www.vivo-book.com
75
Qoca iri balıqları çox görmüşdü, lap min girvənkədən
ağırlarına
da rast gəlmişdi, hətta bir dəfə (əlbəttə, təklikdə
yox) iki zırpısını da tutmuşdu. İndi isə təkbaşına, özü də
sahildən
xeyli uzaqda, açıq dənizin tən ortasında nəhəng
balıqla üzbəüz, təkbətək qalmışdı. Bu durum nəinki onun əl-
qolunu bağlamışdı, hətta bütün varlığını sarsıtmışdı; bu
yandan da, tərslikdən,
sol əli keyləşmiş, qartal caynağıtək
büzüşüb qalmışdı.
“Mənə elə gəlir ki, sol əlim açılacaq, əlbəttə, açılıb sağ
əlimə kömək etməlidir. Biri vardı, biri yoxdu, üç qardaş
vardı... Onların biri dənizdəki nəhəng balıqdır,
ikisi də
mənim əllərimdir – sağ əlimlə sol əlim. Yox, mütləq
açılacaq. Belə vaxtda onun keyiməsi biabırçılıq olardı”.
Balıq sürətini azaldıb, yenə əvvəlki mütiliklə üzürdü.
“Görəsən o niyə birdən-birə suyun üzünə çıxdı? – qoca
özündən soruşdu. – Yəqin, necə nəhəng olduğunu mənə
göstərmək istəyirdi. Çox yaxşı,
hesab elə ki, gördüm,
niyyətini də başa düşdüm. İndi növbə mənimdir, gərək mən
də necəliyimi ona göstərəm. Görəsən, balıq mənim qıc olan
əlimi görsəydi, neylərdi? Kaş o mənim barəmdə əslində