Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə77/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   72   73   74   75   76   77   78   79   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
154 
diklənmiş iri quyruğunu, düz xətt kimi ağaran tərtəmiz 
yonulmuş bel sümüyünü, üstündə qiyamət qılıncı olan 
nəhəng nataraz tutqun kölgəsini gördü. 
Ayaqlarını zorla sürüyə-sürüyə yoxuşla birtəhər 
üzüyuxarı qalxdı, təpəyə çatanda taqətsiz halda çiynindəki 
dorağacıyla bərabər yerə sərildi. Ayağa durmaq üçün nə 
qədər cəhd elədisə də, bir şey çıxmadı; heç tərpənməyə də 
amanı yox idi. Xeyli zəhmətdən sonra güc-bəla dikəlib otura 
bildi. Ondan artığını bacarmadı, boş yola baxa-baxa eləcə 
oturub qaldı. Aralıda bir pişiyin harasa qaçdığını gördü, 
gözdən itənəcən pişiyin dalınca baxandan sonra bir müddət 
də oturub yola göz gəzdirdi. 
Axırda dorağacını yerə qoyub, birtəhər ayağa durdu, 
sonra təzədən onu çiyninə qaldırıb yoxuşla üzüyuxarı 
dırmaşdı. Komasına çatanacan beş dəfə oturub dincini 
almalı oldu. 
Komaya gircək dor ağacını divara söykədi. Qaranlıqda 
şüşəni tapıb xeyli su içdi, sonra özünü üzuqoylu çarpayıya 
yıxdı, ədyalı üstünə çəkib çiynini, kürəyini, qıçlarını örtdü; 


www.vivo-book.com 
155 
üzünü qəzetə söykəyib yatdı. Qollarını gen açmışdı, ovucları 
tavana baxırdı.
Ertəsi gün tezdən oğlan komaya baş çəkməyə gələndə 
qapıdan boylanıb qocanın yatmış olduğunu gördü. Bu gün 
şiddətli külək əsdiyindən bir dənə də qayıq dənizə 
çıxmamışdı, oğlan da yatıb qalmış, yuxusunu bəs deyincə 
almışdı. Yuxudan duran kimi də, adəti üzrə, qocaya baş 
çəkməyə gəlmişdi.
Oğlan qocanın yaxşı nəfəs aldığını görüb bir az 
rahatlandı, amma əllərinə baxanda özünü saxlaya bilməyib 
ağladı. Sonra komadan ehmalca çıxıb, qəhvə dalınca 
restorana qaçdı; bütün yol boyu toxtayıb kiriyə bilmədi.
Sahildə xeyli balıqçı toplaşmışdı, hamısı da qocanın 
qayığını araya alıb nəhəng balığın skeletinə heyrətlə tamaşa 
edirdi; balıqçılardan biri şalvarının balaqlarını çırmayıb suya 
girmişdi və əlindəki iplə qayığa bağlanmış skeletin 
uzunluğunu ölçürdü. 
Oğlan yuxarıda durub onların yanına düşmədi; az əvvəl 
orda olmuşdu və hətta bir balıqçı ona söz də vermişdi ki, bəs 
narahat olmasın, qocanın qayığına göz qoyacaq.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə