262
İkinci fəsil
“Nəsx”in lüğəvi və terminoloji mənası
“Nəsx”in lüğəvi mənası
“Nəsx” sözü üçün lüğətdə müxtəlif mənalar qeyd olunubdur:
aradan aparmaq
(ﻪﻟﺍﺯﺍ), dəyişdirmək (ﺮﻴﻴﻐﺗ), ləğv etmək (ﻝﺎﻄﺑﺍ), bir şeyi başqa bir şeyin yerində qərar
vermək (ﻥﺩﺍﺩ ﺭﺍﺮﻗ ﺮﮕﻳﺩ ﺰﻴﭼ یﺎﺟ ﺍﺭ یﺰﻴﭼ).
.ِﻪِﺿِﺭﺎَﻌُﻣ ْﻦَﻋ ُﻪَﺒَﺘَﻛ : َﺏﺎَﺘِﻜْﻟﺍ َﺦَﺴَﻧ
Kitabı (o biri kitabdan) köçürüb yazdı.
1
Cövhəri “Sihah”da yazır:
“Nəsx” iki mənada işlənmişdir: aradan aparmaq (ﻪﻟﺍﺯﺍ) və dəyişdirmək (ﺮﻴﻴﻐﺗ).
.ُﻪْﺘَﻟﺍَﺯَﺃ :ﱠﻞﱢﻈﻟﺍ ُﺲْﻤﱠﺸﻟﺍ ِﺖَﺨَﺴَﻧ
Günəş kölgəni aradan apardıdı.
.ﺎَﻬْﺗَﺮﱠﻴَﻏ :ﺭﺍﱠﺪﻟﺍ َﺭﺎَﺛﺍَء ُﺢﻳﱢﺮﻟﺍ ِﺖَﺨَﺴَﻧ
Külək evin qalıqlarını (xarabalıqlarını) dəyişdirdi.
Cövhəri “bir ayənin başqa bir ayəni nəsx etməsi”ni ayənin hökmünün aradan
qaldırılması mənasında olduğunu qəbul edir.
Rağib İsfahani “Mufrədat” kitabında yazır:
Nəsx, “bir şeyin ondan sonra gələn bir şey ilə aradan qaldırılması” mənasını
daşıyır. Məsələn, günəşin kölgəni və ya kölgənin günəşin işığını aradan qaldırması,
qocalığın cavanlığı aradan qaldırması (yəni qocalığın gəlişi ilə cavanlığın getməsi,
aradan qalxması). “Nəsx” sözü bəzən “aradan aparmaq”, bəzən isə “təsbit etmək”
mənasını (yəni birinci mənanın əksini) bildirir.
“Nəsxi-Quran” dedikdə, ayənin hökmünün ondan
sonra gələn ayə vasitəsilə
aradan qaldırılması nəzərdə tutulur. Mütəal Allah buyurur:
.ﺎَﻬِﻠْﺜِﻣ ْﻭَﺃ ﺎَﻬْﻨِﻣ ٍﺮﻴَﺨِﺑ ِﺕْﺄَﻧ ﺎَﻬِﺴْﻨُﻧ ْﻭَﺃ ٍﺔَﻳﺍَء ْﻦِﻣ ْﺦَﺴْﻨَﻧ ﺎَﻣ
“Hər hansı bir ayəti aradan aparsaq, yaxud unutdursaq (yaddaşlardan silsək),
ondan daha xeyirlisini, yaxud onun bənzərini gətirərik.”
2
“Nəsxi-kitab”
dedikdə isə, kitabın üzünün köçürülməsi nəzərdə tutulur.
Burada əvvəlki kitab aradan aparılmır, əksinə, onun surəti başqa bir yerdə
1
Firuzabadi, əl-Qamusul-muhit.
2
Bəqərə surəsi, ayə: 106.
263
təsbit edilir. Bu məna bəzən “ﺥﺎﺴﻨﺘﺳﺍ” kəlməsi ilə ifadə olunur. Mütəal Allah
buyurur:
. َﻥﻮُﻠَﻤْﻌَﺗ ْﻢُﺘْﻨُﻛ ﺎَﻣ ُﺦِﺴْﻨَﺘْﺴَﻧ ﺎﱠﻨُﻛ ﺎﱠﻧِﺇ
“Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük”.
1
Zərqaninin nəzərincə, “nəsx” sözü ərəb dilində iki mənada işlənmişdir:
1) Aradan aparmaq (ﻪﻟﺍﺯﺍ) və məhv etmək (ﻡﺍﺪﻋﺍ):
ُﻥﺎَﻄْﻴﱠﺸﻟﺍ ﻰِﻘْﻠُﻳ ﺎَﻣ ُﷲ ُﺦَﺴْﻨَﻴَﻓ ِﻪِﺘﱠﻴِﻨْﻣُﺃ ﻰِﻓ ُﻥﺎَﻄْﻴﱠﺸﻟﺍ ﻰَﻘْﻟَﺃ ٰﻰﱠﻨَﻤَﺗ ﺍَﺫِﺇ ﱠﻻِﺇ ﱟﻰِﺒَﻧ َﻻ َﻭ ٍﻝﻮُﺳَﺭ ْﻦِﻣ َﻚِﻠْﺒَﻗ ْﻦِﻣ ﺎَﻨْﻠَﺳْﺭَﺃ ﺎَﻣ َﻭ
.ٌﻢﻴِﻜَﺣ ٌﻢﻴِﻠَﻋ ُﷲ َﻭ ِﻪِﺗﺎَﻳﺍَء ُﷲ ُﻢِﻜ ْﺤُﻳ ﱠﻢُﺛ
“Biz səndən əvvəl də elə bir
rəsul və nəbi göndərmədik ki, o (öz kitabının
ayələrini) oxuyanda şeytan onun sözlərində şübhə yaratmasın (təlqin və vəsvəsələr
etməsin). Lakin Allah şeytanın təlqinlərini məhv edir,
sonra Öz ayətlərini
möhkəmləndirərək bərqərar edir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.”
2
2) Bir şeyin qorunması şərti ilə onun başqa bir şeyə köçürülməsi:
“Nəsxi-kitab”, “kitabın üzünün köçürülməsi” deməkdir. “ َﻥﻮُﻠَﻤْﻌَﺗ ْﻢُﺘْﻨُﻛ ﺎَﻣ ُﺦِﺴْﻨَﺘْﺴَﻧ ﺎﱠﻨُﻛ ﺎﱠﻧِﺇ”
ayəsində işlənən “ُﺦِﺴْﻨَﺘْﺴَﻧ” kəlməsi də bu mənanı bildirir. Ayədə əməllərin səhifələrə
və səhifələrdən başqa yerə köçürülməsi nəzərdə tutulur.
3
“Aradan aparmaq”, “dəyişdirmək”, “ləğv etmək” və “köçürmək” mənalarının
hansının “nəsx” sözünün həqiqi, hansının isə məcazi mənası olması barədə alimlər
arasında fikirayrılığı vardır. Dr. Mustafa Zeyd müxtəlif fikirləri
qeyd etdikdən
sonra Əbul-Huseyn Bəsrinin fikirinin düzgün olduğunu qəbul edib, “Əhdi-
Qədim” və “Qurani-Kərim”də işlənən bir sıra ifadələri sübut gətirir. Əbul-Huseyn
Bəsrinin fikrincə, “aradan aparmaq”, “nəsx” sözünün həqiqi mənası, “köçürmək”
isə onun məcazi mənasıdır.
4
Azad mütaliə
Usuli-fiqh alimləri və quranşünaslar “nəsx” üçün müxtəlif təriflər və şərhlər
vermişlər. Müxtəlif dövrlərdə “nəsx” termini üçün verilən təriflərə nəzər salaq:
“Nasix və mənsux” mövzusunda qələmə alınan
və bizə gəlib çatan ən qədim
əsər İbn Həzm Əndəlusinin (vəfat tarixi: h.q. 320-ci il) əsəridir. O, “nəsx” üçün
bu tərifi qeyd etmişdir:
.ِﻪِﺗﻮُﺒُﺛ َﺪْﻌَﺑ ِﻢْﻜُﺤْﻟﺍ ُﻊْﻓَﺭ ُﻪﱠﻧﺇ :ْﻢُﻬُﻀْﻌَﺑ َﻝﺎَﻗ َﻭ ،ُﻡﺍَﻭﱠﺪﻟﺍ ﺎَﻫُﺮِﻫﺎَﻅ ﻰِﺘﱠﻟﺍ ِﺓَﺩﺎَﺒِﻌْﻟﺍ ُءﺎَﻀِﻘْﻧﺍ :ﻞﻴِﻗ َﻭ ،ِﺓَﺩﺎَﺒِﻌْﻟﺍ ِﺓﱠﺪُﻣ ِءﺎَﻬَﺘْﻧﺍ ُﻥﺎَﻴَﺑ ُﻪﱠﻧﺇ
1
Casiyə surəsi, ayə 29.
2
Həcc surəsi , ayə: 52.
3
Mənahilul-irfan, c.2, s.175.
4
ən-Nəsxu fil-Quranil-Kərim, s.55-65.