www.vivo-book.com
159
O, adamlarla bir yerdə olmağın, özündən başqa ayrı
kiminləsə danışmağın əsl səadət olduğunu hiss edirdi.
– Bilirsən, Maqolin,
mən orda səninçün yaman
darıxırdım. Bir şey tutub eləmisən?
– Birini birinci gün tutdum, birini ikinci gün. İkisini də
üçüncü gün, elə dünən tutmuşam.
– Əhsən!
– İndi biz balıq tutmağa yenə bir yerdə gedərik.
– Yox! Mənim bəxtim yatıb. Gətirmir ki, gətirmir.
– Cəhənnəm olsun bəxt! Mən özümlə sənə bəxt də
gətirərəm.
– Bəs valideynlərin nə deyər?
– Nə deyirlər, qoy desinlər. Mən ki, dünən iki dənəsini
tutmuşam. Amma indi ova bir yerdə gedəcəyik, çünki mən
hələ çox şey öyrənməliyəm.
– Bir dənə möhkəm nizə tapıb,
onu həmişə özümüzlə
götürməliyik. Tiyəsini köhnə “Ford”un yayından düzəlmək
olar, sonra da Quanabakda onu yaxşı-yaxşı itilədərik, ağzı
gərək iti və möhkəm olsun. Mənim bıçağım sındı,
tamam
zay olub getdi.