www.vivo-book.com
79
Qoca dediklərini indiyəcən azı min dəfə sübut etmişdi,
ancaq onun bu vaxta qədər etdikləri indikinin yanında heç
nə idi. İndi bu təzə hadisə ilə
dediklərini bir də təsdiq
edəcəkdi. Keçənə güzəşt deyib düşündü: “Balıq yatsaydı,
əcəb yaxşı olardı. Bir az gözümü yumub yuxuda şirləri
görmək istərdim. Görəsən, bu günəcən həyatda rastlaşdığım
şeylərdən ən çox yadımda qalanı niyə şirlərdir?”
Özünə xitabən dedi: “Qoca, bəsdir fikirləşdin, başını az
yor. Kürəyin taxtaya söykəyib bir az dincəl, özün də heç nə
düşünmə! Bu dəqiqə balıq öz canının hayındadır, heç
olmasa, həmin müddətdə sən də canının dərdini çək”.
Günəş artıq qüruba hazırlaşırdı. Qayıq aramla, əvvəlki
istiqamətdə üzürdü. Şərqdən əsən külək qayığı
qabağa
itələyirdi. Xırda ləpələr oynadıqca qayığı atıb-tutur, qocanı
da yüngül-yüngül yırğalayırdı; amma çiynində tarım
saxladığı tilov ipi onun kürəyini bərk ağrıdırdı.
Birdən ip təzədən üzə çıxmağa başladı. İntəhası balıq
bir azca yuxarı qalxsa da, üzməyi yenə eyni tərzdəydi.
Günəş indi qocanın sol çiynini,
qolunu və kürəyini