Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə97/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   110

285
Səkkizinci fəsil
Nasix və mənsux ayələrin araşdırılması
“Nəsx” mövzusunda Quran alimlərinin nəzərlərini araşdırdıqda aydın olur ki, 
“nəsx” termininin tədricən dəqiqləşməsi nəticəsində Quran nasixlərinin  əhatə 
dairəsi daha kiçilmiş, müasir tədqiqatçılar isə “nəsx”də ifrata varanların nəzərləri 
üzərinə xətt çəkmişlər. 
1
Dr. Mustafa Zeyd öz kitabında keçmiş alimlərin “nasix və  mənsux” hesab 
etdikləri ayələrin sayı barədə yazır:
“Əbu Abdullah Məhəmməd ibn Həzm 214 ayənin,  Əbu Cəfər Nəhhas 134 
ayənin, İbn Səlamə 213 ayənin, İbn Cuzi 248 ayənin “nasix və mənsux” ayələrdən 
olduğunu hesab etmişlər.”
2
Siyuti “əl-İtqan” kitabında “nəsx”də ifrata varmağı  tənqid edərək Quran 
ayələrində apardığı araşdırmadan sonra yalnız bir neçə ayənin “nasix və mənsux” 
olduğunu qeyd etmişdir. Həmin ayələr aşağıdakılardır: 
“Bəqərə” surəsində 6 ayə, “Ali-İmran” surəsində 1 ayə, “Nisa” surəsində 2 ayə, 
“Maidə” surəsində 3 ayə, “Ənfal” surəsində 3 ayə, “Nur” surəsində 2 ayə, “Əhzab” 
surəsində 1 ayə, “Mucadilə” surəsində 1 ayə, “Mumtəhinə” surəsində 1 ayə, 
“Muzzəmmil” surəsində 1 ayə. Siyutinin nəzərində mənsux ayələrin sayı 21 ayədir və 
o, bir ayənin mənsux olmasında tərəddüd etmişdir. Zərqani də Siyutiyə istinad edərək 
bu ayələri araşdırmışdır.
3
Dr. Subhi Saleh bu mətləbə - yəni  Quran tədqiqatçılarının nəzərinə görə, 
Quranda mənsux ayələrin sayı azdır – toxunduqdan sonra Siyutinin nəzərinə işarə 
edərək deyir: “Əgər araşdırsaq görərik ki, “nəsx” olan ayələrin sayı on ayədən 
artıq deyildir.”
4
Ayətullah Məhəmmədhadi Mərifət öz araşdırmaları nəticəsində yalnız səkkiz 
ayəni mənsux ayə hesab edir və bu ayələr aşağıdakılardan ibarətdir:
“Nəcva” ayəsi, “döyüşçülərin sayı” ayəsi, “cinsi əlaqəyə icazə” ayəsi, “zinakar 
qadının cəzası” ayəsi, “iman vasitəsilə varislik” ayəsi, “döyüşdən vaz keçmək” 
ayəsi, “əhdləşmə” ayəsi, “döyüşə icazənin tədricən verilməsi” ayələri.
5
1
  əl-Fəvzul-kəbir fi usulit-təfsir. 
2
  “Quranda nasix və mənsux və Əllamənin nəzəri” əsəri, s.106-107.
3
  əl-İtqan, c.2, s.708-712; Mənahilul-İrfan, c.2, s.256-270.
4
  Məbahisun fi Ulumil-Quran, s.273-274.
5
  ət-Təmhid, c.2, s.300-316.


286
Əllamə Şi`rani beş ayənin mənsux olduğunu qəbul edir. 
1
 Ayətullah Xoi isə 
yalnız bir ayəni mənsux ayə hesab edir və o da “nəcva” ayəsidir.
2
Seyid İsmayil Sədr “nəcva” ayəsindən əlavə Ənfal surəsinin 65-ci ayəsini də 
mənsux ayə hesab edir.
3
Burada biz “nasix və  mənsux” ayələri  əl-Mizan təfsirinə istinadən xülasə 
şəkildə nəzərinizə çatdırırıq: 
1) “Döyüşdən vaz keçmək” ayəsi:
...ِﻩِﺮْﻣَﺄِﺑ ُﷲ َﻰِﺗْﺄَﻳ  ٰﻰﱠﺘَﺣ ﺍﻮُﺤَﻔْﺻﺍ َﻭ ﺍﻮُﻔْﻋﺎَﻓ
“Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin...”
4
Bu ayə hicrətin ilk illərində “kitab-əhli” ilə döyüşdən vaz keçməyi göstəriş 
verir. Çünki müsəlmanlar hələ qüdrətlənməmişdilər.  Əllamə  Təbatəbai deyir: 
“Deyilənə görə, bu ayə “qital” ayəsi ilə nəsx oldu.”
5
“Qital” ayəsi budur: 
 ِ ّﻖَﺤْﻟﺍ  َﻦﻳِﺩ  َﻥﻮُﻨﻳِﺪَﻳ  َﻻ َﻭ ُﻪُﻟﻮُﺳَﺭ َﻭ ُﷲ َﻡﱠﺮَﺣ ﺎَﻣ  َﻥﻮُﻣﱢﺮَﺤُﻳ  َﻻ َﻭ ِﺮِﺧٰ ْﻻﺍ ِﻡْﻮَﻴْﻟﺎِﺑ  َﻻ َﻭ ِ ﺎِﺑ  َﻥﻮُﻨِﻣْﺆُﻳ  َﻻ  َﻦﻳِﺬﱠﻟﺍ ﺍﻮُﻠِﺗﺎَﻗ
  . َﻥﻭُﺮِﻏﺎَﺻ ْﻢُﻫ َﻭ ٍﺪَﻳ  ْﻦَﻋ َﺔَﻳ ْﺰِﺠْﻟﺍ ﺍﻮُﻄْﻌُﻳ  ٰﻰﱠﺘَﺣ  َﺏﺎَﺘِﻜْﻟﺍ ﺍﻮُﺗﻭُﺃ  َﻦﻳِﺬﱠﻟﺍ  َﻦِﻣ
“Kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən, Allahın və 
Onun Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) haram buyurduqlarını 
haram bilməyən və haqq dinə tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz 
əlləri ilə cizyə ödəyincəyə qədər vuruşun.”
6
Əllamə  Təbatəbai “Bəqərə” surəsinin 109-cu ayəsinin nəsx olunduğunu nəql et-
dikdən sonra, buna irad tutmadığı üçün məlum olur ki, onun bu barədə fikri müsbətdir.
2) Ramazan ayının gecələrində cinsi əlaqənin haramlığının aradan qaldı-
rılması ayəsi:
... ﱠﻦُﻬﱠﻟ  ٌﺱﺎَﺒِﻟ ْﻢُﺘﻧَﺃ َﻭ ْﻢُﻜَﻟ  ٌﺱﺎَﺒِﻟ  ﱠﻦُﻫ ْﻢُﻜِﺋﺎَﺴِﻧ  ٰﻰَﻟِﺇ  ُﺚَﻓﱠﺮﻟﺍ ِﻡﺎَﻴﱢﺼﻟﺍ َﺔَﻠْﻴَﻟ ْﻢُﻜَﻟ ﱠﻞِﺣُﺃ
“Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün 
libasdırlar və siz də onlar üçün libasısınız...”
7
 
Bu ayə ramazan ayının gecələrində cinsi əlaqənin haramlığını nəsx etdi, yəni aradan 
qaldırdı və bu iş halal oldu. Belə ki, sözügedən ayədə işlənən aşağıdakı ifadələr: 
1
  Nasix və mənsux Quranda və Əllamənin baxışında, s.107.
2
  əl-Bəyan, s.373-380.
3
  Nasix və mənsux Quranda və Əllamənin baxışında, s.107.
4
  Bəqərə surəsi, ayə: 109.
5
  əl-Mizan, c.1, s.257.
6
  Tövbə surəsi, ayə: 29.

 Bəqərə surəsi, ayə: 187.


287
ﱠﻦُﻫﻭُﺮِﺷﺎَﺑ  َﻥٰ ْﻻﺎَﻓ - ْﻢُﻜْﻴَﻠَﻋ  َﺏﺎَﺘَﻓ -  َﻥﻮُﻧﺎَﺘْﺨَﺗ ْﻢُﺘْﻨُﻛ - ْﻢُﻜَﻟ ﱠﻞِﺣُﺃ
bu işin əvvəllər haram olduğuna işarə edir və ya buna dəlalət edir.
1
3) “Zinakar qadının cəzası” ayəsi:
  ٰﻰﱠﺘَﺣ ِﺕﻮُﻴُﺒْﻟﺍ ﻰِﻓ  ﱠﻦُﻫﻮُﻜِﺴْﻣَﺄَﻓ ﺍﻭُﺪِﻬَﺷ  ْﻥِﺈَﻓ ْﻢُﻜْﻨِﻣ ًﺔَﻌَﺑْﺭَﺃ  ﱠﻦِﻬْﻴَﻠَﻋ ﺍﻭُﺪِﻬْﺸَﺘْﺳﺎَﻓ ْﻢُﻜِﺋﺎَﺴِﻧ  ْﻦِﻣ َﺔَﺸِﺣﺎَﻔْﻟﺍ  َﻦﻴِﺗْﺄَﻳ ﻰِﺗ ﱠﻻﺍ َﻭ
. ًﻼﻴِﺒَﺳ  ﱠﻦُﻬَﻟ ُﷲ َﻞَﻌْﺠَﻳ ْﻭَﺃ  ُﺕْﻮَﻤْﻟﺍ  ﱠﻦُﻫﺎﱠﻓَﻮَﺘَﻳ
“Qadınlarınızdan çirkin əməli işlədənlərə (zina edənlərə) qarşı özünüzdən dörd 
kişinin  şahidlik etməsini istəyin.  Əgər onlar şəhadət verərlərsə, onları (həmin 
qadınları) ölüm yetişərək canlarını alana qədər və ya Allah onlar üçün bir yol 
açana qədər evlərdə saxlayın.”
2
Əllamə Təbatəbai yazır: 
Belə görünür ki, müfəssillərin çoxunun dediyi kimi bu ayədə “َﺔَﺸِﺣﺎَﻔْﻟﺍ” ifadəsində 
“zina” nəzərdə tutulur. Belə hədis olunur ki, Həzrət Peyğəmbər (s) “şallaq” ayəsi
3
 
nazil olduqda buyurdu: “Bu, həmin “yol”dur ki, Allah zinakar qadınlar üçün qərar 
verdi.” Bu mətləbə sübut budur ki, ayədə işlənən “və ya Allah onlar üçün bir yol 
açana qədər” ifadəsi bu ayənin hökmünün gələcəkdə nəsx olacağına işarə edirdi.
Ayədə “ ْﻭَﺃ” (“və ya”) bağlayıcısının işlənməsi işarə edir ki, bu hökm nəsx oluna 
bilər və belə də oldu. “Şallaq” hökmü bu qadınların “əbədi həbs” hökmünü nəsx 
etdi. Aydındır ki, Peyğəmbərin (s) ömrünün son illərində və o həzrət vəfat etdikdən 
sonra zinakar qadınlar üçün icra edilən hökm, onların evdə əbədi həbs edilmələri 
deyildi,  şallaqlanmaları idi. Beləliklə, sözügedən ayənin zinakar qadınların 
hökmünə dəlalət etdiyini fərz etsək belə, bu ayə “şallaq” ayəsi ilə nəsx oldu. 
4
 
4) “İman vasitəsilə varislik” ayəsi:
 َﻚِﺌٰﻟﻭُﺃ ﺍﻭُﺮَﺼَﻧ َﻭ ﺍ ْﻭَﻭﺍَء  َﻦﻳِﺬﱠﻟﺍ َﻭ ِﷲ ِﻞﻴِﺒَﺳ ﻰِﻓ ْﻢِﻬِﺴُﻓْﻥَﺃ َﻭ ْﻢِﻬِﻟﺍَﻮْﻣَﺄِﺑ ﺍﻭُﺪَﻫﺎَﺟ َﻭ ﺍﻭُﺮَﺟﺎَﻫ َﻭ ﺍﻮُﻨَﻣﺍَء  َﻦﻳِﺬﱠﻟﺍ  ﱠﻥِﺇ
...ٍﺾْﻌَﺑ ُءﺎَﻴِﻟْﻭَﺃ ْﻢُﻬُﻀْﻌَﺑ
“Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda malları  və canları 
ilə cihad edənlər ilə, (mühacirlərə) pənah verən və kömək edənlər bir-birlərinin 
qəyyu mudurlar...”
5
Əllamə  Təbatəbainin izahından belə  əldə olunur ki, qohumluqla deyil, dini 
qardaşlıq vasitəsi ilə varislik məsələsi hicrətin əvvəllərində mühacirlər və ənsar 
1
  əl-Mizan, c.2, s.45.
2
  Nisa surəsi, ayə: 15.
3
  Nur surəsi , ayə: 2.
4
  əl-Mizan, c.4, s.233.
5
  Ənfal surəsi, ayə: 72.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə