www.vivo-book.com
89
çiyninə keçirib sağ əlini dənizdə yuya-yuya ətrafa baxdı:
günəş artıq okeanın dalğaları altına enirdi.
Qoca belini dikəldib ağırlaşmış
tilov ipinin dəniz səthi
ilə əmələ gətirdiyi meyl bucağını gözəyarı təyin etdi və
ucadan dedi:
– Bucaq dəyişməyib, hər şey əvvəlki qaydasındadır.
Lakin əlini suya salıb axının
hərəkətini yoxlayanda
başa düşdü ki, qayığın sürəti xeyli azalıb.
– Avarları bir-birinə bağlayıb
kormaya bənd edərəm,
qayığın arxa tərəfində eninə qoyaram ki, gecə sürəti azaltsın.
Bu balığın bütün gecəni üzməyə gücü çatar. Elə mən də
ondan geri qalan deyiləm.
«Skumbriyanı
indi yox, bir azdan təmizləsəm daha
yaxşı olar; Qanı da, şirəsi də ətdə qalar, – qoca fikirləşdi. –
Mən
bunu sonra edərəm, bir az gec məsləhətdir. Qayığın
sürətini azaltmaq üçün avarları kormanın arxasına bağlayıb
bərkidərəm. Balıqları axşamüstü, ələlxüsus da günəş batanda
narahat etmək olmaz. Günəşin batması bütün balıqlara pis
təsir edir».