Qiyməti 50 qəpik 27 may 2016-cı IL №29-32 (9035)



Yüklə 21,68 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix22.07.2018
ölçüsü21,68 Mb.
#58100
1   2   3   4   5   6   7

“Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanı” QSC-nin 

nümayəndə heyəti 88 ölkə-

dən 300-dən çox liman nü-

mayəndələrini özündə birləş-

dirən Beynəlxalq Limanlar 

Assosiasiyasının (Internati-

onal Association of Port and 

Harbors - IAPH) Panamada 

keçirilən illik konfransında 

iştirak edib.

Limandan bildirilib ki, konf-

rans zamanı IAPH-in direktorlar 

şurası  yekdilliklə  2018-ci  ildə 

illik konfransını Bakı şəhərində 

keçirmək  qərarı  veribdir.  Qeyd 

edək  ki,  Bakı  Limanı  2010-

cu  ildən  etibarən  IAPH-in  tam 

hüquqlu üzvüdür.

IAPH-in  baş  katibi  Susumu 

Naruse bu münasibətlə deyib ki, 

“IAPH dünyanın aparıcı liman-

ları  üçün  əməkdaşlıq  etmək  və 

qarşılıqlı  təcrübədən  öyrənmək 

üçün  gözəl  platformadır.  2018-

ci  ildə  keçiriləcək  konfransı-

mıza  ev  sahibliyi  etmək  üçün 

Bakı  şəhərini  seçdiyimiz  üçün 

çox məmnunuq və Azərbaycana 

səfər  edərək  yeni  Bakı  Limanı 

və  ətrafında  gedən  inkişafı  öz 

gözümüzlə görməyi səbirsizlik-

lə gözləyirik.”

IAPH-in  prezidenti  Santiago  Garcia 

Mila isə öz növbəsində bu konfransın Azər-

baycanda  və  ümumiyyətlə  sürətli  iqtisadi 

inkişaf  yolu  keçən  regionda  təşkilatın  ilk 

tədbiri olduğunu vurğulayıb: “İnanıram ki, 

dünyanın  hər  yerindən  gələcək  liman  nü-

mayəndələri Bakı Limanının Avrasiya mə-

kanında  nəqliyyat  və  logistika  mərkəzinə 

çevrilmək istiqamətində gördüyü işlərlə ta-

nış olmağa şad olacaqlar.”

Bakı Limanının baş direktoru Taleh Zi-

yadov  IAHP-in  illik  konfransının  Bakıda 

keçirilməsi  qərarını  mühüm  hadisə  kimi 

dəyərləndirib: “Bakı Limanının bu tədbirə 

ev  sahibliyi  etməsi  ölkəmizin  tanıdılma-

sı  baxımından  əhəmiyyətlidir.  Dünyanın 

müxtəlif limanlarından 500-dən çox qona-

ğın 2018-ci ildə ölkə paytax-

tına  səfər  etməsi  gözlənilir. 

Qonaqlar  yeni  Bakı  Lima-

nı  və  Azad  Ticarət  Zonası 

(ATZ) ilə əyani tanış olmaq-

la yanaşı, ölkəmizin tarixi və 

mədəniyyəti  haqqında  daha 

geniş məlumat toplamaq im-

kanı əldə edəcəklər”.

Baş qərargahı Tokio şəhə-

rində yerləşən IAPH 1955-ci 

ildən  fəaliyyət  göstərir  və 

hər  il  keçirdiyi  konfranslar-

da  limanların  dayanıqlıq  və 

təhlükəsizlik  məsələləri,  in-

novativ  avadanlıqlarının  tət-

biqi, ətraf mühitdə baş verən 

dəyişikliklərin  limanlara  tə-

siri,  informasiya  texnologi-

yaları və liman əməliyyatları 

və s. kimi mühüm mövzuları 

müzakirə olunur. Qeyd edək 

ki,  2015-ci  ildə  Hamburq 

şəhərində keçirilən illik kon-

fransa 2017-ci ildə Bali şəhə-

ri  (İndoneziya)  ev  sahibliyi 

edəcək.

Xatırladaq  ki,  Azərbay-



can  Respublikası  Prezidenti 

İlham  Əliyevin  2016-cı  il 

17 mart tarixli Sərəncamı ilə 

yeni  Bakı  Limanı  (Ələt  ter-

minalı)  və  ətrafında  ATZ-in 

yaradılması ilə bağlı müvafiq 

tapşırıqlar  verilmişdi.  Yeni 

Bakı Limanı ətrafında nəqliyyat və logistika 

infrastrukturunun qurulması, neft-kimya və 

əczaçılıq sahələrinin yaradılması, müxtəlif 

çeşiddə  malların  istehsalı,  qablaşdırılması, 

markalanması və s. kimi işlərin həyata ke-

çirilməsi planlaşdırılır. 2017-ci ildən ATZ-

in tam olaraq fəaliyyətə başlaması nəzərdə 

tutulub.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



27 may 2016-cы il   № 29-32 (9035)

5

Bakı limanı nüfuZlu BeYnəlXalq limanlar 

assosiasiYasının konfransına ev sahiBliYi edəcək

“iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri”

Azərbaycan Milli Elmlər 

Akademiyasının (AMEA) 

akademik H.Əliyev adına 

Coğrafiya İnstitutunun 

Xəzər dənizi problemləri 

bölməsinin elmi işçiləri 

Zabit Allahverdiyev, Nazim 

Əhmədov və Elnur Səfərov 

İran İslam Respublikasın-

da “İqlim dəyişmələrinin 

Xəzər dənizinə təsiri” mövzusunda keçirilən beynəlxalq təlimdə işti-

rak ediblər.

 Beynəlxalq İslam Ölkələri Elm və Okeanoloji Texnologiya Şəbəkə-

sinin təşkilatçılığı ilə keçirilən tədbirdə E.Səfərov “İqlim dəyişmələri-

nin Xəzərin səviyyə tərəddüdlərinə təsiri” mövzusunda məruzə ilə çıxış 

edib. O, Xəzər dənizi səviyyəsinin fəsli tərəddüdlərinin peyk altimetrik 

müşahidə məlumatlarına əsasən zaman-məkan paylanması və qlobal iq-

lim indekslərinin dəniz səviyyəsinin dəyişməsinə təsirinin veyvlet mode-

li vasitəsi ilə tədqiqindən danışıb, dinləyicilərin suallarını cavablandırıb.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

azərbaycan dünyada zəngin fauna 

və florası olan ölkələrdən biridir

Mayın 22-si Bey-

nəlxalq Biomüxtəliflik 

Günü idi. Avropanın 

bir çox ölkələrində

əsasən də Kanada-

da qeyd olunan bu 

əlamətdar gün BMT-

nin Baş Assambleyası 

tərəfindən 2000-ci il 

dekabrın 20-də elan 

edilib. Ətraf mühitin 

çirklənməsi, qlobal iqlim dəyişiklikləri, səhralaşma və əhalinin artımı 

ilə əlaqədar istehlakın çoxalması, təbii ehtiyatlardan tələsik istifadə 

biomüxtəlifliyin sürətlə azalmasına səbəb olan amillərdir.

Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin Baş Assambleyası-

nın biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun 

olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qo-

runması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına görə, ha-

zırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə 

olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoru-

ğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi 

mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən 

milli parklar 3,7 faizini təşkil edir.

Azərbaycan dünyada zəngin fauna və florası olan ölkələrdən biridir. 

Burada faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 

100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratla-

rın isə 15 minə yaxın növü qeydə alınıb. Ölkəmiz Yer kürəsində palçıq 

vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Dünyada 

çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - Şərq çina-

rı bitir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, 

nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun 

adı Azərbaycanın “Qırmızı kitabı”na yazılıb.

Azərbaycanda ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli 

istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. Son illər 

Prezident İlham Əliyevin sərəncamları ilə mühafizə edilən ərazilərin sa-

yının artırılması, onların sahələrinin genişləndirilməsi, eləcə də statusu-

nun qaldırılması, yeni milli parkların, qoruq və yasaqlıqların yaradılması 

Bioloji Konvensiyanın konseptual müddəalarına əsaslanaraq biomüxtə-

lifliyin bərpası və qorunmasının strateji və taktiki məsələlərinin həlli is-

tiqamətində Azərbaycanda atılmış çox mühüm addımlardır.



dənizlərin səviyyəsinin artması müşahidə olunur

Dünyanın yüzlərlə 

ekoloqu Keniyada ətraf 

mühit üzrə BMT-nin ikinci 

Assambleyasında iştirak 

etmək üçün bir araya 

gəlib.

Onlar hər il milyonlarla 

insanın ölümünə səbəb olan 

ekoloji problemləri, həmçi-

nin bir çox heyvan və bitki 

növlərinin nəslinin kəsilməsinə gətirib çıxaran qeyri-leqal ticarətin qar-

şısının alınması yollarını müzakirə edirlər. Assambleya iştirakçıları ərzaq 

tullantıları, biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istehsalın 

qənaətlə işlədilməsi barədə, dünya okeanlarının vəziyyətinin yaxşılaşdı-

rılmasına dair bir sıra qətnamələr qəbul etmək niyyətindədirlər.

BMT-nin  Ətraf  Mühit  Proqramının  (YUNEP)  və  Dünya  Səhiyyə 

Təşkilatının  birgə  hazırladığı  hesabat Assambleya  iştirakçılarının  mü-

zakirəsinə təqdim olunub. Hesabatda bildirilir ki, dünyada bütün ölüm 

hallarının dörddə biri iqlim dəyişiklikləri, havanın çirklənməsi, ekoloji 

problemlər və digər kimyəvi maddələrin istifadəsi ilə bağlıdır. Söhbət 

12,6 milyon insandan gedir. Bu insanlar müharibələr və münaqişələrlə 

nisbətdə hər il 234 dəfə daha çox ətraf mühitin deqradasiyası səbəbindən 

ölür.


YUNEP-in başqa məruzəsində deyilir ki, ətraf mühit yüksək templə 

tənəzzülə uğrayır. Torpağın səthi qızır, planetin bir çox sakinləri içməli 

su qıtlığı ilə üzləşirlər. Qar örtüyünün və buzlaqların əriməsi, habelə də-

nizin səviyyəsinin artması müşahidə olunur.



Hər il mayın 18-i dünya ölkələrində 

Beynəlxalq Muzeylər Günü kimi geniş 

qeyd edilir. Beynəlxalq Muzeylər Şu-

rasının (ICoM) təşəbbüsü ilə 1977-ci 

ildə təsis olunmuş bu əlamətdar günün 

məqsədi muzeylərin cəmiyyətin həyatın-

da nə dərəcədə mühüm rol oynadığını 

göstərməkdir.

Bu bayram qədim tarixə və zəngin mə-

dəniyyətə  malik  Azərbaycanda  da  geniş 

miqyasda qeyd edilir.

Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-

XII  əsrlərdə  Çin,  III  əsrdə  Qədim  Roma 

və  Yunanıstanda  estetik  dəyərə  malik  əş-

yaların,  əsərlərin,  sənədlərin  saxlandığı 

məkanların  müasir  muzeylərin  sələfləri 

hesab  olunduğunu  nəzərə  alaraq,  ölkəmiz 

ərazisində qurulmuş Atropatena və Albani-

ya dövlətləri hökmdarlarının saraylarını da 

belə  yerlər  kimi  qeyd  etmək  yerinə  düşər. 

Erkən  və  orta  əsrlərdə  isə  Azərbaycanda 

hakim  sülalələr  tərəfindən  kolleksiyaçılıq 

ənənələrinə maraq güclənib, qiymətli əşya-

lar xəzinələrdə, saray kitabxanalarında mü-

hafizə edilib.

Azərbaycanın ictimai-siyasi, mədəni hə-

yatında XIX əsrin ikinci yarısından etibarən 

sürətlə cərəyan edən proseslər muzey işinin 

təşkilinə təkan verib. İlk belə muzeylərdən 

biri görkəmli ədib Cəlil Məmmədquluzadə-

nin təşəbbüsü və yaxından iştirakı ilə XIX 

əsrin  sonlarında  Naxçıvanın  Nehrəm  kənd 

məktəbində təşkil olunub.

Ötən əsrin əvvəllərində isə Bakıda, xalq 

məktəbləri müdiriyyəti nəzdində Pedaqoji, 

həmçinin Ümumrusiya Texniki Cəmiyyəti-

nin  Bakı  şöbəsi  nəzdində  qapalı  muzeylər 

yaradılıb. Lakin Nehrəm kəndindəki muzey 

istisna olmaqla, adları qeyd edilən məkanlar 

çarizmin mənafeyinə uyğun fəaliyyət göstə-

rib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar 

edilən  qiymətli  arxeoloji  əşyalar  Tiflis, 

Moskva, Peterburq muzeylərinə göndərilib. 

Azərbaycanda  dövlət  səviyyəsində  1919-

cu  ildə  -  Xalq  Cümhuriyyətinin  dövründə 

təməli  qoyulmuş  ilk  milli  muzey  1920-ci 

ildən Azərbaycan Dövlət Muzeyi kimi fəa-

liyyət göstərib.

Sovet hakimiyyətinin ilk illərində Hacı 

Zeynalabdin  Tağıyev,  Murtuza  Muxtarov, 

Musa Nağıyev kimi Bakı milyonçularından 

müsadirə edilmiş qiymətli sənət əsərləri bu 

muzeyin  eksponatları  olub.  H.Z.Tağıyevin 

mülkündə yerləşən Milli Azərbaycan Tarix 

Muzeyinin  binasının  özü  də  tariximizdən 

xəbər verən daş abidə kimi qiymətlidir. Ona 

görə də bu yerə bəzən “Muzey içində mu-

zey” də deyirlər.

Ötən  əsrin  30-cu  illərindən  etibarən 

bir-birinin ardınca mahiyyətinə görə müxtə-

lif  təmayüllü  –  dövlət,  memorial,  səyyar, 

ədəbiyyat,  incəsənət,  tarix,  musiqi,  qoruq, 

teatr muzeyləri yaradılıb. 

Təəssüf  ki,  neçə-neçə  tarixi  abidə  və 

muzeylərimiz ötən əsrin 90-cı illərində er-

məni işğalçıları tərəfindən qarət olunub və 

dağıdılıb.  İşğal  olunmuş  torpaqlarımızda 

762 mədəniyyət abidəsi və 1431 mədəniy-

yət  müəssisəsi  qalıb.  Erməni  faşistləri  22 

muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv 

ediblər.


Canlı  muzey  olan  və  bu  gün  düşmən 

tapdağı altında qalan Şuşada 8 muzey fəa-

liyyət  göstərib.  Dövlət  Qarabağ  Tarixi 

Muzeyi,  dahi  bəstəkar  Üzeyir  Hacıbəyli-

nin  ev,  vokal  sənətimizin  banisi  Bülbülün 

memorial,  görkəmli  musiqiçi  və  rəssam 

Mir  Möhsün  Nəvvabın  xatirə  muzeyləri, 

Azərbaycan  Xalça  Muzeyinin  Şuşa  filialı, 

görkəmli  musiqiçi  Qurban  Pirimovun Ağ-

dam rayonundakı xatirə, Qubadlı, Zəngilan, 

Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonları-

nın tarix-diyarşünaslıq muzeyləri tamamilə 

qarət edilib. Keçmiş SSRİ-də yeganə olan 

Ağdam Çörək Muzeyi ermənilər tərəfindən 

tamamilə yerlə-yeksan olunub.

Azərbaycanda  milli  mənəvi  dəyərləri-

mizə, o cümlədən muzey işinə daim dövlət 

qayğısı  olub.  Ölkəmizdə  muzey  işinin  in-

kişafı  Ümummilli  Lider  Heydər  Əliyevin 

adı  ilə  bağlıdır.  Xalqımızın  milli  tarixi  və 

mədəni  irsinin  qorunmasında  muzeylərin 

dəyərini dərindən və həssaslıqla duyan Ulu 

Öndər respublikada müvafiq şəbəkənin ge-

nişləndirilməsini, onun maddi-texniki baza-

sının gücləndirilməsini daim diqqətdə sax-

layıb.  Azərbaycan  mədəniyyətinin  Üzeyir 

Hacıbəyli,  Hüseyn  Cavid,  Cəlil  Məmmə-

dquluzadə, Məmməd Səid Ordubadi, Cəfər 

Cabbarlı,  Bülbül,  Səməd  Vurğun,  Niyazi 

və  digər  nəhəng  simalarının  memorial-xa-

tirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq 

muzeyləri məhz ulu öndər Heydər Əliyevin 

şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Ümummilli  Lider  tərəfindən  muzey 

işinin  inkişafı  üzrə  müəyyən  edilmiş  prio-

ritetlər  bu  gün  Azərbaycan  Prezidenti  İl-

ham Əliyevin və ölkəmizin birinci xanımı, 

UNESCO-nun və ISESCO-nun xoşməramlı 

səfiri Mehriban Əliyevanın rəhbərliyi altın-

da fəaliyyət göstərən Heydər Əliyev Fondu 

tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın  birinci  xanımı,  Hey-

dər  Əliyev  Fondunun  prezidenti  Mehri-

ban  Əliyevanın  böyük  zəhməti  sayəsində 

“Şirvanşahlar  Sarayı  Kompleksi”,  Qız  qa-

lası və Qobustan Milli Tarix-Bədii Qoruğu  

UNESCO-nun  Dünya  İrsi  Siyahısına  daxil 

edilib.  Fondun  həyata  keçirdiyi  müxtəlif 

layihələr  çərçivəsində  Qarabağ  muzeyləri 

haqqında  məlumatlar  mötəbər  beynəlxalq 

təşkilatlara çatdırılır.

Hazırda ölkəmizdə 200-dən çox muzey 

fəaliyyət göstərir və onların ekspozisiyaları 

azərbaycançılıq  məfkurəsini  uğurla  təbliğ 

edirlər.

18 may Beynəlxalq muzeylər günü idi

muzeylərimiz azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər



Yüklə 21,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə