Qriqori Petrov a ğ zanbaqlar


  Valideynlər və uşaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

10 
Valideynlər və uşaqlar 
Snelman və onun dostları Finlandiyanın gələcək inkişafıyla 
bağlı bütün ümidlərini gəncliyin müdrikcəsinə tərbiyə 
edilməsiylə bağlayırdılar. Gənclik Snelmanın ən çox sevdiyi 
təbəqə, eyni zamanda onun ən ağrılı yeriydi. 
Snelman üz-üzə gələndə gəncləri yamanlaya da bilərdi, 
ancaq yaşlı insanların yanında onları həmişə müdafiə edirdi, 
xüsusən də yaşlı insanlar gəncliyi əxlaqsızlıqda ittiham edib, 
onların gələcəkdə də heç bir faydası olmayacağını deyəndə, o 
həmişə, gəncliyin tərəfində olduğunu dilə gətirirdi. Snelman belə 
hallarda yaşlı insanlara deyirdi: 
- Gəncliyi deyil, özünüzü qınayın. Gənclik sizin onu tərbiyə 
etdiyiniz kimi yetişib. Gəncliyi necə tərbiyə edirsiniz? Heç cür? 
Analar təsərrüfat işləriylə məşğuldur - mətbəxdə əlləşir, bazarlıq 
edir, evi yığışdırır, paltar yuyur. Atalar xidməti işlərlə, ticarətlə, 
cari vəzifələrlə məşğuldurlar. Gecələr isə meyxanalarda və 
klublarda oturur, kart oynayırlar. Uşaqlarla heç vaxt məşğul 
olmurlar - buna vaxtları yoxdur, onlarla məşğul olmağı ağır və 
darıxdırıcı iş hesab edirlər. 
82 


- Uşaqlarla danışmırlar. Onların həyatıyla maraqlanmırlar. 
Bir az vaxt tapanda da, onları oxşayıb əzizləyir, şirniyyat verir, 
oyuncaq alır və deyirlər: 
- Hə, uşaqlar, daha gedin. Gedin, özünüz üçün oynayın! 
Başqa sözlə desək: 
- Gözümün önündən çəkilin. Nə istəyirsiniz eləyin. Ancaq 
məni rahat buraxın. 
Bu halda, uşaqlıq illəri, uşaq ağlı, uşaq ruhu becərilməyən
başlı-başına buraxılmış çəmənlik kimidir. Buraya yaxşı heç nə 
əkilməyib. Əgər uşaqlara xeyir, həqiqət, sevgi haqqında nəsə 
danışıblarsa da, bunu quru səslə, darıxdırıcı və yad sözlərlə 
deyiblər. Uşaq ağlını cəlb etmək istəmir, bunu bacarmırlar. 
Onların mənəvi ruhunu isidə bilmirlər. 
Açığını desək, uşaqlar valideynlərinin yanında, çoxsaylı əmi-
dayıların və xala-bibilərin yanında olsalar da, öz evlərində yetim 
kimi böyüyürlər. Ola bilsin, uşaqları yaxşı yedirir, geyindirir, 
sağlamlıqlarının qayğısına qalırlar, ancaq uşaq ağlının və 
ruhunun sağlamlığı, təmizliyi və qidalanmasının qayğısına çox 
az qalırlar. Həqiqətən təəccüblənirsən, nə yaxşı bizim uşaqlar 
indikindən daha pis olmayıblar. 
Uşaqlar böyüdükcə, hər şeyi eşidib anladıqca, öz ətraflarında 
və ailədə nə görür, nə hiss edirlər? 
Əgər şəhərlərin və kəndlərin küçə və meydanlarında, evlərin 
həyətində zibil və yoluxucu tör-töküntü yığılıbsa, hamı bu 
natəmizlikdən hiddətlənir, ancaq heç kim belə yerlərdə əhalinin 
sağlamlığının çox pis vəziyyətdə olduğundan və ölüm hallarının 
çoxluğundan təəccüblənmir. 
İndi isə, əziz valideynlər, düşünün və açıq şəkildə, ürəkdən 
bu suala cavab verin: sizin uşaqlarınızın tərbiyə olunduğu və 
xarakterlərinin formalaşdığı ailə mühiti əqli və mənəvi 
baxımdan yetərincə sağlamdırmı? 
83 


Uşaqlara deyirlər: “Yalan danışma, heç kimi aldatma! Bu 
yaxşı iş deyil, iyrənclikdir! Günahdır. Allah bunu sevmir və 
belələrini cəzalandırır”. Ancaq özləri yalan danışır, aldadırlar. 
Bir-birini aldadırlar. Başqalarını aldadırlar. Uşaqları aldadırlar. 
Deyirlər: “Heç kimi aldatmaq olmaz, başqalarıyla kobud və pis 
davranmaq yaxşı iş deyil”, ancaq özləri kobud, xəbis və 
yalançıdırlar. Bir cür deyib başqa cür hərəkət edirlər. 
Uşaqlar bunu o dəqiqə hiss edirlər. Əvvəl təəccüblənirlər. 
Bütünlüklə etibar etdikləri ata-analarının bunu necə etdiklərini, 
iyrənc, pis, günah olduğunu dedikləri işləri özlərinə necə rəva 
gördüklərini başa düşmürlər. Sonra onlar, valideynlərin bir cür 
danışıb başqa cür elədiklərini anlayırlar. Nəticədə, uşaqlar öz 
valideynlərinə hörmət etməməyə, onların nəyin yaxşı, nəyin pis 
olmasıyla bağlı nəsihətlərini qulaq ardına vurmağa başlayırlar. 
Valideynlərin xeyir və şər barədə danışıqları uşaqlara lazımsız və 
darıxdırıcı görünür. 
Valideynlər daima, hətta azyaşlı uşaqlarının da onlara qulaq 
asmadığından, onların tərsliyindən və korlandığından 
şikayətlənirlər. Bizim uşaqları ilk olaraq kim korlayır? Onlara 
bizim sözlərimizə əhəmiyyət verməməyi kim öyrədir? Bunu biz 
özümüz: atalar və analar edirik. 
Uşaqlardan sevgi, hörmət və sözəbaxanlıq tələb etməyin. 
Buna, onları qorxutmaqla, söyməklə, cəzalandırmaqla nail ola 
biləcəyinizi düşünməyin. Özünüzü uşaqlarınızın qarşısında yaxşı 
aparmağınız kifayətdir, onlar sizi ləyaqətinizə görə sevəcəklər. 
Bibliyada belə bir pritça var: yəhudilərin rəhbəri Musa Horiv 
dağının yaxınlığında çobanlıq edəndə bir kolun od tutub 
yandığını görür, lakin nə qədər yanırsa da kül olmur. Bibliyada 
deyildiyinə görə, Musa bunun nə demək oldu- 
84 


ğuyla maraqlanır. Yanan kola yaxınlaşır və bu vaxt belə bir səs 
eşidir: 
- Musa, ayaqqabılarını çıxar. Sənin üzərində dayandığın 
torpaq müqəddəsdir. 
Bu Bibliya pritçasında bütün dövrlərin böyük işlər görmək 
istəyən insanları və xalqları üçün dərin bir məna gizlənir. 
Pritçada, böyük, təmiz, işıqlı işlərə təmiz olmayan əl və ayaqla 
başlamamaq tövsiyə olunur. Təmiz iş təmiz əl tələb edir. Böyük 
işləri görməyə ciddi hazırlıqla başlamaq gərəkdir. 
- Övladları olan hər bir ailə bu yanan kol kimidir. Biz isə bu 
kola hansı kirli əl-ayaqla, çirkli paltarla yaxınlaşırıq! Valideynlər 
evə pinti görkəmdə, yarıçılpaq, təmiz olmayan paltarda 
gəldikləri kimi, öz danışıqlarında, davranışlarında və uşaqlarla 
rəftarlarında da natəmiz olurlar. 
Mən hələ valideynlərin uşaqların gözü qarşısında kobud və 
iyrənc şəkildə mübahisə etməklərini demirəm, bu vaxt, çox 
hallarda ata-ana bir-birini gözdən salmaq üçün uşaqlara üz tutub 
deyirlər: 
-
Uşaqlar, baxın hələ, sizin necə atanız var! 
-
Uşaqlar, görün ananız nə gündədir! 
Bu qarşılıqlı ittihamlar, beləcə, yeni kobudluq və söyüşlərlə 
davam etdirilir! Misal üçün, evdə baş verən adi danışıqları 
götürün. Hər tərəfdən ən müxtəlif şayiələr toplanıb nəql edilir. 
Ortaya avara və darıxdırıcı bir laqqırtı çıxır. Mənasız şikayətlər... 
Bir az artıq pul qazanmaq, ala-bəzək cır-cmdır, xidmətdə azacıq 
irəli getməklə bağlı mənasız xəyallardan söz açılır... 
Uşaqlar həyatlarının on-on beş ilini beləcə qurbağa kimi 
bataqlıqda, bataqlıq lilliyində çapalayırlar. Sonra da yaş- 
85 


hlar gəncliyin qanadsız qalmağına, qartal kimi göylərdə 
süzmədiyinə təəccüblənirlər. 
Hörmətli atalar və analar, icazə verin sizdən soruşaq, bu cür 
tərbiyə verdiyiniz uşaqların qanadları ola bilərdimi? Bəlkə siz 
onların qanadlarını lap körpəlikdən sindirmişiniz?! 
Uşaqlar böyüyüb yetkin oğlanlar və qızlar olandan sonra 
onların gələcək həyatı və işi barədə danışmağa başlayır, onları 
necə və haraya verməyi düşünürsünüz. Mühəndisini, məmurmu, 
tacirmi, həkimmi, vəkilmi olsunlar? Qızlar üçün varlı adaxlı 
axtarırsınız. 
Şəxsi mənafe, qazanc və maddi maraq. Uşaqları yaxşıca 
“yerbəyer” etmək istəyirsiniz. Onları isti və yumşaq bucaqda 
yerləşdirməyə çalışırsınız. Bununla da onlara olan sevgi 
borcunuzu ödədiyinizi düşünürsünüz. 
Lev Tolstoy bununla bağlı çox yaxşı deyib: “Həyatını 
lazımınca qura bilməməyin” ən başlıca səbəblərindən biri, 
hamının “həyatını lazımınca qurmaq” istəyib, ancaq heç kimin 
həyatın özünü “qurmaq” istəməməsiylə bağlıdır. Hamı həyatdan 
nəsə götürmək istəyir, ancaq heç kim ona nəsə vermək barədə 
düşünmür. Həyata təkəbbürlü, talançı, istismarçı, qaniçən kimi 
atılırlar. Həyatın mənasını bu cür qaniçənlikdə görürlər. 
Həyata bu “müdrik” baxışı, ailədə yaşadığı bütün illər 
boyunca, uşaqlara aşılayırlar. Kim aşılayır? Valideynlər! Uşaqlar 
və gənclər təkəbbürlü böyüyür, yalnız özlərini sevirlər; onlar 
cılız və yoxsul ruhlu olurlar. Tənbəlliyə alışırlar. Şəhvətpərəst, 
həris və həyasız yetişirlər. 
Nəticədə heç kimə və heç nəyə sevgi və hörmət bəsləmirlər: 
vətənə, insanlara, əməyə, böyük ideyalara, valideynlərə, nəhayət 
özlərinə də biganə olurlar. 
86


-
Nə əkərsən, onu da biçərsən. 
-
Nə tökərsən aşına, o da çıxar qaşığına. 
-
Uşaq ağlını və ruhunu xam torpaq kimi baxımsız sax-
layarsansa, onu alaq otlan, gicitkən və qanqal basar. 
* * * 
- Atalar və analar, uşaqlan daha belə saxlamaq olmaz: onları 
indi olduğu kimi, düzgün tərbiyə olunmadan, şüur və ürəklərini 
ağıla və sevgiyə əsaslanan inkişafa çatdırmadan, başlı-başına 
buraxmaq olmaz. Yoxsa heç nəyə nail ola bilməyəcəyik. Bu, 
əxlaqsız və cinayətkar hərəkətdir. Uşaqlann lazımınca tərbiyə 
edilməsi, ictimai, ümumxalq və dövlət səviyyəsində görülməsi 
zəruri işlərdən biridir. 
- Hansı konstitusiyanı, seçki hüququnu yaradırsınız yaradın, 
ən liberal qanunlar yazın, sosializmin və ya kommunizmin 
möcüzə yaratmaq gücünə inanın, lakin bizim yüz minlərlə 
uşağımız həyata bu cür cılız və şəxsiyyətsiz şəkildə atılacaqsa, 
istənilən parlamentli dövlət quruluşunda həyatımız faciəvi, 
yoxsul və eybəcər olacaq. Məmurlar xalqa hörmətlə 
yanaşmayacaq. Siyasi yalançılardan ibarət nazirlər kabinetimiz 
olacaq. Deputatlar xalqın sərvətiylə alver edəcək. Məktəblər 
yeni nəslin ürəyini və beynini qurudan yerlərə çevriləcək. 
Mətbuat, küçədə dolanıb öz gözəlliyini satan fahişələrə 
bənzəyəcək. 
Bu halda xalq kütləsi istər ac, istər tox, bir sürüyə çevriləcək, 
onlarda yuxarı təbəqələrə qarşı kin və nifrət artacaq, onlar üçün 
anlaşılmaz görünən və onlardan yuxarıda dayanan nə varsa 
hamısını devirmək kimi bir qisasçılıq yaranacaq. 
87


- Gələcək, yeni ölkəniz sizdən bunu gözləmir. Yeni Suomi 
gərək bizim yeni şərab doldura biləcəyimiz təzə “incil” tuluğu 
ola bilsin. Müdrik və namuslu dövlətçilik şərabı... Xalq 
kütləsinin güclü yaradıcı ağlından, vicdanından və iradəsindən 
çəkilən şərab. Hamılıqla toxluğun, ictimai rifahın, fərdlərin və 
ümumilikdə xalqın şüurlu həyatını azad şəkildə qurması üçün 
işləyən ümumi qaydaların şərabı. 
- Atalar və analar, siz yenilikçi üzümçülər olmaq 
istərdinizmi? Ailənizə məxsus üzümlükləri başqa cür becərmək 
və bu torpağa yeni üzüm qələmləri sancmaq istəyirsinizmi? 
Snelman öz dostlarıyla xalqın toplaşdığı yarmarkalarda və 
bir çox kəndlərdə bu ruhda çoxsaylı çıxışlar edirdi. Valideynlər 
onlara qulaq asır, uşaqların və gənclərin daha yaxşı tərbiyə 
olunması barədə düşünürdülər. Onlar öz uşaqlarının şəxsiyyət və 
xaraktercə inkişafında daşıdıqları məsuliyyəti dərk etməyə 
başlayırdılar. 
Ölkənin bir çox yerlərində valideyn cəmiyyətləri yaranmağa 
başladı. Ata-analar bir yerə toplaşıb gəncliyin tərbiyə 
edilməsindəki uğur və səhvlərini müzakirə edirdilər. 
Yığıncaqlara görkəmli pedaqoqlar və psixoloqları dəvət 
edilirdilər. Bu tanınmış ziyalılar bütün ölkə boyunca gəzib 
mühazirələr oxuyur, uşaq və gəncləri düzgün tərbiyə etmək 
yollarını izah edirdilər. Onlar təcrübə və elmi müşahidələr 
əsasında uşaq ruhunun təbiətini aydınlaşdırırdılar. Uşaq ruhunun 
çatışmazlıqlarından və xəstəliklərindən danışır, onların 
müalicəsi və islah edilməsi üsullarını öyrədirdilər. Aqronomlar 
əkinçiyə yoncanın, kartofun, yaxşı növlərini becərmə yollarını 
göstərdiyi kimi, istedadlı pedaqoqlar, uşaq ruhunun biliciləri də, 
hər bir ata-anaya - paltaryuyan və ya bənna, dərzi və ya çəkməçi, 
kəndli və ya şəhərli ol- 
88 


masından asılı olmayaraq - vətənə xidmət üçün ağıllı və 
ləyaqətli övladlar yetişdirməyi öyrədirdi. 
Bununla da, fin ailələrinin qəflətdən oyanması dövrü gəldi, 
onların əqli və mənəvi baxımdan yenidən doğulması prosesi 
başladı. 
89 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə