www.vivo-book.com
81
– Balıq, əgər sən yorulmamısansa,
daha sənə sözüm
yoxdur, deməli, doğrudan da, çox qəribə,
qeyri-adi
varlıqsan.
Özü isə yorulub heydən düşmüşdü; havanın tezliklə
qaralacağını, axşamın tezliklə düşəcəyini bildiyindən ayrı
şeylər barədə düşünməyə çalışdı.
Gran Ligas
beysbol
liqasını xatırladı; bu liqanı qoca beysbol liqalarından ən
məşhuru hesab edirdi. Sonra yadına
düşdü ki, bu gün Nyu-
Yorkun “Yankilər”i Detroytun “Pələnglər”i ilə oynayacaq.
“Düz iki gündür
juegos
4
nəticələri
barədə heç nə
bilmirəm, – o, fikrə getdi. – Amma var gücümü toplayıb,
ustad Di Macionun adına layiq iş görməliyəm. Dabanlarının
döyənəyi onu bərk incitdiyi vaxtlarda da Di Macio hər şeyi
əla edirdi. Görəsən, sümük döyənəyi nə olan şeydir?
Un
espuelo de hueso
5
– biz balıqçılar bu xəstəliyə tutulmuruq.
Görəsən, bu döyənək dedikləri döyüşkən xoruzların
mahmızlarının zərbəsi qədər ağrıdıcıdırmı? Yəqin ki, mən
4
Jueros– idman oyunları
(ispanca)
5
Un espuelo de hueso
Dostları ilə paylaş: