çirklənməsi  zamanı  fövqəladə 

tədbirlərin  görülməsi”  və  digər  mövzular 

da yer almışdır.

Sonda həftə ərzində əldə olunan biliklər 

təkrar olaraq bir daha nəzərdən keçirilmək-

lə  suallar  cavablandırılmış,  müzakirələr 

aparılmışdır. İştirakçılara sertifikatlar veril-

mişdir.

dÖvlət dəniZ administrasiYasında gəmi 

hərəkətinin idarəetmə  Xidmətinin oPeratorları 

üÇün təlim keÇirilmişdir 

“İsrailin səsi” Dövlət ra-

diostansiyasının ən populyar 

verilişlərindən biri olan “Bey-

nəlxalq saat” verilişində Ermə-

nistan-Azərbaycan sərhədində, 

habelə Azərbaycanın Ermə-

nistan tərəfindən işğal edilmiş 

ərazilərində baş verən hadisələr 

geniş şərh edilib.

Verilişin  aparıcısı  Eram  Serkyu-

lun  suallarını  “İsrailin  səsi”  radios-

tansiyasının daimi şərhçisi, Bakı Bey-

nəlxalq  Multikulturalizm  Mərkəzinin 

İsrail  Dövlətindəki  nümayəndəliyi-

nin  başçısı,  beynəlxalq  münasibətlər 

sahəsində tanınmış ekspert Arye Qut 

cavablandırıb. Arye  Qut  qeyd  edib  ki,  bir 

qrup  xarici  jurnalistlə  bərabər Azərbayca-

nın Ermənistan tərəfindən işğal edilmiş sər-

hədyanı rayonlarına sonuncu səfəri zamanı 

Cənubi Qafqaz regionunun dinc-yanaşı ya-

şamaq şəraitindən hələ çox uzaq olmasını 

yəqin edib. İsrailli ekspert vurğulayıb: “Bu-

rada mürəkkəb və gərgin vəziyyət yaranıb. 

Bəlkə də ən dəhşətlisi - burada çox güclü 

hiss  olunan  qeyri-müəyyənlikdir.  Burada 

real  olaraq  başa  düşürsən  ki,  atəşkəs  və 

sülh son dərəcə amanatabənd anlayışlardır. 

Ermənistan  silahlı  qüvvələrinin  hədəfində 

olan dinc azərbaycanlı əhalinin necə əziy-

yətlər  çəkməsini  öz  gözümlə  görmüşəm. 

Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermə-

nistana  xəbərdarlıq  edib  ki,  Azərbaycan 

mövcud status-kvo ilə heç vaxt razılaşma-

yacaq. Ermənistanın hərbi provokasiyaları 

nəticəsində Azərbaycan  ordusu  2016-cı  il 

aprelin  əvvəlində  təxribatın  qarşısını  al-

maq və öz vətəndaşlarının təhlükəsizliyini 

təmin etmək məqsədilə Ermənistan silahlı 

qüvvələrinə  sarsıdıcı  zərbə  endirib  və  on-

ları  geri  çəkilməyə  məcbur  edib.  Bu  gün 

Azərbaycan Cənubi Qafqazda ən güclü və 

qüdrətli ordusu olan ölkədir, bu ordu öz gü-

cünü nümayiş etdirmək üçün həqiqət anını 

gözləyirdi”.

Radio verilişinin aparıcısı Ermənistanın 

İsraildən Azərbaycana hərbi texnika və tex-

nologiyalar satışının dayandırılması barədə 

tələblərinə  Arye  Qutun  münasibət  bildir-

məsini xahiş edib. Arye Qut deyib ki, 24 il 

bundan əvvəl Azərbaycan ərazilərini işğal 

etmiş  ölkənin  parlamentariləri  tərəfindən 

Odlar  Yurdunu  beynəlxalq  hüquq  norma-

larını  pozmaqda  ittiham  etməsi  tamamilə 

absurddur. Arye  Qut  soruşur:  “Ermənista-

nın  ucbatından Azərbaycan  24  ildən  çox-

dur ki, təcavüzdən əziyyət çəkir. Bu təca-

vüz  nəticəsində Azərbaycan  ərazisinin  20 

faizi işğal edilib. Ermənistan bu ərazilərdə 

etnik  təmizləmə  aparıb  və  bir  milyondan 

çox  insan  oradan  qovulub.  Məgər  bunlar 

insan  hüquqlarının  pozulması,  beynəlxalq 

hüququn ən adi normalarının pozulması de-

yilmi?”.


Verilişin  aparıcısının  İsrail-Azərbay-

can münasibətlərinin perspektivləri barədə 

sualının cavabında Arye Qut qeyd edib ki, 

Avrasiya ərazisində heç bir ölkənin İsraillə 

Azərbaycan Respublikası qədər sıx və sə-

mimi əlaqələri yoxdur: “İsrail ilə Azərbay-

canın münasibətləri strateji tərəfdaşlıq xa-

rakteri  daşıyır.  İsrail Azərbaycana  həmişə 

böyük  diqqət  və  səmimiyyətlə  yanaşıb. 

İsrail Azərbaycanın ərazi bütövlüyünə hör-

mət bəsləməsini dəfələrlə bəyan edib. İsrail 

dünyada Azərbaycan  neftinin  əsas  alıcıla-

rından biridir. Öz növbəsində, Azərbayca-

nın  da  kənd  təsərrüfatında,  hərbi  sənaye-

də,  telekommunikasiya  sahəsində  İsraildə 

istehsal  edilən  müasir  yüksək  texnologi-

layara ehtiyacı var. Bu siyahını davam et-

dirmək  olar.  Eyni  zamanda,  bu  ölkələrdə 

təhsil, humanitar və mədəniyyət sahələrinə 

aid  layihələr  həyata  keçirilir.  Rəsmi Yere-

van tərəfindən tənqid məsələsinə gəldikdə 

isə deyə bilərəm ki, Azərbaycan və İsrail 

öz dostlarını və tərəfdaşlarını özləri seçir, 

hərbi-texniki  sahədə  strateji  əməkdaşlı-

ğın  səviyyəsini  özləri  müəyyən  edirlər. 

Bu məsələyə müdaxilə etməyə heç kəsin 

haqqı yoxdur”.

Aparıcı  bu  münaqişənin  dinc  yolla 

tənzimlənməsinin  mümkünlüyü  və Azər-

baycan  tərəfindən  güzəştlərin  mümkün-

lüyü barədə sualına Arye Qut belə cavab 

verib  ki,  Azərbaycan  münaqişənin  sülh 

yolu  ilə  tənzimlənməsinə  tərəfdar  oldu-

ğunu dəfələrlə bəyan edib. Arye Qut de-

yib:  “Cənubi  Qafqazda  daha  bir  erməni 

dövləti  ola  bilməz.  Ermənilər  XX  əsrin 

əvvəlində əzəli Azərbaycan torpaqlarında 

öz  müqəddəratlarını  təyin  ediblər.  Azər-

baycanın  erməni  xalqı  ilə  bağlı  heç  bir 

problemi yoxdur və ola da bilməz, lakin bir 

böyük problem var – Sarkisyanın terrorçu 

rejimi ilə bağlı sivilizasiya və mədəni uçu-

rum  problemi.  Dünya  daha  susmamalı  və 

Ermənistanın  nazı  ilə  oynamamalıdır.  La-

kin bütün bunlara baxmayaraq Azərbaycan 

Dağlıq Qarabağdakı erməni vətəndaşlara ən 

yüksək muxtariyyət statusu verməyə hazır-

dır. Bu gün özünün geosiyasi və geoiqtisadi 

təşəbbüsləri  sayəsində  Azərbaycan  regio-

nun  ən  güclü  dövlətinə  və  liderinə  çevri-

lib, dünyanın bu strateji regionunda heç bir 

siyasi,  iqtisadi,  yaxud  nəqliyyat  məsələsi 

Azərbaycanın  iştirakı  və  razılığı  olmadan 

həll edilə bilməz. Cənubi Qafqaz regionun-

da təcrid olunmuş Ermənistan Azərbaycan 

torpaqlarını işğal etdiyinə görə Xəzərin qaz 

və  neft  ehtiyatları  ilə  bağlı  əsas  geosiyasi 

və  geoiqtisadi  layihələrdən  kənarda  qalıb. 

Danılmaz  faktdır  ki,  Ermənistan  Cənubi 

Qafqazda ən asılı və yoxsul ölkədir”.

İsrailli ekspert Arye Qut “İsrailin səsi” 

radiostansiyasına  müsahibəsini  bu  sözlər-

lə  tamamlayıb:  “Müasir Azərbaycan-İsrail 

münasibətləri  ümumi  dəyərlərə  və  ortaq 

tarixə  əsaslanır.  İki  ölkə  arasında  mövcud 

insani  əlaqələr  və  müxtəlif  dini-tolerant 

cəmiyyətlərdə  yaşamaq  əzmi  bu  ölkələrin 

hər ikisini zənginləşdirir. Bundan əlavə, aş-

kardır ki, Azərbaycanda yəhudilərlə müsəl-

manlar həmişə dinc yanaşı yaşayıb, bu gün 

də qardaş kimi yaşayırlar, bu xalqların or-

taq tarixi və ümumi taleyi onları həmişəlik 

bir-birinə bağlayıb”.

“cənuBi qafqaZda daha  

Bir erməni dÖvləti ola BilməZ”



Yüklə 21,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə