R b a y c a n X z r d n z g m



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix30.12.2017
ölçüsü0,51 Mb.
#18742
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


23 sentyabr 2016-cы il   № 61-64 (9067)

7

Yeni Kaledoniya arxipelaqın-

dakı çimərliklərdən birində köpək 

balığının hücumu nəticəsində 

avstraliyalı sörfinqçi həlak olub. 

Sentyabrın 7-də ABC televiziya 

kanalının yaydığı məlumata görə, 

kaytsörfinqlə məşğul olan kişi 

idarəetməni itirərək suya düşüb. 

Yaxınlıqda olan iri köpək balığı 

ona hücum edərək budundan 

dişləyib. Yaxınlıqdakı katamaranda 

olanlar onu sudan çıxarsalar da 

sörfinçinin həyatını xilas etmək 

mümkün olmayıb.

Yerli xilasetmə xidmətinin başçı-

sı Nikolas Reno bildirib ki, onu çox 

böyük  köpək  balığı  dişləyib,  lakin 

onun hansı növə aid olduğu məlum 

deyil.  Həlak  olanın  adı  da  hələlik 

açıqlanmır. O, təqribən 50 yaşların-

da  Qərbi  Avstraliya  sakinidir.  Bu, 

cari ildə köpək balığının Yeni Kale-

doniya  sahillərində  insana  hücumu 

nəticəsində baş verən ikinci belə fa-

ciədir.


Yeni  Kaledoniya  Sakit  okeanın 

cənub-qərbində,  Avstraliyadan  təq-

ribən 1200 kilometr şərqdə yerləşən 

adalar qrupudur və Fransanın xüsusi 

inzibati-ərazi vahidi hesab olunur.

Vüqar Ağayev

ABŞ hökumət orqanları 

qozbel balinaları daha nəsli 

kəsilməkdə olan canlı növü hesab 

etmir. Məməlilərin sayını balina-

ların qorunması üzrə beynəlxalq 

cəhdlər sayəsində bərpa etmək 

mümkün olub.

  “rns.online”  saytı  xəbər  verir 

ki,  bu  məlumatı ABŞ-ın  Okean  və 

Atmosfer Tədqiqatları Milli İdarəsi 

yayıb.  Qozbel  balina  populyasiya-

larının cəmi 14 növü var. ABŞ hö-

kumət  orqanları  doqquz  populyasi-

yanı yox olmaqda olan heyvanların 

siyahısından  çıxarıb.  Onlar  Havay, 

Vest-Hind  və Avstraliyada  qışlayan 

balinalardır. Təxminən 11 min qoz-

bel  balinanın  qışda  Havay  adaları 

ətrafında  yaşaması  populyasiyanın 

bərpasından  xəbər  verir.  Lakin  po-

pulyasiyalardan  dördü  indiyədək 

təhlükə altında qalır, birinin isə nəsli 

kəsilmək üzrədir.

1950-ci illərin ortalarında qozbel 

balinalar,  demək  olar  ki,  tamamilə 

məhv edilib. Məlumatda bildirilir ki, 

məməlilərin populyasiyasının tədri-

cən bərpası işinə 1966-cı ildə balina 

ovuna  beynəlxalq  qadağa  qoyulan-

dan sonra başlanılıb.



Şotlandiya muzeyinə 

Yura dövründə yaşamış 

dənız yırtıcısının skeleti 

təqdim olunub.

 “Vistanews” saytına isti-

nadla xəbər verir ki, 1966-cı 

ildə  Skay  adasının  yaxın-

lığında  tapılmış  yırtıcının 

qalıqları 50 ildən sonra daş-

lardan təmizlənib və ziyarət-

çilərin ixtiyarına verilib.

Uzunluğu dörd metrə ça-

tan  və  yüzlərlə  konusabən-

zər  dişləri  olan  bu  yırtıcı 

17 milyon il bundan əvvəl 

yaşamış ixtiozavr ailəsinə 

mənsubdur.  Məhz  onlar 

müasir balinaların və del-

finlərin əcdadları sayılır.

Paleontoloqların  söz-

lərinə  görə,  dəniz  yırtıcı-

sının  qalıqları  yarım  əsr 

süxurların qalın təbəqələ-

rinin  arasında  qalıb  və 

onun  oradan  çıxarılması 

çox vaxt aparıb.

Feodosiya şəhərindəki 

(Krım) Karadağ təbiət qoruğu-

nun mütəxəssisləri delfinlərin 

“dil”inin insan dilinə bənzədiyini 

bildiriblər.

 “Vista News” saytı xəbər verir 

ki,  elm  adamları  xüsusi  sualtı  mik-

rofon  vasitəsilə  delfinlərin  dialoqu-

nu  qeydə  alıblar.  Məməlilərin  səsin 

tezliyini  və  ucalığını  dəyişə  bildiyi 

məlum olub. Alimlər bu xüsusiyyə-

ti  söz  birləşməsi  və  ya  cümlə  kimi 

dəyərləndiriblər.

Mütəxəssislər  delfinlərin  dia-

loqunun  insanların  danşığını  xatır-

latdığını söyləyirlər.



KöpəK BAlIğInIn hücUMU fAciəli SonlUqlA BAşA çAtIB

qoZBel BAlinAlArIn nəSli KəSilMəK 

təhlüKəSi ArADAn qAlXIB

YUrA DöVrünə AiD DəniZ YIrtIcISI tApIlIB

Delfinlərin öZ “Dil”i  VAr

Hindistan fizikləri balıq pul-

cuqlarından ibarət batareya ilə iş-

ləyən generator yaradıblar. Şəffaf, 

elastik lövhəcik bədən tərpənişi, səs 

dalğaları və ya külək axınları kimi 

kiçik hərəkətlərdən enerji toplaya

sonra onları elektrik enerjisinə 

çevirə bilir.

 “Rambler” saytı xəbər verir ki, 

balıq  pulcuqlarının  tərkibində  olan 

kollagen  pyezoelektrik  materialdır. 

O,  mexaniki  təsirə  məruz  qaldıqda 

elektrik yükü yaradır. Kəlküttə Uni-

versitetinin  alimi,  tədqiqatın  həm-

müəllifi  Dipankar  Mandal  deyir  ki, 

balıq pulcuğundan olan batareyalar-

la  işləyən  elektrik  vasitələri  ekoloji 

cəhətdən ən təmiz cihazlardır. Müa-

sir  pyezoelektrik  generatorlarının 

tərkibini isə zəhərli qurğuşun və bis-

mut təşkil edir.

D.Mandal və həmkarı Sucit Ku-

mar balıq emalı bazarında karp balı-

ğının pulcuqlarını toplayaraq onlara 

qızıl elektrodlar bərkidib və üstünü 

laminatla  örtüblər.  Bir  neçə  yüngül 

əlçalma və dörd elektrod 77 yaşıl və 

mavi  işıq  diodunu  yandırmağa  ki-

fayət edib.

Kumar  və  Mandal  tədqiqatları-

nın nəticələrini bu yaxınlarda “App-

lied Physics Letters” jurnalında dərc 

ediblər.  Tədqiqatçılar  bu  ixtiranın 

tibbi implantlar, eləcə də digər kiçik 

gacetlər üçün çox faydalı ola biləcə-



yinə ümid bəsləyirlər.

BAlIq pUlcUğU ilə işləYən GenerAtor 

YArIZArAfAt, 

YArIGerçəK

Suyu gur gəldiyi üçün meydan sulayır?

Bəxt sarıdan bəxtimin bəxti gətirib. Bəxtimin bəx-

tinə, bəxtdən heç nə gözləməyən mən düşmüşəm.

Dedim mütaliəni xoşlayıram. Demədim ki, yerin-

dən duran mənə dərs versin.

hər gözəldə eyib axtarmaqdansa, hər eybi olanda 

gözəllik axtarmaq daha yaxşıdır.

At belində atdan başqa hamı özünü yaxşı hiss edir.

Sosializmdə ətimiz olanda yağımız olmurdu, yağı-

mız olanda isə çörəyimiz. hamısı eyni vaxtda olanda 

isə artıq sosializm yox idi.

Sosializmdə nə yox idisə, möhtəşəm növbələr hə-

mişə var idi.

ipiqırıq adamı kəndir saxlamaz.

Adama nə qədər təzyiq etmək lazımdır ki, təzyiqi 

kəllə-çarxa çıxsın?

cəhətləri bilmədiyi üçün çox adamı fikrindən dön-

dərmək asandır?

Ağzı söz tutmayan sirr necə saxlasın?

lazım olduğu üçün kiminsə ağlını oğurlayırlar?

Kəndirbazı çıxmaq şərti ilə bütün ipiqırıqlardan 

başqaları ziyan çəkir.

heç kəsin çörəyinə bais olmaq istəmirəm. Amma 

bu o demək deyil ki, sən də bir qarın çörək üçün iki-

gündənbir məni satasan.

Bir dünya natamam adam da bir bütöv kişiyə 

dəyməz.

SSri-nin vaxtında “işverən” çox olduğu üçün işsiz 

adam yox idi?

Adamın gözünə dik baxa bilmədiyi üçün adama 

yuxarıdan aşağı baxır?

Dünənə kimi “böyük qardaşımız “urus” olubsa, 

özümə təmiz müsəlman deyə bilərəm?

Bütün günahlarımı yuya bilməsəm də, yumağa 

cəhd göstərmək üçün bir az möhlət istəyirəm. 

Adam var, bu dünyada təkcə vaxtı var. onu da 

Allah verib.

Deyirəm bir az gec doğulsaydım, arxamca danı-

şanlar görəsən kimin dalınca danışardılar?

pulun gücünə bax e... Bütün dünyada pulu olanın 

dediyini deyirlər.

əvvəllər and-aman edirdilər ki, pul əl çirkidir. 

indi isə pulu olmayana heç əl də vermirlər.

Allaha çox şükür ki, səbrim var. Bir az pulum da 

olsaydı, səbrimi xərcləməzdim.

Zəncir çeynəyən adamın dişləri nədəndir?

işığı Allah versə, yaxşı olar. Bəndənin ümidinə 

qalanda, hətta evdə arvad da adama gün verəndə, 

işıq vermir.

Adamın başı altına təkcə hörmət xatirinə yastıq 

qoymurlar.

Kiminsə yatmaması üçün o boyda filin o boyda 

qulağını kəsməyə nə lüzum?

heyf deyil cin atı?! nə ot istəyir, nə su. üstəlik nə 

vaxt istəsən, minə bilirsən.

Görəsən həqiqətlə yalanı yaxşı-yaxşı qarışdıranda, 

həqiqətə oxşar bir şey alınır?

nağıl xoşlayan da ancaq nağıl danışmamalıdır.

riyaziyyatı zəif bildiyi üçün fikrini bir yerə topla-

ya bilmir?

Ya ariflərimiz əvvəlki ariflər deyil, ya da işarələri-

miz.

Bekarçılıqdan çox adamın ağlına çox şey gəlir?

Yazandırsa, öz günahlarını da başqasının ayağına 

yazmalıdır?

oxumaqdan heç kim kor olmur. əksinə, mütaliə 

etməyənlərin çoxu kor kimidir.

Ad-sanı özüm qazanmalıyam deyə, atam mənə 

fərli ad qoymayıb?

Savadlı adamlar ağıllı adamlardan daha çox 

çalışqandırlar. ən azı ona görə ki, ağlı adama Allah 

verir, savadı isə insan özü qazanır.

Mənim çörəyimi yüz faiz israfçılığı xoşlamayan 

Allah verir. Yoxsa süfrəmdə artıq nə isə olardı.

Mənim kimi yazan yoxdur. Xəttimi görməmisən?

hər şeyi satmaq və nəyəsə satılmaq olmaz.

Yaxşı adam hər şeyi yaxşı ölçüb-biçir, pis adam 

yaxşı biçir.

Səviyyəsi olmayan adam hər şeyin səviyyəsini 

ancaq aşağı sala bilər.

Yağla şorun fərqini bilməyən əvvəl-axır qatıqlayır.

ölüm haqdırsa, deməli əvvəl-axır hamı haqq yolu-

na gəlir.

Sevinc yaxşı şeydir. Daha deməyiblər ki, başqası-

nın pis gününə də sevinəsən...

Vallah, nə bilirsə, elə başım bilir. Ayaqlarımın bu 

dünyadan xəbəri yoxdur.

niyə, hətta pulu olmayana da elə gəlir ki, yaxşı 

adama pul lazım deyil?

Yaxşı igidin də anası ağlayan vaxtdan dünyanın 

göz yaşları qurumur.

qadınları, ən çox sevməyi bacardıqları üçün sev-

mək lazımdır.

elə təkcə sədaqətinə görə Azərbaycan kişisi azər-

baycanlı qadına çox şey borcludur.

Keçi də pis deyil. Amma qoç döyüşünə qoç çıxar-

maq lazımdır.

öz çəkisini bilirsə, onda niyə özünü mənimlə bir 

tərəziyə qoymaq istəyir.

əməlinə görə ət tökməyən köklükdən niyə gileylə-

nir?

Kişilərin pulu ilə geyindikləri üçün bəzi qadınların 

donları çox qısadır?

qadınların çoxu yaradıcı adamlardır. ən azı ki-

şilər üçün problem yaradırlar.

Dəhşətə bax. Yüz doğru bir yalana dəyməyir.

əvvəllər elə bilirdim ki, yaxşı adamlar azdır. indi 

görürəm ki, Adam azdır.

Düşmənlərimiz həmişə olub. Dostlarımız isə... 

Belə çıxır ki, düşmənlərimiz bizə münasibətdə daha 

sədaqətlidirlər.

Rasif TAHİROV

iş adamı cəbəllütariq 

boğazını üzərək keçib

“Sigma Technologies” şirkətinin sahibi 

olan 51 yaşlı Dino Sebti Cəbəllütariq 

boğazını üzərək keçən ilk mərakeşli kimi 

tarixə düşüb. O, bir ilə yaxın müddətdə 

hazırlıq keçdikdən sonra heç bir xüsusi 

qurğu olmadan Afrika ilə Avropanı ayıran 

boğazı 4 saat 22 dəqiqəyə üzərək keçib.

Təxminən  18  kilometr  məsafədə  üzən 

Dino Sebti bildirib ki, bu, onun üçün macə-

radır. Bu prosesin hər anından həzz aldığı-

nı deyən iş adamını həmin müddətdə qayıq 

müşayiət edib.



Aygün Əliyeva

fırlanan dəyirmi ada 

aşkar edilib

Tədqiqatçılar Argentina bataqlıqların-

da aşkar edilən sirli obyekti əvvəlcə “Go-

ogle Maps”də taparaq, yerin düzgün skan-

lanmaması nəticəsində yaranan artefakt 

kimi qəbul ediblər. Lakin sonra məlum 

olub ki, ada həqiqətən mövcuddur, habelə 

ideal dərəcədə dəyirmidir və fırlanır.

 “hi-news.ru” saytının xəbərinə görə, ta-

pıntı amerikalı hidravlika mühəndisi Riçard 

Petroniyə  məxsusdur.  O,  adanı  bu  il  aşkar 

edib və bu barədə həmkarları Sercio Nespi-

lerm və Pablo Martinesə məlumat verib. On-

lar da tapıntı ilə maraqlanıblar və üçü birlik-

də sirli yeri aşkar etmək üçün ekspedisiyaya 

yola  düşüblər. Arzu  edən  hər  kəs  qeyri-adi 

adanı elə indi görə bilər. Bunun üçün “Go-

ogle Maps”ə 34°15'07. 8"S 58°49'47 koordi-

natlarını daxil etmək kifayətdir.

Ada  Argentinada,  Parana  çayının  del-

tasında yerləşir. Riçard və onun həmkarları 

birinci  dəfə  adaya  yaxınlaşa  bilməyiblər  –  

hədsiz bataqlıq ərazi onlara mane olub. La-

kin  helikopter  vasitəsilə  edilən  ikinci  cəhd 

uğurlu olub və alimlər qeyri-adi adanı görə 

biliblər.  “Eye”  (Göz)  adlandırılan  adanın 

diametri 118 metrdir. Məlum olub ki, yerli 

sakinlər adanın mövcudluğunu çoxdan bilir-

lər, lakin orada qədim allahların yaşadığını 

güman edərək adaya yaxınlaşmağa cürət et-

mirlər.


Yeri  gəlmişkən,  ufoloqlar  hesab  edir-

lər ki, tədqiqat aparmaq lazım deyil. Onlar 

əmindirlər ki, bu “ada” – kosmik gəmi lyu-

kunun qapağıdır və ya yadplanetlilərin sualtı 

bazasına gizli giriş yoludur.

Su kranlarından neft axıb

“ria.ru” saytının 

xəbərinə görə, Rusiya-

nın şərqindəki Çerski 

kəndinin sakinləri 

evlərindəki su kranla-

rını açdıqda krandan 

isti su əvəzinə neftin 

gəldiyini görüblər.

Kəndin mərkəzi istilik sistemində mey-

dana gələn qəza nəticəsində 3 ton neftin su 

şəbəkəsinə  sızdığı  bildirilir.  Neftin  su  şə-

bəkəsi ilə yanaşı bölgədəki çayları və ətraf 

əraziləri kirlətdiyi də qeyd edilib.

Su şəbəkəsindəki nefti təmizləməyə çalı-

şan səlahiyyətlilər soyuq su kranlarında hər 

hansı bir problemin olmadığı deyiblər. Lakin 

vətəndaşlara isti suyu içmədən əvvəl qaynat-

maları barədə xəbərdarlıq edilib.

Faktla bağlı istintaq aparılır.



Birləşmiş Əmirliklərin Dubay 

şəhərində dünyanın ən böyük 

rəqs edən fəvvarəsi açılacaq.

  "RİA  Novosti"  xəbər  verir  ki, 

bu barədə "Meydan Group" İnkişaf 

Şirkəti  bildirib.  Hündürlüyü  100 

metr,  eni  400  metr  olan  və  30  min 

kvadratmetr  sahəni  əhatə  edən  fəv-

varə  Dubayın  "Meydan  One  Mall" 

yeni  ticarət  kompleksində  quraşdı-

rılacaq.  Layihənin  icrasına  2015-ci 

ilin  avqustunda  başlanılıb.  Komp-

leksdə  uzunluğu  bir  kilometr  olan 

dünyanın ən uzun dağ xizək borusu 

da tikiləcək.

Qeyd  edək  ki,  dünyanın  ən  bö-

yük və ən hündür musiqili fəvvarəsi 

də 2009-cu ildə Dubayda istifadəyə 

verilib. Uzunluğu 275 metr, hündür-

lüyü 150 metr olan fəvvarə Bürc Xə-

lifədə yerləşir.

Tahir Dadaşov

ən BöYüK rəqS eDən fəVVArə

hind və Sakit okeanları arasında 

dənizin olduğunu iddia edirlər

Alimlər Hind 

və Sakit okeanları 

arasında - Filippin 

adaları ərazisində əv-

vəllər mövcud olmuş 

Cənubi Asiya dənizini 

aşkar ediblər.

  “Svopi”  saytı  xəbər  verir  ki,  dənizin 

sahəsi 15 milyon kvadratkilometrlik ərazini 

əhatə edib. Alimlərin fikrincə, Cənubi Asiya 

dənizi təxminən 50 milyon il əvvəl coğrafi 

proseslər nəticəsində yoxa çıxıb.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə