Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə94/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   110

276
 
Beşinci  fəsil 
Azad mütaliə 
                                                           
 “Nəsx”i inkar edənlərin iradları
Bu fəsildə “nəsx”i inkar edənlərin və ya şəriətdə “nəsx”in baş verdiyinə irad 
tutanların başlıca iradlarını nəzərinizə çatdıracağıq.
Birinci irad: Şəri qanunlarda “nəsx”, əvvəlcədən məlum olmayan bir məslə-
hətin, xeyirin məlum olması  və yeni qərarın, rəyin ortaya çıxmasıdır ki, bu da 
Mütəal Allah barəsində təsəvvürolunmazdır. Çünki Allahın elmi əzəlidir, Onun 
elmində dəyişilmə və yeni qərarın, rəyin ortaya çıxması qəbulolunmazdır.
Cavab:  Onlar elə güman etmişlər ki, şəri qanunlarda “nəsx”, nəsxin həqiqi 
mənasındadır. Halbuki, bir qədər əvvəldə izah etdik ki, şəri qanunlarda “nəsx”, 
məcazi və zahiri mənadadır. 
İkinci irad: Qurani-Kərimdə mənsux ayələrin olması mükəlləfləri (yəni üzərinə 
şəri vəzifələr düşən fərdlər) səhvə sala bilər. Çünki onlar bu ayələri “möhkəm 
ayələr” hesab edib ona əməl edə  və ya onun mənasını  qəbul edə bilərlər. Bu 
məsələ səhvə, yanlışlığa salmaqdır və Mütəal Allah barədə təsəvvürolunmazdır. 
Cavab:  Qeyd etdik ki, əvvəlki  şəri hökmün sonrakı  şəri hökm vasitəsilə 
“nəsx” olunması, hansısa bir məsləhət əsasındadır. Mükəlləflər bilirlər ki, Qurani-
Kərimdə “nasix və mənsux”, “ümum və xas”, “mütləq və müqəyyəd”, “möhkəm 
və mütəşabih” ayələr vardır. Ona görə də, bir ayəni götürüb, onun hansı ayələr 
qismindən olduğunu araşdırmamış ona əməl etməkdə  tələsməməlidirlər. Elə 
bu səbəbdəndir ki, Həzrət  Əli (ə) qazidən soruşur: “İndi ki sən fətva verirsən
Quranın nasix və mənsuxunu tanıyırsanmı?”
Üçüncü irad: Qurani-Kərimdə “nasix və  mənsux” ayələrin olduğunu qəbul 
etmək Quran ayələri arasında ziddiyyəti qəbul etməyi tələb edir. Bu isə Allahın 
aşağıdakı kəlamına ziddir: 
 .ﺍًﺮﻴِﺜَﻛ ﺎًﻓ َﻼِﺘ ْﺧﺍ ِﻪﻴِﻓ ﺍﻭُﺪَﺟَﻮَﻟ ِﷲ ِﺮْﻴَﻏ ِﺪﻨِﻋ  ْﻦِﻣ  َﻥﺎَﻛ ْﻮَﻟ َﻭ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ  َﻥﻭُﺮﱠﺑَﺪَﺘَﻳ  َﻼَﻓَﺃ
“Məgər onlar bu Quran (onun ayələrinin mənası) barəsində düşünmürlər? 
Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət 
tapardılar.”
1
1
  Nisa surəsi, ayə: 82. 


277
Cavab: Yuxarıdakı ayədə sözükeçən “ziddiyyət”, həqiqi ziddiyyətdir. Lakin 
“nasix və mənsux” ayələrdə mövcud olan ziddiyyət, ayələrin mənaları arasındakı 
ziddiyyət deyildir. Məntiq alimləri “ziddiyyət və tənaquz” üçün “səkkiz vəhdət”i 
şərt hesab etmişlər, o cümlədən, “zaman vəhdəti” bu şərtlərdən biridir. Bu 
“vəhdət”lərdən biri dəyşildiyi təqdirdə artıq ziddiyyət və  tənaquz mövcud 
olmayacaqdır. “Nasix və  mənsux”da “zaman fərqliliyi”, bundan daha mühüm 
“hökmün meyarının fərqliliyi” mövcuddur. Bu məsələlərə diqqət yetirdikdə aydın 
olur ki, “nasix və mənsux” arasındakı ziddiyyət zahiridir.
Dördüncü irad: “Nəsx” olunan ayələri Quranda qeyd etməyin və yazmağın 
faydası nədir? Hökmü aradan qaldırılmış ayələrin Quranda yazılmasında məqsəd, 
illər və əsrlər boyu müsəlmanların və qarilərin bu ayələri oxumasıdırmı? 
Cavab:  Əgər Quran ayələrinin nazil olmasının faydası və hədəfi, təkcə şəriət 
hökmünü çatdırmaq olsaydı, bu irad doğru ola bilərdi. Lakin bilməlisiniz ki
şəriət hökmünü çatdırmaq, Quran ayələrinin nazil olmasında nəzərdə tutulan 
hədəflərdən biridir. Quranın çox ayələri, ümumiyyətlə şəriət hökmünü ehtiva etmir. 
Quranşünaslar bu inancdadırlar ki, “ehkam ayələri” beş yüz ayədən artıq deyildir.
Quran ayələrinin nazil olmasında əsas hədəf, “bəşəri hidayət etmək”dir. 
Bəzi ayələrdə bəyan olunan hökm aradan qaldırılsa da, lakin onun “möcüzəlik” 
və “təhəddi” cəhəti qüvvədədir.
Səkkizinci fəsildə “nasix və mənsux” ayələri nəzərinizə çatdırdıqda görəcəksiniz 
ki, mənsux ayələr nasix ayələrin mənasını başa düşməkdə çox böyük əhəmiyyətə 
malikdir. Bir çox hallarda nasix ayənin hökmü dəqiqliklə mənsux ayənin hökmü 
əsasındadır. Odur ki, Quranda nasix ayənin qeyd olunması  zəruridir. “Zinakar 
qadının cəzası” və “nəcva” ayələrinə müraciət etdikdə, bu məsələ sizə aydın 
olacaqdır.
Başqa bir mühüm məsələ də budur ki, Quranda mənsux ayələrin qeyd olunması 
şəriət hökmlərinin keçdiyi mərhələləri,  şəriət hökmlərinin nazil olduğu dövrdə 
İslam ümmətinin qabilliyini göstərir. 
Qurani-Kərimdə mənsux ayələrin qeyd olunmasının başqa bir səbəbi də, bu 
ayələri mədəni irs ünvanında qoruyub saxlamaqdır. Dünya xalqları öz mədəni 
irsinin qorunmasına böyük əhəmiyyət verdikləri halda, ilahi vəhy, zahir və batini 
nur olan Quran ayələrini qorumaq doğru olmazdımı?!
“Nəsx”in mümkünlüyünə  və baş verdiyinə dair yəhudilər, məsihilər və 
başqaları tərəfindən də bir sıra iradlar tutulmuşdur ki, bu iradların əsassız olduğu 
tam aydındır və biz onları burada qeyd etməkdən daşındıq.
1
1
   Maraqlananlar müraciət edə bilərlər: “ət-Təmhid”, c.2, s.294-297; Dr. Mustafa Zeyd, “ən-Nəsxu fil-Quranil-
Kərim”, s.27-52. Təəssüflər olsun ki, bu tədqiqatçının  şiənin “nəsx və  bəda” məsələsi barədə inancı ilə 
düzgün tanışlığı olmadığı üçün “nəsx və  bəda”nı onun qəbulolunmaz mənasında şiəyə nisbət vermişdir. 
Onun bu addımı tədqiqata deyil, sırf keçmiş alimlərin fikrini təqlid etməyə söykənmişdir.   


278
Fəslin əsas mətləbləri:
1.  “Nəsx”i inkar edənlər bir neçə məsələyə istinad etmişlər, o cümlədən:
a) Şəri hökmlərdə “nəsx” dedikdə, yeni qərarın və rəyin ortaya çıxması nəzərdə 
tutulur. Bu isə Allah barədə təsəvvürolunmazdır.
b) Nəsx olunan ayələrin Quranda qeyd olunması (yazılması) müsəlmanları 
səhvə salır.
c) Quranda “nasix və  mənsux” ayələrin olması Quran ayələri arasında 
ziddiyyəti tələb edir.
 ç) Quranda mənsux ayələrin qeyd olunması faydasız bir işdir. 
2. Yuxarıdakı iradlar “nəsx”in mənasını düzgün başa düməmək və  mənsux 
ayələrin yazılıb saxlanılmasının fəlsəfəsini nəzərə almamaqdan irəli gəlir.
 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə