www.vivo-book.com
82
nə mahmız azarının ağrısına, nə də gözlərimin kor olmasına
dözə bilməzdim. Davakar xoruzlar kimi uzun-uzadı
döyüşməyə tab gətirərəm. Amma insan övladı
vəhşi
heyvanların, yırtıcı quşların yanında heç nədir. Mən bu saat
dənizin qaranlıqlarında üzən o məxluq olmaq istərdim”.
– Amma bir şərtlə ki, köpəkbalıqları
üstümə hücum
çəkməsinlər, – qoca ucadan dilləndi. – Hücum çəksələr,
onda
Allah ya onlara verər, ya da mənə.
“Sən elə bilirsən ki, dahi Di Macio da bu balıqdan sən
yapışan kimi yapışardı? – qoca özündən soruşdu. – Hə,
əminəm ki, o da mənim kimi edərdi, hələ bir az da o yana
keçərdi, çünki o məndən həm cavandır, həm də güclüdür.
Elə onun da atası balıqçı olub... Görəsən, sümük döyənəyi o
yazığı çox incidir?”
– Vallah, bilmirəm, – yenə ucadan dilləndi. –
Ömrümdə sümük döyənəyi olmamışam.
Batan günəşin necə qürub etməsini seyr edəndən sonra
qoca qabaqlar Kasablankada
olarkən bir dəfə meyxanada
zırpı bir zənciylə qol yarışına çıxdığını xatırladı. Gəmi
tərsanəsində ən güclü adam sayılan bu syenfueqoslu
www.vivo-book.com
83
pəzəvənglə cəngə girib kimin qolunun daha güclü olduğunu
aydınlaşdırmaq istəmişdilər.
Hə, onlar masa arxasında
üz-üzə əyləşmişdilər,
dirsəklərini də tabaşirlə cızılmış dairənin içərisində masaya
dirəyib pəncə-pəncəyə vermişdilər.
Düz bir gün bir gecə
beləcə
qarşı-qarşıya
oturub
qollarını
tərpətmədən
qüvvələrini sınamış, güc gəlib biri o birinin qolunu əyməyə
cəhd etmişdi. Həmin vaxt meyxanada olanların əksəriyyəti
mərcə girmişdi. Adamlar ağ neft çırağı ilə işıqlandırılan
otaqda var-gəl edirdilər. Qoca isə gözlərini zəncinin əlindən,
sifətindən, dirsəklərindən bir an belə ayırmırdı.
Səkkiz saat
keçəndən sonra münsiflər yoruldular: yatıb dincələ bilsinlər
deyə, hər dörd saatdan bir onları dəyişdirmək qərara alındı.
Hər ikisinin dırnaqlarının altından qan sızırdı, lakin heç biri
gözünü o birindən çəkmirdi. Mərcləşənlər tez-tez bayıra
çıxıb təzədən otağa qayıdır, divar uzunu düzülmüş kətillərdə
oturub yarışın necə qurtaracağını maraqla, səbirsizliklə
gözləyirdilər. Yadındadı ki, açıq-abı
rəngli taxta divarlara
adamların kölgələri düşür, külək tavandan asılmış çırağı