19
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
başlayır. Başqa sözlə beynəlxalq ticarətin qanunlarına görə formalaşır.
Eynən bu proseslər hər bir ölkənin müqayisəli üstünlüklərinə təsir edir, və
bununla beynəlxalq əmtəə axınında yeni bir dövr formalaşır.
Məcmu olaraq, bütün bu prosesləri biz qloballaşma prosesi kimi
adlandıra bilərik. Qloballaşma ayrı anlayış kimi 80-ci illərin ortalarında
yaranmışdı. Ümumi olaraq bu terminin yaranması T. Levitin adı ilə
bağlıdır. 1983-cü ildə çap edilmiş məqalədə, T. Levit böyük və çox millətli
korporasiyalar ilə bağlı fenomenə həsr etmişdi. Fenomen ayrı-ayrı məhsul
bazarlarının bir-biri ilə birləşməsi idi. Gördüyünüz kimi, burada
qloballaşma bir qədər başqa məna daşıyır. Ona görə indiki dövrdə yayılmış
və əsasən bu axarda istifadə etməsinə təkan vermiş alim R. Robertson
olmuşdu. O, anlayışını şərhini və eyni zamanda konsepsiyasını ayrıca bir
kitabda vermişdi. Ümumi olaraq, bir çox alimlər qloballaşmanı sosial
proses kimi müəyyənləşdirirlər. Həmin sosial prosesin gedişində sosial və
mədəni sistemlərin coğrafi sərhədləri silinir və əhali getdikcə daha çox bu
fərqlərin aradan götürüldüyünü dərk edir. Eyni zamanda
qloballaĢma
dedikdə planetin bütün ölkələrinə qərb inkişaf modelinin yayılması başa
düşülür ki, bu da faktiki olaraq bir polyuslu (universal və ideal) dünya
qaydasının nəzəri cəhətdən əsaslandırılmasına xidmət edir.
Əgər biz bu anlayışa iqtisadi tərəfdən yanaşsaq, o zaman iqtisadi
cəhətdən, qloballaşmanın bir neçə əsas səbəbini göstərmək olar. Bunların
arasında xüsusi olaraq aşağıdakilarını qeyd etmək olar:
1) Beynəlxalq ticarət sahəsində əlaqələrin və coğrafiyanın geniş-
lənməsi, maliyyə bazarlarının çulğalanması, transmilli şirkətlərin
qüdrətinin getdikcə artması;
2) İnformasiya və kommunikasiya-texnoloji inqilabın
davam etməsi;
3) Qlobal yoxsulluq
və dilənçilik məsələləri;
4) Ətraf mühitin mühafizəsi məsələləri.
Gördüyünüz kimi, qloballaşmanın iqtisadi səbəblərini iki yerə bölmək
olar. İlk əvvəl ticarət və transmilli şirkətlər ilə bağlı olan, ikincisi isə qlobal
problemlərin həllinə yönələn tədbirlərdir. Məhz onların həlli də coğrafi və
mədəni sərhədlərin silinməsini tələb edir. XXI əsrdə artıq demək olar ki,
bütün dünya birliyi tərəfindən dərk edilir ki, heç bir ayrı sosial problem –
yoxulluq, ətraf mühitin mühafizəsi, su – ayrı-ayrı ölkələr tərəfindən həll
oluna bilməz. Burada yalnız birgə səylər ən effektiv nəticə verə bilər.
Eyni zamanda qloballaşma prosesi bütün dünya üzrə birmənalı
qarşılanmır. Çünki hər hansı proses kimi, qloballaşmanın da həm pozitiv,
həm neqativ cəhətləri var. İqtisadi cəhətdən əsasc üstünlüklərindən biri
miqyas effektidir. Qloballaşma şəraitində istehsalçı miqyasda qənaət edə