www.vivo-book.com
2
QOCA VƏ DƏNİZ
Qoca ikiavarlı balaca qayıqda Qolfstrimdə
1
təkbaşına
balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə çıxır, hər
dəfə də əliboş qayıdırdı. İlk qırx gün
ərzində oğlan da qoca
ilə bərabər getmişdi, lakin sonra ata-anası onu başa salmışdı
ki, bəs qoca açıq-aşkar
salao
adamdır, yəni bəxtsizin-
uğursuzun biridir; o da valideynlərinin
təkidi ilə qocadan
ayrılıb başqa qayığa keçmişdi,
özü də elə birinci həftə
ərzində evlərinə üç iri balıq gətirmişdi. Qocanın halı oğlanı
yaman kədərləndirirdi; hər gün əliboş qayıtdığını
görəndə
ona əməlli-başlı yazığı gəlirdi. Oğlan axşamlar sahilə gedib
qayıqdakı şey-şüyləri – kəndiri, yelkən dolanmış dorağacını,
ya da nizəni daşımaqda qocaya kömək edirdi. Yelkən
başdan-başa yamaq içindəydi. Dorağacına sarınmış bu
1
Qolfstrim
– Atlantik okeanında isti
cərəyan
(axın
).
www.vivo-book.com
3
köhnə kətan parçası ardıcıl məğlubiyyətlərə düçar olub
darmadağın edilmiş alay bayrağına oxşayırdı.
Taqətdən düşmüş, heyi kəsilmiş yorğun qoca çox arıq
idi; peysərini dərin qırışlar örtmüş, qonur rəngə çalan sifətini
ləkələr bürümüşdü. Hər iki yanağı boyunca üzüaşağı
səpələnmiş bu ləkələr qocanın ta boynuna qədər yayılırdı.
Dənizdən ağır, nataraz balıqları dartıb çıxartmaqdan
kəndir onun əllərini kəsib yarıq-yarıq eləmişdi.
Özü də
yarıqların heç biri təzə deyildi;
onlar eynən susuz
səhralardakı köhnə, quru çatlara bənzəyirdi.
Gözlərindən başqa, onun hər yeri,
hər şeyi
köhnəlmişdi, təkcə dəniz kimi mavi gözləri xalis gənclik
ehtirasıyla alışıb-yanırdı; bu gözlər qocanın
nə qədər
məğlubedilməz olduğunu təsdiqləyirdi.
– Santyaqo, – deyə oğlan qayığı sahildə yerbəyer edib
yoxuşla qəsəbəyə qalxdıqları zaman qocaya üz tutdu, –
bundan sonra mən dənizə yenə də səninlə gedəcəm. Biz artıq
bir az pul qazanmışıq.
Balıq tutmağın bütün sirlərini ona öyrətdiyi üçün oğlan
qocanı çox sevirdi.