Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə101/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   110

298
olunan ayələr möhkəm ayələr, müxtəlif surələrdə təkrarlanıb kəlmə və məzmunu 
peyğəmbərlərin hekayətləri barədə oxşar olan ayələr isə mütəşabih ayələrdir.
10- Möhkəm ayələrin əksinə olaraq, mütəşabih ayələr izah və şərhə ehtiyacı 
olan ayələrdir.
11- Xəbəriyyə cümlə (yəni nəqli cümlə) olan ayələr mütəşabih ayələr, inşaiyyə 
cümlə (əmr, sual, istək və s.) şəklində olan ayələr isə möhkəm ayələrdir.
12- “Sifətlər”i bəyan edən ayələr (istər Allahın sifətlərini, istərsə də pey ğəm-
bərlərin sifətlərini) mütəşabih ayələr, qalan ayələr isə möhkəm ayələrdir. 
13-  İnsanın başa düşdüyü və  dərk edə bildiyi ayələr möhkəm ayələr, insan 
ağlının dərk etməyə qadir olmadığı ayələr isə mütəşabih ayələrdir.
14- Nəzərdə tutulan məna “ayənin zahiri mənası” olan ayələr möhkəm ayələrdir 
və “ayənin zahiri mənası”ndan fərqli məna nəzərdə tutulan ayələr isə mütəşabih 
ayələrdir. (Son dövrün tanınmış müfəssirləri bu nəzəriyyəni qəbul edirlər.) 
15- Mütəşabih ayələrdən fərqli olaraq, möhkəm ayə o ayədir ki, onun mənası 
barədə müfəssirlər eyni fikirdədirlər. 
Yuxarıdakı nəzəriyyələri bəyan etməkdə məqsəd, əziz oxucuları məlumat lan-
dır maq idi. Bu nəzəriyyələrin nöqsanları barədə  Əllamə  Təbatəbai “əl-Mizan” 
təfsirində geniş söhbət açmışdır. Belə düşünürük ki, “möhkəm və mütəşabih 
ayələr” üçün verdiyimiz tərifdə yuxarıda qeyd edilən nəzəriyyələrin iradları göz 
qabağındadır və bu iradları açıqlamağa ehtiyac yoxdur. 
Fəslin əsas mətləbləri:
1. Quran ayələri iki dəstəyə - “möhkəm” və “mütəşabih” ayələrə bölünür. Bu 
bölgü Quranda açıq-aydın bəyan olunub. 
2. Möhkəm ayələr Quranın “ana ayələri” və istinad yeridir. 
3. Mütəşabih ayələrdən istifadə etməyin  şərti bu ayələri möhkəm ayələrə 
istinad etdirməkdir.
4. Möhkəm ayə o ayədir ki, öz mənasını ifadə etməkdə heç bir qaranlıq məqama 
və eyhama yer qoymur, hər növ şəkk-şübhə və yanlışlığın üzünə yolu bağlamışdır. 
Mütəşabih ayə isə o ayədir ki, onun üçün bir neçə məna ehtimal verilir, buna gərə 
də bu ayənin mənası barədə şəkk-şübhə yaranır.
5. Quranada möhkəm və mütəşabih ayələrin müəyyən edilməsi barədə 
söylənilən nəzəriyyələrin bəziləri möhkəm və mütəşabih ayələr barədə verilən 
təriflə uyğun gəlmir. Məsələn, belə söylənilir ki, mütəşabih ayələr muqəttə`ə 
həriflərdir, yaxud mucməl ayələr mütəşabih ayələrdir, yaxud mənsux ayələr və ya 
ehkam ayələrindən qeyri ayələr mütəşabih ayələrdir və s.
6.  İslamda bəzi azğın  firqələrin yaranmasının səbəbi Quranın mütəşabih 
ayələrinə istinad etməkdir. 


299
İkinci fəsil
Quranda mütəşabihlərin olmasının fəlsəfəsi
Qurani-Kərimdə mütəşabih ayələrin olması bəzi irad axtaranların əlinə bəhanə 
vermişdir. Onlar deyirlər: Quran özünün aydın kəlam və fürqan (yəni haqqı 
batildən ayıran) olduğunu, onda heç bir batilin olmadığını iddia edir, halbuki, 
mütəşabih ayələr  şübhə doğuran, gec anlaşılan və  çətinlik yaradan ayələrdir. 
İslamda olan müxtəlif firqə və məzhəblərin hər biri haqq olduqlarını isbat etmək 
üçün elə bu Qurana istinad etmişlər. Müxtəlif  firqələrin meydana gəlməsinin 
səbəbi məhz Quranda mütəşabih ayələrin olmasıdır. Əgər bu Kitabın bütün ayələri 
möhkəm ayələr olsaydı, onun özünün bəyan etdiyi hədəfə
1
 uyğun olmazdımı? 
Ümumiyyətlə, Quranda mütəşabih ayələrin olmasının fəlsəfəsi və səbəbi nədir?
İmam Fəxr Razi öz təfsirində Quranda mütəşabih ayələrin olmasının beş 
səbəbini söyləmişdir: 
1) Axirət savabı: İnsanlar Quranın mütəşabih ayələrini başa düşməkdən ötrü 
zəhmət çəkirlər və bu da onların axirət savabı qazanmalarına səbəb olur. 
2) Müxalifləri cəlb etmək:  İnsanların müxtəlif həyat tərzləri və  məsləkləri 
vardır. Əgər Quran açıq-aşkar onların qarşısında dayansaydı, bu onlarda nifrət hissi 
yaradar və Qurandan üz döndərmələrinə səbəb olardı. Onlar elə ilk başlanğıcda: 
“Bu kitab bizə müxalifdir”- deyərdilər. 
3) İnsanların düşünmə qabiliyyətinin artması: İnsanlar Quranın mütəşabih ayə-
lə rini  başa düşməkdən ötrü düşünməlidirlər. Bu da onların düşünmə  qabi liy yə-
tinin artmasına bais olur. 
4) Bir sıra elmlərin öyrənilməsi: Mütəşabih ayələri başa düşməkdən ötrü lek-
siko logiyanı (lüğət elmi), morfologiyanı (sərf elmi), sintaksisi (nəhv elmi) və s. 
sahələri öyrənmək lazım gəlir. 
5) Hər kəsin öz istedadı qədərində Qurandan bəhrələnməsi: Quranda mütə şa-
bih ayələrin olmasının səbəbi hər kəsin öz istedadı qədərində Qurandan bəhrə lən-
məsidir.
“əl-Mənar” təfsirində  Rəşid Rza yuxarıda sadalanan səbəbləri zəif hesab 
etdikdən sonra ustadı Şeyx Məhəmməd Əbduhdən üç başqa səbəbi qeyd etmişdir.
2
 
1
   Ümumiyyətlə, ilahi peyğəmbərlərin və səmavi kitabların göndərilməsində hədəf insanlara doğru yolu və 
düzgün həyat tərzini göstərmək olmuşdur. Quran da bu hədəfi izləyir.
2
  əl-Mənar, c.3, s.167-168.


300
O cümlədən, qeyd etmişdir ki, Quranda mütəşabih ayələrin olması  sınaq və 
imtahan xarakteri daşıyır.  Əgər Quranın bütün ayələri möhkəm ayələr olsaydı, 
zahirdə iman gətirən kəslər əlacsız qalıb onları qəbul edəcəkdilər. Amma Quranın 
bir sıra ayələri mütəşabih şəklində nazil oldu ki, imtahan vasitəsi olsun.
Aydındır ki, yuxarıda sadalanan səbəblərin heç biri Quranda mütəşabih ayələrin 
olmasının fəlsəfə  və  səbəbini açıqlamır. Bu səbəblərdən bəziləri qoyulan sualı 
cavablandırmamaqdan əlavə, hətta Allah kəlamının zəiflik və süstlüyünə gətirib 
çıxarır. Bu fikirlərin  əsassızlığı aydın olduğundan biz burada öz iradlarımızı 
bildirməkdən daşındıq. 
Böyük  filosof  İbn Ruşd  Əndəlusi Quranda mütəşabih ayələrin olmasının 
səbəbini belə açıqlayır:
“İnsanlar üç dəstədir: alimlər, savadı olmayan insanlar, bu ikisinin arasında 
qərar tutanlar. Üçüncü dəstə insanlar nə alimlər səviyyəsindədirlər, nə  də 
savadsızdırlar. Məhz bu dəstə üçün “təşabuh”, yəni “oxşarlıq, bənzərlik” yaranır 
və Allah-Təala da onları məzəmmət etmişdir. Çünki alimlər müqəddəs şəriətdə 
“təşabuh” yaratmırlar. Onlar bilirlər ki, hər ayə şəriətdə nəzərdə tutulan qaydada 
necə istinad etdirilməlidir. Savadı olmayan inasanların isə belə  şəkk-şübhə  və 
iradlar barədə məlumatı yoxdur, onlar ayələrin zahiri mənası ilə kifayətlənirlər.”
1
İbn Ruşd daha sonra deyir:  
“Şəriətin təlimləri bir qida kimidir, əksər insanlar üçün faydalıdır. Bəzən az bir 
dəstə üçün zərərli ola bilər. Bu səbəbdəndir ki, Quran bu incə məqama toxunaraq 
buyurur: 
. َﻦﻴِﻘِﺳﺎَﻔْﻟﺍ  ﱠﻻِﺇ ِﻪِﺑ ﱡﻞِﻀُﻳ ﺎَﻣ َﻭ
 “(Allah) onunla ancaq fasiqləri azdırır.”
2
Bu “təşabuh” çox az insanlar üçün və 
hiss xaricində olan (metafizik) məsələlərdən, varlıqlardan bəhs edən çox az sayda 
Quran ayələrində baş verir. Quran hiss ilə dərk olunmayan və qeybi bir məsələni, 
hiss ilə dərk olunan bir məsələ vasitəsilə - belə ki, bu məsələ digər məqamlarla 
müqayisədə  həmin qeybi məsələyə daha yaxın və oxşardır – ifadə edir. Bəzi 
insanlar hiss ilə dərk olunan həmin misalı əxz edib şəkkə və tərəddüdə düşürlər.”
3
Yuxarıdakı  fikirdə “təşabuh”un yarandığı  bəzi məqamlar qəbul oluna bilər. 
Əllamə  Təbatəbai Quranda mütəşabih ayələrin olmasının səbəbi barədə geniş 
bəhs etdikdən sonra belə bir nəticəyə gəlir ki, ümumiyyətlə, Quranda mütəşabih 
ayələrin olması vacib və zəruridir, başqa cür ola da bilməzdi. O deyir: 
“İnsana müəyyən məfhum və mənanı çatdırmaq, yalnız onun ömür boyu kəsb 
etdiyi zehni məlumatlar yolu ilə mümkündür. Əgər bir fərd daim hiss olunan 
1
  ət-Təmhid fi Ulumil-Quran, c.3, s.16-17.
2
  Bəqərə surəsi, ayə: 26.
3
  ət-Təmhid, c.3, s.16-17.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə