www.vivo-book.com
87
hündürlükdən asta-asta uçub ovladığım balığa yuxarıdan
baxım. Çanaqlı bağa ovuna gedəndə gəminin dorağacına
dırmaşıb doyunca baxardım, suyun altında nə qədər şeylər
görərdim. Skumbriyalar tünd-yaşıl rəngə çalırdı,
hətta
pərlərinin bənövşəyi zolağı və xalları belə görünürdü; özləri
də dəstə ilə, topa-topa bir yerdə üzürdülər. Qəribədir, nəyə
görə çox dərində yaşayan və çox sürətlə üzən balıqların
bəzəkləri də, naxışları da, hətta xalları
da bənövşəyi rəngə
çalır? Rəngi qızılı olduğu halda, skumbriya suyun altında
niyə yaşıl rəndə görsənir? Bərk acıb şikara çıxanda da
onların böyürlərində, eynən marlin balığınınkı kimi,
bənövşəyi zolaqlar peyda olur. Niyə görəsən? Qəzəbdən, ya
da çox sürətlə üzməkdən belə ola bilərlərmi?”
Şər qovuşana yaxın qocanın qayığı
böyük Sarqas
yosunları adasının yanından ötərkən ləpələrin təmasından
sarımtıl yosunlar suda yellənə-yellənə xəfifcə yırğalanırdı.
Elə bil əzəmətli okean öz məşuqəsini ağuşuna alıb qızılı
ipək yorğan altında onu oxşayıb əzizləyirdi. Elə bu vaxt
qocanın balaca qarmağına bir skumbriya keçdi. O, balığı
havaya sıçrayanda görmüşdü. İndi skumbriya günəşin