www.vivo-book.com
69
– Hə, indi necəsən? Yoxsa hələ tezdir?
O, tunesin ətindən daha bir tikəni götürüb ağzına atdı
və çeynəyə-çeynəyə düşündü: “Pis deyil, yaxşı balıqdır, qanı
da üstündədir.
Bəxtim onda gətirdi ki, qarmağıma
skumbriya yox, tunes keçdi. Skumbriya həddən ziyadə şirin
olur. Tunesin ətində isə heç şirinlik yoxdur. Amma lazım
olmayan
şeylər
haqqında
düşünüb
fikrimi
yayındırmamalıyam, – deyə tunesin bir tikəsini də ağzına
qoydu. – Kaş bircə çimdik duz olaydı. Heç bilmirəm bu
tikələr gün altında qalsa xarab olar, ya yox? Ac olmasam da,
hamısını yeyəcəm. Mənim nəhəng balığım hələ ki, şıltaqlıq
eləmir. Doğradığım tikələrin hamısını yeməliyəm ki,
dostumun hər hoqqasına qarşı hazır olum”.
–
Mənim əlim, bir az hövsələli ol, –
qoca əlinə
müraciət elədi. – Özün görürsən ki,
səndən heç nə
əsirgəmirəm, çalışıram ki, sağalasan. Bacarsaydım, öz
nəhəng balığımı da yemləyərdim, axı o mənim qardaşımdır.
Bununla belə, mən onu öldürməliyəm. Öldürmək üçün də
gərəkdir ki, güclü və gümrah olum.