Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə90/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   110

265
16. Əbu Yəhya Zəkəriyya əl-Ənsari (vəfat tarixi: h.q. 926-cı il):
Bu tərif, İbn Hacibin qeyd etdiyi tərifdir və burada təkcə “ﺮّﺧﺄﺘﻣ” sözü işlənməmişdir.
17. Zərqani “nəsx” üçün bu tərifi vermişdir:
Dr. Subhi Saleh bu tərifi, “nəsx” üçün verilən əh dəqiq tərif hesab etmişdir.
1
18. Mirza Qummi “Qəvaninul-usul” əsərində “nəsx” üçün bu tərifi qeyd edir:
19. Ayətullah əl-uzma Xoi “nəsx” üçün bu tərifi qeyd etmişdir:
20. Ayətullah Məhəmmədhadi Mərifət yazır:
21. Əllamə Təbatəbai “nəsx” üçün bu tərifi qeyd etmişdir:
     
Təriflərin qeyd edilməsi iki məqsəd daşıyır:
Birincisi,  hicri dördüncü əsrdən indiyədək  “nəsx” üçün verilən müxtəlif 
təriflər ilə tanış olmaqdır.
Bu tanışlıq ona görə faydalıdır ki, Dr. Mustafa Zeyd də bütün bu tərifləri diqqətlə 
araşdırdıqdan sonra “nəsx” üçün verilən təriflərdə üç məktəbin (cərəyanın) 
mövcud olduğunu bildirmişdir:
“Bəyan” (ﻥﺎَﻴَﺑ) məktəbi, “xitab” (ﺏﺎَﻄِﺧ) məktəbi, “rəf`” (ﻊْﻓَﺭ) məktəbi.  
“Bəyan” məktəbi: Bu məktəbə görə “nəsx”, “hökmün başa çatma müddətinin 
bəyanı”dır. 
“Xitab” məktəbi: Bu məktəbin “nəsx” üçün verdiyi təriflərdə “xitab” (ﺏﺎَﻄِﺧ), 
“ləfz” (ﻆْﻔَﻟ) və bu kimi sözlərdən istifadə edilmişdir.
“Rəf`” məktəbi: Bu məktəbin “nəsx” üçün verdiyi təriflərdə isə “bəyan” (ﻥﺎَﻴَﺑ) 
və ya “xitab” (ﺏﺎَﻄِﺧ) sözlərinin yerinə “rəf`i-hökm” (ﻢْﻜُﺣ ﻊْﻓَﺭ) ifadəsi işlənmişdir.
Dr. Mustafa Zeydin fikrincə, “nəsx”in tərifində bu üç məktəbin təməlini 
qoyanlar ardıcıllıqla Əbu Bəkr Cəssas (vəfat tarixi: h.q.370-ci il), Qazi Əbu Bəkr 
Baqilani (vəfat tarixi: h.q.403-cü il) və Şafeidir. 
2
Şafeidən sonra “rəf`” məktəbinin davamçıları ardıcıllıqla bu alimlərdir: Təbəri, 
İbn Hilal, İbn Cuzi, İbn Hacib.
3
İbn Hacibdən sonra bir çox alimlər hicri yeddinci əsrdən bəri “rəf`” məktəbinə 
əqidə bəsləmişlər. Belə ki, müasir alimlərdən Zərqani, Mirza Qummi, Ayətullah-
üzma Xoi, Subhi Saleh bu tərifi düzgün hesab etmişlər. 
İkincisi, “nəsx” üçün tərif verən alimlərin fikirləri ilə tanış olmaqdır.
Belə ki, sünni və  şiə alimləri, həmçinin müxtəlif məktəblərin tərəfdarları 
“nəsx”in mahiyyətini öz düşündükləri kimi söz qəlbində ifadə etmişlər. Bu diqqəti 

 Məbahisun fi Ulumil-Quran, s.26.
2
  ən-Nəsxu fil-Quranil-Kərim, s.91, 97, 99.
3
  Öncəki qaynaq, s.91-93.


266
daha çox son dövrün alimlərinə aid etmək olar. Çünki əvvəlki dövrlərin bəzi 
alimlərinin verdikləri tərif, onların fikirlərini olduğu kimi çatdırmırdı və onların 
özləri də bu məqamı nəzərdən qaçırırdılar. 
Burada yalnız bunu deyə bilərik ki, “nəsx” üçün verilən təriflərin hər biri barədə 
fikir yürütmək və onlar arasından ən üstün tərifi seçmək “nəsx”in mahiyyətini və 
şərtlərini bilməyə bağlıdır. Bu barədə sonrakı fəsildə bəhs ediləcəkdir. 
Fəslin əsas mətləbləri:
1. Lüğətdə “nəsx” sözü üçün bir neçə məna qeyd olunub: dəyişdirmək, aradan 
qaldırmaq və məhv etmək, ləğv etmək, köçürmək.
2. “Nəsx” sözünün həqiqi mənası “aradan qaldırmaq”dır, “köçürmək” isə bu 
sözün məcazi mənasıdır.
3.  “Nəsx” üçün verilən müxtəlif təriflər hicri dördüncü əsrdən indiyədək 
bu zəmində üç məktəbin mövcud olduğunu bildirir: “bəyan” məktəbi, “xitab” 
məktəbi, “rəf`” məktəbi.
4.  “Rəf`” məktəbinin təməlini qoyan alim Şafei olmuşdur, ondan sonra 
Təbəri, İbn Hilal, İbn Cuzi və İbn Hacib kimi böyük alimlər onun fikrini davam 
etdirmişlər. İbn Hacibdən sonra bir çox alimlər hicri yeddinci əsrdən bəri “rəf`” 
məktəbinə əqidə bəsləmişlər. Onlardan Zərqani, Mirza Qummi, Ayətullah-üzma 
Xoi və Subhi Salehin adını çəkmək olar. 


267
Üçüncü fəsil
“Nəsx”in şərtləri
“Nəsx”in üç sütunu (elementi) vardır: mənsux (birinci hökm), mənsuxun bihi 
(ikinci hökm), nasix.
Bunların da hər birinin öz şərtləri vardır. 
Keçmiş alimlərin çoxu “nəsx”in həqiqətinə diqqət yetirmədiklərinə görə, onu 
“təxsis”ə, “təqyid”ə və s. aid etmişlər. 
1
İbn Teymiyyə deyir: 
Keçmiş alimlərin nəzərində, “daha möhkəm muarizə görə bir zahiri mənanın 
tərk olunması”, “mənsux”a daxil edilirdi. Məsələn, “ümumun təxsisi” (ﻡﺎﻋ ﺺﻴﺼﺨﺗ) 
və “mutləqin təqyidi” (ﻖﻠﻄﻣ ﺪﻴﻴﻘﺗ).
İbn Qəyyim deyir:
““Nasix və  mənsux” dedikdə, keçmiş alimlər bəzən “hökmün ümumilikdə 
aradan qalxması”nı  nəzərdə tuturdular, necə ki, müasir dövrün alimləri “nəsx” 
terminində bu mənanı  nəzərdə tuturlar. Bəzən isə “təxsis vasitəsilə ümumun 
dəlalətinin”, “təqyid vasitəsilə mutləqin dəlalətinin”, “təfsir vasitəsilə zahirin 
dəlalətinin” aradan qalxmasını  nəzərdə tuturdular. Hətta onlar “istisna”, “şərt” 
və “sifət”i də “nəsx” adlandırırdılar, çünki “kəlamın zahiri dəlalətinin” aradan 
qalxması mənasını özündə daşıyır...”
Şatibi deyir:
“Keçmiş alimlərin sözlərindən əldə edirik ki, onların nəzərində “nəsx”, usuli-
fiqh alimlərinin izahından daha geniş mənanı əhatə edirdi. Onlar bəzən “nəsx”i 
“mutləqin təqyidi”nə , “ümumun təxsisi”nə və “mubhəm və mucməlin bəyanı”na 
da aid edirdilər, necə ki, sonrakı şəri hökm vasitəsilə əvvəlki şəri hökmün aradan 
qalxmasını “rəf`” (ﻊْﻓَﺭ) hesab edirdilər. Səbəb isə, bütün bunların bir mənada 
müştərək olmalarıdır: əvvəlki hökmün nəzərə alınmaması.”
2
Zərqani bu əqidədədir ki, “nəsx”in gerçəkləşməsi üçün 4 şərt lazımdır:
1- “Mənsux” şəri hökm olmalıdır;
2- Hökmü aradan qaldıran dəlil, “şəri dəlil” olmalıdır;
3- Hökmü aradan qaldıran dəlil (ﻊﻓﺍﺭ ﻞﻴﻟﺩ), əvvəlki dəlildən sonra gəlməlidir, yəni 
ikinci dəlil birinci dəlilə “qeydin muqəyyədə” birləşdiyi kimi birləşməməlidir;
1
  əl-Bəyan fi təfsiril-Quran, s.287.
2
 Nəhhas, ən-Nasix vəl-mənsux, Dr. Süleyman ibn İbrahimin müqəddiməsi, c.1, s.102-103.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə