Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə88/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   110

259
Azad mütaliə
Birinci fəsil 
“Nasix və mənsux” mövzusu barədə 
qələmə alınan əsərlər
“Nasix və  mənsux” mövzusu böyük əhəmiyyətə malik olduğu üçün hicri-
qəməri birinci əsrdən indiyədək bu mövzuya dair geniş və saysız tədqiqat əsərləri 
qələmə alınmışdır. 
İbn Nədim (vəfat tarixi: h.q.380 və ya 385-ci il) “Fihrist” adlı əsərində “əl-
Kutubul-muəlləfətu fi nasixil-Quran və mənsuxihi” başlığı altında öz dövrünədək 
qələmə alınan on səkkiz əsərin adını qeyd etmişdir.
1
 
Zərkeşi yazır:
Bu mövzu barədə bir çox alimlər əsər qələmə almışlar, o cümlədən: Qitadə ibn 
Də`amə əs-Sədusi, Əbu Ubeyd Qasim ibn Səlam, Əbu Davud Sicistani (Süleyman 
ibn Əş`əs), Əbu Cəfər Nəhhas, Hibətullah ibn Səlamə əz-Zərir, İbnil-Ərəbi, İbnil-
Cuzi, İbnil-Ənbari, Məkki ibn Əbu Talib və başqaları.
2
 
Siyuti  İslam alimlərinin “nasix və  mənsux” mövzusuna böyük əhəmiyyət 
verdikləri və bu mövzuda ayrıca əsərlər yazdıqlarını qeyd edir: “Bu mövzu barədə 
çox alimlər əsər yazmışlar”.
3
 
“Tarix və Quran elmləri” sahəsinin tanınmış tarixçilərinin qeyd etdiklərinə görə
İslam tarixində “nasix və mənsux” mövzusu barədə ilk əsər qələmə alan şəxs Qitadə 
(vəfat tarixi: h.q.118-ci il) olmuşdur. Ondan sonra İmam Sadiqin (ə) səhabələrindən 
olan Məhəmməd ibn Saib Kəlbi (vəfat tarixi: h.q.146-cı il) bu barədə əsər yazmışdır. 
Daha sonra İmam Sadiqin (ə) tanınmış səhabəsi olan Məqatil ibn Süleyman (vəfat 
tarixi: h.q.146-cı il) bu mövzuya dair əsər qələmə almışdır. Amma onların heç 
birinin əsəri nəinki bizim əlimizə gəlib çatmamış, hətta böyük ehtimalla “Tarix və 
Quran elmləri” sahəsinin ən qədim tədqiqatçılarının da əlinə çatmamışdır. 
4
Dr. Mustafa Zeyd öz tədqiqat  əsərində bir fəsli “nasix və  mənsux” barədə 
yazılan kitabların tədqiqatına həsr etmişdir. O, bu əqidədədir ki, Şafei “nasix və 
1  
Fihrist, İbn Nədim, Fənni-salis (birinci məqalədən).

 əl-Burhan, c.2, s.151-153.
3  
əl-İtqan, c.2, s.700. 
4
  “Quran  elmləri və  mənbələrin mündərica ” və “Nasix və  mənsux” adlı  məqalələr,  Şeyx Mufid adına 
beynəlxalq konqrensin fars dilində olan məqalələri, 71-ci sayı.   


260
mənsux” mövzusunda elmi bəhslər qələmə alan ilk şəxs olmuşdur. Lakin o, bu 
barədə ayrıca bir kitab yazmamışdır. 
Dr. Mustafa Zeyd belə hesab edir ki, bu mövzuya dair yazılan ilk əsər Əbu 
Abdullah ibn Həzm  Əndəlusinin (vəfat tarixi: h.q.320-ci il) “ən-Nasix vəl-
mənsux” əsəridir. Digər müəlliflər aşağıdakı ardıcıllıqladır: 
Əbu Cəfər Nəhhas (vəfat tarixi: h.q.338-ci il) “ən-Nasix vəl-mənsux”  əsəri, 
Əbul-Qasim Hibətullah ibn Səlamə (vəfat tarixi: h.q.410-cu il) “ən-Nasix vəl-
mənsux” əsəri, Əbdul-Qadir Bağdadi “ən-Nasix vəl-mənsux” əsəri, İbn Hilal “əl-
İcaz  fi nasixil-Quran və  mənsuxihi”,  Əbdur-Rəhman ibn Əli ibn Abdullah ibn 
Cuzi (h.q.510597--ci il) “Nəvasixul-Quran”, İbn Xuzeymə “əl-Muciz fin-Nasix 
vəl-mənsux”, Əsfərayini “ən-Nasix vəl-mənsux” əsəri. 
Dr. Mustafa Zeyd bu kitabları sadaladıqdan sonra onların hər birinin özünə-
məxsus cəhətlərini və metodlarını izah etmiş, onlara öz iradlarını bildirmişdir. 
1
Baxmayaraq ki, bu alimin nəzərincə “nasix və mənsux” mövzusuna dair ilk 
əsər qələmə alan alim Əbu Abdullah ibn Həzm  Əndəlusidir, lakin bu fikir  İbn 
Nədimin qeyd etdikləri ilə uyğun gəlmir. Ola bilsin, Dr. Mustafa Zeyd demək 
istəmişdir ki, “əsəri bizim əlimizə çatan ilk müəllif” İbn Həzm Əndəlusidir .
Dr. Hatəm Saleh Zamin “İbn Xuzeymə”nin adının Muzəffər ibn Hüseyn 
ibn Zeyd ibn Əli ibn Xuzeymə Farsi, “Əsfərayini”nin adının isə Əbu Abdullah 
Məhəmməd ibn Abdullah Əsfərayini olduğunu, habelə, onların tərcümeyi-halının 
məlum olmadığını qeyd etmişdir. 
2
 
Bu mövzuya dair qələmə alınan əsərlərdən Qazi Əbu Bəkr ibn Ərəbi Məafirinin 
“ən-Nasix vəl-mənsux fil-Quranil-Kərim” əsərinin adını çəkmək olar. Bu müəllifin 
vəfat tarixi h.q.546-cı il qeyd edilib.
Şərəfuddin ibn əl-Barizi adı ilə tanınan Hibətullah ibn Əbdur-Rəhim ibn 
İbrahim (vəfat tarixi: h.q.738-ci il) “nasix və mənsux” mövzusuna dair əsər yazan 
müəlliflərdən biridir. Onun əsəri “Nasixul-Quranil-Əziz və mənsuxihi” adı ilə Dr. 
Hatəm Saleh Zaminin tədqiqat əsəri olaraq çap edilmişdir. 
Şiə müəlliflərindən Şəhabuddin Əhməd ibn Abdullah ibn Səid əl-Mutəvvicin 
(vəfat tarixi: h.q.836-cı il) adını  çəkmək olar. O, Fəxrul-muhəqqiq və  Şəhid-
Əvvəlin şagirdlərindən olmuş, bir çox əsərlərin müəllifidir. Onun qələmə aldığı 
“ən-Nasix vəl-mənsux” əsəri Dr. Məhəmmədcəfər İslaminin tədqiqat əsəri olaraq 
çap edilmişdir. 
“Quran elmləri və  mənbələrin mündəricatı” kitabında “nasix və  mənsux” 
mövzusuna dair yazılan 71 kitabın və onların müəlliflərinin adı qeyd olunmuşdur.
3
1
  ən-Nəsxu fil-Quranil-Kərim, c.1, s.341-395.
2
  İbn Barizi, Nasixul-Quranil-Əziz və mənsuxihi, Dr. Hatəm Saleh Zaminin araşdırması, s.7.
3
  Quran elmləri və mənbələri mündərica , s.369-375.


261
Əllamə Şeyx Ağabozorq Tehrani “nasix və mənsux” barədə şiə alimlərinin 23 
əsərinin adını çəkmiş və bu əsərlərin yazılma tarixlərini də qeyd etmişdir.
1
Müasir dövrün əhli-sünnə alimlərindən olan Dr. Mustafa Zeyd bu mövzuya dair 
qələmə aldığı geniş tədqiqat əsərini “ən-Nəsxu fil-Quranil-Kərim” adlandırmışdır.
Qeyd edək ki, sadalanan kitabların əksəriyyətində müəlliflər əvvəlcə “nəsx” 
məsələsənin və “nasix və mənsux”u tanımağın əhəmiyyətini vurğulamış, sonra 
“nəsx” üçün tərif qeyd etmiş, daha sonra “nasix”, yaxud “mənsux” və yaxud 
bunların hər ikisinin yer aldığı surələri – “Bəqərə” surəsindən başlayaraq Quranın 
sonunadək - ardıcıllıqla qeyd etmiş, Quranın “nasix”lərini müəyyən etmişlər.
Fəslin əsas mətləbləri:
1. İslamın elə ilk əsrlərindən etibarən quranşünasların və fəqihlərin araşdırdıqları 
mövzulardan biri “nəsx” mövzusu olmuş, bu mövzuda əsərlər qələmə alınmışdır.
2. “Nasix və mənsux” mövzusunda ilk əsər qələmə alan müəllif Qitadə olmuşdur 
(vəfat tarixi: h.q. 118-ci il). Lakin onun əsəri bizim əlimizə gəlib çatmamışdır.
3. “Nasix və mənsux” mövzusunda əsər qələmə alan başqa müəlliflər bunlardır: 
Qasim ibn Səlam,  Əbu Davud Sicistani, Əbu Cəfər Nəhhas, Hibətullah ibn 
Səlamə, Əbdul-Qahir Bağdadi, İbn Hilal, İbn Cuzi, İbn Xuzeymə, Əsfərayini, İbn 
Barizi, Əhməd ibn Abdullah əl-Mutəvvic, Dr. Mustafa Zeyd.
1
   Əli Huccə  Kermani, “Nasix və mənsux” adlı məqalə, Şeyx Mufid adına beynəlxalq konqrensin fars dilində 
olan məqalələrində, 71-saylı məqalə.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə