18
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
EYYUBOV KAMRAN YUSĠF oğlu
i.ü.f.d, dosent, Bakı Dövlət Universiteti
e-mail: kamranovski@gmail.com
UOT 339, 339.37, 338.49
QLOBALLAġMA ġƏRAĠTĠNDƏ BEYNƏLXALQ TĠCARƏTĠN
YERLĠ ĠSTEHLAK BAZARINA TƏSĠRĠ
XÜLASƏ
Müəllif məqalədə qloballaşma prosesini təsvir edir və bu prosesin
ayrı-ayrı sahələrə təsirini təhlil edir. Müəllif nümunə kimi pərakəndə
ticarətdə baş verən prosesləri tədqiq edir. Müəllif tərəfindən daha böyük
önəm şəbəkə ticarətin indiki iqtisadiyyatda roluna və bu sahədə gedən
proseslərə verilib. Qloballaşma prosesinə baxmayaraq, Azərbaycan
bazarında bir çox fərqlər qalmaqdadır, amma bununla belə, bazarlar
tədricən bir-birinə yaxınlaşmaya başlayır. Bununla da yerli istehlak
bazarla ciddi təsir göstərir və müasir şərait isə istehlak bazarında biznes
aparma qaydalarına cavab verən yeni konsepsiya və üsullar tələb etməyə
başlayır.
Açar sözlər: qloballaşma, dünya iqtisadiyyatı, şəbəkə ticarəti,
pərakəndə satış
XX əsrin axırlarında və XXI əsrin əvvəllərində dünya iqtisadiyyatının
əsas inkişaf tendensiyalarından biri beynəlxalq ticarətin inkişafı oldu. Bu
illər ərzində, dəqiq desək, 1980-ci ildən 2010-cu ilə kimi beynəlxalq
ticarətin həcmi 5,2 dəfə artıb. Eyni dövrdə dünyanın real Ümumi daxili
məhsulu isə yalnız 2,7 dəfə artıb. Belə bir inkişafın əsas səbəbi beynəlxalq
əmtəə mübadiləsinə daxil olan ölkələrin rifahının artmasıdır. Rifahın
artması ilə yanaşı, inkişaf edən beynəlxalq ticarət həmçinin beynəlxalq
rəqabəti güclənməyə şövq edir. Bu isə əlavə risklərin yaranmasına gətirib
çıxardır. Nəticə etibarı ilə faktiki olaraq beynəlxalq ticarət daxili bazarlara
təsir edir. Daxili bazarlara təsir yerli istehlak bazarında dəyişikliklərin
yaranmasına gətirir. Bunun da əsas səbəbi ondadır ki, beynəlxalq əmtəə
mübadiləsində iştirak etmək məqsədi ilə istehsalçılar öz strategiyalarını
dəyişdirməyə məcburdular. Eynən, strategiyaların və iş tərzinin dəyişməsi
şirkətlərin daxili bazarda fəaliyyətinə təsirsiz ötüşmür. Faktiki olaraq yerli
bazar beynəlxalq əmtəə mübadiləsinin istəklərinə əsasən formalaşmağa