Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə9/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
1   2   3   4   5   6   7   8   9   10

İbni ömər deyir ki, günlərin bir günündə Rəsuli Əkrəm ilə gəzirdik. Bir xurma ağacının yanına çatanda Həzrət yerə düşmüş bir neçə xurmanı götürdü, təmizləyib mənə təklif etdi. Dedim yemirəm. Həzrət buyurudu: bu mənim üç gündən sonrakı yeməyimdir.
èEYĞƏMBƏR səlləllahu əleyhi və alihi və səlləm DÜNYA MALINA E”TİNA ETMİRDİ

Sərvətli şəxslərdən biri olan Əbdürrəhman elçilik üçün Həzrəti Rəsulun hüzuruna gəlib ərz etdi: Əgər qızını mənə versən, sizin mənzilinizdən öz mənzilimə qədər ipək və məxmər xalçalar döşəyəcəyəm (müəyyən etdiyi o böyüklükdə mehriyə ilə belə).

Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Görək Allah nə istəyir.

Bəli, Həzrəti Zəhra əleyha salam-ın həyat yoldaşı Həzrət Əmir olmalıdır ki, onların toy gecəsindəki xalçaları yerin qumları idi. Rəvayətdə var ki, bütün xəzinələri Həzrət Rəsula verdilər, amma qəbul etmədi və buyurdu ki, axırı ölümdür.

Əli əleyhis-salam buyurur: “Əgər bizim heç bir eyb və nöqsanımız olmasa, amma Peyğəmbərin istəmədiyi şeyi istəsək, (eybli sayılmaq üçün) kifayətdir. Peyğəmbər dünyanı istəmirdi.”

Görəsən Peyğəmbər, ondan üz döndərən müşriklərdən bir şey istəmişdi ki, onlara baha başa gəlsin?!


MUSA VƏ ARPA ÇöRƏYİNİN BORCU
Həzrət Əmir əleyhis-salam “Nəhcül-bəlağə”nin xütbələrindən birində bir neçə peyğəmbərlərin adını qeyd edir. O cümlədən, Musa ibni İmran barəsində buyurur: O Həzrət o qədər səhranın otlarından və göyərtilərindən yedi ki, göylüyü qarnından görünürdü. Şüeyb Peyğəmbərin qızları üçün su çəkəndən sonra ona arpa çörəyi verdilər, Allaha şükr etdi və dedi:

“Ey Rəbbim, Sən mənə nazil etdiyin xeyrlərə ehtiyaclıyam.”

İsəbni Məryəm əleyhis-salamın döşəməsi torpaq çırağı ay idi. Peyğəmbər qadınlarının hücrələrindən birinə gələndə üstündə rəngarəng şəkildə olan bir pərdə gördü, o pərdəni hücrənin qapısına asmışdılar. Həzrət buyurdu: “Bu pərdəni götürün, mən onu görməklə dünya fikrinə düşürəm.”

Mərhum Məclisi “Biharul-ənvarda” nəql etmişdir ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm hər vaxt səfərdən qayıdanda əvvəlcə Həzrət Zəhra əleyha salam-ın mənzilinə gedirdi. Bir gün səfərdən qayıdanda Həzrəti Zəhra əleyha salam-ın evinə daxil oldu, gördü ki, qızının boynunda boyunbağı, əllərində bilərzik, qulaqlarında sırğa var və hücrənin qapısına bir pərdə asılıbdır. Rəsuli Əkrəm dərhal o evdən çölə qayıtdı. Həzrət Zəhra əleyha salam onun qayıtmasının səbəbini başa düşdü, Həzrət Həsən və Hüseyn əleyhis-salamı çağırıb bəzək əşyalarını Peyğəmbərin yanına göndərib dedi: “Babanıza deyin ki, bunları Allah yolunda sərf etsin.” Rəsul Əkrəm səlləllahu əleyhi və alihi və səlləm üç dəfə buyurdu: “Atası ona qurban olsun!” Həsən və Hüseyn əleyhiməs-salam-a buyurdu ki, Ali-Mühəmmədin dünya malı ilə nə işi! Əgər dünyanın milçəyin qanadı qədər dəyəri olsaydı, Allah yanında ondan düzələn su şərbətini kafirə verməzdi.


DÜNYA EVSİZLƏRİN EVİDİR

Peyğəmbərlər axirət aləmini görürdülər, məhz buna görə də dünyaya heç əhəmiyyət vermirdilər. Evi olmayan hər kəs dünyada löbər salmışdır. Necə ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurur:

“Dünya əbədi evi olmayanların evidir, həqiqi sərmayəsi olmayanların malıdır; əqlsizlərdən başqası dünyada bina tikməz, ona ürək bağlamaz.”(Axirəti unudaraq əbədi şəkildə dünyada qalmaq niyyətilə bina salanalar red.)

Əzəmətli peyğəmbərlər dünyaya tamah salmaqdan çox-çox uzaqdırlar. Amma xums və zəkat məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bunlar bütün dinlərdə vacib olmuşdur. Amma peyğəmbərlərə heç bir dəxaləti yoxdur. Çünki, zəkat və xums, ümumiyyətlə, fəqirlər üçün olub onlara xərclənir. Peyğəmbər övladlarına isə zəkat haramdır. Zəkatın özü isə malın pak olmasına səbəbdir. Həzrət Zəhra əleyha salam “Fədək” xütbəsində buyurur:

“Allah-Taala zəkatı malın artıb inkişaf etməsi üçün qərar vermişdir.”

Digər tərəfdən isə, məgər zəkatın miqdarı nə qədərdir ki? Qızıl və gümüşün zəkatı sikkəli olan halda qırxdan birdir, belə ki, əgər bir kəsin qırx misqal qızılı olsa, onun bir misqalı zəkatdır. Taxılın zəkatı iyirmidə bir; əgər yağış suyu ilə suvarılsa, onda birdir. Xumsa gəldikdə isə, əgər illik xərclərdən bir şey artıq qalarsa, onun beşdən biri Həzrət Zəhra əleyha salam-ın övladlarına verilir. İl boyu da xərclənənlərin xumsu yoxdur.


XUMS öZÜ DƏ BİZİM XEYRİMİZƏDİR

“Biharül-ənvar” kitabının 11-ci cildində İmam Sadiq əleyhis-salamın kəramətli işlərindən biri qeyd olunmuşdur. Şiələrdən biri bir qədər malı xums kimi İmamın hüzuruna gətirdi. öz-özünə fikirləşərək onu çox hesab edirdi. Sonra İmam qulamına buyurdu ki, evin küncündə olan teşti gətirsin. Elə ki, gətirdi, İmam bir neçə kəlmə oxudu, sonra buyurdu ki, teşti boşaltsın. Teşti boşaldanda o qədər dinar töküldü ki, qulam ilə o kişinin arasında fasilə saldı. İmam buyurdu: Sənin fikrincə, bizim sizin əlinizdə olanlara ehtiyacımız vardırmı? (Yəni Allahın bizə əta etdiyi bu qədər qüdrətlə belə!) Sonra buyurdu:

“Sizdən aldıqlarımız sadəcə olaraq sizin özünüzün paklanmağınız üçündür.”

Bu şərif ayədən məlum olur ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünya əhlindən heç nə istəməmişdir. Əli əleyhis-salam buyurur: “Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünyadan gedəndə heç bir kərpici də kərpic üstünə qoymamışdı. Yəni heç nə özünə düzəltməmişdi Peyğəmbərin evi xurma ağacının yarpaq və budaqlarından tikilmişdi. Alimlərdən bəziləri demişlər ki, yaxşı olardı ki, müsəlmanların sonrakı əsrlərdə o Həzrətin evinin necə olduğunu görsünlər deyə, o evi olduğu kimi saxlayardılar. Sonrakı əsrin müsəlmanları Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in necə ağır vəziyyətdə yaşadığını görsünlər.


MÜSAFİRLƏR KİMİ YAŞAYIN
Salman Farsinin (rəhmətullahi əleyh) malik olduğu kəramətlər, xariqül-adə işlər hamı arasında məhşur olduğuna görə onu tanıtdırmağa lüzum yoxdur. Amma o, ölüm ayağında ağlayırdı. Soruşdular ki, nə üçün ağlayırsan? Dedi: Qorxuram ki, Rəsuli Xuda ilə öz əhdimə vəfa etmədiyim halda görüşüm. Dedilər, sənin kimi insan da bu qədər ah-nalə edər. Salman dedi: Həccətül-vidada Rəsuli Əkrəm Kəbənin həlqəsindən yapışıb buyurdu:

“Dünyada süvari yol gedən adamlar kimi yaşayın. İnsafla danışın, yaşayış tərzi bu olan Peyğəmbər Salmana necə buyurur: tovhid əhli olun, öz aqibətiniz üçün azuqə hazırlayın. Dünyaya ürək bağlamaq pisdir. Həsəd, paxıllıq, tamah, çirkin sifətlərdəndir.”

Bunların hamısı Peyğəmbərin nəsihətlərindəndir. O, camaatdan heç nə istəmirdi. Ümumiyyətlə, onun muzdunu Allahdan başqa kim verə bilər? Belə ki, o buyurur: “Qulu la ilahə illəllah tuflihu-”la ilahə illəllah deyib nicat tapın” Camaatın qarşısında ona töhmət vururlar, daş-qalaq edirlər və s.

Məgər onların yanındadır Lövhi-məhfuz ki, onlar yazırlar: Peyğəmbərin məbdə və məad haqqında verdiyi xəbərlər səhih deyil. Yaxud, ondan kitabət edib xəbər versinlər ki, Peyğəmbər öləcək və onun də”vəti batil olacaq.

“Onlar istəyirlər ki, sənin barəndə məkr və hiylə etsinlər?” Səni aradan aparmaq üçün və sənin də”vətini söndürmək üçün. Kafir olanlar özlərinə qarşı məkr olunub. Yəni, onların məkr və hiylələrinin bəlası özlərinə qayıdır. Necə ki, Bədr döyüşündə öldürüldülər, bütpərəstlik Məkkədən yığışdırıldı. Bu şərif ayədə müşriklərin məkr və hiylələri barəsində bəzi müfəssirlər buyurmuşlar ki, məqsəd Rəsuli Əkrəmə vurulan iftira və töhmətlərdir. Ona şair, məcnun, kahin deyirdilər. Bu iftira və töhmətlərdən məqsədləri bu idi ki, camaat ona tərəf yaxınlaşmasın, sözlərinə qulaq asmasın və nəticədə onun də”vəti camaata çatmasın, Allahın nurunu söndürsünlər. Amma, bu məkr və hiylələrin bəlası özlərinə qayıtdı. Çünki, əvvəla o Həzrətin də”vətinin yayılmasının qarşısını ala bilmədilər. İkincisi, özləri bədbəxtlik və məhrumiyyətə düçar, əbədi səadətə çatmaqdan məhrum oldular. Onların məkrləri müqabilində Allah onlara tövfiq vermədi, qəlblərini möhürlədi.

Təfsirçilərdən bəziləri demişlər ki, bu ayədəki „ÓÍÚœ-məkr kəlməsi müşriklərin ictimasına, “Darün-nədvə”də yığışdıqları toplantıya işarədir ki, bu toplantıda Peyğəmbəri qətlə yetirməyi qərara almışdılar. Allah da onların məkrlərini özlərinə qaytardı. Sonradan öz Peyğəmbərinə hicrət etməsini əmr etdi. Bədr müharibəsinə qədər müşriklərin hamısı öldürüldü. “Darün-nədvə” məsələsi icma şəkildə bundan ibarətdir ki, müşriklər şura təşkil edib dedilər ki, Rəsuli Əkrəm Mədinəyə getsə camaat onun ətrafına yığışacaq, işimiz daha da ağırlaşacaq. Sonra, darülnəqvə deyilən bir yerə yığışdılar, şeytan da qoca bir kişi surətində onların içinə daxil oldu. Sözə ilk dəfə başlayan Əbu Cəhl idi. O dedi: Mühəmməd bizim işlərimizi korlamışdır. Bizim başımızı alçaltmışdır. Biz bir neçə nəfərə pul verib göndərməliyik ki, gözlənilmədən hücum edib Mühəmmədi öldürsünlər. Şeytan dedi: Bu olan iş deyil. Çünki, onun öldürülməsi asan deyil. Bəni Haşim də əl çəkən deyillər. Üməyyə və Əbu Süfyan dedilər: Mühəmmmədi zəncirləyib zindana salmalıyıq və zindanda bir baca yeri qoymalıyıq ki, ölməsin. Şeytan yenə dedi: Bu olan iş deyil. Əvvəla, Bəni Haşim bu işin baş verməsinə mane olacaqlar, əgər gücləri də çatmasa Həcc vaxtı başqalarından kömək istəyəcəklər. Və ona nicat verəcəklər. Dedilər, Mühəmmədi əhilləşməmiş dəvənin üstünə mindirib çöllərə buraxaq ki, ölsün. Şeytan yenə dedi: Bu da qeyri-mümkündür. Çünki, Mühəmməd özünün fəsahətli kəlamları ilə camaatı cəzb edəcək, camaat da onun ölməsinin qarşısını alacaq. Şeytan bu sözlərlə məclis əhlinin nəzərini özünə cəlb etdi. Camaat onu məclisin baş tərəfinə keçirtdilər. O məl”un rə”y verdi ki, gərək hər qəbilədən, hətta Bəni Haşim qəbiləsindən də bir nəfər seçilib birlikdə Mühəmmədi öldürsünlər. Belə olan halda Bəni Haşimin bütün qəbilələrə gücü çatmayacaq. Bu rə”y qəbul olundu. Hamı qərara aldı ki, həmin gecə Peyğəmbəri öldürsünlər. Cəbrail Peyğəmbərə nazil oldu və ərz etdi ki, indi sənin Mədinəyə hicrət etməyinin vaxtı çatıbdır. Allah əmr edir ki, öz evindən çıx və Əlini öz yerəndə qoy. Peyğəmbərin getməsi qeyri-mümkün idi. Çünki Həzrət camaat arasında əmanətdarlığı ilə məşhur idi və yanında çoxlu əmanət qoyulmuşdu. Digər tərəfdən arvadı və qızı Həzrət Fatimə orada idi. Xülasə, qərara alındı ki, Əli əleyhis-salam qalıb Peyğəmbərin ailəsinə başçılıq etsin və əmanətləri çatdırsın. Xülasə Əli, Peyğəmbərin yerində yatdı. Müşriklər güman etdilər ki, Peyğəmbərin özüdür. Bəziləri dedi ki, elə bu gecə onu öldürək. Əbu Ləhəb onlara mane olub dedi, evdə qadın vardır, gözləyin, sübh öldürərik.


ALLAHIN ƏLİ əleyhis-salam İLƏ İFTİXAR ETMƏSİ
Sünnü və şiə alimləri tərəfindən belə bir rəvayət nəql olunmuşdur: Höccətül-İslam Ğəzzali də “Ehyaül-ülum” kitabında qeyd etmişdir ki, Cəbrail və Mikailə nida çatdı ki, siz iki nəfəri bir-birilə qardaş etdim və birinin ömrünü o birisindən artıq etdim. Sizlərdən hansı az ömrü götürüb, çoxu o biri qardaşına vermək istəyir? Hər ikisi susub qaldı. ölümə ikrah hissi ilə yanaşdılar. Nida gəldi ki, nə üçün Məhəmməd və Əli kimi olmadınız? Hansı ki, onların arasında qardaşlıq əhdi bağladım, Əli öz canını Peyğəmbərin canına fəda etdi.

Başqa bir rəvayətdə də gəlmişdir ki, Peyğəmbər Əliyə canının sağ qalması barədə arxayınlıq vermədi və Əli ciddi olaraq Peyğəmbərin yolunda ölümə hazır oldu. Seyyid ibni Tavus “İqbal” kitabında Həzrət Əli əleyhis-salamın şə”nində müfəssəl şəkildə yazmışdır. İşin xülasəsi belə oldu ki, Cəbrail və Mikailə əmr olundu ki, Yer üzünə gedib, mənim dostum Əli ibni Əbu Talibə keşikçi olun! Cəbrail o Həzrətin başının tərəfində, Mikail isə ayaq tərəfində qərarlaşıb, “bəh-bəh, ya Əli!” dedilər.

Sünnü hədisçilərin çoxu üçün də aşkar bir məsələdir ki, Əli əleyhis-salam Rəsuləllahın yolunda necə fədakarlıq edibdir. Allah da onun üçün mələkut aləmində iftixar etmişdir. Sübh olanda Peyğəmbərin evinə töküldülər və Onu tapmayıb yerində Əlini gördülər. Əbu Cəhl dedi: Mühəmmədi hara göndərdin? Əli əleyhis-salam buyurdu: Məgər Mühəmmədi mənə tapşırmışdınızmı? Onlardan biri dedi ki, indi ki Mühəmməd gedibdir, onun yerinə Əlini öldürək. Əbu Cəhl dedi: Bu cavanın ağlı düz işləmir. Əli buyurdu: Allah mənə o qədər əql mərhəmət edib ki, əgər bütün aləmə bölsələr və paylasalar heç kəs dəli qalmaz və mənə elə bir qüvvə əta etmişdir ki, əgər bütün camaat arasında paylansa, aləmdə zəif insan qalmaz. Bu yerdə Əbul Bəxtəri adlı bir nəfər qılıncını siyirib Həzrəti öldürmək istədi. Əmirəl-Möminin Əli əleyhis-salam onun sağ əlini tutub sıxdı, qılınc əlindən düşdü və özü də titrəməyə başladı. Sonra yerə yıxıldı. Sonra o məl”unu çiyinlərində götürüb evdən çölə apardılar.
PEYĞƏMBƏR səlləllahu əleyhi və alihi və səlləm-İN AYAQ İZLƏRİNİ AXTARIRLAR
Münadi car çəkib dedi ki, hər kəs Mühəmmədi tapsa, yaxud ondan bir xəbər gətirsə, ona yüz dəvə veriləcəkdir. Ərəblərin arasında bir nəfər var idi ki, ayaq izlərini gözəl şəkildə tanıyırdı. O şəxs gəlib dedi ki, bu Peyğəmbərin ayaq izidir ki, İbrahimin qədəmlərinə oxşayır. Bu izi tutub gedin. Müşriklər həmin işi gördülər. Nəhayət, “Sur” dağına çatdılar. O dağda bir mağara var idi. (Peyğəmbər bu mağaraya gedəndə Əbu Bəkri də yolda özü ilə götürmüşdü.) Müşriklər mağaranın ağzına qədər gəlib çatdılar. Əbu Bəkr dedi, ya Mühəmməd, indicə gələcəklər və bizi tutacaqlar. Peyğəmbər buyurdu: “Nigaran olma, iki nəfər hər yerdə olsa, üçüncüsü Allah-Taaladır.” Rəsuli Əkrəm ağaca işarə etdi, ağac gəlib mağaranın ağzında qərarlaşdı. Hörümçək də orada tor çəkdi və göyərçinlər də orada gəlib yuva qurdu və yumurta qoydular. Müşriklər mağaranın 10 metrinə qədər gəldilər. Sonra ayaq izlərini tanıyan şəxs dedi: Buraya qədər Mühəmmədin ayaq izləri var. Amma, bundan o yana yerə girdiyini, yaxud göyə çıxdığını bilmirəm. Bəziləri mağaranın içinə girmək istədilər, lakin başqaları dedi ki, bu hörümçək toru, göyərçin yumurtaları göstərir ki, uzun müddətdir ki, bu mağaraya heç kəs gəlməyib. Bunu deyib qayıtdılar və belə fikirləşdilər ki, mağarada heç kəs yoxdur. Allah bunların məkr və hiylələrinin müqabilində məkr etdi. Nəhayət, məkr sözü ilə gətirilən ibarə eynilə cəzalandırmaq mənasındadır. Yəni, pisliyin əvəzi pislik kimidir. Əvvəlcədən, heç nə olmadan, məkr işlətmək əqlən qəbahətli şər”ən isə haramdır. Amma, edilən məkrin müqabilində məkr etmək əqlən bəyənilmiş, şər”ən də caizdir.

Onlar yanıldılar. Hörümçəyin toru və göyərçinləri Allah iznilə o mağaranın ağzında qərar verdi. Əbu Bəkrin ürəyi o mağarada bərk döyünürdü. Amma Peyğəmbər, qəlbinin qüvvəti ilə orada idi. Müşriklər qayıtdı. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Əli əleyhis-salam üçün xəbər göndərdi ki, sən amandasan, özünü mənə çatdır, mən Mədinəyə tərəf hərəkət edirəm. Hər vaxt mənim borclarımı və əmanətlərimi təhvil verdin, Fatimələri yəni, Fatimeyi Zəhra əleyha salam, Fatimə Binti Əsəd və Fatimə Binti Zübeyri bir neçə zəif müsəlmanlarla birlikdə özün ilə Mədinəyə gətir. Həzrət Əli əleyhis-salam da bu işi yerinə yetirdi. Müşriklərin yolda maneçilik törətmələrinə baxmayaraq Həzrət Əli əleyhis-salamın qılıncı ilə öz yerlərində oturduldu.

YOLDAKI HADİSƏLƏR
Peyğəmbər və Əbu Bəkr Mədinəyə doğru hərəkət etdilər. Müşriklər Həzrəti tutmaq üçün yüz dəvə mükafat təyin etmişdilər. Həmçinin, hər kəs Peyğəmbərdən bir xəbər gətirsəydi də eyni qayda ilə. Süraqə ibni Malik bu mükafatı əldə etmək məqsədilə o Həzrətə doğru hərəkət etdi. Peyğəmbər buyurdu: İlahi, məni Süraqənin şərrindən xilas et! Və bu zaman Süraqənin atının ayaqları yerə batdı və atdan yerə yıxıldı. Peyğəmbərin yanına qaçıb dedi: Ey Mühəmməd, bildim ki, bu bəla sənin tərəfindən mənə çatdı. Dua et bu işdən xilas olum, and içirəm ki, ömür boyu məndən sənə heç bir pislik çatmayacaq. Peyğəmbər dua etdi, at xilas oldu. Elə ki, ata mindi yenidən o Həzrəti təqib etməyə başladı. Yenə də atı yerə batdı. Yenə də Peyğəmbərə yalvardı, Peyğəmbər dua etdi. Xülasə, xilas oldu. Bu iş üç dəfə təkrar olandan sonra üçüncü dəfə xilas olandan sonra dedi: Ey Mühəmməd, mənim dəvələrimi, qulamlarımı və oxumu götür. Hər yerdə istəsən istifadə et! Mən heç kəsi qoymaram ki, səni təqib etsin. Peyğəmbər buyurdu: Mənim sənin malına ehtiyacım yoxdur.

Yolda bir nəfər Peyğəmbərin qabağını saxladı. Peyğəmbər onun adını soruşdu. Ərz etdi ki, adım Büreydədir. Peyğəmbər buyurdu: Bərədə əmruna-yəni, bizim işimiz asan və yaxşı oldu. Sonra buyurdu ki, hansı qəbilədənsən? Dedi: Bəni Əsləm qəbiləsindənəm. Həzrət buyurdu: Salamatçılıqla qurtardıq. Bir qədər danışdıqdan sonra ona buyurdu, İslamı qəbul et! Peyğəmbərin təsirli kəlamı səbəbilə o və onun ətrafında olan 70 nəfər müsəlman oldu. Büreydə Rəsuli Əkrəmə ərz etdi ki, Mədinəyə bu cür getməyin. İcazə verin mən sizin ələmdarınız olum. Həzrət buyurdu: özün necə istəyirsənsə eləcə də et! Büreydə Rəsuli Əkrəmin və Əli əleyhis-salamın yaxın dostlarından oldu və Həzrətin vəfatından sonra Əbu Bəkr və ömər ilə bey”ət etmədi.

Büreydə öz əmmaməsini bayraq etdi. Peyğəmbər 12-13 gün yolda oldu. Sonra Mədinəyə çatdı. Yol əsnasında Ümmu Məbəd adlı bir qadının xeyməsinə çatdı. Həzrət soruşdu: Nəyin var? O dedi: Arıqlıqdan çölə getməyən bir qoyunum var. Qoyunun süd verirmi? Dedi: Yox. Peyğəmbər buyurdu: İcazə ver onu sağım. Rəsuli Əkrəm öz əlini qoyunun döşünə vurdu. Elə bu anda süd onun döşlərindən axmağa başladı.

Hamısı içdi. Bu qoyun 17 il diri qaldı və ömərin xilafəti dövründə düşüb öldü.

Başqa bir rəvayətə görə Peyğəmbər xurmanı yeyib dənəsini həmin torpaqda əkdi. Xurma göyərdi. Başqa bir rəvayətdə var ki, o tikanlı ağac idi ki, Peyğəmbər onun yanında dəstəmaz aldı, ağzının suyunu və dəstəmazın suyunu o ağacın dibinə tökdü, ağac böyük bir yaşıl ağaca çevrildi. Meyvələrindən xəstə yeyirdisə, dərhal şəfa tapırdı. Hər ac və susuz insan ondan yeyirdisə susuzluqdan və aclıqdan doyurdu.

Peyğəmbər vəfat edən vaxt onun meyvələri naqis oldu. Əli əleyhis-salam dünyadan gedəndə daha meyvə vermədi, Hüseyn əleyhis-salam şəhid olandan sonra o ağacdan qan axmağa başladı və quruyub aradan getdi. Rəsuli Əkrəm gedəndən sonra Ümmü Məbədin əri gəlib vəziyyəti başqa cür gördü. Məsələni soruşdu, özü və onun qəbiləsi hamısı müsəlman oldular.

Həzrəti Peyğəmbər Quba məhəlləsinə çatıb 17 gün orada qaldı və buyurdu: Nə qədər ki, əmim oğlu Əli gəlməyibdir buradan hərəkət etməyəcəyik. Nəhayət, Əli və onunla birlikdə gələnlər gəlib çatdılar və oradan Mədinəyə yola düşdülər. Peyğəmbərin Məkkədən hərəkəti rəbiül-əvvəlin 1-i, Mədinəyə çatması isə 12-ci günü oldu. Mədinə əhlinin hər biri Peyğəmbəri öz evinə aparmaq istəyirdi. Həzrət buyurdu: “Mən ixtiyarı dəvəmin öhdəsinə qoydum. Hər yerdə dayansa, o yerdə mənzil edəcəyəm.” Bunu deyib, dəvənin yüyənini buraxdı, dəvə gəlib Əbu Əyyub Ənsarinin evinin müqabilində dayandı. Peyğəmbər altı (başqa rəvayətə görə səkkiz) ay orada qaldıqdan sonra yerini dəyişdi.

Bu sonuncu sual daha mühümdür. Məkkə müşriklərinə xitabən deyilməsinə baxmayaraq, ümumi bir sualdır Qiyamətə qədər. “Məgər özləri üçün aləmlərin Pərvərdigarından başqa bir ilahi, məbud, tək olan Allahdan başqa bir məbud seçirlərmi ki, ona pərəstiş etsinlər, bəlalarda ona pənah aparsınlar və öz istəklərini də ondan istəsinlər. Allah Ona qoşulan şirkdən çox-çox uzaqdır.


“İLAH” VƏ “ALLAH” ARASINDAKI FƏRQ

İlah-fial, kitab vəznində olan bir məsdərdir, ələhə, ilahən, məbud mənasında olandır. Məbud-yəni, pərəstiş olunan. Şəkk yoxdur ki, həqiqi məbud o şəxsdir ki, həqiqi ne”mət verən olsun. Məlumdur ki, bütün ne”mətlər Allahındır. Hər bəşərin varlığının əksi, onun etdiyi bütün istifadələrin hamısı tamamilə Allah tərəfindəndir. Deməli, yaxşı layiqlidir ki, ibadətə layiqli olan Odur, vəssəlam. İbadət-yəni, pənah aparmaq, sığınmaq, zəlil, xaşe”, xaze” olmaq, bəndəçiliyin axırıncı həddinə çatmaq. Hər nəyin müqabilində olursa-olsun. Bəzilərinin məbudu bütdür. özləri canlı olmasına baxmayaraq, cansız şeylərə pərəstiş edirlər. Bəziləri, yeddi yüz milyondan artıq insan bütə pərəstiş edir. Çində, Hindistanda, Yaponiyada və s. kimi ölkələrdə. Dostlarımdan bəzisi nəql edir ki, Hindistanın bütxanalarında bir hindu şəxs yeddi saat öz əllərini biz qunut tutduğumuz kimi bütün qarşısında əllərini göyə açıb dayanır. Biz nə üçün Allahın qabağında belə etmirik? Rəvayətdə var ki, hər kəsin bu dünyada qunutu uzun olsa, Qiyamətdə hesabı daha rahat olacaqdır.

Başqa bir dəstə isə qəsr, saray və s. kimi şeylərə pərəstiş edirlər. Onu gözəlləşdirmək üçün çalışırlar. Qadınlar qızıla, paltara, bər-bəzəkli şeylərə daha çox meyl edirlər. Başqa bir dəstə ağaca pərəstiş edir. Hindistanda iki növ ağac vardır ki, pərəstiş olunur. Onlardan birinin yarpaqları mütəhərrikdir, başqasının isə üç yarpağı var ki, ortadakı yarpağı hərəkətdədir. Başqa bir qrup isə inəyə sitayiş edir. İnəyə pərəstiş edənlərdən daha pisi, bir qadını görəndə hər şeyini ona qurban verən, malını, canını, bədənini, qəlbini ona təslim edib, onun müqabilində zəlil olan insanlardır. Ümumiyyətlə, həqiqi ne”mət verənin–aləmlərin Pərvərdigarının qarşısında zəlil olmaq yerinə öz şəhvətlərinin qulu olurlar. Belə olan vaxtda, Möminləri də məsxərəyə qoyurlar, “sizlər köhnəpərəstsiniz” deyirlər. Bəziləri isə günəşə, aya pərəstiş edirlər. Məsələn, çoxları Zöhrə ulduzuna sitayiş edirlər. Başqa bir dəstə isə öz növündən olan bəşər müqabilində zəlillik, bəndəçilik edirlər.

Fəxri Nazimin “Ləvamiül-bəyyinat” kitabında İmran ibni Hüseyndən nəql olunur ki, Peyğəmbər bir gün mənə buyurdu: “Bu gün neçə dənə ilaha sitayiş etmisən?” Cavabda dedim ki, altı, ya yeddi olar. Altısı yerdə, biri asimanda. Çünki, ərəb qəbilələrində çoxlu bütlər var idi, hər kəs bir və ya bir neçəsinə pərəstiş edirdi.

Peyğəmbər buyurdu:

Onlardan hansına öz arzularına çatmaq üçün pərəstiş edirsən?

Dedim: Asimanların Xaliqinə.

Peyğəmbər buyurdu: Elə bu sənin üçün bəsdir. Sənin bütün istək və arzularını asimanların Allahı təmin edir. Daha bütlərə heç bir ehtiyacın yoxdur. Onların da əlindən heç bir iş gəlmir. Sonra buyurdu: Əgər müsəlman olsan, sənə iki kəlmə öyrədərəm ki, onlardan istifadə edib faydalanasan. Sonra İmran müsəlman oldu və o iki kəlməni Peyğəmbərdən öyrənmək istədi. Peyğəmbər buyurdu: Bu duanı et:

“Allahummə əlhimni rüşdi və əizni min şərri nəfsi.”

“İlahi, mənə ilham et düz yolu-hidayət yolunu, nicat və səadət yolunu mənə anlat. İlahi mənə öz nəfsimin şərrindən pənah ver.”

Doğrusu Peyğəmbərin buyurduğu bu cümlə necə də mühümdür. Bilmək lazımdır ki, şirklərin ən pisi həvayi-nəfsə pərəstiş etmək, hətta bütün batil pərəstişlərin həqiqəti həvayi nəfsə pərəstişə qayıdır. Yəni, “mən” pərəstlik, gözəllik pərəstlik, qadın pərəstlik, məqam pərəstlik və s. kimi şeylər. Hətta, bütpərəstliyin özü də nəfsin meyli üzündən olmadığına görə həvayi-nəfsə pərəstişdir. Allah bizi öz nəfsimizin şərrindən saxlasın! Bizi tövhid və Allahpərəstlərdən etsin!
ALLAHDAN BAŞQA HEÇ KƏS PƏRƏSTİŞƏ LAYİQ DEYİL

İndi ki, ilahin mənası aydın oldu, zikr olunan ayənin mənası məlum olur ki, Qiyamətə qədər bu xitab ümumidir: məgər özünüz üçün məbudlarınız qərar verdiyiniz bunlarda bir şey varmıdır ki, onun xatirinə ibadət edirsiniz. Ey mənpərəstlər, ey inəkpərəstlər, ey qadınpərəstlər, ey cəh-cəlalpərəstlər. Məgər bunların ibadət olunmağa, pərəstiş olunmağa ləyaqətləri varmı? Nə üçün özünüz kimi, yaxud özünüzdən də alçaq olan məxluqların müqabilində zəlil olursunuz? Məgər bilmirsiniz ki, Allah sənin işini ona-buna yalvarışla və yaltaqlanmaq olmadan düzəldə bilər. Həmçinin, Allahdan başqa özünə məbud seçdiyin şeylərin sənə nə kimi şərafəti vardır? Onun malik olduğu əql, göz, qulaq və s. əzalar səndə də vardır; əgər onlar sənin hər hansı bir müşkülünə nicat vermək üçün, bağışlanmaq üçün vasitə olsalar, onların da hamısı öz növbəsində Allaha qayıdır. Yəni, əgər Allah istəsə, hər hansı bir məxluqun vasitəsi ilə sənin işini düzəldəcəkdir. Yox, əgər istəməsə, ən güclü fərdlər belə bu işi yerinə yetirməkdə aciz qalacaqlar. Bütün bu işlərin hamısı Allahdandır ki, məxluqatın vasitəsi ilə icra olunur.


XƏLİFƏ BAĞDAD KöRPÜSÜNÜN YANINDA

Abbasi xəlifələrinin biri Bağdad körpüsünün yanından keçəndə zahirdə sultan oğluna oxşayan bir dilənçini gördü. Amma onun paltarları dilənçi paltarlarına oxşamırdı. Bu barədə maraqlandıqdan sonra məlum oldu ki, əvvəlki xəlifənin oğludur. Onun halından riqqətə gəldi və yüz qızıl əşrəfi pulu ona verib dedi ki, bu sərmayəni götür və daha dilənçilik etmə! Qayıdanda yenidən gördü ki, həmin şəxs orada oturmuş, dilənçilik edir. Soruşdu: Məgər sənə yüz əşrəfi vermədim? Dedi: Əşrəfiləri cibimə qoymaq istəyəndə çaya düşdü. Xəlifə elə oradaca iqrar etdi ki, Allahın istəmədiyi bir iş heç vaxt baş tutmaz. Yəni fəqir olmasını istədiyi bir şəxsi sultan da zəngin edə bilməz.

Alimlərdən biri can üstündə olanda dövrün xəlifəsi ona baş çəkməyə gedir. Bu böyük alimin yatağının kənarında oturanda deyir ki, neçə övladın varsa, icazənlə onları mənə həvalə et. Yəni onların həyatının idarə olunmasının başçılığı mənim öhdəmdə olsun. Bu böyük şəxsiyyətli alim sükut edib heç nə demir. Üç kərə təkrar etdikdən sonra alim deyir ki, mən öz Allahımdan xəcalət çəkirəm ki, öz övladlarımı Ondan başqasına tapşırım. Sultan da onun bəndələrindən biridir. Gərək övladı elə şəxsə tapşırasan ki, əbədi olaraq qalsın. Əgər Allah öz lütf nəzərini bir kəsdən kəssə, hətta ona verdiyi pul da heç bir ehtiyacını təmin etməz və yarasını sağaltmaz. Ola bilsin ki, çox varlı-dövlətli olan şəxslər əlacı olmayan xəstəliklərə düçar olub acından ölsünlər.
BU AYƏLƏRİN ƏVVƏLKİ AYƏLƏRLƏ ƏLAQƏSİ
Bu surədəki 15-ci sual ilzami sual, yəni cavabı hər aqil şəxsin yanında Allah Taalanın sözünü təsdiq etməkdən ibarətdir. Birinci ayədən axırıncı ayəyə qədər. Amma bu bədbəxt və ürəkləri qəsavət bağlamış camaat bu Allahın kəlamını qəbul etmək istəmədilər. Hədisdə var ki, Qiyamətdə Əbu Cəhl bir quyuda olacaqdır. Peyğəmbəri Əkrəmin gəlişinin xəbərini ona verəndə, deyəcək ki, mənim üstümə bir daş salın ki, gözüm onu görməsin. Deyirlər, Peyğəmbər şəfaət etmək istəyəcək, Əbu Cəhl cavab verəcək ki, istəmirəm. Müşriklərin Peyğəmbərlə o qədər inadlı kinləri var idi ki, əvvəllər Peyğəmbərə deyirdilər ki, əgər düz deyirsənsə, elə et ki, asimandan bir daş parçası düşsün və bizi həlak etsin. Allah buyurur:

“Əgər asimandan bir daş parçasının gəldiyini görsəydilər, deyəcəkdilər ki, buludlar sıxlaşıb bu hala düşmüşdür.”

Ümumiyyətlə, heç vaxt aləmlərin Allahına etiqadlı olmağa hazır olmadılar. Onların gözləri yalnız zahiri səbəbləri görürdü. Məsələn, əgər hər hansı vaxt zəlzələ baş versəydi, yaxud şiddətli tufan, sel vasitəsi ilə müxtəlif dağıntılar baş versə, öldürücü ildırım çaxsa, deyəcəkdilər ki, bunların hamısı yerin yuxarılarının sıxılmasının, yaxud təbiətin qəzəbinin nəticəsidir. Fikirləşmirdilər ki, yer kürəsində olan ən kiçik iş belə Allahın istəyi və icazəsi ilədir, onun Xaliqinin icazəsi olmadan baş verməyəcəkdir ki, bunun səbəbilə ilahi əzabdan və qəhrdən qorxsunlar və ona itaətsizlik etməkdən əl çəksinlər.

“Səhifeyi-Səccadiyyənin şərhində nəql olunub ki, bir nəfərə ölüm ölüm ayağında “Ədilə” duası oxuyurdular. O isə dua oxumaq yerinə “indi hava soyuqdur və istilik getmişdir” və s. kimi səfeh sözlər deyirdi və bu sözlərlə dünyadan getdi. Xülasə, zahiri səbəblərə diqqət yetirmək olmaz. Bu xəstəliklər ölüm əlamətləridir. İnsan öz fikrini bir yerə yığıb cəm etməlidir.

Haqq olan mətləbi qəbul etməyən bir şəxsi öldürsən də, yenə də qəbul etməyəcəkdir. İnadkar uşağa hər nə etsəndə mədrəsəyə getməyəcək. Namazı tərk edən adama “namaz qıl” deyəndə, sanki “get o dağı kökündən qopart”, deyirsən. Xülasə, bu ikiayaqlı heyvan o qədər inadkardır ki, heç kəsə tabe olmaq istəmir. Belə olan halda onu gərək öz halına boşlayasan. Vay olsun o xəstənin halına ki, həkim onu boşlaya. Peyğəmbər Allahın vəlisidir. Belə bir vəli camaatı boşlasa, görəsən onlar nə edər? Allah buyurur: onları boşla!

QİYAMƏT SAİQƏSİ


“Yüs”əqunə” kəlməsinin mənasını iki cür təfsir etmişlər. 1-ci budur ki, Qiyamət gününün saiqəsi-zəlzələsi hər inadkar və boynuyoğunu kiçildib zəlil edər. Hər zərrə möhkəmləşər. Qiyamət, ilahi qəzəbin, qəhrin zühur yeridir. Çox vəhşətlidir. Od kürəsi kimi qızmar, hərarətlidir. Qiyamətin torpağı Möminin ayaqları altında sərin, kafirin ayaqları altında od yaradır. Qiyamətin torpağının şüuru vardır. Möminlə kafir arasında fərq qoyur. Necə ki, Nil çayından Bəni İsrail tayfası içəndə su idi. Amma, fironçular üçün qan. Bəzi vaxtlar fir”onçular Bəni İsrailin yanına gəlib onlara su verməsini istəyirdilər. Elə ki, su verirdilər, yenidən qana dönürdü.

Rəvayətdə var ki, Qiyamət torpağının hərarəti nəticəsində insanların beyni yanar. Başlarının üstündəki ulduzlar bir-birinə qarışar... Qiyamətin səhnəsi, qəribə bir səhnədir. Qəlblər qorxunun şiddətindən boğazlara gəlib çıxar və boğazlar tutular.

Deyirlər, bir nəfər Sultan Mahmud Qəznəvini yuxuda görür və ona deyir: Sən ki, dünyada yaxşı kişi idin. De görüm Allah səninlə necə rəftar etdi? O cavabında dedi: Məni yer üzündə olan ləqəb və ünvanlarla çağırma. Çünki. bu ləqəblər və ünvanlar burada mənasızdır. Mən elə güman edirdim ki, sultanam. (Necə ki, bəzi adamlara rəis, sədr, başçı hacı, məşhədi, şeyxül-islam və s. deyirlər.) Qiyamət günü Allah buyurar: Mən bir nisbət qərar verdim, siz də başqa bir nisbət qərar verdiniz. Siz mənim nisbətimi kənara qoyub özünüz üçün nisbətlər düzəltdiniz. Mən dedim ki:

Allah yanında ən əziz şəxs-ən təqvalı şəxsdir. Və kimdir bu göstərişə əməl edən. Məqsəd Qiyamətdir. İnadkarlar zəlil və başıaşağı olarlar. Quran aşkar şəkildə buyurur ki:

“Əgər o vaxt günahkarları görsən, öz Allahlarının yanında başları aşağıdır.”

Bu qədər söz-söhbətlər hamısı sırf sükuta çevrilər.

“Səslər zəifləşər Allah üçün, həm-həmədən başqa bir şey eşitməzsən.”

“Pərvərdigarın izni olmadan heç kəsin danışmağa cür”əti olmaz.”

“Biharul-ənvar” kitabında Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləmin sərgüzəştlərindən rəvayət olunmuşdur ki, hər vaxt güclü qırmızı və sarı küləklər əsəndə Həzrəti dəhşət bürüyürdü. Soruşurdular ki, bu nə haldır səndə baş verir. Buyurardı: Qorxuram ki, Allah tərəfindən bəla nazil olsun.
ÜÇ TAYFA BAŞQALARINA SIĞINACAQDIRLAR
Üç tayfa vardır ki, onların vasitəsi ilə Allah bəlanın qabağını alar. Biri, 70-80 il “ya Allah!” deyib Allaha ibadət edən ahıl qocaman kişilər. Xüsusilə, əgər 90 yaşına çatsalar. Xəbərlərdə var ki, nida yetişər “Ey torpaqda əsir olan bir şəxs, səni bağışladıq.” Bu cür fərdlərin vücudları, hər şəhərdə, kənddə, hər məhəllədə olsa, ora üçün ne”mət və bərəkətdir. İkincisi, öz şəhvətlərindən üz döndərib Allah qarşısında təslim olan cavanlar. Hansı ki, onların yaşıdları eyş-işrətə və s. şeylərə məşğuldurlar. Üçüncüsü isə, südəmər uşaqlardır.
“BƏDR” GÜNÜNDƏ ONLARIN MƏKRLƏRİ FAYDA VERMƏDİ

Bu şərif ayə üçün başqa bir məna da “Bədr” müharibəsi ilə əlaqədardır. Yəni ey Peyğəmbər, indi ki, sən müşriklərin iman gətirmələrindən məyus oldun, onları öz hallarına burax, həlak olsunlar, onların məkrlərinin fayda vermədiyi bir gündə. Məqsəd “Bədr” müharibəsinin baş verdiyi gündür. Bu müharibədə müşriklərin müsəlmanlardan hər bir cəhətdən hazırlıqlı olmalarına baxmayaraq, ağır məğlubiyyətlərə uğradılar: onlardan yetmiş nəfərdən çoxu müsəlmanların əli ilə öldürülüb, başqa yetmiş nəfəri isə əsir düşdü. Allah-Taala beş min mələyi müsəlmanlara kömək üçün göndərdi. Daha yaxşı məna da Qiyamət gününə təfsir olunur ki, müşriklərin məkrlərinin heç bir faydası olmayacaq.

Mərhum Şeyx Müfidin “İrşad” kitabında deyilir:

Əmr ibni Mədi Kərəb ərəblər arasında igid cəngavərlərdən biri idi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in hüzuruna müşərrəf olanda, Həzrət buyurdu: Ey Əmr, İslamı qəbul et, Allah səni böyük günün əzabından amanda saxlasın! Əmr dedi: Ya Mühəmməd, böyük günün əzabı hansıdır? Mən elə bir kişiyəm ki, mənim heç nədən qorxum yoxdur. Həzrət buyurdu: Heç də sənin güman etdiyin kimi deyildir. Həqiqətən camaatın üstünə elə bir nə”rə çəkiləcək ki, heç kəs ölü halda qalmaz, hamısı dirilər. Sonra sıralara düzülərlər; asimanlar yarılar, dağlar yerindən silkələnər. Cəhənnəm odunun bir parçası ayrılıb dağlar kimi səpələnər. Sonra heç bir böyük ruhiyyəli insan tapılmaz ki, qəlbi yerindən oynamasın, günahlarını yad etməsin. Hardasan, nə fikirdəsən, ey Əmr? Sonra Əmr dedi: Böyük bir məsələni eşidirəm.

Elə həmin vaxt özü və onun qəbiləsi iman gətirib İslam dinini qəbul etdilər.

“Həqiqətən özlərinə zülm edən, Allahı, Onun peyğəmbərini, Qiyamət gününü inkar edən şəxslər üçün deyilən axirət əzabından başqa bir əzab da vardır. Yəni axirət əzabından başqa bir əzab da onları gözləyir. Amma, onların əksəriyyəti bundan qafildirlər. Bu cümlədə işarə olunur ki, onlardan az bir qismi bu məsələni bilirdilər, ancaq öz elmlərinə əməl etmirdilər. Yəni, bilə-bilə, agahlıq üzündən öz küfrlərində israr edirdilər. Qiyamət əzabından əvvəldə olacaq əzab barəsində iki nəzəriyyə vardır: Birincisi, müşriklərin başına gələn “Bədr” müharibəsi kimi böyük bəla, əsir olunub qətlə yetirilmələri, ikincisi isə budur ki, həmin əzabdan məqsəd qəbir əzabı, qəbir sıxıntısı, bərzəx aləminin əzablarıdır ki, bunlar da Qiyamətdən əvvəl baş verir. Sonuncu məna bu məqam və bu məna ilə daha münasibdir. Çünki, onun məzmunu daha geniş olub Qiyamətə kimi olan bütün kafir və müşriklərə şamildir. Yəni bütün kafirlər və facirlər Qiyamət əzabından öncə, qəbir və bərzəx aləmində də əzaba düçar olacaqdır. Necə ki, Fir”onun qövmü barəsində buyurulur:

“Fir”onçular qərq olandan sonra sübh və axşam (bərzəxdə) onlara od nazil olub onları yandırırdı.”

Elə ki, Qiyamət başlanar əzab mələklərinə əmr olunar ki, fir”onçuları ən ağır əzablara daxil edin. Bu bərzəx əzabı təkcə kafirə deyil, günahkar, günah edib tövbəsiz ölən Möminlərə də şamildir. Bəzən elə olur ki, bərzəx əzabı səbəbi ilə Möminin günahı paklanır və günahsız halda məhşərə daxil olurlar. Bu mətləbin dəlili gəlib çatan çoxlu rəvayətlərdir. O cümlədən, “Kafi” kitabında nəql olunub ki, Əmr ibni Zeyd İmam Sadiq əleyhis-salama ərz edib dedi: Mən sizdən eşitmişəm ki, sizin şiələr nə qədər günah etmiş olsalar da, behiştə gedəcəklər. Həzrət buyurdu:

Düz demişəm, and olsun Allaha ki, onların hamısı Cənnətə gedəcəklər.

Əmr dedi: Canım sənə fəda olsun, günahlarımız həddindən çoxdur. Onların arasında kəbirə günahlar da vardır.

İmam əleyhis-salam buyurdu:

“Amma Qiyamətə gəldikdə isə, onların hamısı Cənnətdədir. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm, yaxud onun vəsisinin şəfaəti vasitəsi ilə. Allaha and olsun ki, mən sizin hamınız üçün bərzəx aləminin əzabından qorxuram.”

Əmr dedi: Bəzrəx nədir?

Buyurdu: Qəbir aləmidir. ölüm anından başlayaraq Qiyamətə qədər davam edir.

Bu hədisdən aydın olur ki, bu dünyadan imanla gedən Möminlər üçün şəfaət məsələsi qəti olaraq Qiyamətdədir. ölümlə Qiyamət arasında olan bərzəx aləmi üçün qəti deyildir. Məhz bu səbəbdən də Əmirəl-Möminin əleyhis-salam buyurur:

“Tövbədən yaxşı qəbul olunan, nüfuzlu şəfaət yoxdur”

Çünki əgər insan öz günahlarından sidq-qəlbdən tövbə etsə, elə həmin vaxt paklanır, ilahi əzabdan xilas olur. Deməli bu ayə təkcə müşriklərə deyil, həm də zalım olan günah edən və tövbəsiz dünyadan gedən hər bir şəxsə bu əzaba aiddir. Bu mətləbin şahidi “Biharül-ənvar” kitabında daha çox gözə dəyir.

Həzrəti Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: “Besətdən qabaq əmim Əbutalibin qoyunlarını otarırdım. Bəzən görürdüm ki, qoyunlar dayanır və otlamır. Peyğəmbərliyə seçiləndən sonra bu işin səbəbini Cəbrəildən soruşdum. Dedi ki, bu, meyyitə qəbirdə verilən əzabın səsidir. Elə ki, meyyitə qəbirdə əzab verilir, insan və cinlərdən başqa bütün mövcudat onun nalə səslərini eşidir.”

Bir nəfər Salmanın hüzuruna gəlib dedi: Mənə hədis de! Salman üzünü döndərdi. O kişi yenidən qayıdıb gəldi və dedi: Salman, bildiklərini mənim üçün de! Yenidən Salman üzünü döndərdi. Üçüncü dəfə həmin şəxs “Bəqərə” surəsinin 157-ci ayəsini Salman üçün oxudu:

Ayənin mənası budur ki, Allahın Quranda nazil etdiyi ayələr və aydın dəlillərdən sonra onları gizlədənlərə Allah və bütün lə”nət edənlər, lə”nət edir. (Sonra Salman buyurdu:) Əgər arxayın olduğum bir şəxs tapsaydım, onun üçün hədis deyərdim. Lakin Nəkir və Münkərin sualı üçün Peyğəmbər barəsində səndən soruşanda şəkk etsən, yaxud şübhəyə düşsən, atəş zərbələri ilə sənə elə vurarlar ki, külə dönərsən.


ƏLİ VƏ ƏLİ öVLADLARI İLƏ DOSTLUQ HƏR YERDƏ RAHATLIQDIR
Şiə və sünnülər arasında mö”təbər sayılan bir hədisdə Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: “Əgər bütün insanlar Əliyyibni Əbutalib əleyhis-salamın dostluğu barədə fikir birliyində olsaydılar, Allah Cəhənnəmi xəlq etməzdi.”

“Məalimi zülfa” kitabında Həzrəti Sadiq əleyhis-salamdan rəvayət olunmuşdur ki, Həzrət buyurdu: “Günlərin birində cəddim Rəsuli Xuda oturmuşdu. Zənci bir qulamın cənazəsini dörd nəfər zənci aparırdı. Həzrət işarə etdi cənazəni gətirdilər. Elə ki, cənazəni gətirdilər, Həzrət onun üzünü açıb buyurdu: “Bu ribahdır. Həzrət Əmirəl-Möminin onu görən kimi ərz etdi: Hər vaxt bu qulam məni görsəydi, şad olardı və deyərdi, mən səni sevirəm. Çox istəyirəm.”

Rəsuli Əkrəm bunu eşidən kimi ayağa qalxdı və əmr etdi ki, ona qüsl versinlər. öz paltarlarından onu kəfənə bükdü və onun cənazəsinin dəfn olunması üçün hamı gəldi. Asimandan qəribə səs eşidildi. Həzrət buyurdu: “Bu məlaikələrin nazil olmasının səsidir. Hər qəbildə yetmiş min mələk vardır. Hamısı bu qulamı dəfn etmək üçün gəlmişlər.”

Sonra Həzrətin özü qəbrə girdi, qulamın üstünə torpaq tökdü və ləhəd daşlarını qoyanda azacıq dayandı üzünü qəbirdən çevirdi, sonra kərpicləri ora düzdü. Qəbri doldurandan sonra ondan soruşdular ki, nə üçün arada dayandın? O buyurdu: Çünki, bu Allah dostu öləndə susuz idi. Hurilər onun üçün Cənnət şərabı gətirdilər. Allahın dostu qeyrətli olduğuna görə istəmədim ki, onun zövcəsinə nəzər edim. Ona görə də üzümü döndərdim. Sonra buyurdu: Ya Əli! Bu şəxsin bu məqama çatması, Sənə məhəbbətdəndir.


İNKAR ETDİYİNİ DADDI
“Biharul-ənvar”ın 3-cü cildində “Kafi” kitabında nəqlən yazmışlar ki, Həzrət Əliyyibnil Hüseyn əleyhis-salam buyurdu: Bilmirəm camaata necə hədis deyim; O şeyləri ki, Peyğəmbərdən eşitmişəm, Onları deyəndə gülürlər, deməyəndə də höccət tamamlanmamış olur.

Zümrə ibni Məbəd dedi: Mənim üçün Rəsulullahdan hədis de!

İmam əleyhis-salam buyurdu: Bilirsənmi ki, Allah düşməninin cənazəsini qəbrə sarı aparanda nə deyir? Cavab verdi ki, bilmirəm. İmam buyurdu: Cənazəni aparanlara deyir ki, mən sizə şikayət edirəm məni aldadan düşmənimdən ki, məni fəlakət vadisinə atdı. Və mənim dadıma çatmadı; mən şikayət edirəm sizə, məni tək qoyub gedən dost və rifqlərimdən; mən sizə şikayət edirəm, öz malımla, zəhmət və xərcimlə düzəltdiyim evdən ki, hal-hazırda başqası onu tutubdur. Mənimlə mehribançılıq edin, məni qəbrə tərəf aparmaqda tələsməyin.” Zəmrə dedi: Əgər meyyit belə sözləri deyirsə, az qalar ki, cənazəni aparanların çiynindən yerə düşüb qaçsın. İmam əleyhis-salam buyurdu: İlahi, əgər Zəmrə Rəsuli Əkrəmin hədisini məsxərəyə qoyursa, onu ağır əzabla tut. Qırx gün o bədbəxt diri qaldı və sonra öldü. İmamın dostlarından biri onun dəfnində iştirak etdi. Sonra Həzrətin hüzuruna gəldi. Həzrət buyurdu: Harada idin? Dedi: Zəmrənin cənazəsini dəfn edirdim. Elə ki, onu qəbrə qoydum. özüm də qəbrə girdim. Allaha and olsun ki, bir nida eşitdim ki, deyirdi:

“Vay olsun sənə ey Zəmrə! Bu gün dostların səni boşlamış. Sənin əbədi yerin Cəhənnəmdir.” İmam əleyhis-salam buyurdu: Allahdan afiyət və salamatlıq arzu edirəm. Rəsuli Əkrəmin hədisini məsxərəyə qoyan şəxsin cəzası bundan artıq ola bilməz.


BƏRZƏX BARƏSİNDƏ ŞÜBHƏLƏR
Bərzəx aləmi barəsində dinsizlər şübhə yaratmışlar. Bu şübhələr bu günlərdə də eşidilməkdədir. Amma bu məsələnin əsli Peyğəmbər dövrünə gedib çatır. Nəkir və Münkərin sualı barəsində deyirlər ki, əgər meyyitin ağzına bir şey qoysaq və sonradan həmin qəbri açsaq, həmin şeyi meyyitin ağzında görərik. Əgər ölüdən sual etmiş olsalar ki, onun ağzı tərpənməli, o şey onun ağzından yerə düşməlidir. Yaxud, misal üçün, deyirlər ki, qəbirdən qalxıb oturmasının əsər-əlamətini ölüdə görmürük. Bu cür nümunələr və s...

Yaxud deyirlər ki, bəşər dəfn olunduqdan sonra torpağın altında çürüyüb aradan gedir. Bəs, Bərzəx aləmi Qiyamətə qədər olan xəbərlər hansıdır? Digər tərəfdən inkar olunmaz xəbərlərdə deyilir: Qəbirdə Möminə deyilir ki, nəzər et yetmiş zira boyunda. Bəziləri isə yetmiş illik yol boyunda Bərzəx aləmi onun üçün genişlənir. Qurani Məcidin aşkar ayələri də Bərzəx aləminə dair bəzi xəbərlər vermişdir ki, bu şübhələrlə birlikdə nə etməliyik? Cavab budur ki, əgər insan rəvayət və xəbərlərin istilahları ilə tanış olsa, bu məsələ onun üçün həll olacaqdır. Həzrət Sadiq əleyhis-salam Bərzəx aləminin əzabını bəyan edərək buyuranda Ravi soruşdu ki, Bərzəx hansıdır? Buyurur: ölüm anından başlayaraq Qiyamətə qədərdir ki, qəbir çuxuru Bərzəx aləmi və onun ruhunun mənzillərindən biridir. Nəinki bədənin çürüməsi ilə Bərzəx aləmi tamam olur.

Mərhum Məclisi (r.ə) buyurur: Qəbrin adı zikr olunan xəbər və rəvayətlərdə məqsəd cismani qəbir deyil, Bərzəx aləmidir. Əgər, rəvayətlərdə “Allah Möminlərin qəbirlərini genişləndirir” deyilirsə, məqsəd ruhani Bərzəx aləmidir. Cismani qəbrin işıqlı, nurani və ya zülmət olması deyil. Kaş cismani olaydı:

“Ağlayıram öz əməllərimin qaranlıq olması üçün.”

Bir nəfər məsumların birindən dara asılmış adamın qəbir sıxıntısı barəsində soruşur ki, bu insan uzun illər dar ağacında asılı qalmışdı. Cavabda buyurulur:

Yerin sahibi havaya da sahibdir və Allah əmr edir ki, hava onu sıxsın. Və bu sıxma qəbir sıxıntısından da daha şiddətlidir (əgər bir kəs, qəbir sıxıntısına layiq olarsa).

Mühəqqiqlərdən biri buyurur ki, əgər bir şəxs Allaha, Onun Peyğəmbərinə və vəhyə iman gətirsə bu mətləbin qəbul olunması onun üçün daha asan olar.
YUXU-BƏRZƏX ALƏMİNİN KİÇİK NÜMUNƏSİ
Bərzəx aləminin nümunəsi bu dünyada yuxu görməkdir. İnsan yuxuda çoxlu qəribəlikləri müşahidə edir. Bəzən yuxuda görür ki, bir od çalasında yanır. Fəryad edir, “məni qurtarın!”, deyə qışqırır. Oyandıqdan sonra ətrafındakılara deyir ki, mənim səsimi eşitmədinizmi? Deyirlər ki, yox. Halbuki onun özü təsəvvür edirdi ki, boğazı fəryad etmək nəticəsində az qalır ki, deşilsin. Yaxud, yuxuda görür ki, zəncirə çəkilmişdir və zəncirin göstərdiyi təzyiq nəticəsində boğulmaq ərəfəsindədir. Nə qədər fəryad edirsə bir kəs onun dadına çatmır. İndi Allah daha yaxşı bilir ki, ölülər necə də fəryad çəkirlər amma biz eşitmirik. Bəli, ora başqa bir yerdir. Bəzi vaxtlar batini işlər zahirə də sirayət edir. “Kafi” kitabında Həzrət Cəfər ibni Mühəmməd Sadiq əleyhis-salamdan belə rəvayət edilib: Yuxu görmək xilqətin əvvəllərində yox idi. Peyğəmbərlərin birinin zəmanəsində Qiyamət barəsində söhbət etdi, camaat isə suallar verirdilər. Məsələn, ölü necə dirilə bilər? Həmin gecə yatdıqda müxtəlif yuxular gördülər. Sabahkı gün isə həmin yuxuları bir-birinə nəql etdilər. Həmçinin, həmin peyğəmbərə də dedilər. Peyğəmbər buyurdu: Allahın höccəti sizin üçün tamam oldu. Çünki, yuxuda gördükləriniz öldükdən sonra görməli olacaqlarınızın kiçik bir nümunəsidir.

Bəzən batini işlər zahirdə də təsir qoyur. Bizə deyiləndə ki, qəbirstanın ziyarətinə gedin, “Fatihə” oxuyun, belə bir sual yarana bilər ki, ölünün ruhu bu nöqtədə deyil, əksinə, Allah bilir ki, onun ruhu haradadır. Amma onun cəsədi bu yerdə dəfn olunduğuna görə həmin məkanla əlaqəsi vardır. Rəvayətdə qeyd olunur ki, Möminin ruhu “Vadiyüs-səlam”da, Həzrət Əli əleyhis-salamın qonşuluğunda, kafirin ruhu isə “Bərəhut” səhrasındadır.

ölümdən sonra bədən bərzəxi bir bədəndir; dünyadakı bədən kimi maddiyyatla əlaqəli olan çirkin bədən deyil, kölgəsi yoxdur. O qədər lətifdir ki, ruhlardan bəziləri (əgər, məhbus olmazsa) bütün aləmə əhatə tapa bilərlər.

Mərhum Şeyx Mahmud Əraqi “Darüs-səlam” kitabının axırında nəql edir ki, Əl cəlil, böyük arif olan Seyyid Məhəmməd Əli Əraqi (onun adı Həzrəti İmam Zaman əleyhis-salamı görənlər sırasında qeyd olunub) buyurur: Uşaqlıq çağlarında öz əsl vətənimdə (İraqın kəndlərindən biri olan Kərimrub kəndi) idim. Adını və nəsəbini tanıdığım bir şəxs vəfat etdi. Onu gətirib bizim evlə üzbəüz olan məqbərədə dəfn etdilər. 40 gün müddətinə qədər hər vaxt məğrib olanda onun qəbrindən qalxan atəşin, alovun əlamətləri görünürdü. Bu qəbirdən can yandıran nalə və ahu-fəğan eşidirdim. Gecənin əvvəllərində o qədər ahu-nalə şiddətlənirdi ki, mən qorxub, təlaş hissi keçirirdim. öz-özümə əsməyə başlayırdım. Huşdan getmə adəti məndə baş vermişdi. Qohumlarım bu məsələdən agah olub məni götürüb öz evlərinə apardılar. Bir müddətdən sonra özümə gəlib o meyyiti görməklə məndə yaranan bu halətdən təəccübdə qaldım. Çünki, onun həyatının haləti ona köməyi yox idi. Sonradan məlum oldu ki, o kişi, bir müddət hökumət divanxanasında qazi işləyirmiş. Bir seyyiddən ağır məbləğdə vergi istəyib və o seyyid o məbləği verə bilməyib. Bu şəxs o seyyidi həbs etdirmiş və bir müddət zindanın tavanından asılı halda saxlamışdı.

Kitabın müəllifi mərhum Əraqi deyir: Mən o ölən şəxsi görmüşdüm, ancaq rüsvay olmasın deyə, adını nəsəbini demirəm. (Sonra deyir:) Bu seyyid nəql edir ki, Tehranın ətraf məntəqələrindən birində yerləşən İmamzadə Həsən əleyhis-salamın ziyarətinə getdik. Yoldaşlardan biri qəbrin yanında zikr deməyə, ziyarət etməyə məşğul idi. Gün batan çağı gözlənilmədən o qəbirdən şiddətli hərarət qalxmağa başladı. Sanki onun daxilində dəmir əridilən sobalar qızdırılmışdı. O qəbrin ətrafında yaşamaq mümkün deyildi. Oradakı camaat da bu hadisəni müşahidə edirdilər. Elə ki, qəbrin daşını oxuyanda gördüm ki, bir qadının adı yazılıb. Mətləbin qısası budur ki, bəzi vaxtlarda əzabın şiddətindən ruh bərzəx aləmində həmin cəsədə də təsir qoyur. Məsələn, Yəzid ibni Müaviyənin (Allah ona lə”nət etsin) misal göstərmək olar. Belə ki, Bəni Abbas dövründə Bəni Üməyyədən olanların qəbirlərini açır, cəsədlərini yandırırdılar. Yezidin qəbrini açanda, cəsədin yanıb külə dönməsini göstərən nazik bir xətdən başqa bir şey tapmadılar. Bu mətləbin şahidləri olduqca çoxdur, qeyd olunanlarla kifayətlənirik. Belə ki, ruh bərzəx aləmində sevincdə, yüksək əhval-ruhiyyədədirsə, onun cəsədi də həyatın müəyyən mərhələsindən bəhrələnir. Bəlkə də bu mətləb də çoxdur. Baş vermiş bir neçə halı qeyd etməklə kifayətlənirik.

“Səfinətul-bihar” kitabının 2-ci cildinin 562-ci səhifəsində nəql olunur ki, Müaviyənin zamanında o məl”unun köstərişi ilə “Ühüd” dağını kəhriz çəkmək üçün qazırdılar. Həzrət Həmzənin barmağına külüng dəyir və qan axmağa başlayır. Əmr ibni Cəmu və Əbdüllah ibni Əmr–hər ikisi “Ühüd” şəhidlərindən idi. Amma kəhrizin yolu üstündə olduqlarına görə pak cəsədləri çölə çıxmışdı. Halbuki tər-təzə idi. Bir qəbir qazıb onları yenidən orada dəfn edirlər. O böyük şəxsiyyətlərin dəfn olunduğu vaxtdan Müaviyənin hakimiyyətə gəldiyi vaxta qədər 40 il keçmişdi.

“Rovzatul-cənnat” kitabında nəql olunub ki, Bağdad hakimlərindən bəzisi camaaatın Həzrəti Musəbni Cə”fər əleyhis-salamın qəbrini çox ziyarət etdiyini görəndə, şərif qəbri dağıtmaq qərarına gəldilər. Dedilər ki, gəlin qəbri açaq. Əgər cəsəd təzə olsa, ziyarətinə icazə verərik; yox əgər təzə olmasa, icazə vermərik. Onlardan biri dedi ki, şiələrin öz alimləri barəsində olan əqidələri, elə həmin əqidədir. Yaxınlıqda, çayın kənarında şiələrin böyük alimlərindən biri olan Məhəmməd ibni Kuleyninin qəbri yerləşir. Şiələrin əqidələrinin doğruluğunu bilmək üçün yaxşı olar ki, əvvəlcə onun qəbrini açaq. Sonra mərhum Kuleyninin qəbrini açırlar və cəsədinin sanki təzəcə dəfn olunmuş kimi təzə-tər, çürüməmiş görürlər. Cəsədinin kənarında bir uşaq da dəfn edilmişdi. Deyəsən, onun övladlarından imiş. Bağdadın hakimi əmr edir ki, o böyük alimin qəbrini təmir edib üstündə böyük bir məqbərə düzəltsinlər. Bundan sonra həmin qəbir böyük ziyarətgah kimi məşhurlaşır. Həmin kitabda Şeyx Səduq Məhəmməd ibni Babəveyhin kəramətlərindən də qeyd olunub (O, Rey şəhərində, Həzrəti Əbdül-Əzim əleyhis-salamın qəbrinin yanında dəfn olunub). Bu kəramətlərdən bəzisi bizim zəmanəmizdə də zahir olmuşdur. Camaatdan çoxları bu hadisəni müşahidə etmişlər. Belə ki, o böyük alimin cəsədi dəfnindən min il keçməsinə baxmayaaq, çürüməmiş, sağlam qalmışdı. Məsələ belə olmuşdu: Güclü sel nəticəsində qəbir yarılmışdı. Onu təmir etmək istəyəndə, cəsədi, qoyulduğu sərdabədə salamat görürlər. Bu məsələ Tehranda ildırım sürətilə yayılır və dövrün şahı Fətəli Şaha çatır. Şah deyir ki, bu kəraməti yaxından görmək istəyirəm. öz vəzir-vəkillərindən və bir neçə alimlə birlikdə həmin yerə gəlirlər. Alimlər şahın oraya girməsini məsləhət görmürlər. Sonra şahın əmri ilə alimlər və vəzirlər sərdabəyə daxil olurlar. Cəsədi olduğu kimi görüb nəql edirlər. Şah əmr edir ki, o şərif qəbrin üstündə əzəmətli bir bina düzəltsinlər. Bu bina hal-hazırda da böyük ziyarətgahlardan biridir.

İbni Babəveyhin vəfat tarixi 385-ci hicri qəməri ili, qəbrinin açılması hadisəsi isə 1338-ci hicri qəməri ilinə təsadüf edir. Deməli, onun vəfatından qəbrinin açılmasına qədərki vaxt 855 ildir.

Qısa şəkildə demək olar ki, bərzəx aləminə etiqad insan ruhunun ölümdən Qiyamətə qədər bərzəx aləmindəki verdiyi xəbərlər ilahi vəhydir ki, Quranda və rəvayətlərdə Peyğəmbərdən mütəvatir şəkildə bizə gəlib çatmışdır. Qeyd olunduğu kimi, məlaikə, Qiyamət, Sirat, Cənnət, Cəhənnəm, Mizan və s. kimi məsələlərə iman gətirmək kimi, bunların hamısı qeyb aləminə imandır. Və bunun da səbəbi ilahi vəhylərdir. Burada belə məsələlərin baş verməsinin çox qəribə olmasını, bərzəx aləminin münkirlərin yaratdığı şübhələrə cavab verilməsi, ruhların necə savabda, yaxud əzabda olmaları barədəki şübhələrin cavablarından biri, yaxşı və pis yuxulardır. Yuxuda insan səs-küy, həyəcanlı səhnələri görür, ancaq onun yanında olanlar eşitmir. Bəzən yuxu aləmində ölmüş insanları yaxşı və xoşhal halda; yaxud pis və ağır vəziyyətdə görürük. Yuxunu görən o yuxunu işin həqiqətindən, vaqe olmasından bir xəbər kimi hesab etməməlidir. Çünki, yuxulardan çoxu, insanın vəhm qüvvəsinin yaratdığı şeylərdir. Onlardan çoxu mürəkkəb olub təbirə ehtiyacı var. Amma onlardan bəziləri sadiq yuxular olub həqiqətdən söz açırlar. Bilmək lazımdır ki, sadiq yuxularda da əgər bir kəs ölən bir şəxsi yaxşı halda görsə, onun həmişə bu halda olmasını hökm etmək olmaz. Çünki, ehtimal verilir ki, ölən insan həmin halda itaət və xeyir əməl etdiyi saatlar müqabilində müəyyən ne”mətlərdən bəhrələnir, başqa saatlarda isə, layiqsiz, yaramaz və pis əməllərinin saatlarında isə ruhi əzablara mübtəla olur. Bunun əksi də mümkündür: əgər meyyiti pis halda, xəstəlik halında görsələr, bu onun həmişə belə halda olmasına dəlalət etmir. Çünki, bu, onun etdiyi günahlar müqabilində olan saatı ola bilər və sonradan yaxşı işlərinin müqabilində yaxşı ne”mətlərdən bəhrələnə bilər.

Bütün bunları qeyd etməkdə məqsədimiz budur ki, əgər bir kəs ölmüş bir şəxsi yuxuda pis halda görsə, heç də məyus olmasın və ehtimal versin ki, sonradan o, yaxşı halda olacaqdır. Onun barəsində dua etmək, onun əvəzindən sədəqə vermək, saleh əməllər görməklə ona nicat versin. Əgər meyyiti yaxşı halda görsə, həmişə bu halda olmasına yəqin etməsin və deməsin ki, daha diri şəxslərin onun dadına yetişməsinə ehtiyac yoxdur. Sözün uzadılmasında məqsədimizdən biri də budur ki, biz öləndən sonra bərzəx aləmində olan xəbərlər çox az adamlara aşkar olur. Fərzən əgər məlum da olsa, haradan bizim üçün ürəyi yananlıq etməsi məlum olar? Deməli, yaxşı olar ki, nə qədər ki, diriyik, özümüzün fikrində olaq. Yəni, öz keçmiş əməllərimizi dəqiq şəkildə araşdıraq; əgər hər hansı vacib bir əməli fövtə vermiş olsaq, yerinə yetirək, günahlarımızdan tövbə edək, bacardığımız qədər saleh, yaxşı əməlləri görməyə çalışaq. Xüsusilə, müstəhəb və vacib ehsanlar etməklə axirət səfərinə tədarük görək.


öLÜM ƏLAQƏLƏRİ KƏSİR
Diqqət yetirilməli mühüm məsələlərdən biri də budur ki, bərzəx aləminin çətinliklərindən bir qismi dünyada əlaqə bağladığı şeylərdən ayrılıq nəticəsində fəraq oduna yanmaqdır. Yəni əgər hər hansı bir şəxs bir şeyə əlaqə və məhəbbət bağlasa, ondan ayırlanda nə qədər zəhmətə düşür. Məsələn, əgər kişinin gözəl bir arvadı olsa, öləndən sonra (bu dünyada sağ qalan arvadı üçün) nə qədər təəssüflənir. Bəzən bu cür hadisələr camaatdan bəzilərinin hətta dəli olmasına gətirib çıxarır. Bizim qohumlardan birinin (Allah ona rəhmət eləsin) 20 yaşlı övladı ağır xəstəliyə tutulub can vermə halına düşdü. Oğlunu bu halda görən ata dəstəmaz alıb sidq-qəlbdən dedi: “İlahi, əgər oğlumu almaq istəyirsənsə, əvvəlcə məni apar.” Onun duası qəbul oldu: ata öldü, oğul isə diri qaldı.

öLÜMÜN MƏNASI


ölüm nə deməkdir? ölüm–yəni, fəraq, hicran, ayrılıq. Bəzilərini görürsən ki, arvad-uşağının, ailəsinin, sərvətinin fərağında yanır. Bu özü bərzəx aləminin ruhi əzablarından biridir ki, onun nümunəsi bu dünyada da mövcuddur. Amma bu dünyada insanlar özlərini tiryək, nə”şə, siqaret, qəzet oxumaq və s. ilə başını qatır, amma bərzəx aləmində bu cür baş qatmalar mövcud deyil. Məqsəd budur ki, insan bütün əlaqələrini bu dünya ilə kəsməlidir. Təki, bərzəxdə onların hicranında yanmasın.

Qeys ibni Asim Bəni Təmim qəbiləsindən olan bir dəstə ilə Mədinəyə, Həzrət Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in hüzuruna getdi. Həzrətin hüzuruna çatanda, ondan hərtərəfli xeyri olan bir möv”izə istədilər. (Qeys islamdan qabaq böyük alimlərdən və həkimlərdən sayılırdı.) Həzrət buyurdu: Hər izzətin müqabilində bir zillət vardır. Həyatdan sonra ölüm var, hər əməlin əcri, əvəzi var. Bu kəlamın mənası budur ki, baxma ki, bu halda ürəyin istədiyi işləri görürsən, amma bütün işlərin hesab-kitabı vardır.


TƏKCƏ ƏMƏLLƏR SƏNİNLƏDİR
Bərzəx aləmində insanın köməyi olan şey, onunla birlikdə olan və onu amanda saxlayan saleh, gözəl əməllərdir. Əgər əməl pis olsa, sahibinin dadına çatmır, onu tək buraxır. Həzrət Əli əleyhis-salam buyurur: “ölüm halında olan bir şəxs üzünü öz malına tutub deyir ki, mən səni əldə etmək üçün çoxlu zəhmətlərə, əzab-əziyyətlərə qatlaşmışam. Mal-dövləti cavabında deyir: Bir kəfəndən başqa məndən heç nə götürə bilməzsən. Üzünü övladlarına tutub deyir, onlar da cavab verirlər ki, biz səninlə yalnız qəbrin başına qədər gələcəyik. Əməlinə üz tutub deyəndə, əməl deyir: “Mən həmişə səninləyəm.”

“Ey Peyğəmbər öz Rəbbinin hökmünə səbr et! Həqiqətən sən, Bizim nəzərimizdəsən”

Burada hökmdən məqsəd, müşriklərə möhlət verilməsi, Peyğəmbərin onları islama də”vət etməsi, onların verdikləri əzab-əziyyətlərə dözməkdir. Allah “Müşriklərin əzab-əziyyətlərinə döz” demədi, əksinə buyurdu ki, Bizim hökmümüzə səbr et. Halbuki, bunların hər ikisinin nəticəsi birdir. Səbrin Həzrətə asan olması üçün belə buyurdu. Çünki, Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Allahın müt”i və mütləq bəndəsi, Onu sidq ürəklə sevəndir. Məbudu ona “Bizim hökmümüz müqabilində səbr et” deyə əmr edəndə, yəni “Mən belə hökm etdim ki, müşriklərə möhlət verib onlara əzab verməyəm. Sən də öz də”vətindən əl çəkmə, əzab-əziyyətə sinə gər. Belə olanda səbr etmək Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə asan olur. Xüsusilə də “ə”yünina” kəlməsi ilə. Sözün qısası budur ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm on üç il müddətində Allah üçün Məkkədə qalmalı, əzab-əziyyət görməli, cəfa çəkməlidir ki, “Bədr” müharibəsində onlardan intiqam alsın.

Çünki, möhlət vermədən təkzib edənlərə əzab verilməsi qərara alınsa və həlak olsalar Allahın də”vəti nəticəsiz qalacaqdır. Üstəlik bir müddət verilməlidir ki, onlardan bəziləri iman gətirsin, küfrlərində israr edənlər üçün isə höccət tamam olsun. İlahi qanun bütün peyğəmbərlərin barəsində bu cür olmuşdur. Hətta bütün günahkarlar barəsində də bu cür olmuşdur ki, onlara möhlət verilsin.

Rəvayətdə var ki, Həzrəti Musa əleyhis-salam Fir”on barəsində lə”nət və qarğış etdi firon”çuların həlak olması qırx il çəkdi. Möhləti Allah verir, amma bu möhlətdən özlərini islah etmək üçün çox az insanlar istifadə edir.
SƏBRLƏ İMANIN ƏLAQƏSİ BAŞLA BƏDƏNİN ƏLAQƏSİ KİMİDİR
Səbr çox mühüm bir məsələdir. Həzrət Sadiq əleyhis-salam buyurur:

“Səbrlə imanın münasibəti, başla bədənin münasibəti kimidir.” Əgər başı bədəndən ayırsalar, bədən cansız cəsəddən başqa bir şey deyildir. İmam əleyhis-salam buyurur: “Dinin başı səbrdir.” Səbr nəfsi həbs etmək, həvayi-nəfsin qarşısını almaq, onu şəriət və əqlin tələbinə uyğun olaraq əməl etməsinə vadar etməkdir. Məsələn, səbrin bir növü baş verən müsibətlərdə səbr etməkdir. Əgər bir şəxsin əzizi əlindən getsə, gərək səbr etsin.

Bir nəfərin oğlu ölmüşdü, çox ahü-fəğan edirdi. Həzrət Riza əleyhis-salam ona bir məktubda yazdı: “Sənin oğlunun ölümündə səbirsizlik etməyinin səbəbi budur ki, özün axirət səfərinə getməyi fikrinə gətirmirsən. Sənin ahü-nalə etməyin, axirət səfəri üçün bir şey tədarük görməməyin, oğlunun ölümündəki müsibətdən daha böyükdür.”

Sümaət ibni Mehran Mədinədə Həzrət İmam Musəbni Cə”fər əleyhis-salamın hüzuruna gəldi. Həzrət buyurdu: “Nə oldu ki, həccə getmədin? Əzr etdi ki, mal-dövlətim əlimdən getmiş, borclarım həddindən ziyadə çoxalmışdır. Əgər dostlarım mənim zəhmətimi çəkməsəydilər, bu səfərə gələ bilməzdim. Həzrət buyurdu: Səbr et ki, qurtuluş hasil olsun. Əgər səbr etməsən, Allah tərəfindən müqəddər olunan şeylər baş verəcəkdir. (“Üsuli-kafi”)


HARAM İŞLƏRİ TƏRK ETMƏKDƏKİ SƏBR

Səbrin bir növü də haram işləri tərk etməkdə olan səbrdir. Məsələn, cavan insanda şəhvət qüvvəsi çox güclüdür, amma bununla belə, heç bir maneə olmadan əcnəbi qadınla rastlaşdıqda ona baxmır. Yaxud fəqir bir şəxs, camaatın onun yanında əmanət qoyduğu şeylərə xəyanət etmir. Qısası budur ki, insan öz inadkar, tüğyançı nəfsinin qarşısını alır ki, harama düşməsin. Bu səbrə “haram işi tərk etməkdə səbir” deyilir.

Böyük şəxsiyyətlərdən, imanlı bir şəxsin həyatında yazıblar ki, günlərin birində küçədən keçəndə bir nəfər damın üstündən onun başına kül tökür. Həmin şəxs dedi: “Şükür olsun Allaha! Mən günahkar bir şəxsəm. Layiq idi ki, mənim başıma daş düşsün. Allaha şükr olsun ki, başıma daş deyil, kül tökdülər.”

Məqsəd budur ki, o Mömin kişi bu işin müqabilində səbr edib əsəbiləşmədi və nalayiq sözlər danışmadı.

Əbu Bəsir İmam Cə”fər Sadiq əleyhis-salamdan belə nəql edir:

Həzrət buyururdu: Doğrudan da azad insan hər bir halda azaddır. Əgər onun üçün bir çətinlik baş versə, onun müqabilində səbr edəcək. Əgər ona müsibət üz versə, hətta əsir olsa və ya zahirdə məğlub olsa da, ağır təzyiqlərə məruz qalsa da. Necə ki, Yusif əleyhis-salam belə oldu: onu özlərinə qul etdilər, əsir etdilər, amma öz azadlığını əldən vermədi. Quyuya atıldığı zaman quyunun vəhşəti, qaranlığı ona heç bir ziyan çatdırmadı, nəhayət Allah ona minnət qoyub zülmkar və inadkar padşahı ona qul etdi. Həzrət Yusif əleyhis-salam onun maliki olandan sonra Allah onu öz Rəsulu etdi. Onun vasitəsilə bir ümmətə rəhm etdi. Həmçinin, səbrin ardınca çoxlu xeyirlər də gəlir. Siz də səbr edin, savab qazanın.

İmam Sadiq əleyhis-salamın buyurduqlarının şərhi bundan ibarətdir ki, azad insan (yəni, nəfsdən, nəfsani ehtirasların tələbindən azad olmaq, cismani ləzzətlərin əsiri olmamaq) o şəxsdir ki, nəfsi və şeytan onu təfritə və ifrata vadar edə bilməsin. Əllamə Məclisi (r.ə) bu hədisin şərhində buyurur: İmamın buyurduğu “Yusifə ağalıq edən zülmkar malik onun qulu oldu” kəlamının mənası budur ki, həmin padşah Həzrət Yusif əleyhis-salama müt”i, onun əmrlərinə tabe oldu. Sonra Sə”ləbədən və s. şəxslərdən nəql edir ki, Misirin məliki, padşahının adı Rəyyan ibni Vəlid idi. Yusif əleyhis-salamı pulla alan şəxs Misirin əzizi və onun vəziri idi. Adı da Qətfir idi. Həzrəti Yusif əleyhis-salam padşahın yuxusunu yozandan sonra Qətfiri vəzirlikdən çıxardıb, Həzrəti Yusifi onun yerinə təyin edərək Misir hökumətini ona verdi, xilafət tacını onun başına qoydu. Sonra padşahlıq taxtına keçirtdi. öz üzüyünü ona verdi. Qətfir də həmin vaxtlarda dünyadan getdi. Sonra padşah Züleyxanı Yusif peyğəmbərə ərə verdi. Bu evlənmədən iki oğlan uşağı dünyaya gəldi. Birinin adı Fəraim, o birinin adı isə Mişa idi. Misirlilərin qəhətliyə düçar olduqları yeddi ildən birinci ilinin başlanğıcında Yusif əleyhis-salam taxılı samanı ilə birlikdə ehtiyat edərək anbara yığmışdı. Birinci il misirlilər gəldilər və nəqd pul ilə onları aldılar. Nəqd pulları qurtarandan sonra ikinci il öz lə”l-cəvahiratlarını, zinət əşyalarını gətirdilər. Əvəzində isə yeyinti məhsulları alırdılar. Elə ki, bəzək əşyaları da qurtardı, üçüncü ildə öz mal-heyvanlarını gətirib verir, əvəzində isə çörək alırdılar. Bunlar da qurtardıqdan sonra dördüncü ildə öz qulamlarını və kənizlərini verir, yemək alırdılar. Bunlar da qurtarandan sonra beşinci il evlərini, torpaqlarını və qalan mal-dövlətlərini verdilər, özləri üçün heç nə qalmadı. 6-cı il övladlarını qul kimi onlara satdılar. Xülasə, yeddinci ildə özlərini qul kimi Yusifə pulla satdılar. Misir ölkəsində olan əhalinin hamısı bir nəfər kimi Yusif peyğəmbərin qulamı oldular. Sonra Həzrəti Yusif hamısını azad etdi, mal-dövlətlərini özlərinə qaytardı. Sonra aydın oldu ki, Allah Yusifi, onların Yusif peyğəmbəri öz mülkləri və qulam etdikləri işlər müqabilində bütün misirlilərin və onların mal-dövlətlərinin maliki qərar vermişdir. Səbrin səmərəsi budur. Allaha itaət və bəndəçiliyin səmərəsi budur. İmam əleyhis-salamın “Allah Yusifin səbri vasitəsilə bir ümmətə rəhm etdi” deməsində məqsəd budur ki, onu öz rəsulu seçib onları imana də”vət etdi. Sonra onları əbədi fəlakətdən xilas etdi. Həmçinin, o Həzrətin tədbirli işləri vasitəsilə (buğda və arpanı yeddi il müddətində qoruyub saxlaması kimi) misirlilərə qəhətlik bəlasından nicat verdi. Nəql olunub ki, Züleyxa Yusif peyğəmbərin yanına çatanda dedi:

“Həmd olsun Allaha ki, bəndələri itaət səbəbi ilə padşah, padşahları isə günah və məsiyət səbəbi ilə qul edir.” Həmçinin, nəql olunur ki, Züleyxa o Həzrətlə yoldaş olmaq bərəkətinə, ibadət və ilahi mərifətlərinə görə öz dövranının qadınlarından fəzilətli oldu. Deməli, səbr öz ardınca çoxlu fəzilətlər, gözəl nəticələr, bərəkətlər və çoxlu savab gətirir. Qeyd olunanlar Allah-Taalanın bu ayədə öz peyğəmbərinə buyurduğu “müşriklərin sənə etdikləri əzab-əziyyətlər və müsibətlər qarşısında səbrli ol”, kəlamının mənasını başa düşməyə kifayət edər.

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in səbri həqiqətən mö”cüzə idi. Allahın peyğəmbərə səbrli olmasını əmr etməsi nəticəsində Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm səbr etdi. Onun səbri bir növ mö”cüzə idi. Müşriklər o Həzrətə qarşı olduqca çox əziyyətlər rəva görürdülər: başına kül tökürdülər, Məkkənin quldur başçıları 10-15 yaşında uşaqları vadar edirdilər ki, o Həzrəti məsxərə etsinlər. Əbu Talib və Xədicə əleyhis-salam vəfat edəndən sonra Peyğəmbərin əmisi olan Əbu Ləhəb (bütün düşmənlərdən çox düşmənçilik edirdi) müşriklərin köməyi ilə O Həzrətə o qədər əzab-əziyyət etdi ki, Həzrət məcbur olurdu ki, evdən çölə az-az çıxsın. Onların etdikləri əzab-əziyyətlər o yerə çatdı ki, Əbu Ləhəb özünün inadkarlığı ilə belə dedi ki, “Mühəmməd məndəndir!” və qohumluq qeyrəti cuşa gəldi.
ÜMMÜ ƏQİL–SƏBRLİ QADINLAR NÜMUNƏSİ
Ümmu Əqil səhrada yaşayan bir qadın idi. Bir gün onlara bir neçə qonaq gəlirdi. Həmin vaxt oğlu Əqil və onun qoyunlarını, dəvələrini otaran çoban heyvanları otarmağa aparmışdılar. Çoban dəvələrlə birlikdə qayıdır. Qadına xəbər verir ki, dəvələr su içəndə bir-birinə hücum çəkdilər və Əqil quyuya düşüb öldü. Qadın çobana “qonaqlara xəbər vermə, bir qoyun kəs və qonaqlar üçün hazırla”, dedi. Qonaqlar məsələni başa düşəndən sonra o qadının səbrindən təəccüb etdilər. Xörək yeyəndən sonra ona başsağlığı verdilər. Qadın dedi: Mən sizin bu məsələdən xəbərdar olmağınızı istəmirdim. İndi ki, belə oldu sizin aranızda Quran tilavət edə bilən bir şəxs varmı? Bir nəfər dedi: Mən bu işi edə bilərəm. Dedi, oxu! O şəxs də bu işlə əlaqədar olaraq “Bəqərə” surəsinin 155-ci ayəsini oxudu

Qadın dedi, bəsdir. Sonra qalxıb bir neçə rəkət namaz qıldı və belə dua etdi: “İlahi Sən məni səbr etməyə əmr etmisən. Mən də səbr etdim. Sən də səbrlilərə verdiyin və”dəyə vəfa et! (Sonra dedi:) Əgər bu dünyada bir kəs başqası üçün qalsaydı Həzrəti Mühəmməd öz ümmməti üçün qalardı.”

Yəni, Peyğəmbərin öz ümmətinə qarşı bu qədər məhəbbətli olmasına baxmayaraq, onların əlindən gedirsə, onda bir övladın ölümü mənim üçün asan olur.

“Əyyun” eyn kəlməsinin cəmidir. “Eyn” göz deməkdir. Allah cisim və cisimlikdən uzaq olduğuna görə, gözün, qulağın və s. kimi ə”zaların yaradanı olduğuna görə, görməlilərə və eşitməlilərə elm tapmaq üçün görmə və eşitmə orqanlarına ehtiyacı yoxdur. Biz insanlar və heyvanların məhz bu orqanlara ehtiyacı var. Allah da onu bizlərdə yaratmışdır. Deməli, göz kəlməsində məqsəd məcazi mənada olub qoruqçu, keşikçi deməkdir. Necə ki, ərəblər hər vaxt bir şəxs bir yerə gedəndə onun barəsində dua edib deyirdilər ki, “ə”yunullahi əleykə” yəni, Allahın amanında ol. Deməli, ayənin mənası belə olur ki, ey Mühəmməd, Allahın hökmünün müqabilində səbr et. Çünki, sən Bizim inayət nəzərimizdəsən. Bu ayənin incəliklərindən biri budur ki, Həzrəti Musa əleyhis-salam barəsində “eyn” kəlməsini tək halda işlətmişdir (və litəsnəə əla əyni) yəni mənim keşiçikliyim, nəzarətim altında. Amma Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm barəsində buyurur: Bizim gözətçilərimiz. Bu iki kəlmənin Həzrəti Musa və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm barəsində müxtəlif cür işlədilməsinin müəyyən səbəbləri vardır. O cümlədən onların Allah tərəfindən qorunmasının çoxluğu və keyfiyyəti ilə əlaqədardır. Məsələn: Musa əleyhis-salamın düşməni təkcə Fir”on idi ki, Həzrəti öldürmək istəyirdi.

Allah da onu Fir”onun şərrindən hifz etdi, nəhayət Fir”onu məhv etdi. Fir”ondan başqa Musa Peyğəmbəri məhv etmək istəyən bir kəs yox idi. Amma Həzrət Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm dünyaya gəldiyi vaxtdan, dünyadan gedən vaxta qədər həmişə fir”onçular var idi ki, o Həzrəti məhv etmək qərarına gəlmişdilər. Bütün müşriklər, yəhudilər, məsihilər, daxildəki münafiqlər və düşmənlər, o cümlədən, təhlükələri o sair düşmənlərdən artıq olan münafiqlər hamılıqla o Həzrəti məhv etmək qərarına gəlmişdilər. Allah, Peyğəmbəri onların şərrindən hifz etdi.

Bu Həzrətin barəsində ilahi qoruq və keşiyin nə qədər olması barəsində ətraflı məlumat almaq üçün “Biharül-ənvar”ın altıncı, “Həyatul-qulub”un ikinci cildinə (hər ikisi Əllamə Məclisinin kitabıdır) müraciət edə bilərsiniz.

Doğrudan da Allah tərəfindən qorunduğu müxtəlif sahələr özü Allahın qəhr mö”cüzəsidir ki, onu bəsirət əhli bilər.

“Həyatul-qülub” kitabında nəql olunur ki, Rəsuli Əkrəmin iştirak etdiyi müharibələr (qəzvələr) 26 dənə idi. Hər birində o Həzrət üçün müxtəlif təhlükələr var idi. Əgər Allah tərəfindən hifz və qoruq olmasaydı, o diri qalmazdı. O cümlədən, rəvayətdə gəlib ki, Peyğəmbər ərəblərdən bir qrupu ilə müharibəyə getmişdi. “Zi-əmr” adlanan yerdə düşmənlərin hamısı qaçıb dağların başına sığındılar. Həzrət bir yerdə mənzil salıb onları nəzarət altına aldı. Sonra qəzayi-hacət üçün öz ləşgərindən aralandı. Yağış yağdığına görə paltarları islandı, paltarlarını çıxarıb ağacın üzərinə sərdi və həmin ağacın altında uzandı. Ərəblər Peyğəmbəri görürdülər. Onların başçılarından Də”şur ibni Haris gəlib qılıncını siyirdi və Peyğəmbərin başının üstündə durub dedi: Səni mənim əlimdən qurtaran kimdir? Həzrət buyurdu: Allah. Sonra Cəbrail onun sinəsinə elə bir zərbə vurdu ki, qılıncı əlindən yerə düşdü. Peyğəmbər cəld ayağa qalxdı qılıncı götürdü və onun başının üstündə dayanıb dedi: Kim səni mənim əlimdən qurtara bilər? Dedi: Heç kim.

Həmin halda “la ilahə illəllah” deyib öz qəbiləsini də İslama də”vət etdi. Sonra öz tayfasına dedi ki, uzun qamətli ağ bir kişini gördüm ki, mənim sinəmə zərbə ilə vurdu mən də yıxıldım, bildim ki, mələkdir.

Həmçinin rəvayət olunub ki, Əbu Cəhl, Vəlid ibni Müğeyrə Bəni-məxzum qəbiləsindən olan bir dəstə ilə sözləşdilər ki, Peyğəmbər məscidə daxil olanda onu öldürsünlər. Həzrət məscidə gəlib namaz qılmağa başlayanda Vəlidi göndərdilər ki, onu qətlə yetirsin. Peyğəmbərin namaz qıldığı yerə çatanda Həzrətin səsini eşidib özünü isə görmürdü, sonra qayıtdı və vəziyyəti onlara danışdı. Onların heç biri inanmadı. Hamısı birlikdə gəlib o Həzrətin yaxınlığında durdular. O Həzrətin səsini eşidib amma özünü görmürdülər. Hara gedirdilərsə, Peyğəmbərin səsini arxa tərəfdən eşidirdilər. Arxaya dönəndə yenə dübarə arxa tərəfdən səs gəlirdi. Nəticədə məyus olub qayıtdılar. Həmçinin Əbu Ləhəbin arvadı Peyğəmbərə əzab və əziyyət vermək üçün gələndə Peyğəmbəri görmədi. Bu ayədə bu məsələyə işarə olunur:

“Sən Quran oxuyanda səninlə axirətə iman gətirməyənlərin arasında hicab qərar verərik.”

Qısa şəkildə Allah tərəfindən göndərilən qoruq və keşik o Həzrəti qan içən fir”onçuların şərrindən xilas edirdi. Elə kəslərdən ki, adam öldürmək onlar üçün heç də çətin bir iş deyildi. Heç nəyin hörmətini saxlamırdılar. Biz qeyd etdiyimiz nümunələrlə kifayətlənirik.


PEYĞƏMBƏRİ ARADAN QALDIRMAQ ÜÇÜN MÜŞRİKLƏRİN HİYLƏSİ
Bir dəfə Əbu Cəhl bir daşı qaldırıb Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in başına çırpmaq istədi. Həzrət namaz halında idi. Bu halda daş Əbu Cəhlin bədəninə yapışdı. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-i köməyə çağırdı. Dua etdi və daş onun əlindən çıxıb yerə düşdü. Dərhal dedi. Qəribə sehrdir. Yenidən başqa bir daşı götürüb başına qoydu ki, Peyğəmbəri öldürsün. Daş deşilib onun boynuna keçdi. Yenə də ağır bir daşı götürüb Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə tərəf gəldi ki, onu qətlə yetirsin. O Həzrətə çatanda bədəni titrəməyə başladı və geri qayıtdı. Ondan bunun səbəbini soruşanda dedi:-”Bir neçə kişini gördüm ki, Həzrətin ətrafını tutmuşdular. Əgər bir az qabağa hərəkət etsəydim məni məhv edərdilər”

Bəzən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-i fiziki cəhətdən məhv etmək üçün sehrkarlardan və kahinlərdən istifadə edirdilər. Cəbrail gəlib həmin şeyi ona xəbər verirdi. Əmirəl-möminin əleyhis-salam onların tilsimlərini batil edirdi. Bədnəzərləri gətirirdilər ki, Peyğəmbəri öldürsünlər. Bəzən də zəhərlə onu həlak etmək istəyirdilər. “Ühüd” müharibəsində müşriklərin qılınc vuran cəngavərləri Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə hücum etdilər. Həzrət yaralandı və daşın üstünə düşdü. Allah-Taala onu hifz etdi.

“Biə”yünina” cümləsində daha bir incəlik məlum olur. O da bundan ibarətdir ki, səbrin Peyğəmbər üçün asan olması Həzrətin Allaha olan məhəbbətinin artıq olmasından irəli gəlirdi. Yəni, Allah-Taala buyurur ki, ey Mühəmməd, Bizim təyin etdiyimiz müqəddərat qarşısında səbr etməlisən. Çünki, sən Bizim nəzarətimiz altındasan. Sən bizim sevimlimiz və məhbubumuzsan. Hər mühibb (sevən), məhbubun yolunda bütün cəfalara, rəva görülən zülmlərə dözməlidir. Tam qüvvətlə, cani-dildən səbrli olmalıdır. Çünki, məhəbbətin xüsusiyyətindən biri budur ki, əgər bir şəxs müəyyən bir şeyə məhəbbət göstərsə, onun yolunda hər müsibət asan olar. Məsələn, görün ana öz övladı yolunda nə qədər əzab-əziyyətlərə qatlaşır. Yaxud, pulu sevən, pulpərəst insanlar onu əldə etmək yolunda nə qədər müşküllərə, əzab-əziyyətə qatlaşırlar.

Böyük alimlərdən biri deyir: “Bir yerdən keçəndə gördüm ki, bir nəfəri uzadıb şallaq vururlar. O da heç nə demir. Fəryad etmir. Sonradan bu işin səbəbini soruşanda dedi: Həmin vaxt gözüm dostuma düşdü. Dostla görüş o qədər məni cəzb etdi ki, vurulan şallaqların əziyyətini, ağrısını hiss etmirdim.”

“Təsbih de öz Allahına, Rəbbinə, ayaq üstə olduğun halda.”

Bəndənin işi həm Pərvərdigarına həmd-səna demək, ne”mətlərinin şükrünü yerinə yetirməkdir. Allahın işi isə öz bəndəsini tərbiyə etmək, ruzusini vermək, onun işlərini idarə edib, qorumaqdır. Deməli, təsbih və təmhidin mənası burada aydınlaşdırılmalıdır. “Sübhanəllah”ın mənası budur ki, Pərvərdigarı hər eyb və nöqsandan, zati və sifət fe”llərində bütün nöqsanlardan pak və münəzzəh bilirəm. Yəni, Onun Müqəddəs Zatı əzəli və əbədidir. Onun varlığı zatının eynidir. Bütün varlıqlara varlıq bağışlayandır. Həmçinin, bir neçə şeydən tərkib tapıb mürəkkəb olmamışdır. Cisim deyil. Elə bu səbəbdən də gözlə görünmür. Şəriki yoxdur. Yerə, məkana ehtiyacı yoxdur. Heç bir varlığa ehtiyacı yoxdur. Əksinə, bütün varlıqlar ona ehtiyaclıdır. Sifətlərində təsbih demək bundan ibarətdir ki, hamısı elm və qüdrətə qayıdan bütün kamal sifətlərinin həddi-hüdudu yoxdur, sonsuzdur. Bu sonsuz elm və bacarıq onun zavala uğramayan eyni ilə eyniyyət təşkil edir. Yəni, Onun zatına artırılmış deyil. Bu sifətləri heç kəs Ona verməmiş, əksinə o bütün kainata varlıq və elm bağışlayandır.

“La hövlə və la qüvvətə illa billah.”

Amma, Allahın fe”llərində təqdis etmək bu deməkdir ki, bütün yaranışlar Allahın hikməti ilə əhatə olunmuşdur, Allahın məqsədyönlü əməlləridir. Heç nə boş, əbəs yerə yaradılmayıb. Həmçinin, Onun müqəddəs zatı və sifətləri həddindən artıq pak və uca məqamlıdır. Heç vaxt məxluqatın dərk və düşüncə qüvvəsi onu dərk etməyə, qavramağa çatmaz.

Haqq-Taalanı həqiqətdə olduğu kimi təsbih və münəzzəh bilmək ən bilikli fərdlərin öhdəsindən gəlməz. Buna görə də deyilməlidir ki:

Təhmid-yəni, bütün xeyirləri və ne”mətləri Allahdan bilib, Allahı mədh və sə”naya, tərifə layiq olan yeganə şəxs kimi bilməliyik. Hətta, bəzi məxluqların vasitəsilə zahir olan xeyir işlər də yenə Allaha qayıdır.

“Sizə çatan hər bir ne”mət Allah tərəfindəndir. Onun camalı, xeyir və ne”mətləri həddindən artıq çox olduğuna görə, Allahı həmd və mədh etməkdə məxluqatlar içində ən bilikli və ən bacarıqlı fərdlərin öhdəsindən xaricdir. Rəsuli Əkrəm Allaha dua edərək ərz edir ki:

“İlahi, Pərvərdigara mən Sənin həmd və sənanı sayıb qurtara bilmərəm. Amma Sən onları saymısan.”

Doğrudan da demək lazımdır ki:

Bilmək lazımdır ki, Allahı təsbih və həmd etmək bəzi vaxtlarda bəyənilən və müstəhəb, bəzi hallarada isə vacib olur. Vacib olan hal, namazın səcdə və rukusundadır. “Hiynə təqumu” cümləsində də məqsəd bu ola bilər. Yəni, sən namaza qalxanda Allaha təsbih və həmd et! Daha çox təkid olunmuş müstəhəb yer də bu ayənin işarə etdiyi kimi, bir neçə yerdə ola bilər ki, çoxlu xüsusiyyətlərə malikdir. Bu barədə də Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-ə iqtida etmək lazımdır. O cümlədən də gecə namazı üçün yuxudan oyananda da həmd etmək. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm hər vaxt yuxudan ayılanda on dəfə “Allahu əkbər”, on dəfə “sübhanəllah”, on dəfə “ia ilahə illəllah”, on dəfə “əlhəmdülillah”, on dəfə “əstəğfirullah” deyərdi. Çünki, insan yatanda sanki ölür, oyananda isə yenidən həyata qayıdır. Çox hallar olmuşdur ki, insanlar yuxu halında canlarını tapşırmışlar. Qurani-Məcid buyurmuşdur:

Bir kəsin əcəli yuxuda müqəddər olunubsa, canı elə həmin halda alınır. Amma ölüm vaxtı gəlib çatmayanların canı bədənlərinə yenidən qaytarılır. Buradan məlum olur ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hər vaxt gecə yuxudan ayılanda səcdə edir və bu duanı oxuyurdu:

“Həmd olsun Allaha ki, məni öldükdən sonra yenidən diriltdi. Məxluqatın qayıdışı ona tərəfdir. Həmd olsun O Allaha ki, mənim ruhumu bədənimə qaytardı ki, Ona həmd edim və ona pərəstiş edim.”

Şeyx Bəhai “Miftahül-fəlah” kitabında buyurur: Bu duanı yuxudan durandan sonra oxumaq müstəhəbdir. İstər səcdədə olsun, istərsə də başqa hallarda.”

Əmr olunmuş təsbih və təmhidin başqa bir növü də bəlkə də şərif ayənin işarə etdiyi kimi, namaza başlamamışdan əvvəldir. Namazdan qabaq oxunmalı olan və təsbihə şamil olan dualar çoxdur. O cümlədən aşağıdakı dua:

“Hiynə təqumu” cümləsinin bir mənası da insanın oturduğu yerdən qalxan zaman təsbih və həmd deməsidir. İstər o məclis Allahın zikr olunduğu məclis olsun, istərsə də zikr olunmadan başqa sözlərlə məşğul olan məclis.
FÜZEYL VƏ QONAQLARIN SöHBƏTİ
Füzeyl ibni Əyazın həyatından yazıblar ki, Möminlərdən biri onun görüşünə gedir. Bir saat onunla birlikdə oturur. Bu bir saatda bir neçə müxtəlif hekayə danışırlar. Getmək istəyəndə deyir: “Allaha şükür olsun ki, xoş bir məclis oldu.” Füzeyl deyir: “Yox, məclis əsla xoş deyildi! Bu bir saatlıq məclisdə sən çalışırdın ki, mənim xoşuma gələn sözlər danışasan, mən də çalışırdım ki, sənin xoşuna gələn sözlər danışım. Heç fikrimizə gətirdikmi ki, Allah hazır və nazirdir, elə bir iş görək ki, Allah bizdən razı olsun?”

Hər vaxt bir şəxs Füzeylin yanına gəlirdisə, vəhşət hissi keçirirdi. İmam Sadiq əleyhis-salam buyurur:

“Hər məclisdə ki, yaxşı və pis insanlar bir yerə yığışıb Allahın zikrini deməsələr, Peyğəmbərə salavat göndərməsələr, hökmən o məclis Qiyamət günü onlar üçün həsrət və bəla olacaqdır.”

Həzrət Rəsul səlləllahu əleyhi və alihi və səlləm-dən rəvayət olunub ki: “Hər kəsin məclisi uzun olsa, (əlbəttə, qeybət, töhmət, artıq danışıq olmayan, başqalarının hörmətinin aradan getməsinə səbəb olmayan) məclisdən qalxıb dağılışanda “subhanəllahi, Allahummə bi həmdikə. Əşhədu ənla ilahə illəllah, əstəğfirukə və ətubu iləyk” desə, bu təsbih həmin məclisin kəffarəsidir. Başqa bir rəvayətdə gəlib ki, məclisdən qalxanda bu zikri oxusunlar:

bu halda əgər məclis xeyir məclisi olmuşsa, onda savabı daha da artacaqdır; yox əgər şər məclisi olmuşsa, həmin təsbih onun kəffarəsi olacaq. Başqa bir rəvayətdə gəlib ki, mübarək “Saffat” surəsinin axırıncı üç ayəsini oxusalar, həmin məclisin kəffarəsi olacaqdır.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə