Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə102/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   110

301
məsələlər, varlıqlar ilə ünsiyyətdə olubsa, deməli, hansısa bir məfhum və mənanı 
ona yalnız həmin məsələlər və varlıqlar vasitəsilə çatdırmaq mümkündür. Yaxud 
əgər bir fərd “külli mənalar”a nail olubsa, bu mənalara nail olduğu ölçüdə hansısa 
məna və məfhumu ona çatdırmaq mümkün olacaqdır. 
Digər tərəfdən dinin hidayəti insanların müəyyən bir dəstəsinə aid deyildir, 
əksinə bütün dəstələri və təbəqələri əhatə edir. 
Bir tərəfdən insanların düşünmə  səviyyəsinin müxtəlifliyi, digər tərəfdən 
dini hidayətin hamıya aid olması bais olmuşdur ki, Quranın bəyanları misallar 
qəlibində olsun. Belə ki, insan zehninə tanış olan məfhum və mənalar seçilir və 
bu mənalar vasitəsilə onun bilmədikləri ona bəyan olunur.”
1
Başqa sözlə:
“Quran kəlmələri haqq ilahi marif üçün bir növ misallardır. Ümumi insanların 
düşüncəsi hiss olunan məsələləri, varlıqları dərk etdiyindən və külli mənalara nail 
ola bilmədiklərindən, bu maarif misallar və maddi məsələlər qəlbində  təqdim 
olunur. Bu təqdirdə  əgər ilahi maarifin alınmasında insanın düşüncəsi həmin 
hiss mərhələsində donub qalarsa, Quranın bəyanları və misalları bu kimi fərdlər 
üçün həqiqət kimi görünəcək, “misal” “muməssəl” kimi nəzərə çarpacaqdır. Bu 
təqdirdədir ki, ayələrdə nəzərdə tutulan məna aradan gedəcəkdir. Əgər insanlar 
mənaları  dərk etməkdə misallar üzərində donub qalmasalar, bəyan edilən 
misallardan hiss olunmayan və mücərrəd mənalara nail olsalar, bu təqdirdə  də 
mücərrəd mənaları dərk etmək və misalların xüsusiyyətlərini onlardan ləğv etmək 
hamı üçün eyni olmadığına görə hiss olunan misallardan mücərrəd mənalara nail 
olmaqda təfavütlər yaranacaqdır.”
2
  
Bir sözlə, Quranın ali və mənəvi mənalarını insanlara çatdırmaq yalnız söz və 
ifadə vasitəsilə mümkün olduğundan, bu maddi sözlər həmin məna və məzmunu 
əhatə edə bilmir. Buna görə də “təşabuh” yaranır. 
Bəzi Quran tədqiqatçıları bu sualın: “Quran fəsahət və  bəlağətin  ən üstün 
nümunəsi olduğu bir halda nə üçün şübhə doğuran və gec anlaşılan mütəşabih 
ayələrə malikdir?”- cavabında deyirlər: 
Quran insanların təbii danışıq üslubu qəlibində nazil olmuşdur.  İnsanın 
danışığında gündəlik işlənən sadə söz və ifadələrdən tutmuş bədii ifadələr, məcazi 
məna bildirən sözlər, kinayələr və s. ifadələr vardır. Məcazi məna bildirən sözlər 
olduğu yerdə “təşabuh”un olması labüddür.
3
Beləliklə, bir tərəfdən ən dəqiq mənəvi mənaların maddi kəlmələr qəlibində 
çatdırılması digər tərəfdən Quranın insanların işlətdiyi söz və ifadələrdən, 
1
  əl-Mizan, c.3, s.60-61.
2
  əl-Mizan, c.3, s.62.
3
  Quranpəjuhi, s.736-737. 


302
məsələn, məcazi məna bildirən sözlərdən istifadə etməsi Quranda sayı iki yüzə 
çatan
1
 mütəşabih ayələrin olmasını labüd və  zəruri etmişdir.  Əslində, bundan 
qeyri olsaydı, sual və tərəddüdə yer olardı.
Fəslin əsas mətləbləri:
1. İbn Ruşd deyir: “Təşabuh” çox az sayda fərdlər üçün və yalnız qeybi və hiss 
ilə dərk edilməyən məsələlər, varlıqlardan bəhs edən bir sıra ayələrdə irəli gəlir. 
Bunun səbəbi isə, qeybi məsələlərin hissi məsələlər ilə ifadə edilməsidir. 
2.  Əllamə  Təbatəbainin  əqidəsi budur ki, bir tərəfdən dinin hidayəti bütün 
insanlar üçün olduğuna görə, digər tərəfdən də insanların düşüncə  səviyyələri 
müxtəlif olduğuna görə – belə ki, bəziləri yalnız hiss olunan varlıqları  və 
fenomenləri dərk etməyə, bəziləri isə külli və mücərrəd mənaları da dərk etməyə 
qadirdir –, bundan əlavə, ilahi məfhumlar və Quranın ali maarifi maddi kəlmələr 
qəlibində bəyan olunduğundan təşabuh irəli gəlir. Bu məsələ qaçılmaz və labüddür.
3. Bəziləri Quranda təşabuhlərin olmasını bu cəhətdən təbii hesab edirlər ki, 
Quran öz maarifini bəyan etmək üçün bəşərin işlətdiyi sadə kəlmə və ifadələrdən 
tutmuş  bədii ifadələrə  qədər istifadə etmişdir. Məcazi məna bildirən söz və 
ifadələrin istifadəsi təşabuhun irəli gəlməsini labüd etmişdir. 
4. Belə başa düşülür ki, yuxarıdakı fikir Əllamə Təbatəbainin fikrini tamamlayır 
və Quranda mütəşabihlərin olmasının səbəbi bu iki məsələdən biri ola bilər. Belə 
olduğu təqdirdə Quranda mütəşabihlərin olmasının nəinki iradı yoxdur, hətta belə 
ifadələrin işlədilməsi özü bir üstünlükdür. 
1
  ət-Təmhid, c.3, s.14.


303
Üçüncü fəsil
Mütəşabih ayələrin bəzi nümunələri
1
Heç  şübhəsiz, Quranda mütəşabih ayələrin  ən bariz nümunələri Mütəal 
Allahın sifətlərinə  və fellərinə aid olan bir sıra ayələrdir. Bu ayələrdən  əlavə, 
insanın hidayət və zəlalətindən bəhs edən bir sıra ayələr, həmçinin vəhy və qeybi 
varlıqlardan bəhs edən ayələr bəziləri üçün təşabuh yaratmışdır. 
Demək olar ki, hicri-qəməri birinci əsrdən indiyədək bəziləri bu ayələrdən 
səhv nəticələr çıxarmış, bu da öz növbəsində azğın firqələrin meydana gəlməsinə 
gətirib çıxarmışdır. Burada həmin ayələrdən bir neçəsinə nəzər salacağıq. Eyni 
zamanda xatırlatmaq istərdik ki, azğın firqələr Quran ayələrindən nəticə çıxararkən 
iki məsələni unutmuşlar: 
Birincisi, müəyyən bir mövzuya aid ayə ilə rastlaşdıqda (məsələn, hidayət 
və  zəlalət mövzusu) həmin mövzuya aid bütün ayələri nəzərə alıb nəticə 
çıxarmalıdırlar.
İkincisi, müəyyən bir mövzuya aid bütün ayələri nəzərə almaqla yanaşı, 
bu kimi ayələri Quranın möhkəm ayələrinə istinad etdirmək və ana ayələr ilə 
tutuşdurmaq lazımdır. 
Azğın firqələrin, məsələn “mucəssəmə”, “cəbriyyə” və s. firqələrin meydana 
gəlməsinin səbəbi barədə başqa bir ehtimal da budur ki, onların havadarlarında 
əvvəlcədən mucəssəməliyə və cəbriliyə təmayül var imiş. Odur ki, Quran ayələri 
arasından da ilk baxışda Allahın cismaniliyinə, yaxud “məcburiyyət”ə  dəlalət 
edən ayələri seçib götürmüş, bu ayələrin müqabilində olan ayələri isə məqsəddən 
uzaq bir mənada mənalandırmağa çalışmışlar. 
Mütəşabih ayələrə qısa baxış
a) Allahın sifətləri:
Allahın taxtda əyləşməsi barədə olan ayələr:
1) “Fussilət” surəsi 11-ci ayə:
...  ٌﻥﺎَﺧُﺩ َﻰِﻫ َﻭ ِءﺎَﻤﱠﺴﻟﺍ ﻰَﻟِﺇ  ٰﻯَﻮَﺘْﺳﺍ ﱠﻢُﺛ
“Sonra səmanın (yaradılışına) başladı və o, bir tüstü idi.”
1
  Müraciət edin: ət-Təmhid, c.3, s.83-dən başlayaraq.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə