Qiyməti 50 qəpik 27 may 2016-cı IL №29-32 (9035)



Yüklə 21,68 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix22.07.2018
ölçüsü21,68 Mb.
#58100
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


27 may 2016-cы il   № 29-32 (9035)

7

ən böyük səyahət gəmisinin 

təqribən 1 milyard avroya 

inşa edildiyi bildirilir

Fransanın qərbindəki Saint-Nazaire tərsanəsində inşa edilən 

dünyanın ən böyük səyahət gəmisi Sauthemptona, oradan isə Aralıq 

dənizinə yola düşüb.

“Mail online”nin məlumatına görə, “Dənizlərin harmoniyası” adlan-

dırılan laynerin uzunluğu 362, eni 66, hündürlüyü isə 73 metrdir.  6300 

sərnişin, 2000 heyət üzvü üçün nəzərdə tutulub. Gəmi buz meydançası, 

kazino, konsert zalı, alpinistlər üçün divar və basketbol meydançasının 

olduğu 16 göyərtədən ibarətdir.

Fransanın STX şirkəti tərəfindən hazırlanan gəminin təqribən 1 mil-

yard avroya inşa edildiyi bildirilir. Dənizdəki ən sürətli internetə malik 

laynerdə 7 günlük səyahət azı 1200 dollara başa gələcək.

üzən şəhərin tikintisinə 

hazırlıq görülür

ABŞ-ın San-Fransisko şəhərində yerləşən Dənizdə Yaşayış Məskənlə-

ri İnstitutu ilk üzən şəhərin tikintisinə və hüquqi sənədləşməsinə hazırlıq 

işləri görür.

Dəniz sularında yeni növ yaşayış məntəqəsi artıq 2020-ci ildə yarana 

bilər.  Bu  şəhərdə  yaşayış  evlərinin  hər  kvadratmetri  alıcıya  5425  dollara 

başa gələcək. İnstitutun mütəxəssisləri üzən şəhərin layihəsi üzərində artıq 

bir neçə ildir işləyir, eyni zamanda internet vasitəsi ilə öz layihələri üçün 

vəsait toplayırlar.

Layihə müəllifləri üzən şəhərin özünün muxtar siyasi və sosial təhsil, iq-

tisadiyyat və vergi sisteminin olacağını bildirirlər. İndi onlar bu cür yaşayış 

məntəqələrinin hüquqi statusunu müəyyən edən müvafiq beynəlxalq razı-

laşmanın hazırlanması ilə məşğuldurlar. İlk üzən şəhərin həmin razılaşmanı 

imzalayan dövlətin yaxınlığında yerləşəcəyi istisna edilmir. Hazırda Sakit 

okeanın bəzi ada dövlətləri ilə belə bir şəhərin tikilməsi üçün ilkin məsləhət-



ləşmələr aparılır.

YarıZarafat, 

YarıgerÇək

hər şeyin yerindən əvvəl hər kəs öz ye-

rini bilməlidir.

şəxsiyyət olmayanlara şəxsiyyət vəsiqə-

si vermək cinayət deyil?

kiminsə pişiyinin ağaca dırmaşdırılma-

sına yəqin ən çox siçanlar sevinir.

Yalanın zamanı yoxdur. Yalan bütün za-

manlarda işləyib və işləyir.

mən  hələ  də  bəzilərini  başa  sala  bil-

mirəm ki, igidin yaraşığı ehtiyatdır, ehtiyac 

yox.

deyirəm bahaçılığın xeyri də var. Yəqin 

bundan sonra məni də ucuz satmayacaqlar.

Bu, bizə çoxmu lazımdır? adamın qanı-

nı qaraltmağın min yolunu bilirik.

sizə elə gəlir ki, hər “Baş üstə!” deyənin 

başı var?

həqiqət adama həyatı anlamağı, yalan 

isə həqiqətdən qaçmağı öyrədir.

Xırda  işləri  görə  bilməyəcəyinə  əmin 

olanlar adətən böyük işlərdən yapışırlar.

Yalanın dalınca sürünmək istəmirsənsə, 

həqiqətin arxasınca qaç.

Balalarınıza özünüzdən sonra təmiz ad 

qoyun. qalan şeyləri onlar özləri də qaza-

na bilərlər.

Bildiyini babasına verməyən də böyük-

lərə ehtiramdan danışır.

olsa, bəxt hər şeydən yaxşıdır.

mərifətli adamın savadı olmasa da olar. 

savadlı adamın mütləq mərifəti olmalıdır.

allah adama gün verir. işığı “Bakıelekt-

rikşəbəkə” verir.

haqqın öz yerini tutması üçün haqdan 

yaxşı tutmaq lazımdır.

hərə bildiyi qədər danışsa, elə sakitlik 

olar ki...

Yaxşı ki, 200 il yaşamırıq.  200 ilə gör nə 

qədər pislik etmək olar?!

Yalan  həmişə  hər  yerə  həqiqətdən  tez 

çatır.

hər  kəs  düz  yolda  olduğunu  düşünür. 

neçə düz yol var ki?

Yıxmaq sənət deyil. lap dağ boyda evi 

yıxsan da.

gedəsi yer olmayanda... güzəştə gedir-

lər.

Bu dünyada adama ən çox vəd verirlər. 

hətta allah da, əməllərimizə görə bizə cən-

nət və ya cəhənnəm vəd edir.

Bir atımlıq barıt uzağı haraya çatır?

Bəziləri  burunlarını,  burundan  uzağı 

görə bilmədiklərinə görə kəsdirirlər?

Yalanda zərrəcə oksigen yoxdursa, bə-

ziləri yalanla necə nəfəs alır?

nə boydadır ki, başı heç nədən çıxmır?

Yüz yerə işləyənlər işgüzar adamlardır?

adam var, ağzını açan kimi, görünür ki, 

çörəyi diz üstədir.

Çox bilənlər qulaq asdığımız qədər, az 

bilənlər zəhlə tökənə kimi danışırlar.

Yaxşı adam olmağın nəyi pisdir ki, çoxu 

yaxşı adam olmaq istəmir?

ən  çox  gözlərim  ağrıyır.  Özünü  gözə 

soxan nə qədər olar?

Yaşamaq  üçün  günü  günə  neçəyə  sat-

maq lazımdır?

Bəzi adamlara üz əvəzinə dərhal astar 

göstərmək lazımdır.

Yemək  acandan-acana,  ümid  həmişə 

yaxşıdır.

adam var, üç gündən bir “donos” yaz-

masa, özünü birtəhər hiss edir.

it nə qədər çox olsa, it hürən tərəfə ge-

dən də bir o qədər çox olar.

lap min kişidən biri ol, amma kişi ol!

arxada danışanların çoxu üzə gülənlər-

dir. inanmırsınızsa, dönüb baxın...

minnət ən yüksək faizdən də pisdir.

lap neft çıxsa da, başqasının ayağının 

altını qazmaq kişilikdən deyil.

Bir dildə anlamaq üç-dörd dildə danış-

maqdan yaxşıdır.

üzə  bilməyənə  bir  maşın  saman  da 

kömək eləməz.

düşmənə  çevrilən  keçmiş  dost  digər 

düşmənlərdən daha təhlükəlidir.

Pişiklərini  ağaca  dırmaşdıracaqların-

dan qorxduqları üçün çox adam ağaclara 

qənim kəsilib?

Yaxşı ki, kök deyiləm. Bəziləri adamın 

ətini yeməyə hazırdır.

olsa, pul çox yaxşı şeydir, olmasa, əlbət-

tə ki, əl çirkidir.

Rasif  TAHİRoV

XX əsrin 60-cı illərində Yeni Qvineyada itkin 

düşmüş Rokfellerlər ailəsinin varisi Mayklın 

Asmat qəbiləsinin üzvləri tərəfindən yeyildiyi 

ehtimal olunur.

Vestifinance.ru  saytının  yazdığına  görə,  Maykl 

Rokfellerin itkin düşməsi ilə nəticələnən hadisələr 

zənciri 1957-ci ildən başlayıb. Həmin il onun atası, 

Nyu-York ştatının qubernatoru Nelson Oldriç Rok-

feller primitiv sənətlər muzeyi açır. Nelson hazırda 

Rokfeller ailəsinin başçısı olan 99 yaşlı Devid Rok-

fellerin böyük qardaşıdır.

Muzeyin  qəyyumlar  şurasının  üzvləri  arasında 

19  yaşlı  Maykl  da  vardı.  Harvard  Universitetinin 

tarix üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirən 

və ABŞ  ordusunda  6  ay  xidmət  edən  Maykl  atası 

tərəfindən təsis edilmiş muzeyin kolleksiyasına öz 

töhfəsini vermək qərarına gəlir. Bu məqsədlə 1961-

ci  ilin  martında  universitetin  nəzdindəki  Pibodi 

arxeologiya və etnoqrafiya muzeyinin təşkil etdiyi 

ekspedisiyaya qoşulur. Ekspedisiya Niderland Yeni 

Qvineyasında yaşayan Dani qəbiləsinin həyat tərzi-

ni öyrənmək üçün təşkil olunmuşdu.

Bir  müddət  sonra  Maykl  bu  ekspedisiyadakı 

fəaliyyətini  dayandırır  və  bütün  diqqətini  həmin 

ərazilərdə  yaşayan  Asmat  qəbiləsinin  tədqiqinə 

yönəltməyi qərara alır. 1961-ci ilin oktyabr ayında 

o, antropoloq Rene Vassinqlə birgə holland patrul-

larının  birindən  əldəqayırma  katamaran  alır  və  üç 

həftə ərzində aborigenlərin 13 kəndini dolaşır.

Belə səfərlərin birində, 1961-ci il noyabrın 17-

də sahildən 5 kilometr aralıda güclü dalğalar qayığı 

aşırır və gənc Rokfeller itkin düşür. Onun tapılması 

üçün göstərilən böyük səylər heç bir nəticə vermir 

və 1964-cü ildə Maykl rəsmən həlak olmuş sayılır. 

Ölümə səbəb kimi suda boğulma göstərilsə də, ver-

siyalar içərisində onun sahilə çıxdıqdan sonra As-

mat qəbiləsi tərəfindən öldürülərək yeyilməsi də yer 

alır.

2014-cü  ilin  martında  Amerika  yazıçısı  Karl 



Hoffman bu versiyanı öz kitabında detallarına qədər 

qələmə alır. Hoffmanın sözlərinə görə, o, bu versi-

yanı təsdiqləyən yüzlərlə müxtəlif sənəd - Niderland 

hökumətinin yerli missionerlərlə yazışmalarına dair 

teleqram və məktublar əldə edə bilib. Həmin dövrdə 

Niderland  hakimiyyəti  koloniya  üzərində  nəzarəti 

saxlamağa çalışdığından varisin ölümünün dəhşətli 

təfərrüatını gizlətməyə çalışıb.

Qeyd  edək  ki,  Nyu-Yorkdakı  primitiv  sənətlər 

muzeyi 1976-cı ildən fəaliyyətini dayandırıb. Maykl 

Rokfeller və Rene Vassinqin gətirdiyi Asmat qəbilə-

sinə məxsus sənət nümunələri isə Nelson Rokfeller 

tərəfindən  1979-cu  ildə  Nyu-Yorkdakı  Metropoli-

ten Muzeyinin kolleksiyasına bağışlanılıb. Hazırda 

onlar muzeydə Maykl Rokfellerin adı ilə nümayiş 

edilir.


Tahir DADAŞoV

Bu ilin martında ABŞ-ın dəniz 

məsələləri üzrə eksperti Ronald 

o’Rurk tərtib etdiyi “Çinin dəniz 

qüvvələrinin modernləşdirilməsi: 

Amerika Birləşmiş Ştatlarının Hər-

bi Dəniz Qüvvələri üçün nəticələri” 

adlı hesabatı Konqresə təqdim edib. 

Hesabatda o’Rurk amerikalı ekspert 

və natiqlərin çıxışlarına istinadən, 

Çinin sualtı qayıqlarının sayı barədə 

fərziyyələr irəli sürüb.

Ekspert  iddia  edib  ki,  hələ  2015-ci 

ildə Çinin sualtı qayıqlarının ümumi sayı 

66-75  arasında  göstərilirdisə,  2020-ci 

ildə onların sayı 69-78, 2026-cı ildə 72-

81 və 2030-cu ildə isə böyük ehtimalla 

99-a çata bilər. Amerikalı ekspertin ehtimalına görə, 

Çinlə müqayisədə 2026-cı ilə amerikalıların sualtı 

qayıqlarının ümumi sayı 61-ə çata bilər və 2030-cu 

ilə qədər bu gəmilərin yalnız 53-ü istismar müddəti-

ni başa vurmamış olacaq. Lakin bütün bunlarla ya-

naşı, Amerika gəmilərinin sayının az olmasına bax-

mayaraq, onların əksəriyyəti nüvə arsenalı ilə təchiz 

ediləcək. Amerika sualtı gəmilərindən fərqli olaraq, 

Çin sualtı gəmilərinin ən yaxşı halda yalnız yarısı 

nüvə arsenalı ilə təchiz edilə bilər. Vaşinqton Stra-

teji və Beynəlxalq Araşdırmalar Mərkəzi qeyd edir 

ki, Çinin ballastik raketlərlə təchiz edilmiş “Çzin” 

layihəli sualtı gəmiləri ABŞ sahillərinə gözlənilməz 

hücum etmək iqtidarında deyil. Belə ki, bu sualtı qa-

yıqların yerini səsinə görə hidrolokatorlarla müəy-

yən  etmək  çox  asandır.  Məsələ  ondadır  ki,  Çinin 

yeni layihə əsasında hazırlanan sualtı qayıqları, ötən 

əsrin 70-ci illərində sovetlər tərəfindən istismardan 

çıxarılan “Kalmar” sualtı gəmilərindən daha çox səs 

çıxarır. Çinin sualtı donanmasının ikinci zəif nöqtə-

si  rabitə  ilə  bağlıdır.  Çinin  bu  istiqamətdə,  daha 

doğrusu, ultra-aşağı tezliklər ilə ünsiyyət üzərində 

iş aparması ilə bağlı məlumatlar olsa da, Amerika 

kəşfiyyatı bu barədə səhih məlumata malik deyil və 

nəhayət ABŞ-ın Çin sualtı donnamasında zəif hədəf 

kimi dəyərləndirdiyi məsələlərdən ən önəmlisi sual-

tı baza ilə bağlıdır. Belə ki, Çinin Haynan adasında 

yerləşən  bazası  ABŞ  qüvvələri  və  onların  müttə-

fiqləri üçün o qədər də əlçatmaz hədəf deyil. Lakin 

bütün  bunlara  baxmayaraq,  amerikalılar  özləri  də 

Çinin Sakit okeanda möhkəmlənməyə can atdığını 

etiraf etmək məcburiyyətindədirlər. Buna əyani sü-

but kimi, Çinin son illər Vudi adasında “Yer-hava” 

raketlərini  yerləşdirməsini,  Cənubi  Çin  dənizində 

yeni  baza  inşa  etməsini  göstərirlər.  Xatırladaq  ki, 

aprelin ortalarında Filippinə səfər edən ABŞ-ın mü-

dafiə naziri Eşton Karter 2020-ci ilə qədər Cənubi 

Çin  dənizinə  pilotsuz  sualtı  qayıq  göndərəcəkləri 

barədə məlumat verib. Çinin sualtı donanması təkcə 

ABŞ-ı deyil, qonşu ölkələri də narahat edir.  “Reu-

ters” xəbər verir ki, Çinin hərbi fəallığından narahat 

olan Hindistan ABŞ-la qarşılıqlı hərbi yardım barə-

də danışıqlara başlayıb.

A. Babayev

suda BoĞulduĞu ehtimal olunan 

varisin Başına nə gəliB?

sualtı donanmasından

ehtiYatlanmaĞa BaşlaYıBlar



A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


27 may 2016-cы il   № 29-32 (9035)

Baş redaktor

rasif iman oğlu

tahirov

ünvanımız:

aZ1003, Bakı şəhəri,

Xanlar küçəsi, 22

telefonlarımıZ:

Baş redaktor

(050) 670-33-76

redaktor

(070) 252-39-02

qəzetin təsisçisi:

“azərbaycan Xəzər dəniz

gəmiçiliyi”

qapalı səhmdar 

cəmiyyəti

qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 1457

8

“formula-1” avropa qran-prisini 190 ölkədə 

500 milyondan artıq tamaşaçı izləyəcək

Gələn ay Bakıda keçiriləcək “Formula-1” 

üzrə Avropa Qran-prisinə hazırlıq işləri plana 

uyğun olaraq davam edir. Trekin asfaltlan-

ması prosesi artıq başa çatıb. Görülən işlər 

beynəlxalq qurumlar tərəfindən də yüksək 

qiymətləndirilib. Pit binasının tikintisi isə 

artıq yekunlaşıb. Hazırda orada texniki ava-

danlığın quraşdırılması prosesi gedir.

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Bildirib  ki,  azarkeşlər  üçün  18  min  oturacaq  quraşdırılıb.  Bundan 

əlavə,  azarkeşlərə  ayaqüstü  biletlər  də  təklif  olunur  ki,  onlar  yarışı  iz-

ləməklə yanaşı, konsert və əyləncə proqramlarında iştirak edə biləcəklər. 

Yarış sürətli şəhər treki adına malikdir. Belə ki, Qran-pri zamanı bolidlər 

saatda 340 kilometr sürətlə hərəkət edəcəklər. Bakı Şəhər Halqası paytax-

tın gözəlliyini dünyaya çatdırmağa imkan verəcək. Yarış zamanı televizi-

ya tamaşaçıları Bakının tarixi və müasir görkəminə şahid olacaqlar. Bilet 

satışı isə istədiyimiz kimi davam edir.

Dünya pilotlarının Bakı Şəhər Halqası haqqında yüksək fikirdə oldu-

ğunu bildirən nazir deyib: “Beynəlxalq Avtomobil Federasiyasının rəsmi-

si Çarli Vaytinq bir müddət əvvəl ölkəmizdə səfərdə oldu və görülən işləri 

yüksək qiymətləndirdi. O, pilotlar və azarkeşlər üçün heç bir təhlükənin 

olmadığını diqqətə çatdırdı. Əcnəbi vətəndaşlar üçün viza rejimi də sa-

dələşdirilib. Belə ki, yarışa qeydiyyatdan keçmiş insanlarda akkreditasi-

ya, turistlərdə isə alınan bilet viza rolunu oynayacaq. Yarışa 4 min könüllü 

cəlb olunub. Qran-priyə kifayət qədər böyük maraq var. Bu yarışı 190 

ölkədə 500 milyondan artıq tamaşaçı izləyəcək”.

Bakı şahmat olimpiadasının 

baş hakimi faiq həsənov olacaq

Bakıda keçiriləcək 42-ci Şahmat 

olimpiadasının baş hakimi müəyyən-

ləşib.

Bakı Şahmat Olimpiadası Əməliy-

yat Komitəsinin mətbuat xidmətinin  

verdiyi məlumata görə, Ümumdünya 

Şahmat Olimpiadasının baş hakimi 

Faiq Həsənov olacaq. Ümumilikdə 

Olimpiada vaxtı 200-ə yaxın hakim 

partiyalara nəzarət edəcək. Baş haki-

min köməkçiləri Anastasiya Sorokina 

və Mahdi Abdulrahim olacaq.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Hakimlər Komissiya-

sının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sent-

yabrın 1-də start götürəcək və ayın 14-də başa çatacaq. Ölkəmizdə ilk 

dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpia-

da günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası 

olacaq.

Mayın 21-də Bakıda keçirilən 

17 yaşadək futbolçular arasın-

da Avropa çempionatının qalibi 

müəyyənləşib.

Qitə  birinciliyinin  finalında 

qarşılaşan Portuqaliya və İspaniya 

milliləri arasında dueldə Portuqali-

ya daha güclü olub.

Azarkeşlər  oyundan  əvvəl 

möhtəşəm bağlanış şousunun şahi-

di olublar.

“8-ci  Kilometr”  qəsəbə  stadi-

onunda  oynanılan  final  görüşünü 

çexiyalı  hakim  Petr  Ardeleanu 

idarə edib.

Portuqaliya  millisinin  start 

heyətində  Dioqo  Koşta,  Dioqo 

Dalo,  Dioqo  Keyroş,  Ruben  Vi-

naqre,  Gedson  Fernandeş,  Joau 

Filipe, Jose Qomes, Kina, Mezake 

Dju,  Dioqu  Leyte  və  Florentino 

meydana çıxıblar.

İspaniya yığmasının heyətində 

isə  meydana  Penya,  Robles,  Qar-

siya,  Brandariz,  Sabarte,  Buskets, 

Emboula,  Morlanes,  Ruis,  Dias, 

Subias çıxıblar.

İlk  hissədə  hücumda  daha 

inamlı  oynayan  portuqaliyalılar 

27-ci dəqiqədə hesabı açıblar. Di-

oqo Dalot topu qapının uzaq kün-

cünə  göndərib.  İspaniya  yığması 

beş  dəqiqə  sonra  hesabı  bərabər-

ləşdirib.  Oyunun  32-ci  dəqiqəsin-

də Dias başı ilə bərabərlik qolunu 

vurub. İkinci hissə də qarşılıqlı hü-

cumlar şəraitində keçib. Komanda-

ların fərqlənməyə bir neçə imkanı 

olsa  da,  görüşün  əsas  vaxtı  heç-

heçə  başa  çatıb.  Qalibi  müəyyən-

ləşdirmək üçün on bir metrlik zər-

bələr  vurulub.  Penalti  zərbələrini 

dəqiq  yerinə  yetirən  Portuqaliya 

millisi tarixində ikinci dəfə Avropa 

çempionu adını qazanıb.

Mükafatları  qaliblərə  UEFA 

rəsmiləri  ilə  yanaşı  AFFA  prezi-

denti Rövnəq Abdullayev, Gənclər 

və İdman naziri Azad Rəhimov və 

digər rəsmi şəxslər təqdim ediblər.

Xatırladaq ki, Portuqaliya mil-

lisi  finaladək  qapısından  bir  top 

belə  buraxmayıb.  Bu  yığmanın 

qapıçısı  Dioqu  Koşta  624  dəqiqə 

“çərçivəni”  toxunulmaz  saxlayıb. 

Hücumçu  Joze  Qomes  isə  yeddi 

topla turnirin ən yaxşı bombardiri 

olub. 

Helio  Souzanın  baş  məşqçi-



si  olduğu  Portuqaliya  komandası 

“A”  qrupunun  açılış  oyununda 

Azərbaycan yığmasına 5:0, Şotlan-

diyaya 2:0 hesabı ilə qalib gələrək, 

ardından Belçika ilə heç-heçə edib 

- 0:0. Portuqaliya millisi finaladək 

qapısından  bir  top  belə  buraxma-

yıb.


Turnirdə  “D”  qrupunda  mü-

barizə  aparan  İspaniya  isə  Hol-

landiyanı  2:0,  İtaliyanı  4:2  hesa-

bı  ilə  məğlub  edərək,  Serbiya  ilə 

bərabərliyə  qalıb  -  1:1.  Nəticədə, 

komanda  7  xalla  qrup  lideri  kimi 

mərhələ adlayıb.

Dörddəbir  finalda  Portuqa-

liya  Avstriyaya  5:0,  İspaniya  İn-

giltərəyə 1:0 hesabı ilə qalib gəlib. 

Yarımfinalda  Portuqaliya  Hollan-

diyanı 2:0, İspaniya isə Almaniya-

nı 2:1 hesabı ilə məğlub edib.

Nəticədə, Portuqaliya və İspa-

niyanın  U-17  milliləri  bu  gün  ta-

rixlərində ikinci dəfə finalda üz-üzə 

gəliblər.  2003-cü  ildə  keçirilmiş 

həlledici qarşılaşmada Portuqaliya 

qələbə qazanmışdı - 2:1. Lakin hə-

min  çempionat  qalib  komandanın 

vətənində təşkil olunmuşdu.

Portuqaliya Avropa çempiona-

tının  final  mərhələsində  2002-ci 

ildən çıxış edir və bu müddətdə qı-

zılla yanaşı, bürünc medalı (2004-

cü  il)  da  hesabına  yazıb.  Altıncı 

dəfə  final  oynayan  İspaniya  isə 

ikiqat  Avropa  çempionu  (2007, 

2008-ci il) və bir dəfə bürünc mü-

kafatçı (2006-cı il) olub.



Bakının ev sahiBliYi etdiYi “uefa u-17” avroPa ÇemPionatında 

PortuqaliYa millisi Birincilik qaZanıB

Yüklə 21,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə